77
dinin (1247 – 1318) təşəbbüsü ilə Təbrizin yaxınlığında təşkil ol-
muşdur. Əlbəttə, bu zaman Təbriz elmi mərkəz kimi bir sıra mühüm
mədrəsələrə malik idi. Lakin bu mədrəsələr sırasında «Rəbe Rəşidi»
xüsusi bir mövqe tuturdu. «Rəbe Rəşidi» müxtəlif ixtisaslar üzrə ali
məktəblərdən ibarət idi və əslində, darülfünun şəhərciyi tipində ti-
kilmiş elm və təhsil məntəqəsi idi. Burada din, fəlsəfə, təbiiyyat, nü-
cum fakültələri ilə bərabər, tibb şöbəsi də var idi. «Rəbe Rəşidi»nin
müxtəlif fakültələrində tədrislə 450-dən çox müəllim məşğul olurdu
və cəmi 7000 tələbə təhsil alırdı.
Rəşidi adına darülfünun
haqqında yalnız iki əlyazma bizə qə-
dər gəlib çatmışdır. Bu iki mühüm sənəd «Rəbe Rəşidi» darülfünu-
nu haqqında az-çox təsəvvür əldə etməyə imkan verir. Həmin sə-
nədlərdən biri darülfünunun banisi olan Fəzlullah Rəşidəddinin
1
Xa-
cə Sədəddinə yazdığı məktubdur. Digəri isə darülfünun haqqında
onun tərtib etdiyi vəqfnamədir
2
.
F.Rəşidəddinin oğlu Sədəddinə yazdığı məktub tədqiq etdiyi-
miz mövzu nöqteyi-nəzərindən daha çox maraqlıdır. Müəllif həmin
məktubda «Rəbe Rəşidi» şəhərciyində 24 böyük karvansara, 1500
dukan və 30 000 yaşayış evinin tikildiyini qeyd etmişdir. Məktubda
verilən məlumatdan görünür ki, «Rəbe Rəşid»inin sakinləri peşələ-
rinə görə təsnif edilmiş, müəyyən küçələrdə və məhəllələrdə yerləş-
dirilmişlər. Məsələn, «Alimlər küçəsi» adını daşıyan küçədə 400
nəfər alimin və «Tələbələr məhəlləsi»ində isə 1000 nəfər tələbənin
yaşadığı göstərilmişdir.
1
Qazan xan və Sultan Məhəmməd Xudabəndənin hakimiyyət dövrlərində dövlət
başçısı vəzifəsində işləyən Xacə Fəzlullah Rəşidəddin həkim, görkəmli ictimai-si-
yasi xadim, maarifpərvər və pedaqoq olaraq orta əsrin ən böyük tarixçilərindən
biri kimi məşhur olmuşdur. Onun «Came ət-təvarix», «Ketab ət-tozihat», «Resa-
le-ye Sultaniyyə»; «Meftah əl-təfasir», «Mokatebat-e Rəşidi» adlı əsərləri var.
1248-ci ildə Həmədanda anadan olmuş, 1318-ci ildə şaqqalanmışdır.
2
Bu vəqfnamə haqqında Tehranda nəşr edilmiş «Seyahətname-ye Şardən» eləcə
də Minorskinin «Tarix-e Təbriz» adlı kitablarında geniş məlumat vardır. Məhəm-
məd-luy Əbbasi Şardənin fars dilinə tərcümə olunmuş səyahətnaməsinə yazdığı
əlavədə göstərir ki, o, həmin vəqfnamənin əlyazmasını Təbrizdə şəxsən oxumuş-
dur. Təbrizin Surxab dağının ətəyində, 1299-cu ildə «Rəbe Rəşidin təsisinə baş-
lanmışdır.
78
«Rəbe Rəşidi»də həkimlər, cərrahlar və tibb tələbələrinin sa-
kini olduqları məhəlləyə «Moalece-ye moalecan», ruhanilərin yaşa-
dıqları yerə isə «Məhəlle-ye salehiyyə» adı verilmişdir. Göründüyü
kimi, tibb müəllimləri və tələbələrinin yaşayış yerləri ümumi alim
və tələbə məhəllələrindən ayrılır. Bu isə darülfünunda digər fakültə-
lərə nisbətən tibb fakültəsinin üstün mövqe tutmasını göstərir və ola
bilsin ki, tibb müəllimləri və tələbələrinin ayrıca yaşamaları tibb fa-
kültəsinin xüsusi imtiyaza malik olmasını göstərən bir əlamət kimi
qəbul edilmişdir. F.Rəşidəddin özü həkim olduğu üçün «Rəbe Rəşi-
di» də tibb elminə xüsusi diqqət yetirilməsi təsadüfi deyildir. «Rəbe
Rəşidi»də tibb fakültəsinin üstün mövqe tutmasını müsbət bir cəhət
kimi qeyd etmək lazımdır. Çünki tibb fakültəsini ilk sıraya çəkmək
– bu, darülfünunda təbiət elmləri tədrisinin güclənməsinə səbəb ol-
maya bilməzdi.
F.Rəşidəddinin məktubundakı bəzi qeydlərindən bu qənaətə
gəlmək olur ki, darülfünuna daxil olan tələbələrin hamısından qəbul
imtahanları alınmış, onların bilik səviyyələri dəqiq yoxlanılmışdır.
Məktubda darülfünun tələbələri haqqında deyilir: «…hər biri bilik
meydanında cəngavər və fəzilət səmasında ulduz olan min tələbəni
«Tələbə məhəlləsi» adlanan məhəllədə yerləşdirdik...».
F.Rəşidəddin həmin məktubunda «Rəbe Rəşidi»ni təsvir edə-
rək orada görülmüş tədbirlərdən və işlərdən də danışmışdır. Məktu-
bun məzmunundan aydın görünür ki, o, həmin məktubunda darülfü-
nunun təşkil edilməsi və işə başlaması haqqında oğluna məlumat
vermişdir. Demək, F.Rəşidəddin həmin məktubunda darülfünunda
yenicə təhsilə başlamış tələbələrdən danışmışdır. F.Rəşidəddinin bu
tələbələrin hər birini «bilik meydanının cəngavəri» və «fəzilət sə-
masının ulduzu» adlandırmasından məlum olur ki, o, darülfünunda
təhsilə başlamazdan əvvəl həmin tələbələr haqqında dəqiq məlumat
almışdır. Bu fikir onun məktubun digər bir yerində yazdığı “…tələ-
bələrin istedad və meyillərinə müvafiq olaraq onların ictimai və də-
qiq elmlər sahələrində təhsil almalarını əmr etdik…” sözlərindən
tamamilə aydınlaşır.
79
Darülfünuna daxil olan tələbələlərin bilik səviyyələrini və
hansı elmə meyil göstərmələrini müəyyənləşdirmək, əlbəttə, onların
biliklərinin qabaqcadan yoxlanılması nəticəsində mümkün ola bilər-
di. Bu da darülfünunda qəbul imtahanlarının keçirilməsi ehtimalını
doğurur.
“Rəbe Rəşidi”də tələbələr və müəllimlər mənzil ilə təmin edi-
lirdi. Təhsil pulsuz idi. Hətta tələbələr yaşayış xərcləri ilə təmin
olunmaqdan əlavə, illik paltar və “sabun pulu” alırdılar.
Müxtəlif müsəlman ölkələrindən “Rəbe Rəşidi”yə gəlmiş
6000 tələbə haqqında məktubda deyilir: ”Korluq çəkmədən təhsil
ala bilmələri üçün əmr etdik ki, onların yaşayış xərci Qostəntəniy-
yədən alınan vergilər hesabına təmin edilsin”.
F.Rəşidəddin yay və qış fəsilləri üçün tədris binası kimi mü-
əyyənləşdirilmiş iki məsciddən vəqfnamədə danışaraq yazır:
“…Orada yayda namaz qılırlar, dərs deyirlər və elmlərin təlimi ilə
məşğul olurlar… digərində qışda namaz qılırlar, dərs deyirlər, təfsir,
hədis və sair elmlərin tədrisi ilə məşğul olurlar”
1
.
Yay və qış fəsilləri üçün ayrıca təlim binalarının nəzərdə tu-
tulması “Rəbe Rəşidi” təhsil mərkəzində tədrisin bütün il boyu da-
vam etdiyini göstərir.
“Rəbe Rəşidi”də tədris işinin aparılmasına ciddi nəzarət yeti-
rilir və fakültələr üzrə tələbə qruplarının və müəllimlərin seçilməsi-
nə xüsusi fikir verilirdi. F.Rəşidəddin yazır: “Bu və ya digər tələbə
qrupunun hansı müdərrisin yanında təhsil alacağını müəyyənləşdir-
dik…”, “…təbabəti öyrənmək üçün hər həkimə 10 nəfər istedadlı
tələbə təhkim etdik”.
Yuxarıdakı sözlərdən tibb fakültəsində hər tələbə qrupunun 10
nəfərdən ibarət olması məlum olur. Lakin digər fakültələrin qrupla-
rında tələbələrin sayı 10 nəfərdən çox olmuşdur. Çünki əgər tibb fa-
kültəsində olduğu kimi, hər müəllimə 10 nəfər tələbə təhkim olun-
saydı, onda “Rəbe Rəşidi”də olan 450 müəllimin öhdəsində 4500
nəfər tələbə olardı. Halbuki, “Rəbe Rəşidi” də təhsil alan tələbələrin
sayı 7000 nəfər idi.
1
Vəqfnamədə tədris binası kimi bu iki məscid birlikdə «Rouze» adlandırılmışdır.
Dostları ilə paylaş: |