Microsoft Word Dede Qorqud-2014-4 esas



Yüklə 1,4 Mb.
səhifə29/58
tarix25.06.2018
ölçüsü1,4 Mb.
#51677
1   ...   25   26   27   28   29   30   31   32   ...   58

Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         71 

 

Zəngilan bölgəsinin folklor mühiti bayatılarla zəngindir. Ötən əsrin ortala-



rında  Zəngilanda  çıxmış  qəzetlər  üzərində  apardığımız  tədqiqatlar  bayatı  janrı-

nın bu bölgədə əhəmiyyətli mövqeyinin olduğunu göstərir. 

Bu  bölgənin  “Kənd  həyatı”  qəzetində  uzun  illər  Zəngilandan  toplanmış 

bayatılar  bir  yerə  yığılmışdır. Onları araşdıraraq Zəngilan  folkor xəritəsində bu 

lirik janrın mövqeyini müəyyənləşdirmək mümkündür. 

1990-cu il sentyabrın 8-də Azad Qaradərəlinin qələmə aldığı “Sinədəftər” 

məqaləsində qeyd olunur: “Tarix xalqımızı çox-çox sınaqlara çəkib. Hər belə sı-

naqdan alnıaçıq çıxan xalqımız tarixin daş yaddaşına bu sınaqlardan nümunələr 

həkk edib. Bəzən isə xalqımız imkan tapıb daşlara, kitabələrə həkk edə bilmədi-

yi  sözlərini  öz  yaddaşına  yazıb  –  daha  etibarlı,  mötəbər  “kitabayə”.  1929-cu  il 

təvəllüdlü, Şərifan kəndində, qədim Şəhri-Şərifanın qonşuluğunda  yaşayan Fat-

ma nənənin söylədikləri bayatılara nəzər salaq: 

 

Fələkdən ərzəçiyəm, 



Xəbər al gör nəçiyəm? 

İgidlərim itəndən 

Yollarda gözətçiyəm. 

 

Qarabağda bağ sallam, 



Dibində bir bağ sallam, 

Ya axtarram taparam, 

Ya gözümə ağ sallam, 

 

Qarabağın söyüdü. 



Mən gələndə göyüdü. 

Oğlanda nə təqsir var, 

Qıza verin öyüdü. 

 

Gedərəm ölkə səndən, 



Qorxuram yol kəsəndən, 

Ölürəm, halallaşaq, 

Ayrıldım bəlkə səndən” (2, 4). 

 

Zəngilanın “Kənd həyatı” qəzetinin 1976-cı ilin oktyabrın 23-də çıxan bu-



raxılışında  “Rəvayətlər  dəftərindən”  yazısında  qeyd  edilir:  “Bir  dəstə  qız-gəlin 

bulaq başında kuzələrə su doldurub söhbət edirmiş. Bu zaman bir dəstə cavanın 

da  yolu  buradan  düşür.  Oğlanlar  kənardan  durub  qızlara  tamaşa  edirlər.  Dəstə 

başçısının qızlardan birinə gözü düşür və ona söz atıb deyir: 

 

Mən aşiq o baxanı, 




Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         72 

 

El xanı, oba xanı, 



Ya aparın yanına məni, 

Ya gətirin o baxanı, 

 

Qız oğlana belə cavab qaytarır: 



 

Mən aşıq o baxanı 

El xanı, oba xanı, 

Öz baxanım sağ olsun, 

Neynirəm sən baxanı” ( 3, 4). 

 

Sarı  Aşığın  həyatı  və  ölümü  haqqında  rəvayətlər  folklorda  geniş  yayılıb. 



Folklorun  əsas  göstəricilərindən  birinin  variantlılıq  olduğunu  nəzərə  alaraq 

1976-cı il fevralın 22-də “Bir deyişmə haqqında” adı ilə “Kənd həyatı” qəzetin-

də çap olunmuş maraqlı rəvayəti təqdim edirik: 

“Azərbaycan ədəbiyyatının görkəmli söz ustalarından biri də XII əsrdə La-

çın  rayonun  Güləbird  kəndində  yaşayıb  yaratmış  Sarı  Aşıqdır.  Sarı  Aşıq  Gülə-

bird kəndinin qədim qəbirstanlığında dağın döşündə dəfn edilmişdir. Qəbrin ət-

rafına  XII  əsrin  memarlıq  ansamblına  uyğun  olaraq,  qranit  qayadan  yonulmuş 

bir hasar çəkilmişdir. Hasarın içərisində səliqə ilə yonulmuş daşın üstə saz şəkli 

həkk olunmuşdur. Həkəri çayının sağ sahilində isə onun sevgilisi Yaxşının mə-

zarı  durur.  Bu  iki  qəbir  üz-üzədir.  Deyilənə  görə  bunu  Sarı  Aşıq  özü  vəsiyyət 

etmişdir: 

 

Mən aşıq tərsinə qoy, 



Tər-təni tərsinə qoy, 

Yaxşını qibləsinə, 

Aşağı tərsinə qoy. 

 

Güləbird kəndinin camaatı bu nakam aşiqləri belə də dəfn etmişlər. Əsrlər 



boyu bu məzarlar ziyarətgaha çevrilmişdir. 

Sarı Aşığın zəngin ədəbi irsi qalmışdır. Bu ədəbi irs sonralar toplanılaraq, 

dəfələrlə kitab şəklində dərc olunmuşdur. Lakin hələ də Laçın, Qubadlı, Zəngi-

lan,  Kəlbəcər  rayonlarında  yaşayan  müdrik  qocaların  cib  dəftərçələrində,  arxiv 

gündəliyində Sarı Aşığın toplanılmamış yüzlərlə əsərləri qalmaqdadır. 

Sarı  Aşığın  adı  bayatı  aləmində  ən  böyük  ustad  kimi  tanınmışdır.  Ümu-

miyyətlə, klassik ədəbiyyatımızda epik, lirik, fəlsəfi, mənsəvi-poema Nizaminin, 

rübai Məhsətinin, qəzəl Füzulinin, qoşma Vaqifin adı  ilə  bağlı olduğu kimi  ba-

yatı da Sarı Aşığın adı ilə bağlıdır. 

Sarı  Aşığın  yaradıcılığında  bayatı  ilə  deyişmə  xüsusi  yer  tutur.  Əldə  olu-

nan  əsərlərdən  görünür  ki,  o,  deyişmə  zamanı  onlarla  aşığı,  şairi  bağlamış,  öz 



Dədə Qorqud  ●  2014/IV                                                                                                                                         73 

 

məntiqi kəlamları, fəlsəfi fikirləri ilə üstünlük qazanmışdır. Maraqlı deyişmələr-



dən  biri  ilə  oxucuları  tanış  edirik.  Kürdüstan  qocaları  nağıl  edirlər  ki,  bir  gün 

Təbrizdən istedadlı bir aşıq Araz çayı sahilində olan Məmmədbəyli kəndinə gə-

lir (bu kənd indiki Zəngilan rayonun ərazisindədir) və Sarı Aşığa belə bir sifariş 

göndərir: “Səninlə deyişəcəm. Mənə qalib gəlsən, məclis qarşısında sazımı sənə 

verib gedəcəyəm, qalib gəlsəm, sazını alıb aparacağam”. 

Bu xəbəri eşidən Sarı Aşıq Məmmədbəyli kəndinə gəlir, aşığın hansı evdə 

olmasını eşidib onunla görüşür. İlk danışıqdan  sonra  məclis qurulur. Təbrizdən 

gələn aşıq aşağıdakı məzmunda bayatı ilə Sarı Aşığa sual verir: 

 

Aşıq, bənəy-bənəydir, 



Xalın bənəy-bənəydir, 

Səndən soruram, aşıq 

Araz neçə sənəkdir? 

 

Məclis qarşısında belə mürəkkəb bir bağlamaya az vaxt ərzində cavab ver-



mək  sənətkərdan  böyük  məharət  və  istedad  tələb  edirdi.  Sarı  Aşığın  bədahətən 

şeir demək qabiliyyəti, fəlsəfi ümumiləşdirmə bacarığı, sözü aydın, həm də  ye-

rində  işlətmək  xüsusiyyəti  onu  dardan  qurtarır.  Sarı  Aşıq  təbrizli  aşığın  öz  ba-

yatısında işlətdiyi qafiyələrlə ona belə cavab verir: 

 

Aşıq, bənəy-bənəydir, 



Xalın bənəy-bənəydir, 

Gəl sən saxla Arazı, 

Deyim neçə sənəkdir. 

 

Sarı Aşığın verdiyi bu cavab rəqib aşığı və məclisdəkiləri heyrətdə qoyur. 



Çünki  verilən  sualın  cavabı  ancaq  və  ancaq  belə  ola  bilərdi.  Təbrizdən  gələn 

aşıq Sarı Aşığa ikinci bir bağlamada deyir: 

 

Dağlar başı dik olar, 



Qaya dağa yük olar, 

Səndən soruram aşıq, 

Başda neçə tük olar. 

 

Sarı Aşıq belə cavab verir: 



 

Hər bir dağın diki var. 

Dərəsi var, diki var, 

Kəs başını ver mənə, 

Deyim neçə tükü var. 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə