Microsoft Word Dede-Qorqud-2-51



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə32/54
tarix21.06.2018
ölçüsü5,09 Kb.
#49898
1   ...   28   29   30   31   32   33   34   35   ...   54

Dədə Qorqud ● 2014/I I                                                                      78 
gələndə  camaat  Yel  babanı  çağırıb  deyər:  “Yel  baba,  gəl,  ağ  atına  arpa, 
saman apar” (7, 56, 57). 
Mətndə “bəzən Yel  babaya nəğmə  ilə də  müraciət edərlər” (7, 57) 
ifadəsi Yel baba mərasiminin daha çox epik növdə, xalq nəsri üslubunda 
icra edilməsindən də xəbər verir. 
Novruz  mərasimləri  ilə  ilgili  ən  geniş  yayılmış  inam  və  sınamalar 
xalq  arasında  ilaxır  çərşənbəsi  kimi  tanınan  çərşənbə  axşamında  nəzərə 
çarpır: “İlin axır çərşənbə axşamında bir yumurta götürüb sönmüş təndirin, 
yaxud  ocağın  içərisinə  qoyurlar.  Bir  tərəfinə  qara,  bir  tərəfinə  də  qırmızı 
karandaş atıb üstünü küllə örtürlər. Bayram günü dan yeri söküləndə gedib 
yumurtaya baxırlar. Əgər üstünə qara xətt çəkilibsə, qoca adamın taleyinin 
dönüklüyündən, qırmızı xətt çəkilibsə, xoşbəxtlikdən xəbər verir... 
...İlaxır çərşənbəsi axşamı niyyət edən ağzına su alıb qulaqlarını əli 
ilə yumur, qonşunun həyətinə yollanır. Orada əlini qulağından çəkib suyu 
udur.  Eşitdiyi  ilk  söz  xoşdursa,  niyyətinə  çatacaq,  əksdirsə,  bəxtinnən 
küssün” (7, 48). 
Kitabda bu kimi inamlar və sınamalar həddindən artıq çoxdur. Nü-
munə  kimi  verdiyimiz  bir  çox  inamlarla  yanaşı  burada  su  üstündən 
tullanma (adətən, od üstündən tullanırlar), ağzına su alıb qonşu  həyətinə 
keçib sözə qulaq vermə (adətən, qapı ardında qulaq falına çıxırlar) və bu 
kimi  spesifik  cəhətlər  xalq  nəsrinin  regional  xüsusiyyətlərinin  yeni  bir 
istiqamətdə aşkarlanmasına səbəb olur. 
Ağdaş  folklorunda,  demək  olar  ki,  eyni  mətnlər  cəmlənmişdir  (8, 
81). Əlbəttə, bu da Şirvan regionunda formalaşan mənəvi-mədəni dəyər-
lərin,  adət  və  ənənələrin,  inam  və  inancların,  etnoqrafik  xüsusiyyətlərin 
eyni kökdən gəldiyindən xəbər verir. 
A.Səfərova  Şirvan  bölgəsinə  daxil  olan  Neftçala  və  Salyan  bölgə-
sində  Novruz  mərasimlərinin  eyni  qaydada  keçirilməsinə  aid  örnəklər 
təqdim edir (9, 118-121). Tədqiqatçı bu  bölgədə keçirilən Novruz məra-
simləri ilə digər bölgələrdəki mərasimlər haqqında müqayisə aparır, mü-
əyyən  fərqlilikləri  meydana  çıxarır  ki,  bu  da  regional  xüsusiyyətlərin 
folklor örnəklərində özünü göstərməsi  baxımından çox gərəklidir.  A.Sə-
fərova X.Məmmədovaya istinadən Qubada keçirilən Novruz mərasiminin 
bir əhəmiyyətli, fərqli xüsusiyyətinə diqqət çəkir: “Qubanın bəzi kəndlə-
rində  bayram  axşamında  tonqal  yandırılmır,  ancaq  hər  həyətdə  evdəki 
adamların sayı qədər zoğal  və  ya alma ağacından kəsilmiş  çubuqlar tor-
pağa basdırılır, ucuna əski-üskü sarınıb yandırılır” (9, 118). 
Tədqiqatçı Z.Səmədova Zaqatala bölgəsində Novruzda icra olunan 
bir  mərasimin  Qurban  bayramında  da  eyni  qaydada  qüvvədə  olduğunu 
qeyd edərək bu şəkildə göstərir: ”Azərbaycanın bəzi bölgələrində kosalar 


Dədə Qorqud ● 2014/I I                                                                      79 
tək Novruzda yox, hətta Qurban bayramında da qapı gəzirlər. Tədqiqatçı 
Z.Səmədova  yazır  ki,  Zaqatala  bölgəsində  Novruz  bayramı  ilə  yanaşı, 
həm də Qurban bayramında kosalar evləri gəzirlər” (9, 121). 
Novruz  mərasimləri  ilə  bağlı  olan  xalq  dramlarına  da  nəzər  yetir-
məyə xüsusi ehtiyac vardır. Çünki bir çox xalq dramları vardır ki, yalnız 
Novruz tamaşaları olaraq Novruzda ifa olunmuşdur. 
Xalq  dramları,  meydan  tamaşaları  kimi  tanıdığımız  kütləvi  məra-
simlər  vardır  ki,  bunlardan  bir  qismi  Novruz  mərasimləri  ilə  bağlıdır. 
“Əkəndə  yox, biçəndə  yox, yeyəndə ortaq qardaş”, “Kos-Kosa” və s. bu 
kimi tamaşalar bu qəbildəndir. 
Folklorşünas  alimlər  T.Fərzəliyev,  İ.Abbasovun  tərtib  etdiyi  xalq 
ədəbiyyatında  “Xalq  dramları”  başlığı  altında  verilən  tamaşalar  bunu 
təsdiq  edir.  Xalq  dramlarına  diqqət  etdikdə  aydın  nəzərə  çarpır  ki,  bu 
tamaşalar lirik-epik növə, eyni zamanda dramatik növə aid olmaqla xalq 
nəsrinin  qiymətli  nümunələri  kimi  ortaya  çıxır.  Kos-Kosa  tamaşasından 
bizə  məlum  olur  ki,  Novruz  bayramında  nümayiş olan  bu  xalq  tamaşası 
tamamilə  lirik  növə  aid  olan  nəzm  parçaları  ilə  birlikdə  dəyərli  nəsr 
nümunəsini özündə inikas etdirir. Məşhur “A Kos-Kosa gəlsənə” misrası 
ilə  başlayan  bu  nəğmə  heç  də  nəsr  üslubundan  təcrid  olunmadan  xalq 
tamaşaları  içərisində  yer  almaqla  xalq  nəsrinin  epik-lirik  növə  aidliyini 
göstərir. “Kos-Kosa” tamaşasına müraciət edək:  
“Ay Kos-Kosa gəlsənə, 
Gəlib salam versənə, 
Xanım, ayağa dursana, 
Kosaya pay versənə... 
Mahnı qurtaran kimi  Kosa “Kosa öldü”- deyib  yerə yıxılır. Bu za-
man ona aşağıdakı kimi suallar verib cavab alırlar:  
– Kosa, haradan gəlirsən? 
– Dərbənddən. 
– Nə gətirmisən? 
– Alma. 
– Almanı neylədin? 
– Satdım. 
– Pulunu neylədin? 
– Öküz aldım. 
– Öküzü neylədin? 
– Vurdum, öldü. 
Kosanın  bu  sözündən  sonra  yoldaşları  birlikdə  bu  mahnını 
oxuyurlar: 
 Başın sağ olsun, Kosa! 


Dədə Qorqud ● 2014/I I                                                                      80 
 Ərşin uzun, bez qısa, 
 Kəfənsiz ölməz Kosa! və s. və i. (10, 256-257). 
Göründüyü  kimi,  nəzm  və  nəsr  vəhdəti  bu  mərasim  tamaşasında 
aydın  görünür.  Bu  xalq  tamaşasının  Şirvanda  çox  aktual  olduğu,  Şirvan 
regionunda  bu  tamaşanın  Novruz  mərasimlərində  keçirildiyi  birmənalı 
şəkildə  qəbul  olunandır.  Bu  tamaşanın  mətnində  Şirvan  regionunun 
spesifikası ilə birbaşa bağlılıq vardır. İstər məhəlli söz bazası olsun, istər 
təsərrüfatçılıq-peşə  vərdişləri,  istərsə  də  şəhər  və  kənd  münasibətləri 
zəminində  hər  bir  söz,  cümlə,  ifadə  tərzi  Şirvan  ərazisi  ilə  birbaşa 
əlaqəlidir: 
    
Qurbanın olum, yaşıl çuxalı, 
Dərbəndlisən, yoxsa buralı... 
...Kosa, haradan gəlirsən, 
– Dərbənddən (10, 257). 
 
Şirvan ərazisinin Dərbəndi də əhatə etdiyi, Dərbənddən gələn Kosa-
nın Şirvan təsərrüfatında da geniş formada yayılmış almanı Dərbənddən la-
zımsız yerə indi durduğu əraziyə gətirməsi xalq tamaşasının strukturundan 
irəli gəlib, gülüş ovqatı yaratması ilə birlikdə regional özəllikləri diqqətdə 
saxlayır. Heyvandarlıq sahəsinin tərəkəmə həyatının tərkib hissəsi olduğu-
nu  nəzərə  alsaq,  məhz  Kosanın  almanı  verib  öküz  alması  da  bu  regional 
xəritənin tamaşada açıq şəkildə göründüyündən xəbər verir. 
“Kos-Kosa”  xalq  tamaşasındakı  heç  bir  ifadə  tərzi  Şirvan  regionu 
üçün  yabançı  deyil.  Bu  tamaşanın  ritual  strukturunu,  semantik  laylarını 
izah etmək imkanımız olmadığı üçün yalnız onu qeyd edək ki, tamaşada-
kı  söz,  rəqs,  mahnı  sinkretliyi  də  Şirvan  dastançılıq  ənənəsinin  ya  ilkin 
quruluşunu və yaxud da paralelini təşkil edə bilər. Bu cəhətdən “Əkəndə 
yox, biçəndə yox, yeyəndə ortaq qardaş” xalq tamaşası daha çox xarakte-
rikdir.  Eyni  mənbədən  oxuyuruq:  “Bayram  günlərində,  xüsusilə  Xıdır 
Nəbi,  Axır  Çərşənbə,  Novruz  bayramında  keçirilən  şənliklər  zamanı  ifa 
edilir. Sazandalar çalır, xanəndə oxuyur, adamlar oynayırlar”. 
Mövsümi mərasimlərin folklor baxımından ən zəngini olan Novruz 
başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət 
bayramıdır. Elə bu məhəbbətlə bağlı yaranmış Novruz tapmaca, atalar sö-
zü  və  adətlərində  də  ulu  babalarımızın  müdrik  dünyagörüşü,  humanist 
baxışları, həlim, qayğıkeş təbiəti özünü göstərir. Novruz Azərbaycan xal-
qının etnokulturologiyasında özünəməxsus yeri olan ən böyük milli bay-
ramımızdır. 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə