68
Məsələn, XIII – XIV əsr Azərbaycan memarları Cəmaləddin
və Əһməd ibn-Eyyubun yaratdıqları abidələr, o dövrdə bir sıra Ya-
xın və Orta Şərq ölkələrindən gələnlərin diqqətini cəlb edir. Onlar
həmin memarlardan dərs alıb, öz vətənlərinə gayıdır, oxşar abidə və
məqbərələr ucaldıblar. Memarlıq məktəblərində riyaziyyat, һəndəsə,
coğrafiya, rəsm nəqqaşlıq dərsləri də tədris edilirdi. Sonralar me-
marlıq məktəbi nəqqaşlıqla birləşərək “Memarlıq-nəqqaşlıq məktə-
bi” kimi fəaliyyətə başlayır. Belə məktəblər Təbriz, Naxçıvan, Ma-
rağa, Gəncə, Nişapur və Şirvanda çox geniş fəaliyyət göstərmişdir.
XIII – XIV əsrlərdə Azərbaycanda ən çox yayılmış tədris mü-
əssisələrindən biri də rəssamlıq məktəbləri idi. İlk dəfə belə məktəb
Təbriz şəhərində yaranmışdı. Sonralar bu tipli məktəblər Şəki, Nax-
çıvan, Gəncə və Qəbələdə təsis edilmişdir. Memarlıq-nəqqaşlıq
məktəbləri də bütün dünyada məşһur olmuşdur. Azərbaycanda rəs-
samlıq məktəblərinin inkişafına qədim Hindistan və qədim Çin
məktəblərinin də böyük təsiri olmuşdur.
Nizaminin “Xəmsə”sinə çəkilmiş miniatürlər bunu daha aydın
göstərir. Əsrlərdən əsrlərə gəlib çatan Nizami “Xəmsə”sinin minia-
türləri XII – XVII əsrlərdə çox yayılmış və Azərbaycanda rəssamlı-
ğın yayılıb inkişaf etməsinə təsir göstərmişdir.
Rəsm sənəti yalnız müxtəlif kitablara çəkilmiş miniatürlərlə
məhdudlaşmırdı, onlardan parça, xalça, ümumiyyətlə, əmtəə isteһ-
salında da geniş istifadə olunurdu.
Şamaxı, Naxçıvan, Gəncə, Təbviz, Nişapur və s. kimi yerlərdə
tədris müəssisələrinin, xüsusən sənətkarlıq məktəblərinin fəaliyyəti
Kastilaya elçisi Ryu Qonzales de Klavixo tərəfindən də qeyd edil-
mişdir. O, “Дневник путешествия к двору Тимура в Самаркан-
де” əsərində belə yazmışdır: “Şamaxı el sənəti Qərb, Şərq, һətta Ve-
nesiya və Genuyada da məşһurdur”.
Azərbaycanda olmuş Əvliya Cələbi, Jan Şarden, Adam Ole-
ari, Marko Polo və başqa xarici ölkə səyyaһlarının, İskəndər Münşi-
nin “Tarixi-aləm-araye Abbasi”, Qazi Əһmədin “Rəssamlıq və xət-
tatlıq һaqqında risalə”, Sadıq bəy Əfşarın “Qanunus-Səvər” kimi
yol qeydləri və tarixi əsərlərində XIII – XIV əsrə dair Azərbaycan
69
məktəbləri, eləcə də rəssamlıq məktəbləri һaqqında çox maraqlı mə-
lumatlar verilmişdir.
XIII – XIV əsrlərdə fəaliyyət göstərən tədris müəssələrindən
biri də xəttatlıq məktəbidir. Xəttatlıq tədris müəssisələrinin meyda-
na gəlməsində böyük rol oynamışdır. Kitabın meydana çıxması, xət-
tatlar və şagirdlər tərəfindən üzünün köçürülüb yayılması, bir tərəf-
dən, elm və mədəniyyətin inkişafına, digər tərəfdən isə, maarif və
məktəbin tərəqqisinə müstəsna xidmət göstərmişdir.
Qazi Əһmədin «Rəssamlıq və xəttatlıq һaqqında” risaləsi Azər-
baycanda xəttatlığın inkişafına dair çox maraqlı məlumatlar verir.
Yaqut Həməvi «Mocəm ol-boldan» adlı kitabında Marağa şə-
hərində «mədrəsə, xanegah, ədib, şair, mühəddis və fəqihlər»in ol-
masını qeyd edir. Yəqin ki, Azərbaycan şəhərlərində olan mədrəsə-
lər sırasında Marağa mədrəsələrinin sayı və mövqeyi üstünlüyə ma-
lik olduğendan Yaqut Həməvi onları Marağa şəhərinin əlamətdar
cəhətlərindən biri kimi ayrıca qeyd etməyə məcbur olmuşdur.
Yaqut Həməvi Azərbaycanın ayrı-ayrı şəhərlərindən danışar-
kən bu yerlərə mənsub olan yalnız bir neçə görkəmli şəxsin adını
çəkməklə kifayətlənmişdir. Ancaq o, Marağa şəhəri alimlərinin tək-
tək adlarını, görünür, sayca çox olması üzündən, coğrafi lüğət tipin-
də yazdığı «Mocəm ol-boldan» əsərində sadalamağı məqsədəuyğun
hesab etməmişdir. Buna görə də Y.Həməvi Marağanın görkəmli
alim və şəxslərini ixtisasa görə qruplaşdıraraq şəhərin ədəbi-elmi si-
masını onun ədiblərə, şairlərə, mühəddislərə, fəqihlərə, eləcə də
mədrəsələrə malik olması ilə izah etmişdir.
Bunu da qeyd etmək lazımdır ki, Y.Həməvinin xəbər verdiyi
Marağa mədrəsələri haqqında «Mocəm ol-boldan» əsərindən sonra
yazılan məxəzlərdə geniş bir məlumata rast gəlmirik. Buna görə də
istər-istəməz belə bir sual meydana gəlir: Y.Həməvinin qeydə aldığı
Marağa şəhərindəki mədrəsələr XIII əsrin hansı illərinə aiddir? On-
ların taleyi necə olmuşdur?
Y.Həməvinin tərcümeyi-halında deyilir ki, o, «…Xorasanda
olması vaxtdan (1215-ci il) beş il sonra, …İrana basqın edən monqol
qoşunlarının qarşısından qaçaraq Musel şəhərində gizlənmişdir».
70
Məlum olduğu kimi, monqollar 1220-ci ildə İrana, 1221-ci il-
də isə qəflətən Marağaya hücum etmişlər.
Deyilənlərdən bu nəticəyə gəlmək olur ki, Yaqut Həməvi
monqol qoşunlarının 1221-ci ildə Marağa üzərinə yürüşü zamanı bu
şəhərdə olmuş və həmin ildə buradan Muselə qaçmışdır. Demək,
Y.Həməvinin Marağa mədrəsələri haqqında verdiyi məlumat XIII
əsrin 20-ci illərinə aiddir.
Bəzi məlumatlara görə, ərəb işğalından sonra Azərbaycanda
mədrəsə şəbəkəsinin inkişaf etməyə başlaması əsasən XII əsrin sonu
– XIII əsrin əvvəllərinə təsadüf edilir. Ancaq Azərbaycanda yük-
sələn bu mədəniyyət və elm mərkəzləri monqolların basqınları nəti-
cəsində məhv edilmiş, ədəbiyyat, incəsənət və ümumiyyətlə elmi-
ictimai düşüncənin inkişafı və maarifin irəliləməsi bir müddət ləngi-
mişdir.
K.Marks monqol hücumlarından bəhs edərək yazır: «…incə-
sənət, zəngin kitabxanalar, mükəmməl kənd təsərrüfatı, saraylar və
məscidlər, hər şey yerlə yeksan edilirdi». Lakin bütün bu ağır şərai-
tə baxmayaraq, xalqımızın mübarizəsi nəticəsində Azərbaycan qısa
bir müddət ərzində özünün tədris ocaqlarını bərpa edərək milli mək-
təb və maarif uğrunda daha iri addımlarla tərəqqiyə doğru hərəkət
etmişdir. 1233-cü ildə Qul Əlinin Azərbaycan dilində yazdığı “Qisse-
yi-Yusif” əsərini, görkəmli şair İzzəddin Həsənoğlunun
1
Azərbaycan
dilində tərtib etdiyi divanını bu baxımdan önəmli hesab etmək olar.
Azərbaycan məktəb və maarif tarixində əhəmiyyət kəsb edən
«Sihah əl-əcəm» adlı lüğətin bu dövrdə tərtib edilməsi daha artıq
diqqət çəkir. «Sihah əl-əcəm» əsəri fars dilinin öyrənilməsində azər-
baycanlıları müvafiq tədris vəsaiti ilə təmin etmək məqsədi ilə ya-
zılmışdır. Bu barədə tərtibçi Hinduşah Naxçivani
2
müqəddəmədə
1
XV əsr müəllifi olan Dövlətşah Səmərqəndi Təzkirət-ül-şüəra adlı əsərində
yazdığına görə Həsənoğlunun divanı vaxtı ilə Azərbaycanda və Türkiyədə böyük
şöhrət qazanmışdır.
2
Hinduşah Naxçivani XIII əsrin ikinci yarısı-XIV əsrin əvvəllərində yaşamış,
1330-cu ildə vəfat etmişdir. Onun «Sihah əl-əcəm» adlı əsəri haqqında ilk dəfə
olaraq Həsən Zərrinəzadə geniş məlumat vermişdir.
Dostları ilə paylaş: |