Microsoft Word Dede-Qorqud-2-51



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə31/54
tarix21.06.2018
ölçüsü5,09 Kb.
#49898
1   ...   27   28   29   30   31   32   33   34   ...   54

Dədə Qorqud ● 2014/I I                                                                      76 
dığımız  müxtəlif  çeşidli  nümunələr bunu  bir daha əyaniləşdirir. Folklor-
şünaslıqda  “inam”,  “sınama”,  “yozum”,  “inanc”  adları  altında  qeyd  olu-
nan bu janr Şirvan bölgəsində əsasən “inam” adlanır (6, 27-28). 
Ancaq  buna  baxmayaraq  Şirvanda  inam  adı  altında  birləşən  sına-
maların  da,  yozumların  da,  inancların  və  s.  də  işlənmə  məqamına  görə 
mənası anlaşılır. Bu ondan irəli gəlir ki, Şirvan folklor mühitində inamla 
bağlı olan  bir  çox düşüncə  və davranış tərzləri  aydın  başa düşülmüşdür. 
Məhz  sınamalar  əsasında  inamın  formalaşması,  yozum  və  inancların 
inam ilə təsdiqlənməsi Şirvanda çox qabarıq səviyyədə görünür ki, tədqi-
qatçı  alimlər  bunun  məhz  Şirvan  folklor  mühitinin  janr  xüsusiyyətlərinə 
aid olmasını qeyd edirlər.  
 
Mövsüm mərasimləri 
Azərbaycanın  qədim  ərazisi,  Şirvanda  elat  mədəniyyətinin  möv-
cudluğu, türk-tərəkəmə adət-vərdişlərinin daimi qüvvədə olması, yaylaq-
dan  qışlağa,  qışlaqdan  yaylağa  köç  axını  heyvandarlıqla  bağlı  müəyyən 
inam  və  sınamaların  folklor  örnəklərində  əks  olunmasına  səbəb  olmuş-
dur. Lakin köç mədəniyyətinin xüsusi mərasimlər əsasında formalaşması, 
məhz bir çox örnəklərin bu köç mərasimi əsasında meydana gəlməsi diq-
qətdən kənarda qalmışdır. Mövsüm mərasimlərinə aid olan köç mərasim-
lərinin bir neçə örnəyinə diqqət çəkək: “Qoyunun dölü düşəndə tərəkəmə 
üzünü  qırxdırmaz”,  “Atın  yalına  söyən  xeyir  tapmaz”,  “Gəlini  mal-qara 
gələn vaxtı gətirərlər ki, ayağı ruzili olsun”, “Atın ayağı nalmıxa düşəndə 
onu da quyruq yağı ilə sağaldarlar”, “Yuxuda ilan görmək yaxşı əlamət-
dir, aydın bir yolla getməkdir”, “Evdən səfərə çıxan adamın arxasınca su 
atmaq salamatlıq əlamətidir” (6, 35-38) və s. 
Əlbəttə, bu nümunələrdə köç əlamətləri o qədər də üzdə deyil, də-
rin  laylardadır. Lakin tədqiq etdikdə aydın olur ki, köç hazırlığında olan 
insanların köç mərasimlərinə aid olan bilgiləri bu örnəklərdə yetərincədir. 
Köç ərəfəsində mərasim keçirmək, köçü uğurlamaq daha əski zamanlarda 
mövcud  olmuş,  müasir  çağlarda  isə  bu  mərasimlərdən  qopan  bilgilər 
müstəqil  şəkildə  işlənməyə  başlanmışdır.  Məhz  tərəkəmə  həyatının  bu 
xüsusiyyətləri  örnəklərin  janr  spesifikasını  formalaşdırır  ki,  bu  da  H.İs-
mayılov, S.Qəniyevin nəzərindən qaçmamışdır. “Bu sınamalarda regional 
özünəməxsusluq kimi Şirvanın tərəkəmə həyatı öz əksini tapmışdır. Top-
luda verilən örnəklər dediklərimizi  bir daha təsdiqləyir” (6, 28). Təəssüf 
ki, köç həyatı ilə bağlı xalq arasında yaşayan zəngin folklor örnəkləri hə-
lə də toplanılıb ictimai-kütləvi nəşrlərdə yer almamışdır. Şirvanda keçiri-
lən  mərasimlərdə  yaz  mövsümünün  yer  alması  kifayət  qədər  sabitdir. 
Mövsüm  mərasimlərinə  daxil  olan  Novruz  ərəfəsi  və  Novruz  bayramı 


Dədə Qorqud ● 2014/I I                                                                      77 
digər  yerlərdə  olduğu  kimi  Şirvanda  da  geniş  qeyd  olunur.  Toplumun 
Novruzda kütləvi iştirakı dəyərli folklor örnəklərinin meydana gəlməsinə 
səbəb olur. Novruz gününə qədərki Çilə (Çillə) mərhələsi, maddi varlığın 
özülü  kimi  ünsürləri  rəmzləndirən  çərşənbələr  sırası,  artıq  unudulmaqda 
olan  Xıdır  Nəbi  bayramı,  Novruz  adət-ənənələri,  Novruz  bayramının 
yüksək  əhval-ruhiyyə  ilə  keçirilməsi  daha  çox  nəzm  üslubunda  örnək-
lərin  meydana çıxmasına səbəb olsa da,  xalq  nəsrinin digər örnəkləri də 
yox  dərəcəsində  deyildir.  Novruz  mərasimiylə  bağlı  epik  örnəklər  yenə 
də inam-etiqadlarda, sınama və yozumlarda diqqət çəkir. Belə ki, Novruz 
mərasimləri ilə bağlı yayılmış inam və sınamalar xalq arasında bu gün də 
öz aktivliyini qoruyub saxlayır. 
Şirvan ərazisində Novruz bayramına qədərki çərşənbələr xüsusilə li-
rik-epik növdə diqqət çəkir. “Şəki folkloru”nda Su çərşənbəsi mərasimi bu 
şəkildə təsvir olunur. “Əzəl çərşənbədə sübh tezdən bulaq başına gəlirlər: 
Ağırlığım, uğurluğum suya, 
Azarım-bezarım suya”  
– deyib su üstündən atdanırlar. Sonra əl-üzlərini yuyur, bir-birlərinin üs-
tünə su atır, sifətlərinə su çiləyirlər. Xəstəliyə tutulanları da su üstündən 
hoppandırırlar...  “Su  haqqı  pis  əməl  sahibi  olmayacam”  -  deyirlər.  Su 
çərşənbəsində  övladı  olmayan  qadının  başından  qırxaçar  camdan  su 
töksən,  övladı  olar.  Su  çərşənbəsində  çay  qırağında,  su  üstündə  qorxan 
adamın başından üç dəfə sağdan, üç dəfə soldan su atsan, qorxusu keçər. 
Su çərşənbəsində qorxan adama cəftə suyu içirdirlər” (7, 54). Göründüyü 
kimi, su  mərasimində  bir çox  inam  və sınamalar  özünü göstərir. Torpaq 
çərşənbəsi mərasimində də biz inam və sınamaları müşahidə edirik: “Tor-
paq çərşənbəsi günü yeri murdarlamaq, bitkiləri qırmaq, suya, oda və tor-
pağa tüpürmək günah sayılır. İmkansızlara əl tutmamaq, yardım gözləyə-
ni  sevindirməmək,  torpaq  ruhunu  narazı  salmaq  deməkdir.  Həmin  gün 
“qan  tökülsə”  elin  başı  il  boyu  bəla  çəkər  –  deyərlər.  Torpaq  çərşənbə-
sində heyvan kəsilməz, qan tökülməz” (7, 54, 55). 
“Yel  baba”  mərasimi  də  bir  sıra  inam  və  sınamalarla  müşayiət 
olunur. “Səpinçi  Allahın adını çağırıb toxumluq dəni  əlinə götürür; “Al-
lah,  birə  min  elə”  deyib,  səpinə  başlayır.  Səpin  vaxtı  buğda  qovursan, 
məhsul az, yarma bişirsən, bol olar deyərlər. Səpilən toxum oğurluq olsa, 
bitməz  deyərlər.  Taxıl  çuvalının  üstündə  otursan, bərəkətsiz  olar,  deyər-
lər. Təndirdə bişən ilk çörəyi yesən, arvadın, ölər, deyərlər. Kotanın dəs-
təyi ilan olsa əldən buraxma, çinin dəstəyi qızıl olsa, əlinə alma, deyərlər. 
Xırmandan  sovrulmamış  buğda  götürənin  oğlu  ölər,  sovurulmuş  buğda 
götürənin isə oğlu olar, deyərlər. Xırmanda dəni samandan ayırmaq vaxtı 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə