35
kərdələrindən ibarətdir. Bu üç sülalə əsasən Şəddadilər, Vəhsudan-
lar və Rəvvadilərdən ibarətdir.
Qətranın yaradıcılığında həm yüksək bədiilik, həm tarixi hadi-
sələrin təsviri, həm tarixilik, həm də tərbiyəvi əxlaqi keyfiyyətlərin
şərhi yüksək dərəcədədir. Qətran Təbrizinin «Divan»ını oxuduqca
gözümüz qarşısında yalnız yüksək ilhama malik bir şair deyil, həm
də bir pedaqoq, müəllim, tərbiyəçi, qədim Yunan və Şərq elm və
mədəniyyətinə dərindən bələd olan görkəmli bir alimin siması can-
lanır.
Təbrizi bir müəllim-metodist kimi fars dilinin ilk izahlı lüğəti-
nin müəllifidir. «Ət-təfasir» adlanan fars dilinin bu izahlı lüğəti ilk
didaktik əsərlərdən sayıla bilər. Qeyd edək ki, bu sadəcə olaraq bir
sözlük deyil, həm də burada xüsusi metodika ilə hər sözün izahında
əxlaqi fikirlər, atalar sözləri və məsəllər verilir ki, bu da sözün mə-
nasının yaxşı mənimsənilməsinə, uzun müddət yadda qalmasına,
dərk edilməsinə səbəb olur.
XI əsrdə yaşamış məşhur şair və səyyah Nasir Xosrov 1046 il-
də Təbrizə gəldikdə Qətranla görüşmüş, onun bu kitabı ilə tanış ol-
muş və özünün «Səfəmamə» əsərində belə yazmışdır: «Bu fars dili-
nin ilk izahlı lüğətidir. Bu lüğətdə Qətran bir metodist kimi sözlərin
izahını misallarda elə vermişdir ki, onu oxuduqda uzun müddət yad-
da qalır. Onun yazdığı lüğət kitabı uzun illər boyu fars dilini öyrə-
nənlər üçün mühüm metodik kitab olmuş, bir növ dərs vəsaiti rolu
oynamışdır”.
Orta əsr Azərbaycan tədqiqatçıları qeyd edirlər ki, Q.Təbrizi
fars leksioqrafiyası tarixində ilk izahlı lüğətin yaradıcısı olmuşdur.
Bu barədə «Lüğəti-fars»ın müəllifi Məhəmməd Hinduşah Naxçıva-
ni (XII əsr) və başqaları yazmışlar. Bu yazılardan məlum olur ki, XI
– XII əsrlərdə fars dilçiliyi sahəsində aparıcı rolu məhz azərbaycan-
lılar olmuşlar. Bu əsərin başa çatmasında Qətran hər vasitədən, o
cümlədən təsadüfən rastlaşdığı səyyahdan, yəni Nasir Xosrovdan da
istifadə etməyə çalışmışdır. Bunu da qeyd edək ki, məhz Q.Təbrizi-
nin yazdığı lüğətin əsasında sonralar Əsəd «Müstəş-hədat», Əbu
Nəfs Sədi «Risalə», Əlaəddin «Zübdətül-lüğət kitablarını yazmışlar.
36
Qətranm şeirləri də əxlaqi, mənəvi ibratamiz fikirlərlə zəngin-
dir. O, həyat haqqında fikirlərini mənsub olduğu sadə xalq kütləsinə
müraciətlə belə deyir:
Ey ciyəri yanan, bu bağdan meyvə axtarma
Bu bağ ancaq ikiqapılı bir söyüdlükdür.
Bihudə danışma ki, bağban arxada durub
Torpaq kimi aram ol, yel kimi ötüb keç.
Şair demək istəyir ki, yaşadığımız həyat olum və ölüm adlı iki
qapısı olan söyüdlükdən ibarətdir. Olum qapısından bu söyüdlüyə
daxil olan insan dadlı meyvələr axtarır, nəsə bir şey toplamaq istə-
yir. Lakin nəzərə almır ki, bu bağ söyüdlükdür. Bu söyüdlükdən də-
rilmiş «meyvə» heç nəyə yaramayacaq. Əcəl adlı bağban pusquda
durmuş, insanı ölüm qapısından içəri atmaq üçün fürsət gözləyir.
Şair bildirir ki, bu həyatda insan torpaq könüllü olmalı, aza qane ol-
malı, maddiyyətə, dünyagirliyə, mala, pula hərisliyə, yüksək könül-
lüyə meyl etməməlidir. Çünki əldə heç nə qalmayacaqdır. Bu dün-
yada heç nə əbədi deyildir. Qətran sanki demək istəyir ki, «Bir şey
tapdınsa sevinmə, onsuz da sənin olmaycaqdı. Bir şey itirdinsə kə-
dərlənmə, onsuz da o sənin olmayacaqdı». Şeirin bu açıqlamasından
belə qənaətə gəlmək olar ki, Qətran maddiyyət aləminin adamı ol-
mamış, mənəviyyat aləminin adamı olmuşdur.
Başqa bir şeirində o, belə yazır:
Bədənimin yarısı zəhmətdə, yarısı əzabdadır,
Qördüyün hər işi əvvəlcə ağıl tərəzisi ilə ölç.
Kim ki, mal toplamaqdan ötrü dərd, qəm və əzab çəkir,
Mal-dövləti gedəcək. ona ancaq əzabı qalacaqdır.
Qətranın şeirlərindən duyulur ki, dövlətçilikdə, hökmdarların
dövləti idarə etməsində ilk növbədə onların ağlı, biliyi, maarifçiliyi,
ədaləti böyük rol oynayır. Qətran hökmdarları tərif etməklə sanki
onları dövləti ağılla, mənəviyyatla, elm və biliklə idarə etməyə çağı-
37
rır. Q.Təbrizinin Aərbaycan hökmdarlarını dostluğa və birliyə çağı-
rır, ölkədə vahid qüdrətli bir dövlət yaratmağı zəruri hesab edirdi.
Buna görə də Gəncənin Şəddadilər sülaləsinin altıncı hökmdarı
Əbülhəsən Ləşkəri (1033-1050) ilə Əmir Əbüfəzl Cəfərin barışıb
dostluq etməsini yüksək qiymətləndirir.
Q.Təbrizinin şeirləri, demək olar ki, tərbiyənin bütün sahələri-
ni əhatə edir. Q.Təbrizi öz məmduhlarının daha çox mənəvi keyfıy-
yətlərinə üstünlük vermişdir. Bu mənəvi keyfiyyətlər sırasında və-
tənpərvərlik, qəhrəmanlıq, şücaət, cəsarət, düşmənə qarşı aman-
sızlıq, dostluqda sədaqət, comərdlik, insanpərvərlik, sülhsevərlik,
səxavət, əliaçıqlıq, fədakarlıq, xeyirxahlıq, ədalət və s. kimi sifətlər
mühüm yer tutur.
Q.Təbrizi öz həyat və fəaliyyəti ilə mənəviyyat nümunəsi
olan, insanlara öz əxlaqi ilə örnək olan Məhəmməd Peyğəmbərin
nümunəsindən geniş istifadə edir. İnsanların əxlaqi, mənəvi keyfiy-
yətlərini tarixi şəxsiyyətlərin nümunəsində izah edir. Bu da şairin
geniş məlumatlılığını göstərməklə bərabər, həm də onların özünə-
xas, əxlaqi sifətlərini oxuculara açıqlayır, onlardan nümunə gətir-
məyə çalışır. Məsələn, şair Əbülmüzəffər Fəzlu haqqında belə de-
yir: «Bu şah Firudin hörmətli, / Ənuşirəvan ədaləthdir / Bilikdə
Buqrat və Əflatunun adlanı xatirələrdən çıxarmışdır».
Qətran Təbrizi irsi amillərin insanın formalaşmasında müəy-
yən rol oynamasını qeyd edir və “Ot kökü üstündə bitər” misalına
istinad edir. Mütəffəkirin fikrincə hər canlı varlığın öz təbiəti var, о
ancaq öz təbiətinin xususiyyətlərini ifadə edir:
Нər qırmızı mərcan olmaz, hər yaşıl mina olmaz,
Dagda olan hər bir daş yaquti – rummani ola bilməz.
Sədəfə düşən hər damla nadir mirvari ola bilməz.
Qstran Təbrizi böyük şair olmaqla bərabər, bir pedaqoq, me-
todist, tərbiyyəçi kimi də XI əsr pedaqoji fikir tariximizdə mühum
yer tutmuşdur.
Dostları ilə paylaş: |