Microsoft Word Dede-Qorqud-2-51



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə30/54
tarix21.06.2018
ölçüsü5,09 Kb.
#49898
1   ...   26   27   28   29   30   31   32   33   ...   54

Dədə Qorqud ● 2014/I I                                                                      74 
твующие  теоретические  научные  исследования  по  этой  тематике.  Также  в  статье 
особо  акцентируется  проведение  праздника  Новруз  и  предпразнечных  обрядов, 
входящих  в  состав  календарных  обрядов,  в  Ширванском регионе.  Автор  показы-
вает  что,  благодаря  празднику  Новруз  фольклор  обогащается  новыми  и  ориги-
нальными  образцами.  Также  в  статье  сравнительно-сопоставительным  способом 
исследуются  общие  и  отличительные  особенности  календарных  обрядов  (в  осо-
бенности Новруз) в разных регионах Ширвана.  
Чиле  (Чилле),  входящий  в  предпразнечный  период,  последние  вторники 
года,  забытый  праздник  Хыдыр  Неби,  традиции  Новруза  создают  прозаические 
образцы фольклора, но Новруз также способствует формированию эпических об-
разцов,  связанных  с  поверьями,  приметами,  и  они  на  сегодняшний  день  не  утра-
тили свою активность. 
Ключевые слова: Ширванский фольклор, Новруз, обряд, Хыдыр Наби 
 
Məsələnin  qoyuluşu.  Azərbaycanın  qədim  ərazisi,  Şirvanda  elat 
mədəniyyətinin mövcudluğu, türk-tərəkəmə adət-vərdişlərinin daimi qüv-
vədə olması,  yaylaqdan qışlağa, qışlaqdan  yaylağa köç axını  heyvandar-
lıqla  bağlı  müəyyən  inam  və  sınamaların  folklor  örnəklərində  əks  olun-
masına  səbəb  olmuşdur.  Lakin  köç  mədəniyyətinin  xüsusi  mərasimlər 
əsasında  formalaşması,  məhz  bir  çox  örnəklərin  bu  köç  mərasimi  əsa-
sında  meydana  gəlməsi  diqqətdən  kənarda  qalmışdır.  Şirvanda  keçirilən 
mərasimlərdə  yaz  mövsümünün  yer  alması  kifayət  qədər  sabitdir.  Möv-
süm  mərasimlərinə  daxil  olan  Novruz  ərəfəsi  və  Novruz  bayramı  digər 
yerlərdə olduğu kimi Şirvanda da geniş qeyd olunur. 
İşin  məqsədi.  Xalq  nəsrinin  regional  xüsusiyyətlərinin,  eləcə  də 
Şirvan folklor mühitində mövsüm mərasim folklorunun janr spesifikasını 
araşdırmaqdan ibarətdir. 
Mərasimlərin  xalq  nəsrinə  aid  edilməməsi,  fikrimizcə,  düzgün  ol-
mazdı. Çünki mərasimlərdə yalnız lirik nəğmələr oxunmur, inam və sına-
malar və s. bu kimi xalq nəsrinə aidiyyatı olan janr və ədəbi formalar da 
bu kütləvi aktlarda iştirak edir. Bu cəhətdən mərasimlər də lirik-epik nö-
və daxil olur ki, bu da mərasimlərin qismən araşdırılmasına ehtiyac oldu-
ğunu ortaya çıxarır. Biz “qismən araşdırma” deyərkən mərasimlərin lirik 
nəzm  üsuluna  aid  edilməsinin  əsaslı  şəkildə  qəbul  olunmasına  etiraz  et-
mədiyimizə  diqqət  yönəldir,  lakin  xalq  nəsri  ilə  bağlı  olan  müəyyən  cə-
hətləri də diqqətdən qaçırmamağa çalışırıq. Öncə onu qeyd edək ki,  mə-
rasimlər  ən  ilkin  çağlardan  gələn  davranış  modelləridir.  Təbiidir  ki,  hər 
çağın  müəyyən dəyişiklikləri, adət-ənənələrin zaman-zaman  yenilənməsi 
toplumun birbaşa həyatının tərkib hissəsi olan mərasimlərə də təsiri var-
dır.  Ancaq  xalq  mentalitetinin  mühafizəkarlığı  mərasimlərin  ciddi  də-
yişikliyə  uğramasına  yol  vermir.  Xüsusilə  də  ilkin  təsəvvürlərdən  gələn 


Dədə Qorqud ● 2014/I I                                                                      75 
inam və etiqadlar, sınamalar və s. yüz illərlə öz qüvvəsini cazibəli şəkildə 
qoruyub saxlayır. 
Mərasimlərin  epik  növə  aidliyinin  məntiqi  olmasını  mərasimlərlə 
bağlı geniş tədqiqatlar aparmış M.H.Təhmasib  “Dədə Qorqud kitabı”nın 
12-ci  boyu  əsasında  apardığı  təhlillərlə  əsaslandırmışdır.  Bu  əsərin  2-ci 
boyunda  çox  maraqlı  bir  mərasim  haqqında  danışılır:  Üç  ox,  boz  ox 
yığnaq olsa Qazan evin yağmaladardı...haçan Qazan evin yağmalatsa ha-
lalının  əlin  alar,  dışarə  çıxardı.  Ondan  yağma  edərlərdi”  (1,  70).  Məra-
simlərin dayanıqlığı  həm də ona görə bu qədər təməllidir ki,  mərasimlər 
rituallar  əsasında  formalaşmış,  ifadənin  təhkiyə,  sənət  nümunəsi  kimi 
meydana gəlmişdir (2, 45). 
Mərasimlər əsasən iki qismə bölünür: 
1. Mövsüm mərasimləri 
2. Məişət mərasimləri (3, 78). 
 
Mərasimlərin araşdırılması üçün, qeyd etdiyimiz kimi, mərasimləri 
ayrıca götürmək  məqsədə uyğun deyil. İnam  və sınamalar  və s. bu kimi 
davranış  və  düşüncə  tərzlərinə  diqqət  verilməlidir.  Təsadüfi  deyil  ki, 
mərasimlərlə bağlı əhəmiyyətli tədqiqat işi aparan B.Abdulla, A.Xürrəm-
qızı məhz mərasimləri tədqiqata ilkin olaraq inam və sınamalar əsasında 
cəlb etmişlər. Tədqiqatçı alim B.Abdulla mərasimləri öyrənmək baxımın-
dan sınamaların öyrənilməsi vacibliyini qeyd etmişdir: “Xüsusi səciyyəvi 
yönləri  olan  sınamalar  hər  şeydən  öncə  xalqın  düşüncə  tərzini,  həyata 
baxış  və  münasibətini,  etik-etnoqrafik  görüşlərini,  adət-ənənəsini,  məra-
simlərini  sistemli  şəkildə  izləmək  baxımından  çox  dəyərlidir”  (4,  11). 
A.Xürrəmqızı Azərbaycan mərasim folklorunu araşdırarkən “İlkin janrlar 
və  onlarla  bağlı  mərasimlər”  başlığı  ilə  mövzuya  giriş  açmış,  ilk  olaraq 
sınamalar  əsasında  mərasimləri  izah  etmişdir:  “Folklorun  işlənmə  tez-
liyinə görə fərqlənən qədim janrlarından biri sınamalardır” (5, 7). Biz bu 
qənaəti yetərincə məntiqi hesab etdiyimiz üçün Şirvan folklor mühitində 
diqqət  çəkən  mərasimləri  əsasən  bu  özül  üzərində  əsaslandırmaq  fikrin-
dəyik. Belə ki, Azərbaycan Folklor Antologiyasına daxil olan folklor top-
lularının inamlar, sınamalar başlığı altında verilən örnəklərində mərasim-
lərlə  bağlı  kifayət  qədər  nümunələr  gözə  çarpır.  “Şirvan  regionunun  xü-
susi spesifikasından doğan bu inam və sınamalar bir sıra fərqli məqamları 
ortaya  çıxarır.  İlk  istifadə  mənbəyi  kimi  Şirvan  folkloru  toplusuna 
müraciət  edək.  Təsadüfi  deyil  ki,  ön  sözün  müəllifləri  inam  və  sınama-
ların Şirvanda janr xüsusiyyətlərini diqqətə çatdırarkən bu fərqli məqam-
ların bir hissəsini bu şəkildə əsaslandırır: “Şirvan folklor mühitinin regi-
onal  janr coğrafiyasına  inamlar, sınamalar da daxildir. Regiondan topla-


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə