Microsoft Word Dede-Qorqud-2-51



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə28/54
tarix21.06.2018
ölçüsü5,09 Kb.
#49898
1   ...   24   25   26   27   28   29   30   31   ...   54

Dədə Qorqud ● 2014/I I                                                                      69 
sus mərasim keçirilir və bəzi rituallar edilirdi. “Qırxı çıxan uşağın qırx gü-
nünü  keçirmək  üçün  ayrı  qabda  qırx  suyu  hazırlanır,  içinə  qırx  ədəd  daş 
qoyulur,  ya  da  qırx  ədəd  arpa  atırlar,  qırx  qüsulunu  verib  təmizləyirlər. 
Bundan sonra uşaq olur pak, üstünə kim istəsə gələ bilərdi” (Babaxanova 
Bənövşə Əli qızı, Sarıdaş kəndi). 
Maraqlı adətlərdən biri də qadının cifti ilə bağlıdır. Müxtəlif xalqla-
rın folklorunda doğumdan sonra qadının bətnindən ayrılan ciftlə bağlı ox-
şar və fərqli ayinlər keçirilir. İnama görə, cift uşağı doğum gününə qədər 
müşayiət edir. Doğumdan sonra da onu dəfn etmək lazımdır, bu ruhu tor-
pağa qaytarmaq və onun yenidən qayıdışını təmin etmək üçün idi. Ciftlə 
bağlı  inanclar çox  yönlü olub,  müxtəlif  xalqlarda  ya  basdırmaq,  ya  yan-
dırmaq, ya da axar suya axıtmaq kimi rituallardan ibarətdir. Bəzi xalqlar-
da  isə  onu  qurudub  uşağın  beşiyində  saxlayırlar.  Bunun  mənası  körpəni 
sağlam  saxlamaq,  onu  bəladan,  xəstəlikdən  qorumaq  idi.  Ümumiyyətlə, 
bütün  bu  mərasimlər  qoruyucu  xarakterə  malik  olub,  insanları  zərərdən 
qorumaq  üçün  icra  olunurdu.  Azərbaycanda  da  ciftin  ana  bətnindən  tez 
düşməsi üçün evdəki bağlı, düyünlü şeyləri açmaq, qablardakı suları bo-
şaltmaq  və  s.  kimi  adətlər  var  idi.  Eyni  zamanda,  ciftin  basdırılması  da 
bəzi bölgələrdə xüsusi əhəmiyyətə malikdir. Yaşlı nənələrin dediyinə gö-
rə, cifti təmiz yerdə basdırmaq lazımdır, onu murdarlamaq olmazdı. Türk 
xalqlarının folklorunda da körpə dostu və ya yoldaşı kimi tanınan cift tə-
miz parçaya bükülür və dəfn edilirdi. Valideynlər uşağını böyüyəndə din-
dar görmək  istəyirsə, bunu  bir  məscidin  həyətində dəfn edir. Təhsilli ol-
masını istəyirsə, məktəb, universitet həyətində dəfn edirdilər. Azərbayca-
nın bir çox bölgələrində, əsasən də ucqar kəndlərində körpənin göbək ba-
ğını təmiz  yerdə, barlı ağacın altında,  yaxud da məktəb həyətində basdı-
rardılar.  Şimal  rayonlarında  isə  cifti  basdırmaz,  uzaq  bir  yerə,  yaxud  da 
çaya  atardılar.  Ruslar  isə  cifti  evin  döşəməsinin  altında  dəfn  edirdilər. 
Digər  xalqların  folklor  ənənəsində  isə  çox  hallarda  bunu  heyvanlara  (it, 
pişik, vəhşi heyvanlar və s.) atırdılar ki, yesin. Avropa xalqlarında da gö-
bək  bağı  beşiyin  üstündən,  yaxud  uşağın  yastıq  altında  bir  parçaya  bü-
külmüş  halda  saxlanılır.  İngilis  xalqında  isə  cift  “plasenta”  adlanır  və 
adətə görə dəfn edilir. Ciftin dəfn edilməsi şər ruhları məhv etmək, qadını 
şər ruhlardan qorumaq üçün bir prosesdir. Digər bir inama görə isə ciftlə 
körpə arasında  sakral  bir əlaqə  vardır. Bəzi  yerlərdə, cift (plasenta) uşa-
ğın qardaşı və ya əkizi kimi tanınır (15). Hətta körpə gözlənilmədən gül-
düyü  zaman,  onun  qardaşı  ilə  oynadığını  ifadə  edir.  Azərbaycan  folklo-
runda isə buna “uşağı şeytan aldadır” deyirlər (3, 23). 
Keçmiş  Nigeriya  və  Qana  insanları  cifti  körpənin  ölü  əkizi  hesab 
edib bir canlı kimi dəfn edirdilər. Qədim Misirdə isə cift həmçinin enerji 


Dədə Qorqud ● 2014/I I                                                                      70 
və  sehr  mənbəyi  kimi  qəbul  edilmişdir.  Bunun  əsasında  qadın  yenidən 
körpə sahibi ola bilərdi. Transilvaniyada isə çox uşağı olan qadının çiftini 
yandırırdılar.  Sonra  onun  külünü  suya  qatıb  ərinə  içirdirdilər.  Bunu  et-
məklə  bir  daha  uşaq  sahibi  olmayacaqlarına  inanırdılar.  Avropa  xalqla-
rında belə bir inam da var idi ki, uşaqsız qadın qurudulmuş çift yesə, uşa-
ğı  olardı.  Sonsuzluq  üçün  müalicə  vasitəsi  olduğunu  düşünürdülər.  Pla-
senta  uzun  müddət  xalq  təbabətində  istifadə  olunub.  Hətta  qurudulmuş 
cift  bir  neçə  xəstəliklərin  müalicəsi  üçün  istifadə  edilibdir.  Doğuşdan 
sonra  ana  və  uşağın  üzündə  ləkəyə  oxşar  bir  şey  varsa,  plasenta  ilə  onu 
yox etmək olarmış. Ərəb ölkələrində bu müalicə üsulu daha geniş yayıl-
mışdır. Sonsuz qadınlar qurudulmuş cifti suda isladıb yuyunaraq uşaq sa-
hibi olacaqlarına inanırdılar. Serbiyada isə təzə plasenta bu məqsədlə isti-
fadə edilmişdir. Estoniyada sonsuzluq yeni doğulan körpənin göbək qanı-
nı  içərək  yaxşılaşdırılırdı. Ruslarda  isə sonsuz qadın göbək bağını doğu-
mun sonunda yeyirdi (15). 
Yeni doğum etmiş qadına həmzadlı qadın deyirdilər. Bu qadınlarla 
bağlı  yasaqlar  da  var  idi  ki,  həmzadlı  qadın  əlini  xəmirə  vurmaz,  qatıq 
mayalamaz,  sağında  iştirak  etməz,  mənsil  (süddən  hazırlanmış  məhsul) 
tutmaz, müqəddəs yerə ocağa, pirə getməz və s. əməl edirdilər. İnama gö-
rə, bu qadınlar təmiz olmurlar və onların qırxı çıxana qədər bunları etmə-
yi yasaq idi. Qırxda qüsul töküb təmizlənəndən sonra bunları edə bilərdi 
(Həşimova Səmayə Ədil qızı, Comərd kəndi).  
Azərbaycanlıların təsəvvürlərinə görə “həmzad” – uşaq doğulan an 
onun  yanında  peyda  olan  cinin  adıdır.  Məhz  bu  cin  yeni  doğulmuş  kör-
pəyə xətər toxunduraraq onu xəstə edir (1, 100). Azərbaycan folklor yad-
daşında  həmzad  qadınlar  barəsində  də  bir  qisim  yasaqlara  rast  gəlmək 
mümkündür: “Həmzadlı qadınların 40 gün üstünə getmək düzgün  hesab 
edilmir.  Bu  halda  uşağa  xətər  toxunulacağından  ehtiyat  edilir.  Kiminsə 
həmin evə girməsi üçün ana və uşax başqa evə getməli, sonra ikisi də bir-
likdə həmin adamın üstünə daxil olmalıdı. Bununla da xətanın sovuşduğu 
güman edilir” (8, 234). “Həmzadlı qadınların və həmzadlı uşaxların zahı 
qadınların  üstünə  bilə-bilə  gəlməsi  düşmənçilik  hesab  edilir.  Çünki  belə 
olanda həmzadın zahı qadına keşdiyi güman edilir” (Məmmədova Səadət 
Rəhim qızı, Nəcəfalı kəndi). 
Zəngilan  bölgəsində  toplanmış  folklor  mətnlərində  də  oxşar  sına-
maların olduğunu müəyyən etdik. “Kəntdə bir adət vardı, təzə uşağ olan-
da qırx gün heç kəs onun üsdünə getməzdi. Qonşu gedəndə uşağı çıxardıf 
aparardılar bir aralı yerə, onnan sora o gələn qonax keçərdi evə. Sora uşa-
ğı gətirərdilər qonağın üsdünə. Çünki gedənin ağırrığı tökülmür, hərrənif 
gələn ağırrığını tökür” (6, 139). Yeni doğulan uşağın dırnağını  və saçını 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə