80
“Rəbe Rəşidi”də Şərqin müxtəlif rayonlarından tədris üçün ən
yaxşı müəllimlər cəlb edilmişdi. F.Rəşidəddin tibb fakültəsindən
danışarkən yazır: “Hindistan, Çin, Misir, Şam və digər rayonlardan
gəlmiş 50 nəfər təcrübəli həkimə hər gün bizim darülşəfayə gəlmə-
ləri haqqında göstəriş verdik».
“Rəbe Rəşidi”nin “Moalece-ye moalecan” adlı məhəlləsində
sakin olan və xəstəxanada işləyən “Kəhhalan” (göz həkimləri),
“Cərrahan” (cərrahlar) və ”Mocəbberan” (sınıqçılar), yuxarıdakı 50
həkimdən fərqli olaraq, məktubda ayrıca qeyd edilmişdir. Əgər bu
bölmələrdə təhsil alan tələbələr də nəzərdə tutulsa, “Rəbe Rə-
şidi”nin tibb fakültəsində 500-dən artıq tələbənin təhsil alması mə-
lum olur. Tibb fakültəsinin tələbələri “Darülşəfa” adlanan xəstəxa-
nada mühazirə dinləməklə bərabər, təcrübi məşğələlər də keçirdilər.
Tibb fakültəsində əczaçılıq da ayrıca fənn kimi tədris olunurdu.
Tibb fakültəsində təhsil müddəti 5 il idi. Bu müddətdən sonra
tələbə öz müəllimindən yazılı icazə aldıqda təbabətə başlaya bilərdi.
Vəqfnamədə bir fəsil ata-anasız uşaqların «Rəbe Rəşidi»-də tərbiyə
edilmələrinə həsr olunmuşdur. Bu sənəddə ətabəkin
1
vəzifələri və
uşaqlarla keçiriləcək təlim-tərbiyənin məzmunu müəyyənləşdirilmiş
və ətabəklərin, eləcə də uşaqların yaşayış yerləri göstərilmişdir.
Vəqfnamədə ata-anasız uşaqların tərbiyəsi haqqındakı fəsil-
dən məlum olur ki, «Rəbe Rəşidi»də məktəbəqədər və məktəb tə-
lim-tərbiyə işləri də aparılmışdır.
“Rəbe Rəşidi” də müxtəlif təlim ocaqlarından başqa, xəstəxa-
na, əczaxana, kitabxana
2
, kağız karxanası və sair bu kimi mədəni-
maarif təşkilatların mövcud olmasını vəqfnamədən müəyyən etmək
olur.
1
Vəqfnamədə tərbiyəçi «Ətabək» adlandırılmışdır.
2
«Rəbe Rəşidi» də iki kitabxana mövcud olmuşdur. Bu kitabxanalarda 60 000
nüsxə nadir əlyazma toplanmışdır. Bu barədə Rəşidəddin yazır: «Müxtəlif elmlə-
rə, tarixə, şeir və hekayələrə və sairəyə aid İran, Turan, Misir, Qərb (Şimali Afri-
ka və İspaniya ölkələri) Rum, Çin və Hind ölkələrindən topladığım 60 000 nüsxə
kitabın hamısını «Rəbe Rəşidi»yə vəqf etdim».
81
Rəbe Rəşidi darülfünunu XIV əsrin əvvəllərində islam aləmi-
nin ən böyük təlim-tərbiyə mərkəzlərindən biri olaraq nəhəng alim-
müdərris və tələbə heyətinə malik olmuşdur. Təəssüflə qeyd etmək
lazımdır ki, Azərbaycan məktəb və maarif tarixində ilk darülfünun
olan Rəbe Rəşidi bu günə qədər ətraflı öyrənilməmiş, onun elmi-pe-
daqoji fəaliyyəti işıqlandırılmamışdır.
XIII əsrin axırları – XIV əsrin əvvəllərində monqol şahları tə-
rəfindən aparılan islahat Azərbaycanda bir sıra yeni qəsəbə və şə-
hərlərin də meydana gəlməsinə səbəb olmuşdu. O cümlədən hələ
1290-cı ildə İlxan Arqun tərəfindən binası qoyulan Sultaniyyə
1
şə-
həri, 1303-cü ildə səltənətə çatmış Sultan Məhəmməd Xudabəndə-
nin
2
səyi ilə bütün İranda ən möhtəşəm bir şəhərə çevrilərək bey-
nəlxalq ticarətin ən böyük mərkəzləri səviyyəsinə qədər tərəqqi et-
mişdi. Sultan Məhəmməd Xudabəndə Təbriz, Marağa, Ərdəbil, İs-
fahan, Kirman, Şiraz və sair şəhərlərdən incəsənət, ədəbiyyat və elm
adamlarını, görkəmli müdərrisləri, adlı-sanlı ictimai xadimləri, bö-
yük tacirləri və əhalinin ən bacarıqlı və işgüzar dairələrini şahlar qə-
rargahı adlandırdığı bu yeni şəhərə zorla köçürmüş və sakin etməyə
məcbur etmiş idi. Sultan Məhəmməd şəhərin möhtəşəm olması və
şöhrətlənməsi üçün bütün vasitələrdən istifadə edirdi. O, hətta Əmir
əl-Mömenin Əli ibn Əbutalib və İmam Hüseynin məqbərələrini belə
həmin şəhərə köçürtmək əzmində idi.
Sultaniyyə mədrəsələri.
İlk məxəzlərdə olan bir sıra faktlar-
dan bu nəticəyə gəlmək olur ki, Sultan Məhəmməd Sultaniyyə şəhə-
rini bütün islam aləminin yeganə ticarət, elm və təhsil mərkəzinə
çevirmək məqsədilə dövrün bütün mədəni-maarif, yaşayış və asayiş
şəraitinin burada təmin olunmasına xüsusi səy göstərmişdir. Məsə-
lən, həmin şəhərdə F.Rəşidəddin tərəfindən tikilmiş min evdən iba-
rət bir məhəllədə gözəl bir məscid, yüksək dərəcəli müdərrislərə və
mükəmməl təhsil vasitələrinə malik olan bir mədrəsə və xəstəxana
1
Zəncan şəhərinin 40 kilometrliyində yerləşən Sultaniyyənin tikildiyi yer 1303
– 1304-cü ildən qabaq “Şəhryaz”adlanarmış. “Sultaniyyə” – “Şahlar qərarga-
hı”mənasında işlənmişdir.
2
Məhəmməd Qazan xanın qardaşıdır.
82
məhəllə sakinlərinin istifadəsinə verilmişdir. Şəhərin digər məhəllə-
ləri də dövrün bu kimi mədəni maarif ocaqları ilə təchiz olunmuşdu.
«Həbib os-siyər» kitabında Sultan Məhəmməd tərəfindən Sultaniy-
yədə çoxlu məscid, Dar ol-qorra (Quran qiraət olunan ev), Dar ol-
hədis (hədis oxunan ev) və mədrəsə tikilməsi qeydə alınmışdır.
Vaxtılə Sultaniyyə mədrəsələrinin görkəmli pedaqoqlarından
olmuş Şəmsəddin Məhəmməd Amolinin yazdığına görə, şəhərin
mərkəzində ”Sultan Məhəmmədin özü üçün tikdirdiyi səkkizmina-
rəli məqbərənin ətrafında yerləşən came, xanegah və mədrəsələrin
tayını heç kim dünyada görməmişdir”.
Sultan Məhəmməd məqbərəsinin nəzdində tikilmiş mədrəsədə
10 müdərris, 20 müəyyed, 4 müəllim və 100 nəfər tələbənin sakin
olduğu məlumdur. Hətta bu mədrəsədə sakin olan müəllim heyəti və
tələbələrin maaşları da aşağıdakı qaydada müəyyənləşdirilmişdir:
Müdərris 1500
dinar
Müəyyed 750
dinar
Müəllim 120
dinar
Tələbə 120
dinar
Şəmsəddin Məhəmməd Amoli Sultaniyyə şəhərində Sultan
Məhəmmədin tikdirdiyi digər böyük və möhtəşəm bir mədrəsədən
də xəbər vermişdir. O, yazır: “ …eləcə də, Sultaniyyədə olduqca əla
bir came və nəzdində xəstəxanası olan bir mədrəsə bina etmişdir ki,
digər ölkələrdə heç birisinin misli tapılmaz”.
Yəqin ki, Amolinin qeyd etdiyi bu mədrəsə “Həbib os-siyər”
kitabında “Kərbas” adı ilə qeydə alınmış mədrəsədir. Çünki Xandə-
mirin Kərbas mədrəsəsi haqqındakı sözlərindən məlum olur ki,
mədrəsədə Sultan Məhəmməd alim və müdərrislərin söhbət və mü-
bahisələrini dinləyirmiş.
Kərbas mədrəsəsinə dövrün görkəmli alimləri cəlb edilmişlər.
Onların arasında Kərbas mədrəsəsində müdərrislik edən alimlər –
Mövlana Bədrəddin Şostəri və Mövlana Əzodəddin İci də var idi .
Dostları ilə paylaş: |