Microsoft Word Dede-Qorqud-2-51



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə24/54
tarix21.06.2018
ölçüsü5,09 Kb.
#49898
1   ...   20   21   22   23   24   25   26   27   ...   54

Dədə Qorqud ● 2014/I I                                                                      60 
Nağıllarda  sehrli  qüvvələri  çağırmaq  üçün  qəhrəmanın  tük  yandır-
ması  tükün  magik  gücünün  işarəsinə  çevrilir.  Tükün  magik  gücü  qəhrə-
manın yenidən həyata qaytarılması epizodlarında özünü qabarıq göstərir: 
...saçlı qız günəşin, keçəl qız tutqun havanın simvoludur” (7, 102-108). 
F.ü.e.d.  Bəhlul  Abdulla  qeyd  edirdi  ki,  əski  inamda  guya  bədxah 
ruhların qüvvət və qüdrətinin saçlarda olduğu üçün saç tez-tez yuyulduq-
da, darandıqda, qırxıldıqda bu ruhlar narahat olur və insanın başı ağrıyır. 
Ona görə də saç kəsiləndə və qırxılanda qoruyub saxlayardılar.  
Saça  insanın  həyatını,  ömrünü  təmin  edən,  hətta öləndən  sonra  da 
onu  dirildən  vasitə  kimi  inanmışlar  (Məsələn,  saçı  yolub,  yaxud  kəsib 
ölünün üstünə qoymaq) (1, 13-15).  
 Fil.ü.f.d.  A.Xürrəmqızı  “Azərbaycan  mərasim  folkloru”  kitabında 
“etnoqraf D.Zeleninin toy zamanı saçın kəsilməsinin iki səbəbinin 1) saç-
ların  qurban  verilməsi;  2)  gəlin  qaçırılmasının  rudimenti  olduğunu  gös-
tərmiş  və  qeyd  etmişdir  ki,  bunun  adıçəkilən  mərasimin  mənşəyinə  dair 
bir qədər mürəkkəbliyə varmadan başqa bir şey deyildir” (5, 106).  
 “Noqay  türklərində  (Xəzər  türklərində,  qaqauzlarda)  uşağın  ilk 
saçı  qırxılanda  toy  edilir.  Həmin  tük  uşağın  ilk  dişi  çıxanadək  saxlanı-
lırdı” (11, 14-136-258). 
“Avropa  xalqlarında...  kəsilmiş  saçı  yandırırlar.  Onların  inancına 
görə bədən üzvləri  başqa şəxsin əlinə düşməməlidir. Bir sıra xalqlarda... 
kəsilmiş  saçların  divarda,  ya  da  başqa  bir  yerdə  gizlədilməsi  adəti  var” 
(6, 472-475). 
“Siamlar  belə  güman  edirdilər  ki,  insanın  saçının  qırxılması  çətin  və 
təhlükəlidir. Ona görə ki, başdakı ruhu rahatsız edər, ona zərər verə bilər. Bu 
ruh da saçı qırxana, yaxud da kəsənə xətər toxundura bilər. İkincisi, bu saçı 
kəsdikdən  sonra  belə  onların  insanla  əlaqəsi  bitmir.  Ona  görə  də  kəsilmiş 
saçı ən təhlükəsiz  yerdə basdırırdılar. Əks halda bu saç pis adamların əlinə 
keçər, onlara cadu edərlər... Markiz adalarının sakinləri bir topa saç saxlayıb 
qalanını  qırxırdılar.  Bunu  o  vaxt  edirdilər  ki,  onların  ya  andları,  ya  da  bir 
vədləri olurdu... Saçın qırxılması, kəsilmiş saçın gizlədilməsi ritualı olurdu... 
Kəsilmiş telləri gizlədirdilər və s. (13, 223-224-225). 
Qəbələ  rayonunda  Komrat  adlı  bir  ziyarətgah  yeri  vardır.  İnsanlar 
övladı  olmaq  üçün  bu  pirə  niyyət  edirlər.  Uşaq  dünyaya  gələndən  sonra 
onun hansı yaş dövrü üçün niyyət edirlərsə, o vaxtadək uşaqlarının başın-
da bir topa saç saxlayırlar. Hər dəfə baş qırxılmasına baxmayaraq, ziyarə-
tə niyyət edilən saç topası qırxılmır, uzun qalır. Həmin uşaq niyyət edilən 
yaş  həddinə  çatanda  isə  bu  saçı  kəsib  Komrat  ziyarətgahına  gətirir  və 
onun  divarlarınn  oyuqlarında  gizlədirlər.  Yaxud  da  bu  saçı  təmiz  yerdə 


Dədə Qorqud ● 2014/I I                                                                      61 
basdırırlar.  Hal-hazırda  da  bu  ənənə  davam  etməkdədir.  Bu,  yuxarıda 
qeyd etdiyimiz fikirlərin bir daha təsdiqidir.  
İndiyədək  qeyd  etdiyimiz  fikirlər  saçın  mifoloji  anlamda  izahının 
verilməsidir. 
Biz adi baxdığımız saç məhfumu ilə bağlı çox şeyləri bilmirik. Əs-
lində, bu inancın arxasında böyük bir həqiqət, gerçək gizlənmişdir. Bizim 
mifik sınama hesab etdiyimiz bu inancın yaranmasının obyektiv səbəbləri 
vardır. 
Saç nədir? Saç, canlı saç kökündən əmələ gələn və “keratin adlanan 
zülal maddəsinin nəticəsində” artan və çoxalan, dərinin üst qatında yerlə-
şən cansız bioloji ünsürdür. 
Bir insanın başında təxminən 100-150 min saç teli vardır. İnsan sa-
çının  bir tükü 3 kq yükü qaldırmağa qadirdir. Doğrudan da, bizim güclü 
pəhləvanlarımız  vardır  ki,  özünün  saç  gücü  ilə  ağırlıq  qaldırmaq  məha-
rətinə  malikdir.  Əski  insanın  boyu  uca  (oğuzlar)  olduğu  kimi,  gücü  də 
böyük olub. Odur ki, saçın gücü ətrafında yaranan mifik rəvayətlər məhz 
bu həqiqətə, gerçəyə söykənir. 
Konkret  faktlar  əsasında  saça  verdiyimiz  tərifi  çözməyə  çalışaq. 
Canlı saç kökündən əmələ gələn... cansız bioloji ünsürdür. Saç kəsiləndə 
ağrımırsa, cansızdır. Saç kəsilən kimi saçın kəsilmiş hissəsi ölür. Demək, 
cansız saç canlı saç kökündən qaynaqlanır. Əgər saç qırxılarsa, kəsilərsə, 
dartılanda  təbii  ki,  baş  ağrıyacaq.  Çünki  qeyd  etdiyimiz  kimi  saç  kökü 
canlıdır. Ona görə də “saç qırxıldıqda başda olan ruhlar qəzəblənir, xətər 
toxundurur” inancları meydana gəlmişdir. 
İnsan “orqanizmini son dərəcə müxtəlif zülallar təşkil edir. Hər bir 
zülal  haqqında  məlumat DNT-də (Dinitrotoluen – M.Y.) kodlaşdırılmış-
dır. DNT genetik koddur” (9, 38-40). 
“İnsan bədənində təxminən yüz trilyon hüceyrə vardır. Bu hüceyrə-
lərin hər birində bir DNT molekulu var. Bu molekullardan yalnız birinin 
içində üç milyard müxtəlif məlumat var. Bu məlumatlar bir milyon səhi-
fəlik  kitaba  bərabərdir.  Bir  milyon  səhifəlik  kitab  təxminən  min  cilddir. 
Bu  min  cildlik  əsər  24  saat  fasiləsiz  oxunsa,  əsərin  tamamlanması  üçün 
yüz il lazım olar. Bu böyük məlumat təkcə saçımızın bir telində və ya qo-
lumuzun  üzərindəki  hansı  bir  tükdə  olan  DNT-yə  aiddir.  Dünyanın  ən 
mükəmməl və kompleks təsisatı olan məlumat və təcrübə DNT-də gizlə-
nir. DNT-də qorunan məlumatlar insanın saç və gözlərinin rəngindən bo-
yunun uzunluğuna qədər bütün  fiziki  xüsusiyyətləri  ilə  bərabər hüceyrə-
lərdə  və  bədəndə  meydana  gələn  minlərlə  hadisəyə  və  sistemə  nəzarət 
edir” (20).  


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə