Microsoft Word Dede-Qorqud-2-51



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə19/54
tarix21.06.2018
ölçüsü5,09 Kb.
#49898
1   ...   15   16   17   18   19   20   21   22   ...   54

Dədə Qorqud ● 2014/I I                                                                      47 
bibi,  bacı,  qardaş,  çocuq/körpə,  oğul,  qız,  nəvədir.  Evlilik  yolu  ilə  ya-
ranan  əqrabalığı  bildirən  kəlmələr:  ər,  arvad,  qayınata,  qayınana,  kürə-
kən,  yengə (əminin/qardaşın arvadı – Q.Ş.), qayın, bacanaq, baldız, elti, 
damad, gəlindir*.  
Ninnilərdə əqrəbaya sahib olmanın önəmli olduğu vurğulanır. Yeni 
nəsil  daha  körpəliyindən  etibarən  geniş  bir  ailəyə  sahib  olmanın  önəmi 
konusunda bilgiləndirilir. Bu durumda ana, bəlkə də, körpəsi ilə birlikdə 
yalnız olmadığını da ifadə etmək istər. 
 
Eeee eee ədalı bəbək (körpə), 
Əmili, dayılı, yengəli bəbək, 
Gül kimi bəbək huu huu, 
Nur kimi bebek ninni (3, 9)**
 
 
Alla bolam alla-ya,  
 
Ninni, yavrum, ninni 
Qoriklovçi onang bor.    
Koruyan bir anan var 
Allalovçi momang bor,  
Ninni söyleyen nene var 
Şukronolar, bovang bor.  
Şükürler, deden var (17, 83). 
 
Əqrəbalıq  terminləri  insanların  bir-birlərinə  görə durumunu  adlan-
dırması ilə yanaşı, həm də yanı sıra, onların toplumdakı rollarını da gös-
tərir.  Ninnilərdəki  əqrəbalıq  terminlərinə  yüklənən  anlamlarda  ninnini 
söyləyənin alqısı və dəyərləndirməsi vardır. Bu durumda, əsasən qadınlar 
tərəfindən söyləndiyi üçün ninnilərdəki əqrabalıq dəyərləndirmələri, mü-
nasibətlərə  qadın  baxışını  ortaya  qoyur.  Əqrəbalıq  kəlmələri  ilə  ifadə 
olunan  sifətlər  sosial  ilişkilərdəki  bir  çox  dəyərləndirmələri  də  göstərir. 
Ninnilərdə  qan  yolu  ilə  əqraba  olan  insanlardan,  əsasən  övgüylə  və 
müsbət özəlliklərin  bəlirtilməsi  ilə  bəhs edilərkən evlilik  yolu  ilə əqrəba 
olan insanlardan tam tərsi bir şəkildə bəhs edildiyi görülməkdədir. 
 
___________________ 
*Bu mövzu ilə bağlı tədqiqatlar: Song li Yong. Türk Dillerinde Akrabalıq Adları, 
Simurg  Yayınları,  İstanbul,  1999;  S.Gömeç,  Divanü-Lugat`it-Türk`te  Akrabalıq  Bildi-
ren Kelimeler, Türk Kültürü, 39. Yıl, Sayı 464, Aralık, 2001, s. 714-723; Nevin Güngör 
Ergan.  Türk  Atasözleri  ve  Deyimlerinde  Aile  ve  Akrabalıq  Anlayışı,  Uluslararası  III. 
Türk Kültürü Kongresi, 1999, s. 25-29; Ali Rıza Balaman. Evlilik ve Akrabalıq Türleri. 
Kültür Bakanlığı Yayınları, Ankara, 2002) 
**Mətndə  göstərilən ninnilərin haqqında  daha ətraflı  məlumat  əldə  etmək  üçün 
bax:  Uğurlu  Emine.  Türk  Dünyasında  Ninni.  Hacettepe  Üniversitesi  Sosyal  Bilimler 
Enstitüsü, Basılmamış Doktora Tezi, Ankara, 2012 
 


Dədə Qorqud ● 2014/I I                                                                      48 
Dandini, dandini, dan kuşu, 
Bal yeməz arı quşu, 
Anası xatun xanım, 
Atası bəylər başı, 
Xalası (bibisi) hela taşı, 
Teyzəsi (xalası) üzük daşı! 
E, e, e, qızıma ninni! (4, 276)  
 
Ninni  söyləyənin  içində  bulunduğu  çevrənin  anlayışı,  yaxınları 
haqqındakı düşüncəsi  və  fərdlərin toplum  içindəki konumuna  ilişkin qə-
bul etdikləri qaydalar da görünür. Məsələn: 
 
Ninni, ninni, ninnicə, 
Bol soğanlı börülcə. 
Qızım olur görümcə (baldız),  
Büyür, yürür gönlünce (20, 99). 
 
ninnisindəki “qızım olur görümcə” ifadəsi qızının böyüdüyündə qardaşının 
(larının)  arvadının  sadəcə  görümcəsi  olacağından  daha  başqa  anlamlar 
yüklüdür.  Öncəliklə,  qızının  görümcə olması  üçün ananın  bir oğlunun ol-
ması  lazımdır. O  halda  evdə  bir  oğlan  çocuq  vardır  və  qızı  görümcə ola-
caqdır.  Ana oğlan  çocuq doğuraraq  kəndisindən  bəklənən  şeyi  gerçəkləş-
dirmişdir, bunu ifadə etmək istər. Ayrıca “gəlin” bütün işləri yaparkən istə-
diyi zaman gəzməyə gedə bilməyincə evin qızı, yəni gəlinin görümcəsi ca-
nı istərsə, çalışar, istəməzsə, çalışmaz, istədiyi yerə gedər, çox rahatdır.  
Ninnilərdə türk ailəsinin yapısı, ailə fərdlərinin qarşılıqlı duyğuları, 
bəkləntiləri  üzərində  də  dəyərli  materiallar  bulunduğunu  söyləyən  İlhan 
Başgöz (1, 63) ananın kəndi ailə fərdlərindən gözəl və övgü dolu sözlər-
lə,  ərinin  ailə  üzvlərindən  isə  olumsuz  (mənfi)  çox  zaman  da  qaba  bir 
üslubla bəhs etməsini yenə anaların səmimiyyətinə, dolayısı  ilə ninnilər-
dəki  səmimi  üsluba  bağlayır.  Bu  səmimi  üslubun  içində  gəlinin  ailəsinə 
olan özləmi və özünü bulunduğu yerə aid hiss edə bilməməsi də yer alır. 
Ninnilərdə ayrılıq və  bəlkə də, az-az görüşməkdən oluşabiləcək özləmin 
etkisi ilə gəlin tərəfindən kəndi ailə üzvlərindən daima olumlu sözlərlə və 
əsasən gəlməsi ümid edilərək bəhs edilir.  
 
Gəl əmisi, gəl əmisi, 
Beş eşşəkli kəl, əmisi, 
Gəl dayısı, gəl dayısı, 
Altı ərəb atlı bəy dayısı! (4, 278) 


Dədə Qorqud ● 2014/I I                                                                      49 
Ninni, ninni, ninnisinə, 
Yavrum gedər teyzəsinə, 
Teyzəsi bir xanım qadın, 
Gül doldurur çevrəsinə (4, 281). 
 
Allan-allan alası, 
Gül yastıqda kəlləsi, 
Uyğudan oyananda, 
Gələr şunun dayısı (14, 195). 
 
Ninnilərdəki  əqrəbalıq  terminləri  soyaçəkimlə  (irsiyyətlə)  bağlı 
qəbul etdiklərini də göstərir. Toplumdakı anlayışa və ya ninni söyləyənin 
ilişkilərinə görə çocuğun hansı əqrəbaya nə şəkildə çəkmiş olduğuna nin-
nilərdə rastlanır. 
 
Dayısına menzese, 
Kesgir gılıç, bil bagı. 
Dayzasına menzese, 
Dürli yüpek saç bagı. 
Yennesine menzese, 
Darayı (qızılı yaşıl ipək qumaş) köynek, ala don, 
Ecesine menzese, 
Hüyr-perizat balası (4, 235). 
 
Anasına benzərsə, 
Qalaylı teştin qaymağıdır. 
Atasına bənzərsə, 
Altın saat qolbağıdır. 
Xalasına (bibisinə) bənzərsə, 
Kəkülə gülün yarpağıdır, 
Dayısına bənzərsə, 
Sırmalı qılınc yanbağıdır, 
Teyzəsinə (xalasına) bənzərsə, 
Külli ağu bardağıdır, 
Nənəsinə bənzərsə, 
Qoxmuş tulux bacağıdır, 
Əmisinə bənzərsə, 
Şoş yolun torpağıdır! (4, 275) 
 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə