Microsoft Word Dede-Qorqud-2-51



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə33/54
tarix21.06.2018
ölçüsü5,09 Kb.
#49898
1   ...   29   30   31   32   33   34   35   36   ...   54

Dədə Qorqud ● 2014/I I                                                                      81 
İşin  elmi  nəticəsi.  Xalq  nəsrinin  janrı  olan  mərasimlər  lirik-epik 
növə  aid  edilir  ki,  bu  da  mərasimlərin  araşdırılması  gərəkliliyini  ortaya 
çıxarır.  Öncə  onu  qeyd  edək  ki,  mərasimlər  ən  ilkin  çağlardan  gələn 
davranış modelləridir. Təbiidir ki, hər çağın müəyyən dəyişiklikləri, adət-
ənənələrin  zaman-zaman  yenilənməsi  mərasimlərə  də  təsirsiz  ötüşmür. 
Ancaq xalq mentalitetinin mühafizəkarlığı mərasimlərin ciddi dəyişikliyə 
uğramasına  yol  vermir.  Xüsusilə  də  ilkin  təsəvvürlərdən  gələn  inam  və 
etiqadlar,  sınamalar  və  s.  yüz  illərlə  öz  qüvvəsini  cazibəli  şəkildə  qoru-
yub saxlayır. 
İşin  elmi  yeniliyi. Məqalədə Şirvana daxil olan bölgələrdə keçirilən 
mövsüm mərasimlərində (xüsusilə Novruzun) eynilik və fərqliliklərini üzə 
çıxaran örnəklər təqdim edilir, bu mərasimlərlə bağlı müqayisə aparılır. 
İşin  tətbiqi  əhəmiyyəti.  Şirvan  folklorunun  tədqiq  edilməsi,  regio-
nal  xüsusiyyətlərinin  araşdırılması  baxımından  folklorşünaslara,  ali  mək-
təblərin humanitar fakultə tələbələrinə, KİV nümayəndələrinə istifadə üçün 
faydalı ola bilər. 
 
ƏDƏBİYYAT 
1. Təhmasib  M.  Məqalələr  / Tərtib  edənlər:  Cəfərli  M.,  Əliyev  O.  Bakı: 
Elm, 2005, 218 s. 
2.  Xəlil  A.  “Dədə  Qorqud  kitabı”nda  arxaik  ritualla  bağlı  motivlər  // 
“Dədə Qorqud” jur., N:12, Bakı: 2004, s.44-48 
3.  Əfəndiyev  P.  Azərbaycan  şifahi  xalq  ədəbiyyatı.  Bakı,  Maarif  nəşr, 
1981. 401 s. 
4. Abdulla B. Azərbaycan mərasim folkloru. Bakı: Qismət, 2005, 208 s. 
5. Xürrəmqızı A. Azərbaycan mərasim folkloru. Bakı: Səda, 2002, 209 s. 
6. Azərbaycan folkloru antologiyası. XI kitab. Şirvan folkloru. Toplayıcı: 
S.Qəniyev. Tərtib edənlər: H. İsmayılov, S.Qəniyev. Bakı: Səda, 2005, səh 27-
28; 35-38; 
7. Azərbaycan folkloru antologiyası. İV kitab, I cild. Şəki folkloru. Tərtib 
edənlər:  H.Əbdülhəlimov,  R.Qafarlı,  O.Əliyev,  V.  Aslan.  Bakı:  Səda,  səh.  54, 
55, 56, 57-48; 
8.  Azərbaycan  folkloru  antologiyası.  XVI  kitab.  Ağdaş  folkloru.  Tərtib 
edən: İ.Rüstəmzadə, Bakı: Səda, 2006, 496 s. 
9.  Səfərova  A.  Neftçala-Salyan  regionunda  Novruz  bayramı  //  “Dədə 
Qorqud” jur., N:1, Bakı: Nurlan, 2008, s.118-121 
10.  Xalq  ədəbiyyatı.  Azərbaycan  klassik  ədəbiyyatı  kitabxanası,  XX 
cilddə,  I  cild.  Cildi  tərtib  edənlər:  Fərzəliyev  T.,  Abbasov  İ.  Bakı:  Elm,  2005, 
səh. 256, 257 
 
Çapa tövsiyə edən: Fil.ü.e.d. Seyfəddin Rzasoy 


Dədə Qorqud ● 2014/I I                                                                      82 
Səadət Mustafayeva 
AMEA Folklor İnstitutunun böyük elmi işçisi 
e-mail: 
seadet_mustafayeva@mail.ru
 
 
ZƏNGİLANIN EL ŞAİRİ ŞIX MƏHƏMMƏD BAĞBAN 
Xülasə 
Azərbaycan  aşıq  poeziyasının  formalaşmasında  xalq  şairlərinin  xüsusi  rolu 
olmuşdur.  Məqalədə  Zəngilan  rayonunda  yaşamış  Şıx  Məhəmməd  Bağbanın  ömür 
yolundan, yaradıcılığından söhbət açılır. Müəllif aşığın bədahətən dediyi bəzi şeirlərini 
toplayaraq onları təhlil etməyə çalışmışdır. 
Açar sözlər: Zəngilan, Şıx Məhəmməd, Dağlar, Gəyəli, Xustub, Sədəf 
 
Summary 
In formation of Azerbaijani ashug poetry the role of folk poets is very important. 
In the article it is said about the life, activity of Shikh Muhammed Bagban who lived in 
Zengilan region. The author tries to analyze the poems by ashug who told them extem-
porely.  
Key words: ashug, poetry, Zengilan, poem, activity  
 
НАРОДНЫЙ ПОЭТ ЗАНГИЛАНА ШЫХ МАГОМЕД БАГБАН 
Резюме 
В  формировании  в  Азербайджане ашугской  поэзии  особое  место  занимает 
и  творчество  поэта  Шых  Магомед  Багбана.  В  статье  рассказывается  о  жизни  и 
творчестве  ашуга,  проживший  всю  свою  жизнь  в  Зангеланском  районе.  Автор 
попыталась проанализировать стихи ашуга, сказанные им экспромтом. 
Ключевые слова: Зангилан, Шых Магомед, Горы, Геели, Хустуб, Седеф.  
 
Məsələnin  qoyuluşu.  Aşıq  yaradıcılığı  Azərbaycan  folklorunun, 
ümumilikdə Azərbaycan ədəbiyyatının mühüm tərkib hissəsi olmaqla ya-
naşı, qədim və zəngin tarixə, ənənəyə malikdir. Minilliklər tarixi olan bu 
qədim  yaradıcılıq zamanla daha da cilalanmış, zənginləşmiş  və bugünkü 
günümüzə  gəlib  çatmışdır.  Zamanla  Azərbaycanın  görkəmli  saz  və  söz 
ustadları  bu  müqəddəs  sənət  növünün  cilalanmasında,  püxtələşməsində, 
eləcə də zənginləşməsində əvəzsiz xidmət göstərmişlər. Azərbaycan xal-
qının  saysız-hesabsız  aşıq  və  şairləri  aşıq  sənətinin  qorunması  və  yaşa-
ması üçün əllərindən gələni əsirgəməmişlər. Zamanın sınağından müvəf-
fəqiyyətlə  çıxan  aşıq  yaradıcılığı  xalqımızın  milli  tarixindən  və  soykö-
kündən qidalanan bir janrdır. 
İşin  məqsədi. Bir çox dəfə olduğu kimi, 1918-ci  ildə də ermənilər 
Azərbaycanın  rayon  və  kəndlərinə  hücum  çəkib  viran  qoymuş,  hər  şeyi 
talan edib aparmışlar. Təəssüflər olsun ki,  həmin  vaxt erməni  vandalları 
el şairi Məhəmməd Bağbanın şeirləri olan əl yazmasını da yandırıb məhv 
etmişlər.  Məhz  buna  görə  də onun  heç  bir  şeiri  yazılı  şəkildə  bizə  gəlib 


Dədə Qorqud ● 2014/I I                                                                      83 
çatmamışdır.  Yalnız  hafizə  və  yaddaşlarda  yaşayan  şeirlərinin  bir  qismi 
nəsildən-nəslə  ötürülə-ötürülə  bu  günümüzə  gəlib  çatmışdır.  Zəngilanın 
çox  hörmətli  ziyalılarından  olan  Cəmil  Tağıyev  “Yaddaşlardan  yığılan” 
kitab  əsərində  el  şairi  Şıx  Məhəmməd  Bağbanın  bir  neçə  şeirini  oxucu-
lara  təqdim  etmişdir.  Onun  bu  araşdırması  təqdirəlayiq  bir  işdir.  Lakin 
biz  yenə  Zəngilanın  tanınmış  bir  ziyalısı  Həbib  Mustafayevdən  el  şairi 
Şıx  Məhəmməd  Bağbanın  şeirlərinin  başqa  variantlarını  da  toplamışıq. 
Bu araşdırmamızda biz onlardan bəzi nümunələri müqayisəli şəkildə təq-
dim etmişik.  
“Bağban” ləqəbi ilə tanınan şair Şıx Məhəmməd Bağban, Zəngilan 
rayonun  Şərikan  kəndində  yoxsul  bir  ailədə  doğulub.  Deyilənlərə  görə, 
Şıx Məhəmmədə şairlik istedadı, qabiliyyəti uşaqlıqda yuxuda vergi kimi 
verilib.  Çobanlıqla  məşğul  olan  Məhəmməd  qoyunları  örüşə  otarmağa 
aparanda anidən yuxuya gedir və birdən hansısa bir qüvvə onu silkələyib 
yuxudan  oyadır.  Ayılanda  görür  ki,  qarşısında  bir  cüt  qara  muncuq  var. 
Məhəmmədin  yuxusu  yadına  düşür.  Yuxusunda  görmüşdü  ki,  deyirlər, 
qara  qoyun  yeri  eşəcək,  yerdən  bir  cüt  qara  muncuq  çıxacaq,  onu  götür 
saxla. Məhəmmədin yuxusu çin çıxır. Elə o vaxtdan Məhəmməd şeirləri-
ni harada gəldi sinədəftər deyərmiş. Yazıb-oxumağı bilmədiyinə görə şai-
rin  dediklərini  kəndin  molla  və  axundları  qələmə  alarmış.  Məhəmməd 
Bağban el arasında o dövrün görkəmli el şairi kimi tanınmışdır.  
Qeyd etdiyimiz kimi, Cəmil Tağıyevdən başqa biz də bu aşığın ya-
radıcılığı ilə bağlı xeyli material qeydə aldıq. Bu məlumatları bizə Zəngi-
lan rayonun Bürünlü kəndində doğulan, indi isə Bakı şəhərində məskun-
laşmış  məcburi  köçkün  Mustafayev  Həbib  Səttər  oğlu  vermişdir.  Həbib 
Mustafayev belə deyir: 
“Daha çox kəndin gözəllərini vəsf eləyən şair Şıx Məhəmməd Bağ-
ban sinədəftər qoşduğu qoşmaları  ilə şöhrət qazanmışdı. Şeirlərindən bi-
rində deyirdi: 
 
Gedin deyin gülüzlü yarə, 
Yağan yağışları döndərsin qarə. 
Teyfa, Güllü, Gülzar, başçısı Sara 
Qəlbimin başını ediblər yarə”. 
 
Cəmil  Tağıyev  “Yaddaşlardan  yığılan”  kitabında  yazır:  “Şıx  Mə-
həmməd Bağban Günqışlaq kəndində Qəhrəman adlı  bir kişinin qızı Sə-
dəfə vurulur. Sədəf olduqca gözəl imiş. Nağıllarda deyildiyi kimi, ayüzlü 
xumargözlü, qələmqaşlı, xətti-xallı, gül camallı... Lakin onun  məhəbbəti 
uğursuz  olur.  Sədəfi  zorla  Zəngəzurun  Şərikan  nahiyyəsi  üzrə  qazisi 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə