Microsoft Word derslik-Semengul doc



Yüklə 12,87 Kb.
Pdf görüntüsü
səhifə30/40
tarix11.04.2018
ölçüsü12,87 Kb.
#37910
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   40

 
92
vəziri Əmir Kəbirin (? – 1852) təşəbbüsü ilə İran maarifinin müasir-
ləşdirilməsi ideyası Azərbaycanda təbliğ edilir və bu barədə cəsarət-
li addımlar atılırdı. Hətta həmin dövrün ən nüfuzlu müdərris və dini 
ideoloqlarından olan Molla Əhməd Nəraqinin (1771 – 1830) İran 
məktəb və  mədrəsələrinin tədris planları haqqında mülahizələrində 
qeyd edir ki, o dövrdə dünyəvi elmlərin tədrisi qadağan edilməmişdir. 
Göründüyü kimi, əvvəlki dövrlərə nisbətən, XIX əsrin I yarı-
sında dünyəvi elmlərin təhsili  əleyhinə dini-siyasi dairələr tərəfin-
dən ciddi və  rəsmi təzyiqlər olmamışdır. Ancaq bu vəziyyət o za-
mankı  məktəb və  mədrəsələrin dini təhsil məzmunlarının dünyəvi 
istiqamətə yönəldilməsi işinə müsbət təsir edə bilməmişdir. 
XIX  əsrin II yarısında, görünür ki, dünyəvi biliklərə qarşı 
məktəbxana dairələri tərəfindən, çox şiddətli hücum başlanmış, XII 
əsrdə olduğu kimi, yunan elmi adı altında hər cür fəlsəfi fikrin təd-
risi təhrif edilmişdir. Məsələn, Seyid Əzim Şirvaninin dünyəvi təh-
sil əleyhdarları adından istehza ilə dediyi “Hükəma qövlünün nədir 
səməri? – Qalmasın fəlsəfilərin əsəri!” şeirində, demək olar ki, vax-
tilə Xaqaninin dünyəvi təhsil  əleyhinə yazdığı sözləri eynilə  əks 
olunmuşdur. 
İran Azərbaycanında da vəziyyət belə idi. XX əsrin  əvvəllə-
rində həm Güney, həm də və Güzey Azərbaycanda məktəbxana təh-
silinin məzmununa qarşı mübarizə yüksək inkişaf mərhələsinə çat-
mış və bu, həmin dövrün mətbuatında, xüsusilə, “Molla Nəsrəddin” 
jurnalında ən bariz şəkildə əks olunmuşdur. 
 
 
 
 
 
 
 
 
 
 


 
93
ORTA ƏSR MÜTƏFƏKKİRLƏRİ 
 
Nəsirəddin Tusi 
(1201 – 1274) 
 
Nəsirəddin Tusinin həyatı. 
Məhəmməd Nəsirəddin Tusi 
1201-ci ildə fevral ayının 17-də Tus şəhərində  tərbiyəçi ailəsində 
anadan olmuşdur.  O, dövrünün məşhur Bəhram ağa nəslindəndir. 
Mənşə etibarı ilə  Həmədan  şəhərindən olan Tusinin atasının adı 
Məhəmməd, babasının adı Həsəndir. 
N.Tusi ilk təsilini atasından almış, sonra Şərqin bir sıra şəhər-
lərini səfər etmişdir. O, “Seyr və sülük” əsərinin müqəddiməsində 
qeyd edir ki, atası onu rizaziyyatçı dostu Kəmaləddin Məhəmmədin 
yanına dərs oxumağa göndərir, lakin müəllim səfərə  çıxdığı üçün 
dərs yarımçıq qalır. 
Nəsirəddin Tusi uzun müddət Tus şəhərində yaşamış, sonra 
Bağdad, Kufə, Bəsrə, Təbriz, Marağa, Mərv, Naxşıvan və digər şə-
hərlərə səyahət etmişdir. Şərqin məşhur mədəniyyət mərkəzi hesab 
olunan “Əşariyyə” (Xorasan şəhəri) və “Nəsriyyə” (Nişapur şəhəri) 
mədrəsələrində təhsilini tamamlamışdır. 
Nəsirəddin Tusi uzun müddət Kuhistanda Ələmut qalasında 
yaşamışdır. Bura İsmaililər təriqətinin mərkəzi idi, onlar burada dini 
ideyalarını zorla qəbul etdirməkdən ötrü ədalətsiz işlər görürdülər. 
Nəsirəddin Tusi bu işləri “Əxlaqi-Nasiri”  əsərinində  qeyd etmiş, 
oradakı hadisələri cəhənnəm oduna bənzətmiş, özünü cəhənnəmin 
ortasından xilas etmək üçün yollar axtarmışdır: "Ey allah! Məni 
bədbəxtlik qoşununun tapdağından və  əzab-əziyyət yuvasından xi-
las et". O hətta İsmaililərlə əqidəsinin üst-üstə düşmədiyini yazırdı. 
Lakin məcbur olub onlara xidmət edirdi. Özünü cismən onların ya-
nında, ruhən uzaqlarda görürdü. 
A.Bakıxanov “Gülüstani-İrəm” əsərində qeyd edir ki, Hülakü 
xan Nəsirəddin Tusinin xahişi ilə  rəsədxana tikilməsinə izn verir. 
Bunun üçün Tusi gözəl və hündür bir yer seçib əzəmətli binanı tik-
dirir. Bu akademiyaya alim və bilikli adamları cəlb edir və ən böyük 


 
94
kitabxananı yaradaraq, qiymətli kitabları Bağdad, Dəməşq, Mosul, 
Xorasan və digər yerlərdən toplayıb gətirtdirir. 
Məhəmməd ibn Şakir yazırdı: “Marağada Xacənin (Nəsirəd-
din Tusinin – G.E.) topladığı kitabların sayı 400 mindən artıq idi”. 
V.Bartold Marağa rəsədxanasının Tusinin köməyi ilə qiymətli ci-
hazlarla təmin olunmasını, böyük bir kitabxanaya çevrilməsini, ast-
ronomiya elminin inkişafında böyük rol oynadığını qeyd etmişdir. 
Nəsirəddin Tusinin üç oğlu olmuşdur: Sədrəddin Əli, Əsiləd-
din Həsən və Fəxrəddin Əhməd. Onlar atalarının ölümündən sonra 
rəsədxananın işini davam etdirmişlər. Nəsirəddin Tusi 1274-cü ildə 
Bağdad şəhərində vəfat etmişdir. 
Nəsirəddin Tusinin fəlsəfəsi. 
Tusinin bu və ya digər qəbildən 
olan əsərlərinin meydana çıxmasında yunan və şərq fəlsəfi məktəbi-
nin güclü təsiri  һiss olunur. Yunan mütəfəkkirlərindən Aristotelin, 
Platonun, Ptolomeyin, Nikomaxın, Falesin, Anaqsaqorun və  şərq 
filosoflarından Fərabinin və  İbn Sinanın adlarına və müdrik söz-
lərinə tez-tez rast gəlməyimiz fikrimizi bir daһa təsdiq edir. 
Mütəfəkkir, aləmin yaranmasında və mövcudatın inkişafında 
varlığa və ağla yüksək qiymət verərək demişdir: “Ağıl və can yara-
dılışın birincisidir. Ondan sonra doqquz dövr edən fələk (Planet – 
G.E) vardır. Bunlardan sonra dörd ünsür (su, od, torpaq, һava), son-
ra isə  mədən (mineral), nəbatat (bitki) və  һeyvanat (canlı aləm) 
meydana gəlmişdir”. 
Tusi dörd ünsürdən biri olan torpağı ən aşağı mərһələ, odu isə 
ən yüksək mərһələ һesab etmişdir. O, dörd ünsürü “analar” (ümmə-
һat) adlandıraraq yazır: “Analar”ın  ən aşağı  mərtəbəsində torpaq, 
ondan yuxarı mərtəbəsində su, sonra hava, sonra isə od yerləşmiş-
dir. Bu “analar”dan da (yəni dörd ünsürdən) yüksək mərhələ isə kai-
nat hesab olunur. Həmçinin “törəmələr”in  ən aşağı  mərtəbəsi mə-
dən, yüksək mərtəbəsi isə  nəbatatdır. Bu da öz növbəsində,  һəm 
mədənə, һəm də “analar”a üstün gələrək, onları özünə tabe edir. Bu 
səbəbdən nəbatat inkişaf edir. Nəbatatdan yüksək mərһələ isə һey-
vanat aləmidir. Bu da mədəndən, nəbatatdan və “analar”dan üstün 
olaraq, onları özünə tabe edir, nəbatatı öz xörəyinə çevirir. Heyva-


Yüklə 12,87 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə