Microsoft Word Dede-Qorqud-2-51



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə23/54
tarix21.06.2018
ölçüsü5,09 Kb.
#49898
1   ...   19   20   21   22   23   24   25   26   ...   54

Dədə Qorqud ● 2014/I I                                                                      58 
ki, kökündə bir gerçək, bu günümüz üçün nəticəsi təsdiqlənmiş elmi bilik 
durur. 
Bir başqa inanc nümunəsinə diqqət edək: “İpəkqurdları təzə çıxan-
da  onların  bir  hissəsi  “qırıldı”  bəhanəsi  ilə  ayırıb  gözə  gəlməmək  üçün 
başqa gizli bir yerdə baxır, yemləyirdilər və həmin qurdlardan alınan ba-
ramanı satırdılar. Bu pula qoyun alıb qurban kəsirdilər” (8, 50). 
Bu  inancın  kökündə  əski  insanın  ilkin  sınamaları  dayanır.  Bilirik 
ki,  əski  inanclara  uyğun  olaraq  gözdəymədən,  bədnəzərdən  qorunması 
nəzərdə tutulan obyеkt üzərinə müəyyən əşyalar asılırdı və hazırda bunun 
izləri hələ də qalmaqdadır.  
Nümunədən  də  göründüyü  kimi,  inanc  əsasında  formalaşan  bu  sı-
namanın kökündə xarici faktor kimi aldadıcılıq, “yalan” faktoru durur.  
Burada gеrçəklik еlеmеntinə еkvivalеnt olan birinci intеllеkt obrazı 
birbaşa  duyğu  və  hisslərə  əsaslanan  dərkеtmə  vasitəsilə  dеyil,  bеyində 
əvvəlcədən mövcud olan ikinci intеllеkt obrazlarının forma dəyişməsi və 
məzmun dəyişməsi kimi çevrilmələr nəticəsində cərəyan еdən düşünərək 
dərkеtmə vasitəsilə yaranır. 
Bu  mətndən qaynaqlanaraq  “Yalan”  faktorunun üzərində dayanaq. 
F.ü.e.d.  Seyfəddin  Rzasoy  yazır:  “Yalan”  semanteminin  mifoloji  xaosla 
bağlılığı  “Səni  görüm  yalan  olasan”  qarğışında  da  özünü  qorumuşdur. 
Bu,  indi qocaların dilində qorunub qalmış  ağır  bəddualardan  biridir. Se-
mantikası birbaşa ölümlə bağlıdır” (10, 257). Verdiyimiz inanc nümunə-
sindəki  “yalan”  (aldadıcılıq)  faktorunun  özəyində  məhz  Seyfəddin  Rza-
soyun da qeyd etdiyi kimi “ölüm” semantemi durur.  
Yalnız  inanclar,  alqış  və  qarğışlar  dеyil,  bir  çox  müxtəlif  janrdan 
olan folklor örnəkləri də ilkin gerçəkdən, həqiqətdən qaynaqlanır. Psixo-
loji araşdırmalar belə dеməyə əsas vеrir ki, ilkin  inanclar əksərən (bəlkə 
də istisnasız olaraq) sınanaraq təcrübədən kеçirilmiş adi  həyat hadisələri 
ilə  bağlı  olmuşdur.  Bu  nümunələrin  də  əsasında  müəyyən  mənada  real 
faktor durur.  
Məsələn,  “baramaqurdunun  bir  hissəsi  “qırıldı”  bəhanəsi  ilə ayırıb 
gözə gəlməmək üçün başqa gizli bir yerdə baxır, yemləyirdilər...”  
İnsanlar daima bədnəzərə həddindən artıq önəm vermiş və bu özü-
nü folklor örnəklərində də göstərməkdədir. Ancaq bunu qeyd etmək istə-
yirik  ki,  bədnəzər  adlandırdığımız  bu  “gözdəymə”  “aura”  ilə  əlaqəlidir. 
İndi isə “aura” məfhumuna aydınlıq gətirək. “Aura insanın şəxsiyyəti, hə-
yat tərzi, onun fikirləri və hissləri məlumatlarını özündə birləşdirən enerji 
şüalarıdır” (15).  
“Aura yunan mənşəli əsmə sözündən olub, enerji sahəsi, işıq, rəng 
deməkdir.  Hər  bir  şeyin  enerjisi  vardır  Bu  baxımdan  otağın  da  aurası 


Dədə Qorqud ● 2014/I I                                                                      59 
vardır.  Otaqdakı  əşyaların...  yerləşməsi  müəyyən  enerji  harmoniyası  ya-
radır. Bunu öyrənən xüsusi sahə vardır ki, bu, Fen-suy adlanır. Bu sahəyə 
görə qalan enerji harmoniyası insanı yorduğu üçün əşyaların... yerini tez-
tez dəyişdirmək lazımdır” (19). 
İkincisi,  “aura  hətta  enerji  və  informasiya  axınını  nəinki  qəbul  et-
mək, hətta toplayıb ötürmək qabiliyyətinə də malikdir. Deməli,  insanların 
auraları  qarşılaşarkən  onlar  özləri  də  bilmədən  informasiya  mübadiləsi 
edirlər” (16). Onlar istər müsbət, istərsə də mənfi enerjilərini bir-birilərinə 
ötürürlər. Mənfi enerjinin təsiri ötürüləndə qarşı tərəf pis hallar keçirir ki, 
insanlar  da  bunu  “bədnəzər” adlandırmış,  müxtəlif tədbirlər  həyata keçir-
mişlər. Verilən inanc nümunəsindən də göründüyü kimi insanelar barama-
qurdunun yerləşdiyi mühiti dəyişmiş və istədikləri nəticəni əldə etmişdir. 
Verilən nümunədə: “...baramanı satırdılar. Bu pula qoyun alıb qur-
ban  kəsirdilər.”  Doğru  olaraq  burada  bu  fikri  qeyd  etmək  yerinə  düşər: 
“İnsanlar  qurbankəsmə  ritualının  şər  ruhlardan  qoruyacağını,  onu  əhatə 
edən kosmosun nizamını saxlaya biləcəyini düşünürdü” (4, 51). 
İnsanın ən böyük uğuru varlıq və hadisələri nə şəkildə dərk etməsi-
dir.  İnsanın  idrak  fəaliyyəti  onun  dünyagörüşündən,  intellektindən  asılı-
dır: yəni insan mövcud gerçəkliyi, onun qanunauyğunluqlarını necə qav-
rayır, necə dərk edir. Beləliklə də, insan idrakı mövcud olan varlıq və ha-
disələri özünəməxsus şəkildə dərk edir, inikas etdirir. 
“Saç kəsiləndə saçı qapının künc-bucağına dürtüllər ki, yəəsinin başı 
ağrımasın” (2). 
Əvvəlcə saçla bağlı indiyədək yazılan müxtəlif məqalə və mətnlərə 
müraciət edək.  
“Saç arxaik düşüncə baxımından artım gücünü, xüsusilə magik qüv-
vəti  özündə  təcəssüm  etdirir...  Ənənəvi  təsəvvürlərə  görə  adamın  “canı” 
qanda, gözlərdə yerləşdiyi kimi saçda da ola bilirdi. 
Türk  xalqları  etnoqrafiyasında  saçın  kəsilməsi  və  ya  qırxılması  bir 
akt olaraq inisiasiya səciyyəlidir... Sibir türkləri olan telengitlərdə saç kəsi-
ləndən sonra ya yandırar, ya da gizlədərdilər ki, bədxah “körmös” ruhları 
görüb aparmasın. Yoxsa adam xəstəliyə tutula bilərdi” (3, 311). 
“Saç  mifik  təfəkkürdə  günəşin  şüasını  əks  etdirir.  Saçın  kəsilməsi 
günəş işığının azalmasına işarədir, buna görə də saçın kəsilməsinə qada-
ğa  qoyulmuşdu...  Koroğlu  mifik  qəhrəman  olduğu  üçün  onun  saçının  o 
dünya  ilə  bağlılığına, saçın o dünya  ilə bu dünyanı  birləşdirən  vasitə ol-
masına inanmışlar” (4, 129). 
“Saç, tük folklorda güc mənbəyi kimi nişan verilir... nağılda saçın-
dan bir hörük ayırıb bu hörüklə bir vedrə suyu çəkir yuxarı. ... tüksüzlük 
zəifliyin, tüklülük bahadırlığın əlaməti kimi özünü göstərir. 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə