Microsoft Word Dede-Qorqud-2-51



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə42/54
tarix21.06.2018
ölçüsü5,09 Kb.
#49898
1   ...   38   39   40   41   42   43   44   45   ...   54

Dədə Qorqud ● 2014/I I                                                                     109 
Mən öldüm, anam qaldı,  
Oduma yanan qaldı.  
Dünyada bir gün görmədim, 
Arzularım ürəyimdə qaldı.  
(Şəkildən nişanam qaldı.) 
 
Sən bu evin xanısan, 
Xanısan, sultanısan. 
Gözümü hərrərəm belə 
Görümmürsən, hanı sən? 
 
Köynəyin ağa dönsün, 
Yuduxca ağa dönsün. 
Bircə gün qonağım olsan, ana, yüz il qonax saxlaram, 
Ürəyim dağa dönsün.  
 
 
Çırağı qura bilmədim,  
Quruf bura bilmədim.  
Azreyil ova çıxanda, ana,  
Qarşı dura bilmədim.  
 
Əlimnən piçax tüşdü  
Bilmədim, haçax tüşdü.  
Azreyil sinəmə çökəndə  
Həkimim qaçax tüşdü.  
 
Mən aşıx xəsdə yeri,  
Xəsdəsən, asda yeri.  
Qiyamat o gün qopar,  
Yığıla xəsdə yeri.  
 
Qardaşdar, ay qardaşdar,  
Yağış yağar, qar başdar.  
Ölsə, bacılar ölsün  
Heç ölməsin qardaşdar.  
 
Gəl gedəh dağa, qardaş,  
Qar yağa-yağa, qardaş.  
Sən duman ol, mən çisgin,  
Çəkiləh dağa, qardaş. 


Dədə Qorqud ● 2014/I I                                                                     110 
Mən öldüm, anam qaldı,  
Oduma yanan qaldı.  
Dünyada gün görmədim,  
Daşdan nişanam qaldı.  
 
Anam, anam, öz anam  
Qoynu dolu köz anam.  
Gəlsin anam, öz anam  
Desin bircə söz anam.  
 
 
Anam, anam, öz anam  
Qoynu dolu köz anam 
Yad ağlar yanlış ağlar.  
Qoy ağlasın öz anam.  
 
Söylədi: Verdiyeva Sona Tanrıverdi qızı. Təvəllüdü 1959. Orta təhsilli.  
 
Maral durduğu yerdə  
Boynun burduğu yerdə.  
Məni vuran elə vurdu,  
Qaldım döşəli yerdə.  
 
Mələ, ceyranım, mələ.  
Balamı vermə ələ.  
Mən mələdim, gəlmədi,  
Sən mələ, bəlkə gələ.  
 
Ay balam, bala dağı  
Bağ dağı, bala dağı.  
Hər dərtdən betər olar,  
Anaya bala dağı.  
 
Əzizim, bada getdi  
Yel vurdu, bada getdi.  
Fələh bir tələ qurdu,  
Gör balam bada getdi.  
 
Azreyil can üsdədi,  
Susuyuf, qan üsdədi.  
Alma balamın canın,  
Balam nişan üsdədi.  


Dədə Qorqud ● 2014/I I                                                                     111 
Ərşində sijim gördüm,  
Çəhdihcə sijim gördüm.  
Mən balamnan ayrılmazdım,  
Fələyin güjün gördüm.  
 
Başı bəlalı dağlar,  
Divi kölgəli dağlar.  
Burda bir qəriv ölüv,  
Haçan el gəliv ağlar?  
 
Bağında var, gəvalı.  
Başım oldu havalı.  
Allah gör nə dərt verdi,  
Başım oldu havalı.  
 
Bağda üzüm ağacı,  
Üzüm düzüm ağacı.  
Bağa baltalı girdi,  
Kəsdi bizim ağacı.  
 
Bağımda üzüm qara,  
Yeməyə üzüm qara.  
Arzum başa çatmadı,  
Yannızda üzüm qala.  
 
Bu dərdin əllisinnən  
Yüzünnən, əllisinnən.  
Yoxdu bu dərdə çara  
Soruşdum əllisinnən.  
 
Mən səni el bilirdim,  
Başımda tel bilirdim.  
Uca dağlar başında  
Qurumaz göl bilirdim.  
 
Söylədi: Əsədova Cəmilə Zülfüqar qızı. 1954-cü il təvəllüdlü. Təhsilsiz. 
 
Rəvayət 
Bir dəfə Musa peyğəmbər görür, camahat toplaşıf. Hamı dikkətnən 
qulağ asar. Bir nəfər qalxar deyər, ya Musa, sənnən də bilihli alim varmı? 


Dədə Qorqud ● 2014/I I                                                                     112 
Musa  peyğəmbər  deyir,  xeyir.  Bu  sözdən  bir  qürurranır.  “Xeyir”  deyən 
kimi Allah-Taaladan qəlbə salınıb da. Deyir, ya Musa, səhv elədin. Birin-
ci, elm  elə  bir dəryadı ki, onu  bir adam qavrıya  bilməz. İkinci  bir tərəf-
dən, bu dünyada elə bir şəxsiyət var ki, onun mərtəvəsi sənnən yühsəhdi. 
Heç o qürrələmmir. Deyir, ya Rəbbim, o kimdi? Qəlbə salınır da. Deyir, 
mən  onu  görə  bilərəm?  Deyir,  görərsən.  Necə  görə  bilərəm  onu?  Deyir, 
bir  diri  balıx  götürürsən,  balığı  harda  itirsən,  onu  orda  taparsan.  Musa 
peyğəmbər  bir  gün  sumkaya  balıx  qoyar,  bir  şagirdinnən  barabar  yola 
tüşər. Bullar dənizin qıraana çatıllar. Yoruluv oturullar dənizin qıraanda. 
Yuxu tutur bulları. Soora duruf gedillər. Ajıflar. Deellər, oturax kölgədə 
çörəh yəəh. Baxıllar sumkada balıx yoxdu. Deer ki, ya Musa, balıx yox-
du. Deer, yəqin orda tüşüf  balıx.  Biz otuduğumuz  yerdə. Yuxulamışdıx. 
Qayıdax.  Qayıdıllar,  gəlillər  görüllər,  bir  arıx  kişi  var.  Salamlaşıllar. 
Deer,  siz  kimsiniz?  Deer,  siz  axdaran  adam.  Axı  bunun  da  qəlbinə  salıf 
Allah-Taala.  İki  şeyə  inananda  dinə  inammış  olursan:  birinci,  qəlbə  sa-
lımmağa;  ikinci,  gözə  görümməyə.  Qəlbinə  salır,  deer,  sən  bu  işi  gör. 
Nəysə, deer, mən sənnən yoldaş ola bilərəm? Deer, xeyir. Sən mən tutdu-
ğum  işdərə dözmərsən, elədiyim  işdərə dözmərsən. Deer,  yox, dözərəm. 
Şagirdi qayıdır. Bu da olur Xıdır peyğəmbər. Həmən arıx kişi. Bir xeylax 
yol  gedənnən  soora  bulların  yolu  dənizdən  tüşür.  Gəmiyə  minih  başda-
nanda  bulların  ikisini  də  gəmiyə  götürüllər.  Heç  birsinnən  də  nə  bilet 
isdəmillər,  nə  pul  isdəmillər.  Çünki  alınnarında  peyğəmbərrih  var,  nur 
var. Həmən nura görə də bullardan heş nə tələb eləmillər. İndinin özündə 
nurru insannar olanda isdə-isdəməz hörmət eliyirsən. Tanıdın, tanımadın. 
Nəysə,  bir  neçə  gün  gedənnən  soora  həmən  arıx  kişi  gəminin  iki  yan 
taxdasın qopardır, gəmiyə su dolur. Deellər ki, sən neylədin, nə iş gördün 
belə? Bular bizə pissih eləmədi ha! Bizdən pul da isdəmədilər, bilet də tə-
ləb eləmədilər. Gəmi bata bilər. Deer, əşi, mən saa nə dedim? Dedim ki, 
mən  elədiyim  hərəkətə  sən  dözməzsən.  Nəysə,  çıxır  çöldə  yol  gedillər. 
Bir qədər yol gedənnən soora görüllər yolun qıraanda dört-beş yeniyetmə 
oynuyur. Yeniyetmə də on üş-on dört yaşında oğlan uşaxlarıdı da. Xızır 
peyğəmbər  bunnan  ayrılır.  Gedir  uşaxlarnan  söhbət  eliyir.  Görür,  bu 
uşaxlardan birini götüdü çaxdı yerə. Getdi ki, uşağ ölüfdü. Dedi, əşi, sən 
nağardın?  Bu  uşağı  niyə  öldüdün,  saa  nağarmışdı?  Bəlkə  atanın-ananın 
bircəsidi? Bəlkə bunnan gələcəhdə bööh insan olajeydi. Dedi, saa dedim 
ki,  sən  dözmərsən.  Nəysə,  qayıdıf  gəlir,  deyir,  ayrılax.  Deer,  yox,  ayrıl-
mıyajam.  Genə  gedəjəm.  Amma  deer  ki,  axırda  sana  deəjəm  nə  olufsa. 
Gedif bir kəndə girillər. Ajıflar da çörəhləri qutarıfdı. Hası qapıya gedil-
lərsə, nəyinki bullara çörəh verillər, bulları təhqir eliyillər. Söyüllər, dala-
şıllar.  Kətdən  çıxanda  görüllər  möhrə  dağılıfdı,  bizdərdə  barı  deyillər, 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə