Microsoft Word Dede-Qorqud-2-51



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə43/54
tarix21.06.2018
ölçüsü5,09 Kb.
#49898
1   ...   39   40   41   42   43   44   45   46   ...   54

Dədə Qorqud ● 2014/I I                                                                     113 
Ağdaşda möhrə deyillər – həhətyanına. O barı uçufdu, daşdarı tökülüfdü. 
Deer, gəl köməh elə, barının uçan yerini düzəldəh. Deer, bu camahata da 
adam  iş  görərmi?  Gedif  işdiyif  çörəh  pulu  qazanarıx  da.  Deer,  maa  kö-
məh eliyirsən, elə. Eləmirsən, yaxşı yol. Köməh eliyir, barını düzəldillər. 
Bir qədər gedənnən soora deyir, biz ayrılmalıyıx. Amma saa deməliyəm, 
nəyə görə. Deer, o gəmi iki-üş kasıf qardaşın gəmisiydi. O gəmiynən ol-
lar neçə vaxt ıdı, dolanırdılar. Bu gəmiyə bu yerin padşahının gözü tüşüf-
dü, əmini olların əlinnən almağ isdiyir. O gəmini şikəst elədim ki, padşa-
hın  qəlbi  küssün,  gəmini  tələb  eləməsin.  Deer,  uşağı  niyə  öldüdün?  Qə-
şəng uşağ ıdı. Deer, onun zahiri gözəldi. Batini çox çirkindi. Ata-anasının 
bir  dənəsidi.  Ata-anası  çox  dindar  insannardı.  Allaha  yaxın  adamlardı, 
ibadıtçidilər.  O  uşax  böyüdühcə  ata-ananı  cəhənnəmə  yandırajehdi.  O 
ata-anaya Allah-Taala yeni bir evlat verejehdi. O evlat o qədər yaxşı ola-
jehdi ki, nəyinki özünü, hətda yetdi arxa dönəninin də adın saxlıyajehdi. 
Deer, bəs barını  niyə dedin düzəlt? Dedi, o barının altında xəzinə  var, o 
xəzinə  iki  yetim  uşağın  kismətidi.  Uşaxlar  hələ  körpədilər,  balacadılar. 
Onun üsdün örtdüm, gizli qalsın, o uşaxlar yiə dursunnar.  
 
DƏRDƏ DƏRMAN 
Bir  nəfər  çox  ağır  xəsdə  olur.  Neçə  loğman  yanına  gedirsə,  buna 
çarə  olmur.  Deer,  öləjəhsən  sən.  Çarə  yoxdu.  Bir  gün  görür  ki,  çovan 
gəldi.  Bir  qara  qoyunu  sağdı,  yekə  bir  qavda  ojağın  üsdə  qoydu.  Covan 
getdi, bir ilan gəldi. Gəldi, bu südü işdi. Təzdən qaytardı – qusdu. Həmən 
nəfər də gedir ki, elə canın qutarsın da... Görür axı, ilan işdi, qaytardı. O 
ilan qaytaranı içir ki, ölsün. Ölmür, dirilir. Gedir loğmanın yanına ki, sən 
nə təhər  loğmansan? Loğman deer ki,  hardan alaydım  mən  yetdi  il kısır 
qalmış qara qoyunun südünü, gözdərinin zəhərini. Hiss eliyir ki, dərmanı 
buymuş daa. Zəhərnən süd qarışıf, bunu yaxşı eliyif. 
 
UŞAQ OYUNLARI 
Sümbəsürüh 
Axşam qarannığında yığışırdıx dört-beş oğlan qız – qatışıx. Sümü-
yü atırdıx. Qarannıxdı axı. Kim tapıf gətisə, qalib hesav olunurdu. 
 
Mıxca 
Çala qayırırdıx. Çalada çurzu deyillərdi. Mıxcalar düzəldirdih. Kim 
ki  mıxcaları  yıxa  bilirdisə,  o  çubuxları  alırdı,  o  vururdu.  Gətirirdi,  sən 
vururdun. Necəsini yıxa bilirdinsə, onu götürürdün.  
 
 


Dədə Qorqud ● 2014/I I                                                                     114 
Dirədöymə 
Dayirəvi  xət  çəkir,  dirə  qoyurdux  ayaxlarının  altına,  tokqanın.  Bir 
qurup da gəlirdi ki, əlinnən alsın. Bu dirəçinin  nə qədər vurullarsa, aya-
ğın çəhmir. Ayağın çəkən kimi tokqanı götürürdülər, təzdən vururdular. 
 
QARAVƏLLİ 
İki nəfər olur, bir əzcə şişirtmə danışandılar. Biri yaxşı balıx tutar-
mış. Üç oğlu varmış. Kişinin adı Rüsdəm idi. Böyüh oğlunun adı Mirzalı 
idi, ortancılın adı Namaz, balacanın da adı Mehbalı. O biri nəfər də yaxşı 
bosdan  əkən  olufdu.  Adı  Aydınıdı.  Bir  gün  bullar  söhbət  eliyillər.  Rüs-
dəm  kişi  deyir  ki,  ay  Aydın,  Qasım  şahadında  bosdan  əhmişdih.  Bizdə 
yer addarıdı – Qasımşahat, Şəhbəli,  Ağalı, Bağlar, Koğuşdu, Ada. Deer, 
orda qarmax vururdum, yaman bərəkətdi yerdi. Bir gün qarmağıma balığ 
ilişdi.  Nə  qədər  çəhdim,  çıxarda  bilmədim.  Böyüh  oğlumu  çağırdım  – 
Mirzalını. O da gəldi, köməh elədi, çıxarda bilmədi. Namazı çağırdım, o 
da  gəldi,  çıxarda  bilmədi.  Nəysə,  çıxartmax  mümkün  olmadı.  Çıxıram 
balığın belinə. Balığın başı Kürün bu tayındadı,  quyryğu o biri taydadı – 
Qarabağ üzündədi. Bu da qulağ asır diqqətnən. Deer, ay Rüsdəm, sən çox 
düz  deersən.  O  yer  bilirsən,  nə  qədər  bərəkətdi  yerdi.  Bir  dəfə  mən  də 
orda  bosdan  əhmişdim,  Yuxarı  Qarxın,  Aşağı  Qarxın,  Yevlax  daşıdı, 
qutarammadı.  Bir  gün  gəmiynən  Kürün  o  tayına  keşmişdim.  Baxıram, 
Kürün bu tayınnan qarpızın  şüyü keçiv o üzə. Ə, bosdan burdeymiş. Nə 
qədər  camahat  daşıyıf  qutara  bilmir.  Deer,  Aydın,  bəsdi,  qarpızın  şüyün 
çək.  Deer,  hara  çəkirəm,  sən  balığın  belinnən  tüş,  mən  qarpızın  şüyün 
çəkim. Bax belə bir qaravəlli. 
Söylədi:  Bərxudarov  İsa  Camal  oğlu.  1933-cü  il  təvəllüdlü, 
təqaüdçü. 
 
RƏVAYƏT 
Ağıllı şəyird 
Keşmişdə  loğmannar  özünə  bir  köməhci  götürürdülər  axı.  Öyrət-
məyə.  Loğman  görür  ki,  kətdə  bir  ağıllı  uşax  var.  Atasına  deer,  bunu 
şəyirtdiyə götürür. Uzun  müddət oğlan  loğmannan  işdiyir. Oğlan da  bö-
yüyür. Bir gün xəsdə gəlir. Loğman bunun baş qapağını götürməh isdiyir. 
Nədisə,  başının  içindədi,  çığırır,  dayammır.  Şəyirtnən  bir  yerdə  hazırrı-
yıllar otaxda. Loğman dərini soyar, baş qapağın götürər xəsdənin. Görür 
ki,  bunun  beyin  pərdəsində  bir  gənə  var.  Yapışıf  beyincihdə.  Makqaş 
əlində qalır  məətdəl. Şəyirt də baxır  loğmanın  işinə. Şəyirt  yavaşca deer 
ki, qızdırbas. Loğman deer, həə. Makqaşın arxa tərəfin qızdırır, gənənin 
arxa  tərəfinə  tutanda  gənə  qaçır.  Keçir  o  tərəfə,  loğman  götürür.  Xilas 


Dədə Qorqud ● 2014/I I                                                                     115 
eliyir  xəsdəni.  Loğman  şəyirdə  deer,  sən  mənnən  çox  bilirsən.  İndi  iki-
mizdən  birimiz  yaşamalıyıx.  Dərman  hazırrıyajam:  sifdə  mən  hazırrıya-
jam, sən içəssən. Sağ qalsan, sən hazırra, mən içəjəm. Loğman gedir, zə-
hərri  dərman  hazırrıyır.  Bu  hazırramağa  başdıyanda  şəyird  gedir  işini 
görür – qırx dənə bööh süd vannası hazırrıyır. Gəlir loğmannan dərmanı 
içir, qaçır o qaynar vannalara – birinciyə, ikinciyə, ... qırxıncıya. Ölmür. 
Şəyird  gedir  dərmanı  hazırramağa.  Qarannıx  balaca  otaxda  yarım  metir 
keçəni qoyur həvəhdəsdənin üsdünə. Loğman da gəlir bunu güdür ki, bu 
nə səsdi, şəyirt nə hazırrıyır? O da bilir ki, loğman gələjəh bunu güdmə-
yə.  Başdıyır  döyməyə  keçəni.  Bir  gün,  iki  gün...  Qırxıncı  gün  qapıdaca 
loğmanın ürəyi partdıyır ölür. 
Söylədi:  Həsənov  Eldar  Fəttah  oğlu,  1947-ci  il  təvəllüdlü.  Ali 
təhsilli. 
 
  
 
 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə