Microsoft Word Dede-Qorqud-2-51



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə34/54
tarix21.06.2018
ölçüsü5,09 Kb.
#49898
1   ...   30   31   32   33   34   35   36   37   ...   54

Dədə Qorqud ● 2014/I I                                                                      84 
Molla  Həmidə  verirlər.  Uzun  illər  Şıx  Məhəmməd  Sədəfi  unuda  bilmir, 
ona  gözəl  qoşmalar  həsr  edir.  Hətta,  deyirlər  ki,  “Sədəf”  adlı  bir  dastan 
da  yazıbmış.  1918-ci  ildə  erməni-müsəlman  qırğını  zamanı  kənd  yandı-
rılarkən  onun  da  əlyazmalarının  hamısı  yanıb  məhv  olur.  Ancaq  Sədəfə 
həsr  etdiyi  qoşmalardan  biri  ağızdan-ağızdan  keçərkən  bizim  günlərə 
gəlib çatmışdır: 
 
 
Hansı bədnəzirin gözünə gəldin, 
Düşmüsən elindən aralı, Sədəf! 
Ovçu marığında, çaxmaq əlində, 
Sənsənmi quzğunun maralı, Sədəf! 
 
Zimistanda dağlar lala boyanmaz, 
Ruhu aparmasan, cismim oyanmaz, 
Ovçu marığında, çaxmaq əlində, 
Sənsənmi quzğunun maralı, Sədəf! 
 
Sallanıb şəklini salginən suya, 
Şana çək dəstinlə zülfü-xoşmuya, 
Güllə dəysin səni vuran ovçuya, 
Olmusan köksündən yaralı Sədəf! 
 
Nə müddətdir müntəzirsən əyala, 
Arazbarda gülsən, dağlarda lala, 
Fikir edib, vermə könlü xəyala, 
O gül yanaqların saralı, Sədəf! 
 
Sənsən bu dərənin bircə göyçəyı, 
Üzündə qoymusan halqa birçəyi, 
Qızılgüldür yalnız cənnət çiçəyi, 
Onun da üstünü xar alı, Sədəf! 
 
Özünə münasib olsaydı yarı, 
Atlı qabağında qoşun sərdarı, 
Üç gecəlik aya bənzər qaşları, 
Sürməsiz gözləri qaralı, Sədəf! 
 
Bir tingəsən, səhra yerdə bitibsən, 
Hürüdən, pəridən yəqin ötübsən, 
Ab eyləyib əndamına yetibsən, 
Başqası hüsnündən bar alı, Sədəf! 


Dədə Qorqud ● 2014/I I                                                                      85 
Bağban deyər qoyma məni nişanə, 
Öldürər gözlərin, düşərsən qanə, 
Baxan camalına olur divanə, 
Bacaran döşünə tar alı, Sədəf!” ( 2, 74-76) 
 
Həmin  şeirin  biz  Həbib  Mustafayevdən  topladığımız  variantı  isə 
yalnız 5 bənddən ibarətdir: 
 
Zimistanda dağlar lalə boyanmaz, 
Ruhi aparılan heç də oyanmaz, 
Səni görən gözlər ayrı dayanmaz, 
Gen dünya başına daralı Sədəf! 
 
Əyilib qəmzəni salginən suya, 
Şanə tut bəstində, səy elə muya, 
Güllə dəysin səni vuran ovçuya, 
Olmusan köksündən yaralı Sədəf! 
 
Hansı bədnəzərin gözünə gəldin, 
Düşmüsən elindən aralı, Sədəf! 
Ovçu marağında, çaxmaq əlində 
Sənsənmi dağların maralı, Sədəf! 
 
Görünürki, müntəzirsən ayaqa, 
Aracbar gülüsən, dağlarda lalə, 
Qüssələnib özün vermə xəyalə. 
Al-gülgəz yanaqlar saralı, Sədəf! 
 
Yalnız sənsən bu dərənin göyçəyi, 
Üzündə vurmusan həlqə birçəyi, 
Qızıl güldür sanki cənnət çiçiəyi, 
Onunda əsiri ŞıxMəhəmmədir, Sədəf! 
 
Gördündüyü  kimi,  C.Tağıyevin  topladığı  variant  daha  mükəmməl 
və tam mətndir.  
Şıx Məhəmməd Bağbanın  “Gəyəli” adlı şeiri də  fərqli  variantlarda 
tərəfimizdən toplanmışdır. İnformatorun bu şeirlə bağlı  verdiyi  məlumat 
belədir:  “Bir  dəfə  Şıx  Məhəmməd  ata ocağı  olan  Gəyəli  kəndində  yaşa-
yan bir Hacının ziyarətdən qayıtdığını eşidir. Hacını görmək üçün, bir az 
tədarük  görüb,  kəndə  üz  tutur.  Kəndə  çatanda  görür  ki,  hamı  Hacının 


Dədə Qorqud ● 2014/I I                                                                      86 
ətrafına yığılıb. Şıx Məhəmməd Hacı ilə görüşüb, hamı kimi bir qıraqda 
oturur, Hacının söhbətini dinləyirlər. Bir az keçməmiş,  hər kəs öz evinə 
dağılır,  o  cümlədən  Hacı  da  gedir.  Kənd  camaatından  hec  kim  Şıx  Mə-
həmmədi  evinə qonaq dəvət etmir, hətta ziyarətinə gəldiyi Hacı da  belə. 
Qonaq gəldiyi bu kənddə çox soyuq qarşılandığını görən Şıx Məhəmməd 
bədahətən bunları deyir: 
 
Getmişdim Gəyəliyə ajdığımdan nan yeməyə. 
Sikreti sözüm var idi, bəlkə də pünhan deməyə, 
Getdim gördüm, qarğa kimi veriblər lələk-lələyə 
Məni görcək tülkü kimi qaçıb girdilər deşiyə” 
 
Yaz açılar, yonca bitər, otdarsan yarpız Gəyəli. 
Xiyarı qoy şoraba, doyunca ye qarpızı Gəyəli. 
Qışda yeyər bozbaşınan, camaatı murquz Gəyəli. 
Qonaq görəndə qaçıb gizlənəcək yalqız Gəyəli (2, 85). 
 
 
Məlik, Namaz, a donquz oğlu Salman, 
Agah ol ki, bir gün də o kənddə qalmam. 
Təzim ilə şümürlərdən pul almam. 
Doluyub qələmə Şıxıyev Bağban 
Məşhədi Şəhrəbanı, Məşhədi Alı 
Sizləri edirəm bu işdən xali 
Kərbəlayı Fərzalı olubdu naşı. 
Başına ip salıb, çəkəsən düzə. 
Məşhədi Şəhrəbanı çıxginən üzə 
Pis əməlin düşüb dilə, Gəyəli 
Açıb iç üzünü tökdün, Gəyəli. 
 
Başqa bir qoşmasında isə, şair yaşadığı kəndlə üzbəüz olan müqəd-
dəs dağ sayılan Xustub dağından bəhs etmişdir. Övladı olmayan, ürəyin-
də  diləyi-arzusu  olan  camaat  sübh  açılmamış  bu  dağa  üz  tutub,  niyyət 
edərdilər. 
 
Fəna dünyadan köçəydim, 
Pisi, yaxşıdan seçəydim. 
Üstündə qalıb suyun içəydim. 
Viran qalsın suyun dağlar! 
 


Dədə Qorqud ● 2014/I I                                                                      87 
Şanəni tutub dəstində. 
Bilmirəm nə var qəsdində? 
Düzülüb köksün üstündə, 
Durna kimi qonan dağlar 
  
Almanı verdi ötürdü, 
Nişanəm Zeynəb götürdü, 
Xustub muradə yetirdi, 
Nə vaxt eylər toyun dağlar! 
 
C.Tağıyev  “Yaddaşlardan  yığılan”  kitabında  “Dağlar”  şerinin  ya-
ranması  və  şair  Şıx  Məhəmmədin  qohumu  Nübar  xalanın  söylədikləri 
maraqlı  nümunələr haqqında geniş  məlumat vermişdir: “Bağbanın özün-
dən  başqa  isə  qadir  doğma  və  yaxınları  olmadığından  anası  Bədirnisə 
oğlunu  –  Bağbanı  yaylaqdan  yarımçıq  qaytardığından  aranda  çəkdiyi 
əziyyətin müqabilində “Dağlar” şeirini yazır: 
  
Fani dünyadan köçəydim 
Dostu düşməndən seçəydim, 
Qalıb suyunu içəydim,  
Viran qalsın suyun, dağlar! 
 
Şananı tutub dəstində,  
Bilmirəm nə var qəstində? 
Durnalar köksün üstündə, 
Yenə qurur oyun, dağlar! 
 
Almanı verdim, götürdü, 
Nişanı Zeynəb ötürdü, 
Xustub murada yetirdi, 
Nə vaxt eylər toyun, dağlar!” (2, 89) 
 
Göründüyü kimi, C.Tağıyevin topladığı şeir mətni ilə bizim yuxarı-
da verdiyimiz variant arasında cüzi fərqlər vardır. 
Cəmil Tağıyevın “Yaddaşlardan yığılan” kitabında qeyd olunur ki, 
şair Şıx Məhəmməd Bağbanın qardaşı qızı Nübar xalanın dediyinə görə, 
Şıxməmmədin  ilk  sevgilisi  olan  Nabatı  ona  yox,  qonşu  Pirveys  kənd 
sakininə  zorla  ərə  verirlər.  Nabat  istəmədiyi  adama  ərə  verildiyi  üçün 
toydan bir neçə gün sonra bulaqdan səhənglə su gətirməyə gedir və orda 
səhəngin çatısı  ilə özünü armud ağacından asıb öldürür. Uzun  vaxt keç-


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə