Microsoft Word Dede-Qorqud-2-51



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə22/54
tarix21.06.2018
ölçüsü5,09 Kb.
#49898
1   ...   18   19   20   21   22   23   24   25   ...   54

Dədə Qorqud ● 2014/I I                                                                      56 
Mətanət YAQUBQIZI 
Filologiya üzrə fəlsəfə doktoru 
AMEA Folklor İnstitutunun böyük elmi işçisi 
e-mail: metanet_abdullayeva@mail.ru 
 
ƏSKİ DÜŞÜNCƏ – SİMVOL – HƏQİQƏT 
Xülasə 
Məqalədə göstərilir ki, əşya və  ya varlıqlar dərk olunarkən psixoloji koda və ya 
simvola  çevrilir.  Belə  çevrilmələr nəticəsində  əmələ  gələn hər  bir  inancın  kökündə  isə 
real həqiqət faktı dayanır. 
Açar sözlər: adət-ənənələr, inanc, bədnəzər, saç, DNT kodu  
 
THE OLD MIND - THE SYEMBOL - THE TRUTH 
Summary 
The article denotes that while objects and assets are recognized they turn to the 
psychological  code  or  a  symbol.  As  a  result  of  such  transformations  a  real  truth  fact 
stands on the root of each belief.  
Key words: tradition, belief, evil eye, hair, DNA code 
 
ДРЕВНЫЙ ОБРАЗ МЫШЛЕНИЯ - СИМВОЛ - РЕАЛЬНОСТЬ 
Резюме 
В данной статьи подчеркивается, что в результате восприятии вещей и яв-
лений они превращаются в коды и символы. А в корнях каждой поверии, образо-
ванные в резултате таких перевращении, стоят реальные факты действительности. 
Ключевые слова: обряд, поверие, сглаз, волосы, код ДНТ 
 
Məsələnin qoyuluşu: İnsan beynində inikas olunan bütün varlıq və 
hadisələr  abstrakt  kodlara  çevrilir,  bununla  belə  hər  bir  kodun  kökündə 
reallıq faktı durur.  
İşin məqsədi: Folklor nümunələrindəki simvollar dərketmə nəticə-
sində yaranan abstrakt kodların cilalanmış formasıdır. 
Varlıq  və  hadisələrin  dərk  olunması  duyğulardan  başlayır.  Duyğu 
idrak prosesinin ilk pilləsidir. İnsan duyğuları vasitəsilə varlıq və hadisə-
lər haqqında məlumat əldə edir. Duyğular vasitəsilə varlıq və hadisələrin 
bütün əlamət və xüsusiyyətləri zamandan və məkandan asılı olaraq insan 
beyni  tərəfindən  mənimsənilir  və  dərketmə  kodlarına  çevrilir.  Duyğu  və 
qavrayışın verdiyi məlumatlar nəticəsində mürəkkəb psixi proses olan tə-
fəkkür fəaliyyəti başlayır. Təfəkkür  məqsədyönlü idrak prosesidir. İnsan 
qarşıya çıxan məsələləri, problemləri öz təfəkkürü vasitəsilə həll edir, yə-
ni  suallara  cavab  tapır,  fikrən  təhlil,  müqayisə  edir,  ümumiləşdirir,  kon-
kretləşdirir. İnsan varlıq və hadisələri duyub qavrayır,  yadda saxlayır və 
sonradan xatırlayır, yada salır. İnsan qavrayaraq yaddaşında qoruyub sax-
ladığı məlumatları yenidən analiz edir, dəyişir və yeni obrazlar yaradır ki, 


Dədə Qorqud ● 2014/I I                                                                      57 
bu psixi proses təxəyyül və ya düşünərək dərketmə adlanır. Beləliklə də, 
insanı əhatə edən varlıq və hadisələr insan psixologiyası tərəfindən əvvəl-
cə dərketmə koduna, daha sonra  isə simvola çevrilir. Qeyd etdiyimiz  bu 
proses  simvola  keçid  mərhələsinin  qısa  və  lakonik  izahıdır.  Fikrimizi 
folklor materiallarına tətbiq edək.  
Əski insanın xarakteri, maraq dairəsi, tələbatı sonrakı dövrlərin in-
sanlarından fərqli idi. İnsanın dərk etməsi, təfəkkürü də özünəməxsus ol-
muşdur.  Əski  insana  məxsus  olan  ilkin  psixi  keyfiyyətlər  xalqın  söz  ör-
nəklərində  yaddaşlara  köçürülmüş,  nəsildən-nəslə  ötürülərək  bu  günü-
müzə  gəlib  çatmışdır.  Bildiyimiz  kimi,  folklor  örnəklərində  əski  insanın 
adət-ənənələri yaşayır. Bu adət-ənənələrdə insanların real milli xarakteri, 
faktik  həyat  tərzi,  gündəlik  məişəti,  davranışı  və  sabitləşmiş  vərdişləri 
özünü  göstərir.  Tarixən  insanlar  yiyələndikləri  həyat  tərzi,  məişəti,  dav-
ranış  və  vərdişləri  təkrarlayaraq  ənənəyə  çevirmiş,  sonrakı  dövrdə  yeni 
ənənələr  yaranmışdır.  Hər  bir  sivil  dövr  keçmiş  ənənələrdən  bəhrələnə-
rək, yaxşı nə varsa mənimsəyərək özünün yeni ənənələrini yaradır. İnsanı 
əhatə edən aləmdə baş verən bütün hadisələr onun düşüncə tərzinə kəskin 
təsir göstərir, onu dəyişdirir, əlavə rənglər qazandırır. Buna baxmayaraq, 
adət-ənənələrimiz ilkin məzmununu qoruyub saxlamışdır.  
Hər bir yeni insan əcdadının yaşadığını başqa formada yaşamış, ancaq 
qeyd etdiyimiz kimi ilkin məzmun dəyişməmişdir. Qədim abidələr, qayaüstü 
rəsmlər, əski tikililər fikrimizi bir daha sübut edir. Çünki bu abidələr, tikililər 
tarixin  həqiqət  carçısı,  o  dövrün  əsl  güzgüsüdür.  Hələ  də  dövrümüzə  gəlib 
çatan hansısa tikilinin, yaxud da hansısa təsvirin əsl anlamı bu gün üçün də 
müəyyən  şifrə,  kod  olaraq  qalır.  Müəyyən  bir  ip  ucu  lazımdır  ki,  bu  sirli 
dünyanın qapıları üzümüzə açılsın. Elmdə böyük-böyük nailiyyətlər, uğurlar 
əldə  edilmiş,  bunların  kökünün  gerçəyə,  həqiqətə  söykəndiyi  sübut  olun-
muşdur.  Dərin  məzmun  daşıyan  folklor  örnəklərindən  olan  inanclar  ilkin 
variantda əski düşüncə tərzi əsasında formalaşmışdır. Bu fikrin əyani sübutu 
kimi bir neçə inanc nümunəsini gözdən kеçirək:  
Məsələn, “Qoz ağacının altında yatmazlar, vurğun vurar” (22). 
“Azərbaycan  türklərinin  inanclarında  “vurğun”  bir  ruhdur,  əcinnə-
nin  özüdür.  Belə  deyilir  ki,  bu  ruh  tək  ağac  altında,  su  qırağında  və  ya 
körpü altda yaşayır... Ağac altında yatıb xəstələnənlərə “vurğun vurmuş” 
deyərdilər... Vurğun vurmuş adam çox vaxt yerindəcə ölər və ya bir müd-
dət dilsiz-ağızsız gəzib dolaşar və s.” (3, 387). 
Biologiya  elmindən  bizə  bəllidir  ki,  qoz  ağacı  ən  çox  karbon  qazı 
buraxan  ağacdır.  Ona  görə  də  bu  ağacın  altında  yatmaq  qorxulu  sayılır. 
Bunun  səbəbini  bilməyən  əski  insan  göstərilən  inancı  yaratmışdır,  hansı 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə