Microsoft Word Dede-Qorqud-2-51



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə29/54
tarix21.06.2018
ölçüsü5,09 Kb.
#49898
1   ...   25   26   27   28   29   30   31   32   ...   54

Dədə Qorqud ● 2014/I I                                                                      71 
kəsməzdilər. Bu ömrün qısalmasına  işarə  imiş. Paltarını gecə çöldə, sər-
gidə qoymazlarmış,  yoxsa uşaq tez-tez xəstələnərmiş (1, 118). Bütün bu 
inanclar  insanların  özlərini,  yaxınlarını  şər  qüvvələrdən  qorunması  əsa-
sında yaranmışdır. Görkəmli folklorşünas-alim M.H.Təhmasib qeyd edir: 
“Çox qədim keçmişdə  yeni anadan olmuş uşağı ocağın, odun başına do-
landırmaqla  paklar,  ancaq  bundan  sonra  ananın  qucağına  verərdilər.  Bu 
yolla paklanmamış uşaq murdar hesab edilər, buna görə də ana onu, necə 
deyərlər, canasinər rahatlıqla qucağına ala bilməzmiş. Bu inamın və buna 
əsaslanan xüsusi mərasimin çox aydın izi bu gün də “çevir ocağa, al qu-
cağa” kimi atalar sözlərində yaşamaqdadır” (9, 108). 
Bütün digər mərasimlərdə olduğu kimi, doğum mərasiminin də mü-
hüm komponenti özünəməxsus xörəklərdir. Bu xörəklər qeyri-adi əlamət-
lər,  məhsuldarlıq,  şəfaverici  keyfiyyətlər  aşılayır.  Qadının  azad  olması 
xəbəri çıxan kimi onun üçün  quymaq  bişirirlər.  Quymaqla  yanaşı  Abşe-
ron və Şirvan zonasında balla  yumurta qayğanağının  bişirilmə halları da 
geniş  yayılmışdır. Hər iki  xörəyə uyğun olan ədviyyatlar da vurulur. Bu 
xörəklər yüksək kalorili, isti təbiətli, qızdırıcı xüsusiyyətlərə malikdirlər. 
Kəlbəcər  regionunda  da  ballı  quymaq  mütləq  bişirilməli  və  zahı  qadına 
verilməli idi. 
Yuxarıda  qeyd  etdiklərimizdən  başqa,  doğum  mərasim  mətnləri 
içərisinə  daxil  edilən  laylalar  da  folklorda  sırf  ana-qadın  yaradıcılığının 
məhsulu kimi diqqəti cəlb edir. Əgər bayatılar, alqış-qarğışlar, nazlama-
arzulamalar bəzən ailədə nisbətən yaşlı kişi nəsli tərəfindən söylənə bilir-
sə,  nənni-beşik  başında  ana  qəlbinin  dərinliklərindən  süzülən,  övladına 
məhəbbətlə yoğrulmuş kövrək, həzin laylalar söyləmək yalnız qadın-ana-
larımıza  xas  olan  xüsusiyyətdir.  Ananın  hiss  və  həyəcanı,  məhəbbəti, 
qayğısı, arzusu və s. poetik cəhətdən laylalarda öz əksini tapmışdır. 
Azərbaycanlıların,  eyni  zamanda,  digər  xalqların  doğum  mərasi-
mində özünə  yer tapmış,  magik-simvolik ayin  və  mərasimlər, rəngarəng 
tabu-yasaqlar  yalnız  ilkin  ibtidai  təsəvvür  və  inamların  yaşadıcısı  kimi 
deyil, həm də ana və uşağın çətin, qorxulu bir məqamda təhlükəsizliyini 
təmin etmək, onları qorumaq cəhdi kimi də qiymətləndirilməlidir. Doğru-
dur, müasir dövrümüzdə qeyd etdiyimiz məsələlərlə bağlı tibbi məsləhət-
lər daha doğru və təhlükəsizdir. Lakin xalq inancları da bu cür nəcib, hu-
manist məqsədə  yönəldiyindəndir ki,  yaradılışından uzun zaman keçdik-
dən  sonra  belə  bu  ayin  və  mərasimlər,  tabu  və  yasaqlar  aktuallığını  itir-
məyərək Azərbaycan qadınları tərəfindən qəbul edilir, gündəlik məişətdə 
tətbiq edilərək yaşamaq hüququ qazanır. 
İşin  elmi  nəticəsi.  Məqalədə  ailə-məişət  mərasimlərinə  daxil  olan 
doğum mərasimi və onun özünəməxsus xüsusiyyətlərindən bəhs edilmiş-


Dədə Qorqud ● 2014/I I                                                                      72 
dir. Azərbaycan folklorunun başqa xalqlarının folkloru ilə ortaq cəhətlərə 
malik olması, bu xalqların şifahi söz sənətində bir çox mətnlərin üst-üstə 
düşməsi həmin örnəklərin vahid etnocoğrafi məkanda meydana gəlməsini 
göstərir.  
İşin  elmi  yeniliyi.  Azərbaycanın  müxtəlif  bölgələrində  məskun-
laşan  Kəlbəcər  regionunun  əhalisindən  toplanmış  mətnlərdə  doğum  mə-
rasimi  haqqında  məlumatların  həm  Azərbaycanın  ayrı-ayrı  regionları, 
həm də dünya xalqlarının  folkloru ilə oxşar və  fərqli  xüsusiyyətləri gös-
tərilmişdir. 
İşin  tətbiqi  əhəmiyyəti.  İşğal  altında  olan  Kəlbəcər  regionunun 
yaşlı sakinlərindən toplanmış doğum mərasimi ilə bağlı mətnlər irəliki il-
lərdə  Kəlbəcər  regionuna  aid  folklor  toplusunun  çıxarılması  işində  əhə-
miyyətə malik ola bilər. 
 
ƏDƏBİYYAT 
1. Abdulla B. Azərbaycan mərasim folkloru. Bakı, Qismət, 2005, 208 s. 
2. Azərbaycan folkloru. Bakı, Şərq-Qərb, 2005, 360 s. 
3. Əsatir, əfsanə və rəvayətlər. Bakı, Şərq-Qərb, 2005, 304 s. 
4.  Nəbiyev  A.  Əfsunlar  və  əski  inamlar.  Azərbaycan  mifologiyası  məsə-
lələri. Bakı, Elm,1984, s. 216-222 
5. Pirsultanlı S.P. Azərbaycan türklərinin xalq əfsanələri. Bakı, Azərnəşr, 
2009, 444 s. 
6.  Qarabağ:  folklor  da  bir  tarixdir,  I  kitab  (Ağdam,  Füzuli,  Ağcabədi, 
Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarından toplanmış folklor 
örnəkləri). Bakı, Elm və təhsil, 2012, 464 s. 
7.  Qarabağ:  folklor  da  bir  tarixdir,  III  kitab  (Ağdam,  Füzuli,  Cəbrayıl, 
Tərtər,  Qubadlı,  Zəngilan,  Kəlbəcər,  Laçın  və  Şuşa  rayonlarından  toplanmış 
folklor örnəkləri). Bakı, “Elm və təhsil”, 2012, 468 s. 
8. Seyidov  M.  Azərbaycan  mifik  təfəkkürünün  qaynaqları.  Bakı,  Yazıçı, 
1983, 326 s. 
9.  Təhmasib  M.H.  Seçilmiş  əsərləri.  2  cilddə.  I  cild.  Bakı,  Mütərcim, 
2010, 488 s.  
10. Vəliyev V. Azərbaycan folkloru. Bakı, Maarif, 1985, 414 s. 
11.  Dünden  Bugüne  İstanbul  Ansiklopedisi,  “Çocuk  Folkloru”,  2  cilddə, 
II  cild.  Kültür  Bakanlığı  ve  Tarih  Vakfı  Ortak  Yayını,  İstanbul,  1994,  s.  525-
526. 
12.  Мелетинский  Е.М.  Поэтика  мифа.  М.Восточная  литератира, 
2000, 142 c. 
13. 
http://pregnancyarchive.com/articles/planceta-rituals-and-folklore/ 
04.12.2012 
 
Çapa tövsiyə edən: Fil.ü.e.d., prof. Kamran Əliyev 


Dədə Qorqud ● 2014/I I                                                                      73 
Lalə MAXSUDOVA 
AMEA Folklor İnstitutunun dissertantı, 
Qobustan rayon İcra Hakimiyyəti  
“İctimai-siyasi və humanitar” şöbəsinin baş məsləhətçisi, 
“Qobustan” qəzetinin baş redaktoru 
e-mail: 
maqsudova@rambler.ru
 
 
ŞİRVAN FOLKLOR MÜHİTİNDƏ MƏRASİM FOLKLORUNUN 
JANR SPESİFİKASI 
Xülasə 
Məqalədə  Şirvan  folklor  mühitində  mərasim  folkloru,  onun  səciyyəvi  xüsusiy-
yətləri, janr spesifikası araşdırılır. Mövzu ilə bağlı mövcud elmi araşdırmalar nəzərdən 
keçirilir. Həmçinin məqalədə mövsüm mərasimlərinə daxil olan Novruz ərəfəsi və Nov-
ruz bayramının digər yerlərdə olduğu kimi Şirvanda da geniş qeyd olunduğu vurğulanır. 
Novruzun dəyərli folklor örnəklərinin meydana gəlməsinə səbəb olduğu diqqətə çatdırı-
lır. Eyni zamanda Şirvan regionuna daxil olan bölgələrdə mövsüm mərasimlərinin (xü-
susilə Novruzun) eynilikləri və fərqli tərəfləri araşdırılaraq təhlil edilir. 
Novruz gününə qədərki Çilə (Çillə) mərhələsi, maddi varlığın özülü kimi ünsür-
ləri rəmzləndirən çərşənbələr sırası, artıq unudulmaqda olan Xıdır Nəbi bayramı, Nov-
ruz adət-ənənələri daha çox nəzm üslubunda örnəklərin meydana çıxmasına səbəb olsa 
da,  Novruz  mərasimi  ilə  bağlı  epik  örnəklər  yenə  də  inam-etiqadlarda,  sınama  və  yo-
zumlarda diqqət çəkir, xalq arasında bu gün də öz aktivliyini qoruyub saxlayır. 
Açar sözlər: Şirvan folkloru, Novruz, mərasim, Xıdır Nəbi 
 
THE GENRE SPECIFICITY OF RITUAL FOLKLORE IN SHIRVAN 
FOLKLORE SPHERE 
Summary 
In  the  article  ritual  folklore,  its  characteristic  features,  genre  specificity  in 
Shirvan folklore sphere are investigated. Available scientific investigations dealing with 
the  theme are  looked  through.  Novruz Eve  which  includes to  the rituals  of  the  season 
and celebrating Novruz in Shirvan like the other places are noted. It is forwarded to the 
attention that Novruz cause to creating valuable folklore samples. At the same time the 
similarities  of  season  rituals  in  the  regions  including  Shirvan  region  (specially  Nov-
ruz’s) and their different aspects are investigated.  
Chile (Chille) stage until the Novruz day, Thuesday series which symbolized the 
elements  as  the  base  of  material  being,  Khidir  Nabi  which  is  going  to  be  forgotten, 
Novruz  traditions  cause  to  creating  samples  in  poetry  style,  the  epic  samples  dealing 
with  the  Novruz  rituals  attract  the  attention  in  confidence  and  beliefs,  trial  and  clues, 
keep its activity among the people nowadays. 
Key words: Shirvan folklore, Novruz, ceremony, Khidir Nabi 
 
ЖАНРОВАЯ СПЕЦИФИКА ОБРЯДОВОГО ФОЛЬКЛОРА  
ШИРВАНСКОЙ ФОЛЬКЛОРНОЙ СРЕДЫ 
Резюме 
В статье исследуются обрядовый фольклор, его своеобразные особенности, 
жанровая  специфика  Ширванской  фольклорной  среды.  Рассматриваются  сущес-


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə