Microsoft Word Dede-Qorqud-2-51



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə44/54
tarix21.06.2018
ölçüsü5,09 Kb.
#49898
1   ...   40   41   42   43   44   45   46   47   ...   54

Dədə Qorqud ● 2014/I I                                                                     116 
Qardaş türk folklorundan 
 
RUMELİ: İZİ İTMİŞ TARİX 
 
Ötən  sayımızda  Rümelinin  tarixi  və  coğrafiyası,  eləcə  də  Rümeli 
türküləri haqqında qısa arayış vermişdik. Böyük keşməkeşlərə məruz qa-
lan  Rumeli  türklərinin  zəngin  folklor  irsi  mövcuddur.  Çox  təəssüf  ki, 
Azərbaycanda  bu  mövzu  yetərincə  tədqiq  olunmayıb.  Amma  inanırıq  ki, 
Rumeli türklərinin tarixi, etnoqrafiyası öyrənilsə, türk tarixinin qaranlıq 
qalmış daha bir səhifəsi işıq üşü görəcək.  
Ötən say da daxil olmaqla bu yazını geniş izahlarla verməkdə məq-
sədimiz  unudulmaqda  olan  Rumeli  mədəniyyətinə  nəzər  salmaqdır.  Ru-
meli  türklərinin  müharibələr  nəticəsində  xırda-xırda  adalara  sıxışdırıl-
ması,  sonradan  ya  müharibələr,  ya  da  adaların  suyun  altında  qalması 
nəticəsində  yoxa  çıxması  böyük  bir  mədəniyyət  daşıyıcılarının  varlığına 
son  qoyulmasına  səbəb  olmuşdur.  Amma  təqdim  etdiyimiz  materiallar 
göstərir  ki,  əksəriyyətinin  mövzusu  qəhrəmanlıq  olan  bu  türkülər  daha 
dərindən incələnsə, tarix pərdəsi arxasında gizlənən döyüşlər və onların 
səbəbləri ilə bağlı çox gizli məqamlar aşkarlanacaqdır. 
Bu yazını hazırlayarkən apardığımız araşdırmalar maraqlı faktları 
üzə çıxardı. Yalnız təəssüflə onu qeyd etmək istərdik ki, Rumelilərlə bağlı 
əlimizə gəlib çatmayan həddən çox maddi və mədəni irs tələf olub. 
 
Qumru Şəhriyar 
 
Budin türküləri 
Budin  Macarıstan  krallığının  mərkəzi  olmuş  tarixi  şəhərdir.  Budin 
şəhərinin yerləşdiyi tarixi yer Budapeşt şəhərindən keçən Dunay çayının 
cənub tərəfi hesab olunur. Osmanlı İmperiyası və Macarıstan krallığı ara-
sında  1526-cı  ildə  baş  vermiş  Moxaç  döyüşü  nəticəsində  şəhər  Osmanlı 
İmperiyasının  nəzarəti altına keçmişdir. II Vyana  mühasirəsinin uğursuz 
olması ilə Osmanlıların geri çəkilməsi Budini 90 min nəfərlik xaç ordusu 
ilə təkbətək buraxdı
1
. Şəhəri  müdafiə etməyə çalışan Əbdürrəhman Paşa 
16 min  nəfərlik ordu ilə qalanı  iki ay  yarım  müdafiə etməyə çalışmış və 
şəhid  olmuşdur
2
.  Budin  türküləri  bu  müharibələrin  acı  nəticələrini  dilə 
gətirir:  
                                         
1
 Cem Büyük Ansiklopedisi. c.3, İstanbul, 1984,  s.917-918 
2
  Özbek. Folklor ve Türkülerimiz. İstanbul, 1975,  s.382 
 


Dədə Qorqud ● 2014/I I                                                                     117 
Ötme bülbül, ötme yaz bahar geldi,  
Gül alıp satma zamana geldik. 
Geldi caur aldı kulle-ı Budin,  
Aman Padişah’ın küffar elinde. 
 
Budin’ın dört kubbesi var kıbleye bakar,  
Ara yire yiri yok su akar.  
Gitdi Padişah’ın serhaddi Budin,  
Yitmiş bin çocuğun eli duada. 
 
Aman Padişah’ın küffar elinde,  
Yazık oldu aldı kafir Budin’i.  
Ah Budin’ın büyük büyük evleri, 
İçinde ulana huri kızları. 
 
Yazık oldu gitdi Ali-Osman kilidi,  
Ah Budin’in uzun uzun çarşısı,  
Yakdı kafır güler mermer camisi,  
İçinde yandı Acem halısı.
 
 
Bu  türkü  İqnats  Kunosun  Budin  müharibələri  ilə  bağlı  topladığı 
materiallarda da vardır
3

 
Ötme bülbül ötme yaz bahar oldu,  
Bülbülün figanı bağrımı deldi.  
Gül alıp satmanın zamanı geldi,  
Aldı nemse
4
 bizim nazlı Budin’i. 
 
Çeşmelerde abdest alınmaz oldu,  
Camilerde namaz kılınmaz oldu.  
Mamur olan yerler hep harab oldu,  
Aldı nemse bizim nazlı Budin’i. 
 
Budin’in içinde uzun çarşısı,  
Orta yerde Sultan Ahmed Camisi.  
                                                                                                    
 
3
  Kunos. Türk Halk Edebiyatı.  s.24-25 
4
 Nemse – Osmanlılar tərəfindən avstriyalı almanlara verilən addır. Dilsiz, dil-
bilməz mənası verir. Türkülərdə bu ifadənin“nemçe” variantına da rast gəlinir. 


Dədə Qorqud ● 2014/I I                                                                     118 
Kabe suretine benzer yapısı, 
Aldı nemse bizim nazlı Budin’i. 
 
Budin’in içinde serdan kızıyım,  
Anamın babamın iki gözüyüm.  
Kafeste belsi kınalı kuzuyum,  
Aldı nemse bizim nazlı Budin’i. 
 
Cebhane tutuştu aklımız şaştı,  
Selatin Camiler
5
 yandı tutuştu.  
Hep sabi sübyanlar ateşe düştü,  
Aldı nemse bizim nazlı Budin’i. 
 
Serhatler içinde Budin’dir başı,  
Kan ile yoğrulmuş toprağı taşı.  
Çerkes Alemdar’dır şehitler başı,  
Aldı nemse bizim nazlı Budin’i. 
 
Kıble tarafından üç top atıldı,  
Perşembe günüydü güneş tutuldu.  
Cuma günüydü Budin alındı,  
Aldı nemse bizim nazlı Budin’i
6

 
*** 
Gördünüz mü bize hünkar neyledi,  
Budin kullarını esir eyledi.  
Sadrazam bize imdad vermedi,  
Yazık oldu aldı düşman Budin’i. 
 
Budin kalesin kıydı imdi,  
Kulların kıymetin bilmedi.  
Gitdi elden Äli-Osman kilidi,  
Yazık oldu aldı düşman Budin’i. 
 
Yüzün göstermeyen ay-ı güneşe,  
Gitdi güzel kızlar krala peşkeşe.  
                                         
5
 Selatin  Cami  –  Sultanların  tikdirdiyi  2-4  minarəli  böyük  məscidlərə  verilən 
addır. Məsələn, Sultan Səlim məscidi və ya Süleymaniyyə məscidi. 
6
 Kunos. Türk Halk Edebiyatı. s.24-25 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə