32
mi də müəyyən dərəcədə inkişaf etməyə başlamışdır. Həmin dövrdə
mədrəsələr, əsasən, Marağa, Naxçıvan və Gəncə şəhərlərində mər-
kəzləşmişdir. Bu əsrdə hətta ixtisaslaşdırılmış ali təhsil ocaqlarına
da təsadüf etmək olur. O cümlədən Xaqaninin əmisi Kafiəddin
Ömər ibn Osmanın rəhbərliyi ilə Şamaxı yaxınlığında, Məlhəm adlı
bir yerdə təşkil olunmuş «Mədrəse-ye tibb» adlı ali məktəbi qeyd
etmək olar.
Xaqaninin özünün təhsil alması barəsində yazdığı bir şeirin-
dən məlum olur ki, bu dövrdə Gəncə şəhərində ali təhsil sahəsində
çalışanlar üçün mütaliə və tədris ocağına çevrilmiş böyük bir kitab-
xana fəaliyyət göstərmişdir.
Təhsilini böyük müəllim və şeir ustadı kimi tanınmış Əbül-
Üla Gəncəvinin yanında davam etdirməsi ilə əlaqədar olaraq Xaqani
yazır:
Gördü ki, bələdəm hər nişanəyə,
Apardı bir böyük kitabxanəyə
Gördükdə olmuşam, doğrudan, heyran,
Oxutdu əvvəlcə «Xələqəl insan».
Azərbaycanın XII əsr orta və ali məktəbləri sırasında Naxçı-
van mədrəsələri daha artıq nəzər-diqqəti cəlb edir. Həmin mədrəsə-
lər Azərbaycanın qədim məktəb tarixində ilk təhsil ocaqlarıdır ki,
oradakı tədris və təlim-tərbiyə prosesləri barəsində nisbətən geniş
məlumat əldə etmək mümkündür.
Naxçıvan mədrəsələri haqqında ilk yazılı məlumata XIII əsrdə
yazılmış, hələlik müəllifi müəyyənləşdirilməmiş «Əcaib əd-dünya»
adlı bir kitabda rast gəlinir. Həmin kitabda deyilir: «Naxçıvan Azər-
baycanda böyük və abad bir şəhərdir» və orada «çoxlu saray-
lar…mədrəsələr…tikilmişdir... Deyirlər ki, Naxçıvanda olan qədər
imarət, məscidlər və mədrəsələr heç bir kənd və şəhərdə yoxdur».
Bu məlumat XII əsrdə Naxçıvanda çoxlu sayda mədrəsənin mövcud
olmasını təsdiqləyir.
33
Elxanilər dövlətində maliyyə işlərini idarə edən baş vəzir
Şəms əd-Din Məhəmməd Cuveyni tərəfindən 1263-1284-cü illər
arasında hazırlanmış sənəddən Naxçıvan mədrəsələri haqqında daha
geniş məlumat əldə etmək olur. Həmin sənəd 1186-ci ildə Naxçı-
vanda Möminə Xatun
(Atabəy Məhəmməd Cahan Pəhləvanın (1172
– 1196) birinci arvadı) üçün tikilmiş məqbərənin vəqflərinə daxil
olan iki mədrəsəyə aiddir. Bu sənədi yuxarıda adlarını çəkdiyimiz
mədrəsələrin nizamnaməsi kimi qiymətləndirmək olar. Burada məd-
rəsələrin idarə olunması və tədris işlərinə rəhbərlik məsələsi, eləcə
də müdərrislərin və tələbələrin qarşılıqlı münasibətləri müəyyənləş-
dirilmiş və təlim işləri ilə əlaqədar olaraq, indi də öz əhəmiyyətini
itirməmiş bir sıra faydalı metodik göstərişlər və məsləhətlər veril-
mişdir. Sənəddən məlum olur ki, həmin mədrəsələrdə dini elmlərlə
yanaşı, dünyəvi elmlər də tədris edilmişdir.
XI – XII əsrlərdə Hindistan, Çin, Misir, Slavyan ölkələrindən
Azərbaycana, eləcə də Azərbaycandan bir sıra Avropa və Asiya öl-
kələrinə tacirlər, sənətkarlar gedib mədəniyyətlərini bir-birilərindən
əxz ediblər.
Bu dövrdə Azərbaycanda bir sıra məhəlli məktəblər, xəttatlıq,
musiqi məktəbləri və mədrəsələr də fəaliyyət göstərir, elm və mədə-
niyyət, ədəbiyyat və incəsənət, nəzm və nəsr bu dövrdə daha da in-
kişaf etməyə başlayır.
XI – XII əsrlərdə Azərbaycanda 210-dən çox şair, ədib, filo-
sof fəaliyyət göstərmişlər. Bu dövrün görkəmli şəxsiyyətləri içəri-
sində Xətib Təbrizi, Əbül-Üla Gəncəvi, Fələki Şirvani, İzzəddin
Şirvani, Mücirəddin Beyləqani, Məhsəti Gəncəvi, Qivami Mütərrizi
və başqaları də vardı. Onların içərisində ən istedadlıları, yüksək şa-
irlik təbinə malik və öz dövrünə görə təlim-tərbiyə sahəsində müs-
təsna xidmət göstərən Xaqani Şirvani və Nizami Gəncəvi idi.
34
XI – XII ƏSR AZƏRBAYCAN MÜTƏFƏKKİRLƏRİNİN
ELMİ-PEDAQOJİ GÖRÜŞLƏRİ
Qətran Təbrizi
(1012 – 1088)
Qətran Təbrizinin pedaqoji fikirləri.
XI əsr Azərbaycan xal-
qının ictimai-bədii pedaqoji təfəkkür tarixinin görkəmli nümayəndə-
lərindən biri Qətran İbn Mənsur Təbrizidir. O, təkcə Azərbaycanda
deyil, bütün Yaxın Şərqdə mədhiyyələr yazan, dəyərli fikirlər söylə-
yən, hikmətli sözlər deyən böyük mütəfəkkir kimi tanınmışdır.
O, Təbrizdə, Gəncədə, Naxçıvanda yaşayıb yaratmış qüdrətli
Azərbaycan sənətkarı olmuşdur. Qətran Təbrizinin «Divan»nı ilk
dəfə toplayıb nəşr etdirən Məhəmməd Əli Naxçıvani olmuşdur. Da-
ha sonra Azərbaycanda Qulamhüseyn Beqdeli bu əsəri farscadan
azərbaycancaya sətri tərcumə etmişdir.
Qətran Təbrizinin bu gün əlimizə gəlib çatdığı həmin Divan
həm bədii, həm pedaqoji, həm də tarixı baxımdan çox dəyərlidir.
Onun Divanı şairin həyat və yaradıcığını öyrənməyə imkan verdiyi
kimi o dövrün tarixi hadisələrini də öyrənməyə imkan verir. Q.Təb-
rizi 1012-ci ildə Təbrizin yaxınlığında Şadiabad kəndində əkinçi ai-
ləsində anadan olmuş və 1088-ci ildə Gəncədə vəfat etmişdir.
İstər öz dövründə, istərsə də sonrakı dövrlərdə bir sıra məşhur
səyyahlar, şairlər, mütəfəkkirlər öz əsərlərində Q. Təbrizinin adını
çəkmişlər. Nasir Xosrov Ələvi (1004 – 1088) Q.Təbriziyə «gözəl
şair», Ənvəri Əbivərdi (1111 – 1135) – «şairlərin fəsihi», Rəşidəd-
din Vətvat (1088 – 1182) – «həkim Qətran», Dövlətşah Səmərqəndi
isə «şairlərin imamı» kimi adlandırmışlar.
Qətran öz şeirlərində Azərbaycan hökmdarlarının qəhrəman-
lığı, şücaətini, ədalətini, vətənpərliyini, əxlaqi, mənəvi keyfiyyətlə-
rini mədh etmişdir. Qətranın mədh etdiyi hökmdarlar XI ərdə Arran
dövlətinin və Azərbaycanda hakimiyyət başında duran üç sülalənin
üzvlərindən, habelə onlann saraylarının və ordularının xadim və sər-
Dostları ilə paylaş: |