Microsoft Word Dede-Qorqud-2-51



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə26/54
tarix21.06.2018
ölçüsü5,09 Kb.
#49898
1   ...   22   23   24   25   26   27   28   29   ...   54

Dədə Qorqud ● 2014/I I                                                                      65 
tı hamı tərəfindən bilinir və hər il qeyd edilir. Ailə-məişət mərasimlərinin 
vaxtı  isə  bilinmir,  nə  vaxt  hansı  ailədə  xoşbəxt,  yaxud  da  bədbəxt  hadi-
sənin baş verməsi bəlli olmur. Eyni zamanda, ailə-məişət mərasimləri re-
gional  xüsusiyyətə  malik  olub,  hər  bir  region  üçün  ayrı-ayrı  rituallardan 
ibarət olur. 
İşin  məqsədi.  Məqalədə  işğal  altında  olan  Kəlbəcər  regionnunun 
əhalisindən  toplanmış  doğum  mərasimi  ilə  bağlı  mətnlərin  özünəməx-
susluğu  və  onların  müqayisəsi  öz  əksini  tapıbdır.  Ailə-məişət  mərasim-
lərinə  daxil  olan  doğum  mərasimi  regional  xüsusiyyətə  malik  olub,  hər 
bir region üçün ayrı-ayrı rituallardan ibarət olur. 
Ulularımızdan  yadigar bir deyim  var:  “Dünya üç gündür – anadan 
olan gün, evlənən gün, ölən gün”. Bu günlərin hər biri bir aləmdən soraq 
verir. Doğulub işıqlı dünyaya salam verirsən, boya-başa çatıb evlənərkən 
dünya  evinə  girirsən  və  görüb-götürərək,  bacarıb-bitirərək  ölürsən,  yəni 
dünyaya vida deyirsən. Qədim dövrdən  indiyə qədər Azərbaycan folklo-
runda insanın dünyaya gəlməsi sevinc və xoşbəxtlik əlaməti sayılmışdır. 
Nəslin  artması,  ailənin  genişlənməsi  hər  bir  yeni  ailə  qurmuş  gənclər 
üçün vacib şərtlərdən olmuşdur. Buna nağıl və dastanlarımızdan istənilən 
qədər nümunə göstərə bilərik. Təkcə qədim türk eposu olan  “Dədə Qor-
qud kitabı”ndan bəlli olur ki, övlad nəslin, tayfanın həyatında lap qədim 
dövrlərdə belə mühüm əhəmiyyətə malik olubdur. Bir söyləyicinin dediyi 
kimi  “dünyanın  naz-neməti  uşağa  qurban.  Uşaq  güldür,  gah  açar,  gah 
yumar”.  Adətən,  yeni  evlənən  cütlüklərin  qucağına  körpə  uşaq  qoyarlar 
və xeyir-dua edəndə də oğullu-qızlı olasan deyərlər (10, 104). 
Kəlbəcər  sakinlərindən  topladığımız  mətnlər  içərisində  doğumla 
bağlı mərasimlərin özünəməxsus şəkildə qeyd edildiyini gördük. Yeni in-
sanın dünyaya gəlməsi mühüm və sevincli ailə hadisələrindəndir. Bu ha-
disə  özündə  ayin  və  mərasimləri,  inam  və  sınamaları  və  mifik  obrazları 
ilə  mürəkkəb  bir  kompleks  təşkil  edir.  Azərbaycan  mifik  təfəkküründə 
özünəməxsus  yerlərdən  birini  tutan,  daşıdığı  funksional-semantik  məz-
mununa  görə  “Umay”  ilahəsinə  qarşı  qoyulan  “Hal  anası”  təkcə  türk 
xalqlarının deyil, dünyanın bir çox xalqlarının ortaq folklor obrazı sayıla 
bilər.  Kəlbəcər  regionunda  da  “Hal  anası”  ilə  bağlı  olduqca  maraqlı 
inanclara  rast  gəldik.  Doğum  mərasimində  icra  edilən  qoruyucu  –  pro-
filaktik  tədbirlərin  böyük  əksəriyyəti  məhz  “Hal  anası”nı  zahıya  yaxın 
buraxmamaq  üçün  görülür.  Bunlara  misal  kimi  “zahının  başının  altına 
qoyulan  bıçaq,  tüfəng,  qılınc,  yatağın  ətrafının  keçi  sicimi  ilə  əhatələn-
məsi, paltarına iynə, sancaq taxılması, müxtəlif qorxu duaların yazılması 
və  s.”  (Abbasova  Ayna  Qurban  qızı,  Qamışlı  kəndi)  göstərmək  olar. 
Ayrı-ayrı  söyləyicilərin dediyinə əsasən “Hal anası” “insan cildində, ey-


Dədə Qorqud ● 2014/I I                                                                      66 
bəcər simada, qara paltarlı qadındır. O, zahı qadınları huşa aparıb, ciyər-
lərini  çıxarır,  onları  öldürür”  (Salmanova  Saray  Kərim  qızı,  Ayrım  kən-
di).  Yalnız  doğum  prosesində  deyil,  doğumdan  sonrakı  dövrdə  də  zahı 
üçün təhlükə  yaradan  bu obraz  Azərbaycan  folklorşünaslığında geniş  və 
hərtərəfli  tədqiqata  cəlb  edildiyindən  bu  haqda  ətraflı  danışmağa  lüzum 
görmürük. Təkcə onu qeyd etmək  lazımdır ki, “Hal anası”  barədə  yazan 
bütün tədqiqatçılar haqlı olaraq, bu obrazın müasir dövrdə daşıdığı mənfi 
enerjinin sonrakı zaman kəsimlərində qazanılmış olduğunu, “Hal anası”-
nın  da  vaxtı  ilə  “Umay  ana”  kimi  doğum,  törəmə,  məhsuldarlıq  hamisi 
kimi çıxış edən ilahə olduğunu göstərmişlər.  
Onu da qeyd etmək  lazımdır ki,  Azərbaycanın Qubadlı rayonunun 
Qaracallı  kəndində  boylu  və  sonsuz  qadınlar  tərəfindən  ziyarət  edilən 
“Umay  kahası”  piri  var  (8,  90).  Prof.  M.Seyidov  Laçında,  Kəlbəcərdə, 
Şamaxıda belə pirlərin mövcudluğundan bəhs etmişdir (8, 113). Uşaq pir-
lərinin kahada, yaxud qayada yerləşməsi, dağla əlaqələndirilməsi təsadüfi 
deyil. Umayın dağla, qaya ilə əlaqələndirilməsini M.Seyidov daşa inamla 
Umaya  inamın  qaynayıb-qarışması  kimi  izah  etmişdir.  Çox  keçmişdə, 
mif görüşlərinin hakim olduğu çağda mifə inanan uşağın olması üçün hər 
iki  inamı – daş və Umaya  inamı  birləşdirmiş və  bununla da onları  mifik 
baxımından daha da gücləndirmişdir (8, 113). Kəlbəcərdə “pir daşı” adla-
nan  kaha  var  ki,  region  işğal  edilənə  kimi  sakinlər,  əsasən  də,  gec  uşağı 
olan, yaxud da sonsuz qadınlar tərəfindən ziyarət edilirmiş. Hətta bir söylə-
yicinin dediyinə əsasən, bu kahaya təzə evlənən gəlin də ziyarətə gələrmiş 
ki, gələcəkdə heç bir problemlə qarşılaşmadan uşaq sahibi ola bilsin. 
Pirlərin  məhz dağda yerləşməsi  və Umayla əlaqələndirilməsi  hadi-
səsini  başqa  aspektdən  araşdırmaq  da  mümkündür.  Tədqiqatçılar  Azər-
baycanda  mövcud olan ağac-doğum pirləri  ilə Umayın  arasında  mifoloji 
əlaqənin  mövcudluğunu  söyləyirlər.  Bu,  bir  tərəfdən,  türk  xalqlarında 
ağacın  Umayla  birgə  göydən  enməsi  inamı  ilə,  digər  tərəfdən  ağacın 
meyvə verib törədiyi kimi, doğum ilahəsinin də insanların meyvəsi sayı-
lan uşaqları himayə etməsi ilə izah edilir. Eyni zamanda, bu pirlərin ağac-
da  yerləşməsi  –  bütün  dünyanın,  eləcə  də  insanların  yaradıcısı,  hamisi 
olan Dünya ağacına  işarə sayılır (8, 38). Umay  ilahəsi  həm  antropomor-
fik  (insan),  həm  zoomorfik  (quş),  həm  də  antropozoomorfik  görünüşdə 
(qanadları olan qadın) təsəvvür edilir. Kəlbəcərin əsasən dağlıq ərazidən 
ibarət olması bu mifoloji obrazın orada mövcudluğuna şərait yaradan sə-
bəblərdən olubdur. 
Qədim  dövrdən  indiyə  qədər  insanlar  doğumdan  əvvəl  hamilə  qa-
dını qorumağa çalışmışlar. Bunun əsasında əsrlər boyu dəyişməyən tabu-
qadağalar yaradılmışdır. “Hamilə qadın qarğış etməz, eybəcər heyvanlara 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə