48
möhtacdırlar”. Nəhayət, Xaqani əzab və işgəncələrə dözə bilməyə-
rək, tamamilə Şirvandan çıxıb getmək qərarına gəldi. O, 1173-cü
ildə ikinci dəfə “ziyarətə” getdi. Lakin o, bu dəfəki səfərində əvvəl-
ki hörmət və ehtiramı görmədi.
Az sonra şair gizlincə Şirvana qayıdıb ailəsini də Təbrizə kö-
çürtdü. Doğma vətənindən ayrılmasının ağırlığını onun aşağıdakı
misralarinda aydın görmək olar:
O köç günü ki mən etdim vida Şirvanə,
Təəssüf eylədi qəlbim, ciyər alovlandı.
Tutuldum atəşi-hicrə, Arazla dərdləşdim,
Araz bu dərdimi bildikdə od tutub yandı.
Bütün məhrumiyyətlərə baxmayaraq, şair Təbrizin “suyuna və
çörəyinə qane olaraq” ömrünün sonunadək orada yaşadı.
Şairin həyatının son illəri çox ağır keçdi. Onun çox sevdiyi ai-
lə üzvləri – 20 yaşlı cavan oğlu, qızı və arvadı bir-birinin ardınca
vəfat etdilər. Qoca şair tamamilə tək qaldı. Ömrünün bu dərdli gün-
ləri haqqında bir çox mərsiyələr yazdıqdan sonra, 1199-cu ildə Xa-
qani vəfat etdi və Təbriz şəhəri yaxınlığında, sonralar “Məqbərət-
üş-şüəra” adlanan Sürxab qəbristanlığında dəfn edildi.
Xaqani Şirvaninin pedaqoji görüşləri.
Xaqani XII əsr Azər-
baycan mədəniyyəti və maarifinin ən görkəmli nümayəndəsi kimi
həmişə iftixarla yad edilir. Öz dövründə ümumdünya şöhrəti qazan-
mış Xaqani barədə deyilməmiş fikirlər hələ çoxdur. Onun şairliyi
Azərbaycan ədəbiyyatına bəllidir. Lakin təlim-tərbiyə sahəsində
xidmətləri hələ də öyrənilməmişdir. Xaqani haqqında ən böyük mə-
lumat şərqşünas M.A.Sultanov tərəfindən verilmişdir.
Bildiyimiz kimi, XIX əsrə qədər Azərbaycan pedaqogikası
müstəqil elm kimi fəaliyyət göstərməmiş, fəlsəfə ilə birlikdə inkişaf
etmişdir. Xaqaninin də təlim-tərbiyəyə aid fikirləri bu fəlsəfənin bö-
yük bir hissəsini təşkil edirdi. Onun dünyagörüşü ziddiyyətli və son
dərəcə mürəkkəb olduğuna görə hadisələrin ilahi tərəfindən idarə
49
edildiyini düşünmüş, xalqın çəkdiyi əzab-əziyyəti, zülm-əsarəti din-
lə bağlamışdır:
Şər dolu qapıdan uzaqlaş daha,
Xaqani, get sığın vahid allaha.
Xaqani vahid çıxış yolunu, əsasən, elmdə, idrakda, oxumaqda,
bilik əldə etməkdə görürdü:
Şəriət haqqında mənə sual ver,
Möminlər haqqında ancaq xəbər al.
Şair öz əsərlərində müxtəlif elmlər – fəlsəfə, musiqi, tibb,
kimya, ədəbiyyat, sərf-nəhv, natiqlik, iksir və s. barədə fikirlər söy-
ləmiş, bu elmləri öyrənmək üçün "Əbcəd"i əzbərləməyi məsləhət
görürdü:
Əvvəlcə o mənə öyrətdi "Əbcəd",
Mənə "həqaiqi" dedi nəhayət.
Xaqani insana nə qədər çox bilsə də, lovğalanmağı məsləhət
görmür, insana hər dəqiqə, hər an oxumağı, öyrənməyi təklif edir:
Cahildir özünü tərif edənlər,
"Çox bilirəm" demə, bilsən də əgər.
Dahi Xaqani "püstə olmağı", kamal məqamına çatmağı elm öy-
rənənin əsas vəzifəsi hesab etmişdir. O, bütün elmləri öyrənən adam-
ları padşahlardan, hakimlərdən yüksək tutur, onları – elmli və savadlı
adamları özü ilə bərabər tutur, söz diyarına hökmdar hesab edirdi.
Xaqani filosofluq, kimyagərlik, münəccimlik, həndəsə və cəbr
kimi elmləri bilənləri aqillik dərəcəsinə qədər yüksək tuturdu, yal-
nız bu yolla ədalətsiz, rəzil adamlara qalib gələcəyini düşünürdü.
Onun fikrincə, "elm adamı ya şair, ya münəccim, ya filosof, ya da
iksir axtaran" olarsa, onu neçə-neçə bəla gözləsə də, o bir zaman
parlamalı və şəxalənməlidir.
50
Xaqani elm öyrənməyi, bilməyi, hadisələrin incəliyinə varma-
ğı, insan üçün ən yüksək əqli keyfiyyət hesab edir, tədris və təlim
məsələlərinə müstəsna əhəmiyyət verirdi.
Şair uşaqları elm sahəsində öyrənməyə yaş dövrü ilə əlaqədar
göndərməyi lazım bilirdi. O, göstərirdi ki, yeddi yaşa qədərki dövr
ailə tərbiyəsi dövrü, yeddi yaşdan sonrakı dövr isə müstəqil elmlə
məşğul olmaq dövrüdür:
Sudan və alovdan çıxıb boy atdım,
Yəni yeddi yaşa mən gəlib çatdım.
Baxaraq açılmış şirin dilimə,
Ağıl lövhəsini verdi əlimə.
Xaqani təhsil alıb böyüdükcə əqlə, zəkaya dolduqca hansı xü-
susiyyətə və təbiətə malik olduğunu və sevincinin hüdudsuz olduğu-
nu əsərlərində yer verir. Xaqani yalnız oxumaqla kifayətlənməyi de-
yil, yeri gəldikcə oxuduqlarını təkrarlamağı da təklif edirdi:
Məktəbdə elm oxu, fənn öyrən dərs al,
Hər nə oxumusan, bir-bir yada sal.
Xaqaniyə görə, sakitlik və təmkinlilik tədris və təlimin ən bi-
rinci şərtlərindəndir. Onun fikrincə, elmə böyük marağı olan hər kə-
si, diz çöküb oxuyanı heç kim susdura bilməz, çünki bilik xəstə ca-
nın təbibi, kor gözləri nurlandıran işıq, əsarətdən xilas olmaq üçün
bir yoldur.
Xaqani hesab edirdi ki, fəlsəfə əqli təcrübə aparan təfəkkür,
gizli fikirlərin, təbiət hadisələrinin müammasını açılmasını təmin
edən örnəkdir.
Xaqani tərbiyənin mövqeyini qiymətləndirirdi, lakin “əsli-nə-
cabəti”, “zatı-kökü” fərdin inkişafında əsas hesab edirdi. Şairin
əsərlərindən öyrənirik ki, bəxt, tale, qəzavü-qədər yox, insanın dü-
şüncə və idrakı onun taleyində böyük rol oynayır.
51
İnsanda saf və lüzumlu fikirlərin əmələ gəlməsində, püxtələş-
məsində müstəsna yeri müəllim və onun fəaliyyəti tutur, yəni Xaqani
müəllimin əməyi ilə yüksələnləri bu işə qiymət verməyə çağırırdı.
O, bu haqda müxtəlif fikirlər söyləmişdir ki, bunlar da peda-
qoji fikir tarixində əhəmiyyətə malikdir. Xaqani müəllimi “könül
dostu”, “Dəbistanın yaraşığı”, “qolundan tutaraq ayağa qaldıran
hikmət sahibi”, “insanı dilə gətirən sima” və s. adlandırmışdır:
Gümüş bərabərdir gözündə daşa,
Ləldir qələmində qopan talaşa.
Gümüş, ya daşdakı naxışlar kimi,
Düşüncə tacıma həkk olmuş ismi.
Xaqani əqlin inkişafında elmə sahib olmaqda məktəbi, müəlli-
mi üstün tutmuşdur. O, ailə tərbiyəsinə də üstünlük vermiş, insanda
müsbət keyfiyyətlərin yaranmasında ailənin rolunu yüksək qiymət-
ləndirmişdir. Bir şeirində dünyaya göz açan körpənin ailənin digər
yaşlı üzvlərindən faydalanmasını istəyir:
Odur, bil, böyüyüm, yol göstərənim,
Tərbiyə verənim onlardır mənim...
Gəlmişəm dünyaya mən belə saf çeşmədən,
Xəlq olub ol çeşmədən gövhəri-ümmanım mənim.
Əxlaq müğənnisi hesab olunan Xaqani tərbiyəli ustad, peda-
qoq kimi mənfi və müsbət əxlaqi keyfiyyətlərə aid indi də aktuallı-
ğını itirməyən fikirlər söyləmişdir. O, şeirlərində hər şeyi ev tərbi-
yəsi ilə bağlayır, insanda “bir üz, bir söz” görmək istədiyini tövsiyə
edir. Ömrü mənasız keçirməməyi, yaxşı keyfiyyətlər qazanmağı
məsləhət görür:
Dünya bazarında aldanacaqdır
Ömrünü mənasız keçirən kəslər.
Dostları ilə paylaş: |