Microsoft Word Dede-Qorqud-2-51



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə25/54
tarix21.06.2018
ölçüsü5,09 Kb.
#49898
1   ...   21   22   23   24   25   26   27   28   ...   54

Dədə Qorqud ● 2014/I I                                                                      62 
3 iyun 2013-cü ildə Beynəlxalq Bakı Forumu çərçivəsində “Sintetik 
biologiya”  mövzusuna həsr olunan iclas keçirilmişdir. ABŞ-dan olan  mü-
təxəssis  Xose  Kordeyro  bu  iclasda  bildirmişdir  ki,  müasir  dövrdə  insanın 
saçının bir tükü vasitəsilə onun genini müəyyən etmək mümkündür (14). 
Elm  adamları  4000  il  öncəyə  aid  olan  insan  saçı  ilə  ilk  insanların 
nəyə  bənzədiklərini  öyrəndilər.  Kopenhagen  Universitetinin  professoru 
Eske  Villerslev  tərəfindən  aparılan  saç  analizi  ilə  qəhvəyi  rəngli  gözü, 
uzun saçı olan bu insanın Sibirdən gəldiyi, suiti, enuz quşu ilə qidalandığı 
və gənc yaşda öldüyü təsbit edilmişdir (17). 
Məşhur tibbi ekspert Sevil Atasoylu müsahibəsində qeyd edirdi ki, 
hazırda  bir  insanla  bağlı  məlumatları  ekspert  mütəxəssislər  mərhumun 
bədən  qalıntılarından,  saçından,  sümüyündən,  dırnağından  və  iliyindən 
də əldə edirlər (18). 
Cinayət  işlərində  saç  və tük analizləri  mümkündür. Saçla  yüz  illər 
öncə  yaşamış  insanların  zəka  düzənliyi,  tutulduqları  xəstəliklər,  zəhər-
lənib-zəhərlənmədikləri DNT, cinsiyyət, qan qrupu təsbitlənə bilir. 
Saçın  yaşı  müəyyən  edilə  bilir.  Hətta  saçda  insanın  narkotik  vasitə-
lərdən istifadə edib-etmədiyi belə aydınlaşdırıla bilir. Saç analizi ilə Kalifor-
niya və Los-Anceles polis təşkilatı üç ölüm hadisəsini təsbit etmişdir (21). 
Sadaladığımız bütün bu elmi faktlar göstərir ki, insanın saçının bir 
teli kifayət edər ki, onun genetik kodu təsbit edilsin. Məhz saç ilə insanın 
kimliyini öyrənmək, neçə-neçə cinayət hadisələrinin üstünü açmaq müm-
kündür.  Ona  görə  də  kəsilmiş  saçların  gizlədilməsi  faktı  ortaya  çıxır  ki, 
bu  da  “kəsilmiş  saçı  atmaq  olmaz,  gizlədilməlidir”  inancının  meydana 
gəlməsinə səbəb olmuşdur. 
İşin  elmi  nəticəsi.  Göstərilən  nümunələr  bеlə  bir  qənaətə  gəlməyə 
əsas  vеrir  ki,  bu  örnəklərin  hər  birinin  kökündə  real  fakt  və  ya  həqiqət 
durur. 
İşin  elmi  yeniliyi.  Azərbaycanda  ilk  dəfə  olaraq  folklor  örnəkləri-
nin psixoloji cəhətdən öyrənilməsinə və simvolların real faktlara söykən-
diyinin təsdiqinə cəhd göstərilir. 
İşin tətbiqi əhəmiyyəti. Bu tipdən olan araşdırmalar gələcəkdə fol-
klor nümunələrinin tədqiqində tamamilə yeni bir istiqamət aça bilər. 
 
ƏDƏBİYYAT 
1. Abdullayev B. Azərbaycan mərasim folkloru. Bakı, “Qismət”, 2005. 
2.  Azərbaycan  Folkloru  Antologiyası.  XIII  cild.  (Şəki,  Qəbələ,  Oğuz, 
Qax, Zaqatala, Balakən folkloru). Bakı, “Səda”, 2005. 
3. Bəydili (Məmmədov) C. Türk mifoloji sözlüyü. Bakı, “Elm”, 2003. 
4. Əliyev R. “Mif və folklor. Genezisi və poetikası” Bakı, “Elm”, 2005. 


Dədə Qorqud ● 2014/I I                                                                      63 
5. Xürrəmqızı  A.  Azərbaycan  mərasim folkloru (Türk və Dünya xalqları 
folkloru ilə tarixi-müqayisəli araşdırma). Bakı, “Səda”, 2002. 
6.  İbrahimova  V.  İngilisdilli  qaynaqlarda türk süd  dişi  folklorunun  öyrə-
nilməsi. “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” IV Uluslararası Folklor 
Konfransı. Bakı, 2006, 1-3 noyabr, səh. 472-476 
7. Kazımoğlu M. Gülüşün arxaik kökləri. Bakı, “Elm”, 2005. 
8.  Məmmədli  A.  Balakən-Zaqatala  bölgəsi:  Tarixi  etnoqrafiyası.  Bakı, 
“Adiloğlu”. 
9. Mikayılov T., Seyidli Y., Quliyev Q., Mahmudov Ş. Ümumi biologiya 
(Ümumtəhsil  məktəblərinin  10-cu  sinifləri  üçün  dərslik).  “Bakı”  nəşriyyatı, 
2008. 
10. Rzasoy S. Oğuz mifologiyası. Bakı, “Nurlan”, 2009. 
 
Türk dilində 
11. Dr.Yaşar Kalafat. Balkanlardan Uluğ Türküstana. Türk xalq inancları. 
I. Türk Tarix Qurumu Basımevi-Ankara-2002. 
 
Rus dilində 
12.  Выготский  Л.С.  Психология.  Москва,  Апрель  Пресс-ЭКСМО-
ПРЕСС”, 2000. 
13.  Фрезер  Дж.  Дж.  Золотая  ветвь  (второе  издание). Москва,  “Изда-
тельство политической литературы”, 1984. 
 
İnternet 
14.  area.gov.az  Azərbaycanın  gələcəyi  üçün  növbəti  böyük  addımlar: 
Azərbaycanın  neftdən  sonrakı  iqtisadiyyatı  mövzusunda  I  Beynəlxalq  Bakı 
Forumu-3 iyun 2013. 
15. az.wikipedia.org 
16. bona-mente.az 
17. folixir.com 
18. kulis.az 
19. news.milli.az 
20. planetimiz.org 
21. PPT saç analizleri web.itu.edu.tr/~ozcan/kim/sac.ppt 
22. Şəxsi arxivimizdəndir.
  
 
Çapa tövsiyə edən: Fil.ü.e.d. Muxtar İmanov 


Dədə Qorqud ● 2014/I I                                                                      64 
Aytac ABBASOVA 
AMEA Folklor İnstitutunun doktorantı 
e-mail: folklorgirl@mail.ru 
 
AZƏRBAYCAN MƏRASİM FOLKLORUNUN REGİONAL 
XÜSUSİYYƏTİ 
(Doğum mərasimi ilə bağlı Kəlbəcər nümunələri əsasında) 
Xülasə 
Qədim  dövrdən  indiyə  qədər  Azərbaycan  folklorunda  insanın  dünyaya  gəlməsi 
sevinc  və  xoşbəxtlik  əlaməti  sayılmışdır.  Nəslin  artması,  ailənin  genişlənməsi  hər  bir 
yeni  ailə  qurmuş  gənclər  üçün  vacib  şərtlərdən  olmuşdur.  Məqalədə  ailə-məişət  məra-
simlərinə  daxil  olan  doğum  mərasimi  və  onun  özünəməxsus  xüsusiyyətlərindən  bəhs 
edilmişdir. Eyni  zamanda,  bu  mərasimin  dünya  folklorunda  və  Azərbaycanın ayrı-ayrı 
bölgələrində oxşar və fərqli xüsusiyyətləri göstərilmişdir. 
Açar sözlər: doğum mərasimi, körpə, məişət, folklor, Kəlbəcər 
 
REGIONAL CHARACTERISTIC OF AZERBAIJAN CEREMONY 
FOLKLORE 
(On the childbirth ceremony on the anology of Kalbajar samples) 
Summary 
Starting from the ancient times up to nowadays in Azerbaijan folklore, childbirth 
has  been  considered  sign  of  enjoyment  and  happiness.  Increase  of  generation  and 
enlargement  of  family  have  been  one  of  the  main  commitment  for  the  newly  married 
couples.  The  article  dealt  with  childbirth  ceremony  of  the  family  life  and  its  peculiar 
characteristics. At the same time, special attention have been made to the place of this 
ceremony in the entire world folklore and also, its similar and distinctive characteristics 
in the different regions of Azerbaijan. 
Key words: childbirth ceremony, child, life conditions, folklore, Kalbajar  
 
ОСОБЕННОСТЬ ЦЕРЕМОНИИ РЕГИОНАЛЬНОГО ФОЛЬКЛОРА 
АЗЕРБАЙДЖАНА 
(В связи церемоний рождении на основе Келбаджарский примеров) 
Резюме 
С давнейших времен до настоящего времени рождения человека в Азербай-
джанском фольклоре считается признаком радости и счастье. Увеличение поколе-
ние,  расширение  семейства  было  необходимыми  условиями  для  каждой  молодо-
женов.  В  статье  говорится  о  церемоний  рождении  и  о  ее  особенностей.  В  то  же 
время,  показано  сходства  и  различие  особенности  этой  церемонии  в  мировом 
фольклоре и отдельных регионах Азербайджана. 
Ключевые слова: poждение, младенец, быт, фольклор, Келбаджар 
 
Məsələnin  qoyuluşu.  Dünya  xalqlarının  folklorunda  olduğu  kimi, 
Azərbaycan xalqının folklorunda da ailə-məişət mərasimləri mühüm əhə-
miyyətə  malikdir.  Doğrudur,  ailə-məişət  mərasimləri  mövsüm  mərasim-
ləri qədər geniş və kütləvi halda keçirilmir. Mövsüm mərasimlərinin vax-


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə