Microsoft Word Dede-Qorqud-2-51



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə40/54
tarix21.06.2018
ölçüsü5,09 Kb.
#49898
1   ...   36   37   38   39   40   41   42   43   ...   54

Dədə Qorqud ● 2014/I I                                                                     101 
Azərbaycan folkorundan yeni nümunələr 
 
 
YEVLAXDAN TOPLANMIŞ FOLKLOR ÖRNƏKLƏRİ 
 
Yevlax  rayonu  Bakıdan  293  km  aralı,  Kür  çayının  sağ  sahilində 
Qarabağ  düzündə  yerləşir.  Yuxarı  Şirvan  və  Yuxarı  Qarabağ  kanalları-
nın yuxarı hissələri Yevlax rayonu ərazisindədir.  
Yevlaxın çox qədim tarixə malik olduğunu Aşağı Salamabad kəndi 
ərazisində  rast  gəlinən  Ərəş  mahalının  qala  divarları  sübut  etməkdədir. 
Orta əsrlərin qüdrətli şəhəri olub, Böyük İpək yolunun üzərində yerləşən 
Ərəşin  Kür  çayının  daşması  nəticəsində  yuyulub  aparıldığı  və  ya  tor-
pağın altında qaldığı ehtimal edilir. Varvara kəndi yaxınlığında “Gözətçi 
qalası”,  Malbinəsi  kəndində  aşkar  olunmuş  küp  qəbiristanlığı,  Kövər 
kəndindən  1,5  km  aralı  yerləşən  küp  qəbirlər  Yevlax  ərazilərinin  qədim 
yurd yeri olduğunu sübut edir. 
Folklorun toplanması işində stasionar yolla öyrənmənin uğurlu nə-
ticələri bəllidir. Odur ki, biz də qədim yaşayış məskəni olan Yevlax əra-
zisində  yerli  sakinlərlə  görüşərək  zəngin  folklor  ehtiyatına  malik  olan 
yaşlı insanlardan müxtəlif mətnlər yazıya almışıq. Bu mətnlər içərisində 
laylalar,  bayatılar,  atalar  sözləri  və  məsəllər,  rəvayətlər,  etnoqrafik 
mətnlər  çoxluq  təşkil  edir.  Mətnlər  yazıya  köçürülərkən  dil-üslub,  dia-
lekt-şivə xüsusiyyətlərinin qorunmasına diqqət yetirilmişdir. Yazıya alın-
mış  folklor  örnəkləri  Yevlax  ərazisində  müxtəlif folklor  janrlarının  möv-
cudluğunun  göstəricisidir.  Bayatılar  içərisində  ağıların  çoxluq  təşkil  et-
məsi də təsadüfü deyil. “Qarabağın qapısı” adlandırılan Yevlax torpağı 
Qarabağ  savaşında  onlarla  şəhid  vermişdir.  Bu  itki,  bu  həsrət  Səidə 
İskəndərovanın, Sona Verdiyevanın, Cəmilə Əsədovanın ürək yanğısı ilə 
söylədikləri ağılardan aydın duyulurdu.  
 
Nigar HƏSƏNOVA 
Filologiya üzrə fəlsəfə doktoru 
AMEA Folklor İnstitutunun  
böyük elmi işçisi 
 
YAS ADƏTLƏRİ 
Bizim əjdaddarımız oluf. Deerdilər, üzür tüşən evdə üş gün yeməh 
yeməh  haramdı.  Aylə üzvlərinin  mənzilində  yeməh  yeməh  haramdı. Ol-
lara  münasif  adamlar  yeməh hazırramalıdı. Üş-beş nəfər adam, nə qədər 


Dədə Qorqud ● 2014/I I                                                                     102 
adam  qalıfsa  evdə,  ollar  qazan  asmalı  dööllər.  Tədarük  yığıf  gətiməlidi-
lər. Son dövrrərdə bir icgi qalıfdı məclisdə olmuya.  
Can verən adamın üsdündə güzgü, daş qoyullar. Xanımların adəti-
di.  Soora  cənazəni  aparanda  yuat  yerinə,  onu  götürüllər.  Ona  görədi  ki, 
güzgüdə oon nəfəsi bilinsin, can verməyi bilinsin. Bu ülf adətdi, islamda 
belə adət yoxdu. Daşı atıllar, guya qapıdan bu ağırrıx bunnan gessin. İn-
san varsa, ölüm də var.  
Hüzr yerrərində belə bir adət də var: vəfat eliyən şəxsin altına pam-
bıxdan  yorğan-döşəh  düzəldif  qoyullar.  Guya  ölü  rahat  olsun.  Ama  var 
da, bu gün var. Soora yuat yerinə şam qoyullar, işıx. Güya ruh gəlif qapı-
nı tafsın. Bir də deellər, yuat yerində üş gün çırax yandırılır. Rəhmətə ge-
dənin oğul övladı yandırmalıdı. Oğul çırax yandırandı – məsəli burdandı. 
İslam dinində bu  yoxdu, ama toplum adət kimi qəbul eliyif. Yelaxda 40 
verillər. Bir toplum da  var ki, ollar 52 də verillər. Şəriyətdə nə 3, 7, 40, 
nə də ki 52 yoxdu. Dəfn vacifdi. Tutalım, məəm atam ölüf, pulum yoxdu. 
Qaşqınam,  gəlif  sığınmışam  bu  rayona.  Deməli,  mən  dədəmə  ehsan 
verəmmirəm.  Onda  küsürəm.  İnsan  qəbiri  ziynətləndirməz.  Qəbir  insanı 
ziynətləndirər.  Bax  burda  bir  seyidimiz  ölüf  bizim  –  Seyid  Yusif  ağa. 
Yaxında  vəfat  elədi.  İinanırsızmı,  elə  qarşıdurmaların  qavağın  alıf,  oon 
şahidi  mənəm.  Seyid  Yusif  ağa  əslində  övliyadı.  Bu,  elə  münaqişələrin 
qarşısın alıf ki.  
 
RƏVAYƏT 
Bir  uşax  doğuldu.  Bu,  dünyaya  kor  doğuldu.  Gözdədilər,  uşağın 
gözdəri açılmadı. Məçidə bir kəndir bağlamışdılar. Gediv orda ibadət eli-
yif Allahın rəsulun eşidif qayıdırdı. Qəlbinin gözüylə görürdü bu, Allahı. 
Bir günnərim o qədər insannar təbiyətin gözəlliyinnən, əsrarəngiz ziynə-
tinnən danışanda bu, yavaş-yavaş fikirrəşdi ki, mən Allaha neynəmişəm, 
məni kor yaradıf? Gəldi peyğəmbər həzrətdərinin  yanına. Dedi ki, sənin 
bir nəvən dünyaya gəlif, İmam  Hüseyin adında. Deyillər, sən çox şikəs-
dərə şəfa verirsən. İndi sən dua elə, mənim gözdərim açılsın. Mən neylə-
mişəm ki,  Allah  məni kor yaradıf? Cəbrayıl dedi, ey peyğəmbər,  müba-
rək ağzının suyunu Əbu Bəsrin gözdərinə çək. Göz şəfa tapdı. Əbu Bəsr 
bir az keçənnən soora tutdu peyğəmbərin yaxasınnan. Dedi, qaytar məni 
korruğa,  isdəmirəm  gözüm  görsün.  Dedi,  Əbu  Bəsr, özün  ağladın,  özün 
iltimas  elədin.  Mən  də  Allaha  əl  aşdım,  bu  toplumun  qabağında  möcü-
zəmnən səni sağalda bilməsəydim, peyğəmbərriyim xətaya tüşəjəydi. İn-
di, niyə sən korruğ isdiyirsən? Dedi, mən Allahı qəlbimin gözüynən tanı-
mışam. Bu  insannarın  bir-biriynən qeybətinə, həsədinə  baxıram,  isdəmi-
rəm mənim gözdərim görsün. O boyda görməyi isdiyən bir adam kor da 


Dədə Qorqud ● 2014/I I                                                                     103 
dünyadan  getdi.  İndi,  insanda  qəlbinin  gözü  açıq  olmalıdı.  Bir  gözə  daş 
dəyər,  kor  olar,  xəsdəlihdən  tutula  bilər.  Ama  qəlbin  gözü  kor  olmax  – 
bu, çox çətin məsələdi. 
 
Söylədi: Hacı Namiq Əliyev, 1959-cu il təvəllüdlü. Axund. 
 
RƏVAYƏT 
Nəbiyə buyrux gəlir kin, sən səər duruf üş yolun ayrıcına çıxarsan. 
O  yolun  mən  dediyim  istiqamətinnən  gedərsən.  Tutax  kin,  sağ  tərəfnən. 
Amma  getdiyin  yollardan  birincini  udarsan  –  qarşına  çıxanı  udarsan. 
İkincini gizdədərsən. Üçüncünü razı salarsan. Dördüncünü azad edərsən. 
Beşincidən qayıdarsan. Bu Nəbi durdu səər, getdi - deyilən yolnan getdi. 
Gördü  bunun  qarşısına  bir  dağ  çıxdı.  Dedi,  Allah,  mən  bu  dağı  nə  cürə 
udajam.  Bu,  dağa  yaxınnaşdıxca  dağ  oldu  bir  balaca  həb.  Götdü  bunu 
uddu. Genə yoluna davam eliyəndə gördü munun qarşısına bir şəxs çıxdı. 
Əlində  üsdüörtülü  bir  mejmahıdı  –  sini.  Verdi  muna.  Bu  aşdı  bu  siniyə 
həmin şəxs baxanda gördü içi dolu hamısı zinyətdi. Bunu gizdətdi. Başın 
qaldırdı kin, o şəxs yoxdu, gizdətdi, getdi. Getdiyi yolnan davam eliyən-
də bunun yolu bir meşə kənarıynan düşdü. Gördü kin, bir quş gəlir, istədi 
bu  quşdan  qaşsın,  özünü  gizdədəndə  tez  bir  şəxs  bunun  dalınca  çıxdı, 
dedi  kin,  onu  yaralama.  Onu  nə  qovalama,  nə  də  vurma.  Quşu  saxladı 
əlində. Şəxs buna yaxınnaşanda quş dilə gəldi. Dedi kin, məni vermə ona, 
azad  elə.  Bu  şəxs  də  dedi  kin,  onu  maa  ver.  Dedi,  nəə  görə?  Dedi,  mən 
ovçuyam.  Onnan  bala  saxlıyıram.  Aparajam.  Onu  satsam,  azuqəmdi, 
uşağıma  yeməhdi.  Dedi,  bunun  hakqı  nədi  kin?  Mən  bunun  məbləğin 
versəm, verərsənmi? Dedi kin, hə. Allah  heş gəsi  heş gəsin  yanında cibi 
boş, üzü qara eləməsin. Mən də deerəm, Allah kişiləri arvatdarın yanında 
üzüqara  eləməsin.  Qadınnarı  da  övlatdarının  yanında  üzüqara  eləməsin. 
Amma kişinin də civinin biri dolu olsun, biri boş – iksi dolu olanda yolun 
azır,  ikisi  boş  olanda  fikir  eliyir.  Nəysə,  quşu  azad  elədi.  Dördüncüsün 
razı saldı. Genə  yoluna davam elədi. Yenə gedəndə gördü kün, bir dağa 
tərəfdi – dağa qarşı gedir. Dedi, ay Allah, mən nağayrım? Bu dağa yaxın-
naşdı.  Nə  illah  elədi,  yaxınnaşa  bilmədi.  Gördü,  irağ  üzdən,  elə  pis  iy 
gəlir...  Qayıtdı.  Qayıtdı,  gəldi.  Gejə  yuxuda  genə  gəldi  yuxusuna.  Dedi, 
mən  dediyimi  elədin?  Dedi,  elədim.  Dedi,  bilirəm  elədin.  Yanı  deerəm, 
elədin. Amma de görüm, nə annadın? Dedi, nə bilim. Dedi, desəm bilər-
sən,  öyrənərsən?  Dedi,  hə.  Dedi,  öyrədərsən?  Dedi,  hə.  Dedi,  o  birinci 
gördüyün  səbrdi.  Abırrı  adamda  səbr  olur.  Kiminsə  səbri  var,  onda  abır 
var.  Abrına  sığınır,  özünü  basır.  Səvirri  adam  həməşə  hörmətdi  olur. 
İkinci, dedi, dünya  malında gözün-könlün toxdu. İnsanın düşmanı  nəfsi-


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə