Microsoft Word Dede-Qorqud-2-51



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə11/54
tarix21.06.2018
ölçüsü5,09 Kb.
#49898
1   ...   7   8   9   10   11   12   13   14   ...   54

Dədə Qorqud ● 2014/I I                                                                      26 
4. Seyidov M. Azərbaycan xalqının soykökünü düşünərkən. Bakı, Yazıçı, 
1989. 
5.  Qurani-Kərim.  Tərcüməçilər  Bünyadov  Z.,  Məmmədəliyev  V.  Bakı, 
Azərnəşr, 1992. 
6. Feyzullah K. Her kese lazım olan iman. İstanbul, 2001. 
7. Bayat F. Oğuz epik ənənəsi və Oğuz Kağan dastanı. Bakı, Sabah, 1993.  
8. Adilov M. Niyə belə deyirik? Bakı, Azərnəşr, 1982. 
9.  Kaşqari  M.  Divani-luğatit-türk.  IV  cilddə,  I  cild.  Tərcümə  edən  və 
nəşrə hazırlayan Əskər R. Bakı, Ozan, 2006. 
10. İsmayılov H. Aşıq yaradıcılığı:  mənşəyi və inkişaf mərhələləri. Bakı, 
Elm, 2002. 
11. Rzasoy S. Oğuz mifi və Oğuznamə eposu. Bakı, Nurlan, 2007. 
12. Rzasoy S. Oğuz mifinin paradiqmaları. Bakı, Səda, 2004. 
 
 
 
Çapa tövsiyə edən: Fil.ü.e.d. Seyfəddin Rzasoy 


Dədə Qorqud ● 2014/I I                                                                      27 
Folklorşünaslıq: problemlər, tədqiqlər 
 
Almaz HƏSƏNQIZI 
Filologiya üzrə elmlər doktoru 
AMEA Folklor İnstitutunun böyük elmi işçisi 
e-mail: 
gunsel_gunsel@yahoo.co.uk
 
 
SİYASİ LƏTİFƏLƏRDƏ GİZLƏNƏN TARİXİ HƏQİQƏTLƏR
 
Xülasə 
Yumorla  əks  olunan  xalq  müdrikliyi  özünün  folklordakı  bədii  ifadəsini  əsasən 
lətifələrdə tapmışdır.“Siyasi lətifələrdə gizlənən tarixi həqiqətlər” məqaləsində Azərbay-
can  mühacirət  folklorşünaslığının  bu  janrla  bağlı  tədqiqatları  təhlilə  cəlb  olunmuşdur. 
Mühacirət  elmi-nəzəri  fikrinin  tanınmış  nümayəndələri  Əhməd  Cəfəroğlu,  Ceyhun 
Hacıbəyli, Xavər Aslan, Behruz Həqqi və başqalarının bu sahədəki tədqiqatlarına xüsusi 
diqqət yetirilmişdir. 
Açar sözlər: folklor, lətifə, mühacirət, siyasət, sovet hökuməti 
 
THE HISTORICAL TRUTH HIDDEN IN THE POLITICAL JOKES 
Summary 
National  wisdom  told  in  humor  have  found  its  folklore  reflection  mainly  in 
anecdotes.  The  article  “The  historical  truth  hidden  in  the  political  jokes”  analyzes  the 
works  of  emigration  folklore  studies  dedicated  to  the  Azerbaijani  national  creative 
works. The works of the prominent representatives of emigration scientific – theoretical 
contemplation  such  as  Ahmad  Djafaroglu,  Jeyhun  Hajibeyli,  Xaver  Aslan,  Bahruz 
Xakky and etc.have been emphasized and for the first time systematically analyzed. 
Key words: folklore, anecdot, emigration, politic, Soviet government 
  
ИСТОРИЧЕСКИЕ РЕАЛЬНОСТИ СКРЫВШИЕ В ПОЛИТИЧЕСКИХ 
АНЕКДОТАХ 
Резюме 
Народная мудрость согретая юмором, в основном нашла свое фольклорное 
воплощении в анекдотах. В статье “Исторические реальности скрывшие в полити-
ческих анекдотах” рассмотрены труды эмигрантской фольклористики, посвящен-
ные  азербайджанскому  народному  творчеству.  Особенно  выделены  и  впервые 
привлечены  к  системному  исследованию  труды  таких  видных  представителей 
эмигрантской  научно-теоретической  мысли,  как  Ахмед  Джафароглы,  Джейхун 
Гаджибейли, Хавер Аслан, Бахруз Хакки и др. 
Ключевые  слова:  фольклор,  анекдот,  эмиграция,  политика,  советская 
власть 
Məsələnin  qoyuluşu.  Vətənin  istilasına  dözməyərək  dünyanın 
müxtəlif  ölkələrinə  səpələnən  Azərbaycan  ziyalılarının  topladığı  siyasi 
lətifələr məqalədə təhlilə cəlb olunmuşdur. 


Dədə Qorqud ● 2014/I I                                                                      28 
İşin məqsədi. Azərbaycanın mühacir ziyalılarının yazıya alaraq ay-
rı-ayrı ölkələrdə  nəşr etdirdikləri  folklor  materialları  içərisindən  lətifələr 
haqqında məlumat vermək və onları təhlilə cəlb etməkdir. 
Azərbaycan Xalq Cümhuriyyətinin  süqutundan sonra vətənin istiq-
lal  davasının  uğurla  başa  çatdırmaq  məqsədilə  mühacirətə  getmək  məc-
buriyyətində  qalan  ziyalılar  isə  xalq  yaradıcılığına  xüsusi  önəm  vermiş, 
folklor örnəklərinin əslinə müvafiq olaraq yazıya köçürülməsinə, obyek-
tiv tədqiqinə və təbliğinə diqqət yetirmişlər. Ömrü mühacirətdə keçən bu 
fədakar  insanlar  xalq  yaradıcılığını,  milli  mədəniyyətlərin  qorunmasını 
öz  müqəddəs  istiqlal  savaşlarının  əsas  vasitələrindən  biri  kimi  dəyərlən-
dirmişlər.  Bu  fakt  M.B.Məmmədzadənin  (1898-1959)  müstəmləkə  xalq-
larının  mədəniyyətləri  ilə  bağlı  mülahizələrində  açıq  şəkildə  görünmək-
dədir:  “Milli  xüsusiyyətlərini  və  milli  kültürlərini  itirmiş  olan  millətlər, 
milli mənliklərini və ilham alacaq milli qaynaqlarını da itirmişlər demək-
dir.  Bu  kimi  millətlərin  gələcəyi  yoxdur.  Onlara  ölmüş  nəzərilə  baxmaq 
lazımdır” (15, 572). 
Eyni  münasibəti  mühacirətdəki  digər  ziyalıların  da  tədqiqatlarında 
görmək mümkündür. Onlardan görkəmli türkoloq, professor Ə.Cəfəroğlu 
(1899-1975)  məhz  folkloru  hər  bir  millətin  varlığı  kimi  dəyərləndirirdi: 
“Folkloru, qısaca tərif etmək lazım gəlirsə, bir millətin tam özü olduğunu 
qətiyyətlə söyləyə bilərik. Çünki folklorsuz bir millət təsəvvür etmək im-
kanı yoxdur” (6, 21).  
Beləliklə, mühacirətdə bütün folklor janrları bu və ya digər dərəcədə 
təhlilə cəlb edilmiş, xalq ədəbiyyatı örnəkləri yazıya köçürülmüş, müxtəlif 
dillərə tərcümə olunmuş, dünyanın ayrı-ayrı ölkələrində nəşr edilmişdir.  
Mühacirət folklorşünaslığında təhlilə cəlb  edilən  janrlardan biri də 
lətifələrdir. Tədqiqatçılar şifahi xalq ədəbiyyatının insana xoş ovqat bəxş 
edən, hazırcavablıq və müdriklik aşılayan bu kiçik həcmli janrından daha 
çox müxtəlif araşdırmalarında mülahizələrinin təsdiqi məqsədi ilə istifadə 
etmişlər.  Lakin  Azərbaycan  mühacirət  folklorşünaslarının  lətifə  və  onun 
qəhrəmanlarına ayrıca həsr olunan tədqiqatları da vardır.  
Məlum  olduğu  kimi,  Azərbaycan  folklorşünaslığında  lətifələrin  təs-
nifatı ilə bağlı fərqli mülahizələr mövcuddur. V.Vəliyev onları müəllifi mə-
lum  olmayan,  Molla  Nəsrəddin,  Bəhlul  Danəndə  lətifələri  kimi  (23,290), 
A.Nəbiyev  isə  Bəhlul  Danəndə,  Molla  Nəsrəddin  və  regional  lətifələr 
şəklində qruplaşdırmışdır (21, 302). 
Ümumiyyətlə,  Azərbaycan  folklorşünaslığında  xalq  ədəbiyyatının 
bu  janrı  haqqında  danışılarkən,  ilk  növbədə  Bəhlul  Danəndə  və  Molla 
Nəsrəddin  xatırlanmaqdadır. Belə ki,  bir tərəfdən, tarixi  şəxsiyyət, digər 
tərəfdən, bütün Şərq xalqlarının müştərək (və sevimli) obrazı kimi tanın-


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə