Microsoft Word Dede-Qorqud-2-51



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə41/54
tarix21.06.2018
ölçüsü5,09 Kb.
#49898
1   ...   37   38   39   40   41   42   43   44   ...   54

Dədə Qorqud ● 2014/I I                                                                     104 
di, valideynin düşmanı da övladıdı, dosdu da övladıdı.  Çünki övlad onu 
ruhlandıra da bilər, həmi də düşman kimi sındıra da bilər. Dedi, bəs səən 
nəfsin  iti  dööl.  İnsanı  da  hər  şəə  vadar  eliyən  nəfsidi.  Nəfs  iti  olanda 
yalan  da  danışırsan,  fikrini  dəəşirsən,  məjburiyət  qarşısında  hər  şey 
eliyirsən.  Dedi,  bəs  üçüncü?  Dedi,  azad  elədin.  Axirətdə  sən  azad  olas-
san. O quşun azatdığı səən axirət azatdığındı. Bəs dördüncü? Dedi, Allah 
öz  sevgisini  səən  qəlbində  okqədər  yaşadajağ,  ilahi  okqədər  səən  qəl-
bindədi  kin,  sən  həmməşə  o  Allah  sevgisinnənsən,  hammı  səni  sevəjəh. 
Heş gəsin qəlbinə dəymiyəssən. Bööyün yolun saxlıyassan, kiçiyi bağış-
dıyassan. Bə beşincisi? Dedi, beşincisi odu ku, nəkqədər istədim ki, dağa 
yaxınnaşam, o dərənin divinə baxam ki, burdan gələn nə iydi? Eliyə bil-
mədim, güjüm çatmadı. Dedi, getsən, heşnə görmüyəjiydin. Ona görə ki, 
heş  nə  yoxuydu.  O  gələcəkdə  bizim  əməllərimizin  iysidi.  Hası  ki  indiki 
devirdi.  Hamı  hamıya  xəyanət  eliyir,  hamı  hamıya  paxıllığ  eliyir,  hamı 
hamıya qatildi. Nələr yoxdu – nəvə babıya əl qaldırır, oğul atıya əl qaldı-
rır.  Ana  evlatdarı  bir-birinnən  seçir  –  varrı  evladı,  kasıv  evladı.  Dedi, 
əməllərimizin  iysidi,  iylənəsi  heş  nə  yoxdu.  İndi  Allah  tala  qorxduğu-
muzdan qorusun. Allah helə günnərdən saxlasın.  
 
Bayatılar 
 
Qarabağda bağ olmaz  
Qara salxım ağ olmaz. 
Ürəyində Qarabağ dağı olanın  
Gözdərində yağ olmaz.  
 
Ağaşda gilə-gilə  
Yığaram gilə-gilə.  
Neynim, fələh qoymadı  
Məəm də üzüm gülə.  
 
Aşıx el amanatı,  
Şana tel amanatı.  
Mən, bala, ölürəm,  
O bajın amanatı. 
 
Əzizim, bekar məni 
Sanma sən, bekar məni.  
Öldürəjəh, ay qardaş,  
Sən vuran yara məni.  


Dədə Qorqud ● 2014/I I                                                                     105 
Əzizim, Qarabağda  
Batıfdı qara bağda.  
Mən çəhdiyim həsrəti,  
Çəkən yox Qarabağda.  
 
Əzizim, harda qaldı,  
İzdərim qarda qldı.  
İtgin tüşən evlatdar  
Bilmirih harda qaldı?  
 
 
Əzizinəm, qurumaz  
Dağıntı çox, qurum az.  
Vətənnən didərginin  
Göz yaşdarı qurumaz.  
 
Əzizim, dura millət, 
Tüşməni qıra millət.  
Sahifsiz dağda-daşda  
Batıfdı qara millət.  
 
Əzizim əldən gedir,  
Şəhitdər eldən gedir.  
Anaların yaşdarı  
Sifətdən dən-dən gedir.  
 
Əzizim məni ağlar,  
Qoydu erməni ağlar.  
Əsir tüşən evladı 
Dağların çəni ağlar.  
 
 
Oda saldım, özümü,  
Kor eylədim gözümü.  
Qəribin dərdi çoxdu,  
Kimə desin sözünü?  
 
Kəhlih gəzir, koldadı,  
Çayın suyu qoldadı.  
Ümüdüm üzməmişəm,  
Hələ gözüm yoldadı.  
 
Aşıq, aranı dağlar  
Peykan aranı dağlar.  


Dədə Qorqud ● 2014/I I                                                                     106 
Könlüm isdər, əl çatmaz,  
Kəsifdi aranı dağlar.  
 
Suda balıx yan gedir,  
Aşma yaram, qan gedir.  
Son sözüm deyim sənə:  
Əcəl gəlif, can gedir.  
 
 
Eləmi fağır-fağır  
Üsdümə dərt-qəm yağır.  
Dedim, ay qardaş, əvvəl çağırmadın  
O can üsdə məni çağır.  
 
 
Mən aşiqəm, yanarsız  
Nə heyvasız, nə narsız.  
Ahım dağlara tüşdü,  
Qaçın, ellər, yanarsız.  
 
Yazı yaza bilmirəm  
Yazıf poza bilmirəm.  
Vətən orda, mən burda  
Ayrı dözə bilmirəm.  
 
Getmə, getmə, gəlirəm.  
Sən gedirsən, mən qalıram.  
Qardaş, sənin dərdinnən  
Can üsdəyəm, ölürəm.  
 
Qərənfil dəsdəsiyəm  
Yığılmış dəsdəsiyəm.  
Bir qardaşın, bir ananın  
Neyniyim, xəsdəsiyəm.  
 
Qərənfiləm, qamxaram 
Açılmağa qorxaram.  
Heşgəsi demirəm, ama bilsəm ki, qardaşım gəlir, vallah  
Xəsdə olsam, qalxaram.  
Yetim yetərgin olar,  
Bitər, bitərgin olar.  
Yetimin yetimliyin üzünə demiyin, üzünə çəhmiyin, onda yaman  
Gözdən didərgin olar. 
 


Dədə Qorqud ● 2014/I I                                                                     107 
Yetim oturanda yeri dar eliyir, duranda kölgə salır. Yetim qəmli ba-
xışınnan, nəmli gözünnən tanınır. 
 
Yetimin yekə dərdi, 
Yühlənif yükə dərdi.  
Fil gərəh, dəvə gərəh  
Yetimin çəkə dərdi.  
 
Yerişin naza bənzər,  
Boyun şahbaza bənzər.  
Eşitsəm, sən gəlirsən, ay qardaş,  
Qışım da yaza bənzər.  
 
Yetimlər yas saxlıyır,  
Boynun pükür, ağlıyır.  
Bir baxın yetimlərə  
Yaman ürəh dağlıyır.  
  
Məni bir quş apardı,  
Dərtdərə tuş apardı.  
Qardaş, qardaş deməhdən  
Gözümü yaş apardı.  
  
Eləmi, Kürdən gələr  
Arazdan, Kürdən gələr.  
Xəbər verin elimə  
Hamısı birdən gələr.  
 
Eləmi, yağ əridi  
Piltədə yağ əridi.  
Dərdimi dağa dedim,  
Ahımnan dağ əridi.  
 
Xəncər üstdə qaş gəlir  
Qoşun başabaş gəlir.  
Qoşuna qurvan olum,  
İçində qardaş gəlir.  
 
Mən bilmirdim bu dili, 
Quşdar oxur bu dili.  


Dədə Qorqud ● 2014/I I                                                                     108 
Gəlin  anam  ölənnən,  Xojalı  dağılannan,  üş  balalarım  ayağı  küldə, 
gözü yolda qalannan,  yaxam  yetim əlli olannan,  bir qardaş gözü sığıyıf, 
çənə  çəkənnən,  bir  gəlin  yola  salannan,  bir  yaralı  şəkilə  can  verən  atam 
ölənnən örgəmmişəm bu dili. 
 
Söylədi: İskəndərova Səidə Əli qızı, 1957-ci il təvəllüdlü. Təhsilsiz  
  
Dəryada gəmim azıf, 
Gözdərimə qan sızıf.  
Gəl incimə Tanrıdan  
Ömrümə qara yazıf.  
 
Qarabağın yolları,  
Qan tutufdu yolları.  
Yağı ova çıxıfdı, ana,  
Bağlanıfdı qollarım.  
 
Mən aşiq, qazan ağlar,  
Od ağlar, qazan ağlar  
Cavan ölən şəhidin  
Qəvrini qazan ağlar. 
 
Çəkilə bax, çəkilə,  
Çəkil yerə tökülə.  
Qiyamat o gün qopar, anamın paltarrarı  
Düyünçəyə çəkilə.  
 
Gəncənin gəmisinə,  
Şeh tüşüf zəmisinə.  
Heş gəsin balası  
Qalmasın əmisinə. 
 
Mən aşiqəm, baxdı kəm  
Talehi kəm, baxdı kəm.  
Mən fələyə neylədim,  
Fələh mənə baxdı kəm.  
 
Gül əhdim mən divara  
Bülbül onu suvara.  
Qışı mənnən qışdadın,  
Yazı qoydun avara.  


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə