38
Xətib Təbrizi
(1030-1109)
Maarif, mədəniyyət və pedaqoji fikir tariximizin görkəmli nü-
mayəndələrindən biri XI əsrdə yaşayıb yaratmış, ədəbiyyatşünas,
dilçi, müəllim və pedaqoq Xətib Təbrizidir.
Dövrünün alimləri Xətib Təbrizini «ədəbiyyat, qrammatika və
leksikoqrafiya elmlərinin başçısı», “ərəb elmlərinin rəhbəri və ədə-
biyyatşünaslığın bayraqdarı», əxlaq və mənəviyyat şərhçisi» kimi
adlandırmışlar. Bu dahi Azərbaycan alimi Şərqin müsəlman xalqla-
rının elm, maarif və mədəniyyətinin inkişafında böyük xidmətləri
olmuşdur. O, qırx ildən artıq «Nizamiyyə» mədrəsəsində ədəbiyyat
elmləri bölməsinin rəhbəri, professoru və həmçinin oranın zəngin
kitabxanasının müdiri olmuşdur.
O öz dəyərli əsərləri ilə ədəbiyyatşünaslıqda tam bir çevriliş
etmiş, dilçiliyin bir çox problemlərini təhlil etmiş, öz şərhləri ilə də-
rin əxlaqi, pedaqoji əhəmiyyətli fikirlər irəli sürmüşdür.
Xətib Təbrizinin əsil adı Əbu Zəkəriyyə Yəhya İbn Əli İbn
Məhəmməd İbn Həsən İbn Məhəmməd İbn Musa İbn Bistam əl
Şeybanidir. Lakin o özünü Xətib Təbrizi kimi təqdim etmişdir. Ədib
1030-cu ildə Azərbaycanın Təbriz şəhərində doğulmuş və böyü-
müşdür. İlk təsilini Təbrizdə almış, ərəb və fars dillərini mükəmməl
öyrənmişdir. Sonra 10 ilə yaxın Suriya və Misiri gəzmiş, böyük
alimlərlə görüşmüşdür. Bəsrədə ərəb filologiyası sahəsində mükəm-
məl bilik əldə etmək üçün Fədl İbn Məhəmməd ibn Əli Əbu-l Qa-
sim əl Qəsabanidən
1
dərs almış və Təbrizə qayıtmışdır.
O, Dəməşqə olanda «Bağdad tarixi»nin müəllifi məşhur tarix-
çi Xətib Bağdadi ilə tanış olmuşdur. Ömrünün çox hissəsini isə
Bağdadda yaşamışdır. X.Təbrizi Misirdən Bağdada qayıdandan son-
ra Bağdad Nizamiyyə mədrəsəsi açılır və 1067-ci ildə Nizam-əl-
Mülk Xətib Təbrizini Nizamiyyə mədrəsəsinə dəvət edir.
Sərqin bir çox alimləri X.Təbrizinin tələbələri olmuşdur: Əbu
Bəkr Məhəmməd İbn əl-Ərəbi (1076 – 1148), ), Əbu-l-Fədl İbn Na-
1
Fədl İbn Məhəmməd ibn Əli Əbu-l Qasim əl Qəsabani (? – 1052)
39
sir (1074 – 1155), Əbu-1 Həsən Səd əl-Xeyr İbn Məhəmməd İbn
Səhl əl-Ənsari (? – 1146), və b. Onlar həmin dövrün məşhur alim-
ləri kimi tanınmışlar. Bu da Xətib Təbrizinin yüksək pedaqoji usta-
lığından, bacarıqlı müəllim olmasından xəbər verir.
Xətib Təbrizinin əsərləri dünyanın müxtəlif kitabxanalarında
qiymətli sənət nümunələri kimi qorunub saxlanılmış, müasir dövrü-
müzdə isə Almaniya, Hindistan və Ərəb ölkələrində çap olunmuş-
dur. Uzun illər boyu Xətib Təbrizinin şərhləri məktəb və mədrəsələr-
də Şərq ədəbiyyatının klassik nümunələri kimi tədris olunmuşdur.
Xətib Təbrizinin həyat və yaradıcılığı haqqında Azərbaycanda
ilk məlumatı XV əsrdə yaşamış Hinduşah Naxçıvani məlumat ver-
mişdir, sonra Məhəmmədəli Tərbiyət özünün «Danişməndani-Azər-
baycan» əsərində klassik ədəbiyyatdakı tərbiyəvi öyüdləri və vətən-
pərvərlik ideyaları haqqında məlumat vermişdir.
Xətib Təbrizinin elmi-pedaqoji irsi olduqca zəngin və rənga-
rəngdir. O, ömrünün sonuna qədər elmi-pedaqoji fəaliyyətini dayan-
dırmamış, dəyərli əsərlər və şərhlər yazmışdır. Həmin əsərlərdə ədə-
biyyat və dilçiliyin tədqiqi ilə bərabər Şərq xalqlarının adət və ənə-
nələri, etnoqrafiyası, əxlaqi, mənəvi təfəkkürü öz əksini tapmışdır.
Xətib Təbrizi şeirlərin təhlilinə bir çox yönlərdən – pedaqoji,
psixoloji, dilçilik, etnoqrafik, ədəbiyyatşünaslıq, tarix, folklor cəhət-
lərindən yanaşmışdır. Bu onun dərin və hərtərəfli biliyə olmasından,
pedaqoji işdə çalışmasından, müəllimlik fəaliyyətindən irəli gəlmişdir.
Xətib Təbrizi insanın formalaşmasında, tərbiyə olunub ərsəyə
çatmasında ictimai mühitin roluna yüksək qiymət verir. O, «Siqt əz-
zənd”in şərhi»ində insanın formalaşmasında zaman və məkanın da
böyük rol oynadığını deyərək Əbu-l-Əlanın aşağıdakı beytlərinin
izahını vermişdir: «Kim ki, gecələrlə yoldaşlıq edibdir, ona (ge-
cələr) dostu aldatmağı və cəfəngiyatı öyrədibdir. Dünyanın işləri
onu o qədər dəyişdirmişdir ki, hətta elə zənn edir ki, dağları qarışqa-
lar daşıyırlar». X. Təbrizi “gecələrlə yoldaşlıq” etməyi xoşagəlməz
hesab edir. Səhərin, işığın əksi olaraq gecəni, qaranlığı insana pis
təsir edən dosta bənzətmişdir.
40
Xətib Təbrizinin fikirlərindən aydın olur ki, cəmiyyətin əyri-
likləri insanların tərbiyəsinə qüvvətli təsir göstərir. O, bu fikri ilə
mühitin insan tərbiyəsində roluna yüksək qiymət verir. Pozulmalara
müqavimət göstərməyi alim elmi biliklərə yiyələnməkdə görürdü.
Yalnız elm, bilik vasitəsi ilə insanlar zamanın hadisələrini dərk edə
bilərlər, mühitin onların qarşısına çıxardığı çətinliklərə sinə gərərək
aciz və zəif qalmazlar.
Böyük mütəfəkkir insanları öz vətənini kortəbii surətdə deyil,
ağılla sevməyə çağırırdı. Məhz buna görə də, alim vətənpərvərliyi
insan ağlının kamilliyində, insanın mərdliyində görürdü. O öz vətə-
ninə, xalqına biganə olanları tənqid edərək yazırdı: «Öz qəbilənin –
xalqının olduğu bir ölkədən şikayətlənmə, yaxın adamlarının yaşa-
dığı torpağa qarşı biganə olma».
İnsanpərvərlik Xətib Təbrizinin fikrincə, vətənpərvərlik kimi
müqəddəsdir. O, insanların bir-biri ilə mehriban, xoş ünsiyyətdə ol-
masını təbliğ edirdi: «İnsanlarla xoş ünsiyyətdə olanlar ən şərəflisi-
dir». Ədib öz əsərlərində insanları əməksevərliyə, fəaliyyət göstər-
məyə səsləmişdir.
X.Təbrizi insanları əzmlə, iradə ilə fəaliyyət göstərməyə çağı-
raraq deyir: «İnsan öz fikrində möhkəm olmalıdır». Alim bunu da
tələb edirdi ki, insan bir iş görmək istədikdə təmkinli, səbirli olmalı,
tələsməməlidir. Ədib deyirdi: «İnsan öz işində ola bilsin ki, tələs-
məsə, öz ehtiyacını tələsik etməsə, daha tez müvəffəqiyyət qazanar.
Amma işində tələssə (bu) tələskənlik onun istədiyini gecikdirər».
Bir işə başlayarkən onun aqibətini düşünməmək, düşüncəsiz hərəkət
etmək daima fəlakətlə və uğursuzluqla nəticələnər. İnsanları əzmlə,
tələsmədən, ağılla iş görməyə çağıran alimin fikrincə, mətanət və
şəraiti qiymətləndirmək ən böyük qoçaqlıqdır. Düşüncəsiz hərəkət
edərək özünü təhlükəyə atanları X.Təbrizi tənqid edərək yazırdı:
“İnsanın özünü ölümə sürükləməsi qoçaqlıq deyil, axmaqlıqdır. Qo-
çaqlıq odur ki, insan qalib gələcəyini qət etdikdən sonra bir işə baş-
lasın. Amma insan məhv olacağını bilə-bilə yersiz bir addım atsa,
bunu dəlilikdən başqa bir şey hesab etmək olmaz”.
Dostları ilə paylaş: |