83
Sultaniyyə mədrəsələrində təhsil pulsuz idi.
Kərbas mədrəsə-
sində təhsil alan tələbələrdən hətta 100 nəfəri yataqxana, “məkul”
(yemək), “məlbus” (geyim) və sair lazımi vəsaitlə təmin olunurdu.
Ş.M.Amolinin yazdığına görə, Sultaniyyə mədrəsələri F.Rəşi-
dəddinin rəhbərliyi altında tikilərək idarə olunmuşdur. Təbrizdə Rə-
be Rəşidi mədrəsələrində təlim-tərbiyə və maarif işlərinin zəngin
təcrübəsini əldə etmiş F.Rəşidəddinin Sultaniyyə mədrəsələrinə rəh-
bərlik etməsi həmin mədrəsələrdə təlim işinin yuksək səviyyədə təş-
kil olunmasını bildirir.
Ş.M.Amolinin qeydlərindən bizə çatdığı “Nəfayes əl-Fonun fi
Ərayes əl-Oyun” adlı əsərindən məlum olur ki, o,
özü həmin dövrün
ensiklopedist alimlərindən biri kimi Sultaniyyə mədrəsələrində təd-
rislə məşğul olmuşdur. Amoli həmin əsərində, demək olar ki, icti-
mai və dəqiq elmlərin əsas sahələrindən, o cümlədən riyaziyyat, nü-
cum, fizika, kimya, psixologiya, pedaqoqika, ədəbiyyat, dilçilik, ta-
rix, ilahiyyət və sairədən bəhs etmişdir.
Qeyd etmək lazımdır ki, “Nəfayes əl-Fonun fi Ərayes əl-
Oyun” kitabı mövzu və quruluşu etibarı ilə dərs vəsaiti formasında
tərtib olunmuşdur. Həmin kitabda o zamankı ali məktəblərdə (məd-
rəsələrdə) tədris olunan bütün elmlər şərh edilmişdir.
Buna görə də
XIV əsr Azərbaycan mədrəsələrində və ümumiyyətlə, Yaxın və Or-
ta Şərq mədrəsələrində tədris proqramlarını müəyyənləşdirməyə,
eləcə də o zamankı tələbələrin bilik səviyyələrini təsəvvür etməyə
“Nəfayes əl-Fonun fi Ərayes əl-Oyun” əsəri imkan verir.
84
AZƏRBAYCANDA DÜNYƏVİ MƏKTƏBLƏRİN
YARANMASI TARİXİ
(VIII – XVIII əsrlər)
VII əsrdə ərəb hakim dairələrində belə bir ümumi rəy hökm
sürməkdə idi ki, “islam keçmişi (yəni özündən əvvəlki elmi irsi)
məhv etməlidir”. VIII əsr islam ideoloqlarından Əbd ür-Rəhman
Ozai (706 – 773) yazırdı: “
Peyğəmbərin ardıcılları tərəfindən deyi-
lənlər elmdir, ondan başqa nə varsa, elm deyil”.
Buna görə də
“Peyğəmbərin ardıcılları Rum və İran üzərində qələbə çaldıqdan
sonra belə bir qənaətə gəldilər ki, “…Qurandan başqa heç bir kitab
oxunmasın”. Bu tələb ərəblərin qələbə çaldığı ölkələrdə dövlət qə-
rarı kimi tətbiq edilirdi. Lakin Quran hələ yazılı mətnlər və kitab
şəklində tərtib edilmədiyindən, ilk ərəb ibtidai məktəblərində Quran
ayələrinin və duaların şifahi öyrənilməsi, əzbərlənməsi
təhsilin məz-
mununu təşkil edirdi. Bu vəziyyət ərəb istilasının ilk dövründə
Azərbaycanda “məktəb” adı ilə fəaliyyət göstərən müsəlman tədris
ocaqlarında təkrar olunurdu. Bu cəhətdən, müsəlman ibtidai mək-
təbləri ilk inkişaf dövründə Zərdüşt ibtidai məktəblərinə çox oxşa-
yırdı.
Ərəb imperiyası milliyətcə ərəb olmayan xalqların mədəniy-
yət və elmi irsini məhv etmək niyyətində olsa da,
buna nail ola bil-
mədi. Ərəb istilası müxtəlif xalqları vahid islam dövlətində birləş-
dirdi; Yunanıstan, Roma, Bizantiya, Hindistan, eləcə də Yaxın və
Orta Şərq xalqları mədəniyyətlərini bir-birinə yaxınlaşdırdı. Bu və-
ziyyət islam alimlərinin gərgin fəaliyyəti hesabına elmi düşüncənin
qarşısıalınmaz yüksəlişi ilə nəticələnərək ərəb irticasını geri çəkil-
məyə məcbur etdi. Həmin dövrdə islam alimləri bir-birinə qarşı du-
ran iki dəstəyə ayrıldılar: 1) Əshab-e hədis (bunlar öz tədqiqatların-
da hədis və rəvayətlərə istinad edirdilər); 2) Əshab-e rəy (bunlar əql
və məntiqi əsas götürürdülər). Bu baxımdan islam maarifində elm-
lər iki əsas qrupda cəmləşdirilmişdi: 1. Ülum-e mənqul (dini elm-
lər); 2. Ülum-e məqul (dünyəvi və qismən də dini elmlər). Bu hadi-
sə təhsilin məzmununa təsir göstərməyə bilməzdi.
VIII əsrdən təhsil
85
də dini çərçivədən müəyyən qədər kənara çıxmağa imkan taparaq,
bir sıra dünyəvi fənləri əhatə etmişdir. IX əsrin ikinci yarısından eti-
barən bu vəziyyət Azərbaycan, İran və Orta Asiya xalqları içərisin-
də daha qabarıq şəkildə gözə çarpır. IX-X əsrlərdə kimya, təbabət,
coğrafiya, riyaziyyat, nücum və fəlsəfə üzrə dünya şöhrəti qazanmış
əsərlər yazılmışdır (Əl-Xarəzmi, M.Z.Razi və Əbu Nəsr Farabinin
əsərləri bu qəbildəndir. Bu əsərlərdən bəziləri riyaziyyat və təbabət
üzrə Avropa universitetlərində uzun müddət yeganə dərs vəsaiti ki-
mi istifadə edilmişdir). Bu dövrdə dünyəvi elmlərin təhsili və təbliği
sahəsində Bəsrə şəhərində təsis edilmiş “Exvan üs-Səfa”
cəmiyyəti-
nin fəaliyyəti Azərbaycan maarifi tarixində diqqəti cəlb edir. Cə-
miyyətin rəhbər heyətini təşkil edən beş nəfərdən biri, Əbdülhəsən
Əli ibn Zəncani azərbaycanlı olmuşdur. Hicri 970-ci ildə cəmiyyət
tərəfindən 51 risalə yazılıb bütün islam ölkələrində, o cümlədən
Azərbaycanda yayılmışdır. Risalələr riyaziyyat, təbiiyyat, əqliyyat
(ictimai elmlər), ilahiyyat bölmələrindən
ibarət dörd sahəni əhatə
edirdi. “Exvan üs-Səfa” müəllifləri bir sıra təlim-tərbiyə məsələləri-
nə toxunmuşlar. O cümlədən, idrak və təlim məsələsi ilə əlaqədar
olaraq, təlim prosesinin mərhələlərindən danışmışlar. “Hesab bütün
elmlərin anasıdır” – deyə, təhsilin hesabdan başlanması zərurətini
qeyd etmişlər. Risalələrdə deyilir: “Şagird hesab elmini bilməsə,
heç bir elmi başa düşməz, başa da düşsə, onun mahiyyətini dərk et-
məz…”.
Risalələrdə həndəsə, nücum, məntiq, təbiiyyat, tibb,
fəlsəfə və
nəhayət, ilahiyyat elmlərinin öyrənilməsi məsləhət görülür. Beləlik-
lə, “Exvan üs-Səfa” cəmiyyəti tərəfindən təbliğ edilən tədris planın-
da dünyəvi elmlər birinci sıraya çəkilmişdir ki, bu da X əsrdə əqli
tərbiyə sahəsində mütərəqqi dairələr tərəfindən irəliyə doğru atılmış
mühüm addım idi.
Əbu Əbdullah Məhəmməd Xarəzminin 976-cı ildə yazdığı
“Məfatih ol-olum” adlı kitabında verilmiş elmlərin təsnifatından
məlum olur ki, X əsrdə Orta Asiya, Qafqaz və İranda təhsil fənləri,
əsasən, aşağıdakı hissələrə ayrılmışdır:
a) Ülum-e Şərife (fiqh, kəlam, nəhv, ədəbiyyat, tarix);