Microsoft Word derslik-Semengul doc



Yüklə 12,87 Kb.
Pdf görüntüsü
səhifə10/40
tarix11.04.2018
ölçüsü12,87 Kb.
#37910
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   40

 
29
X – XII və  hətta XIII – XIV əsrlərdə  İran və Azərbaycanda 
yunan  ədəbiyyatının geniş miqyasda yayılmasını göstərən bu kimi 
faktları kifayət qədər göstərmək mümkündür. Bir çox Azərbaycan 
alimlərinin tibbə dair əsərlərindən aydın görünür ki, onlar təbabəti 
öyrənmək üçün yunan alimlərinin ərəb dilinə tərcümə olunmuş əsər-
lərindən XV əsrə qədər dərs vəsaiti kimi geniş istifadə etmişlər. 
VII – X əsrlərdə islam ölkələrində ali təhsil sahəsində ayrıca 
mədrəsələr açılmasa da, bir çox iri şəhərlərdə, o cümlədən Bağdad, 
Şam, Hələb, Dəməşq, Həmədan, Rey, Xarəzm və Buxara şəhərlə-
rində  Əl-Xarəzmi (? – 850) Əbu Bəkr Məhəmməd ibn Zəkəriyya 
Yəhya əl-Razi (865 – 926), Əbu-Nəsr Məhəmməd əl-Farabi (873 – 
951), ibn Məskuyə (? – 1030), Əbu Əli-Sina (980 – 1037) kimi döv-
rün bir çox ensiklopedik biliyə malik elm xadimlərinin ayrıca tədris 
dairələri olmuşdur. Yaxın və Orta Şərq ölkələrinin, o cümlədən 
Azərbaycanın elm həvəskarları bu kimi ayrı-ayrı alimlərin yanında 
riyaziyyat, fəlsəfə, məntiq, nücum, ilahiyyat, dil və ədəbiyyat sahə-
lərində təhsil alırdılar. Məsələn, vaxtilə Yaxın Şərq mədrəsələrində 
fəlsəfə üzrə ən mühüm tədris vəsaiti sayılan «Ketab-ül-təhsil» adlı 
əsərin müəllifi azərbaycanlı Əbülhəsən Bəhmənyar ibn Mərzban (? 
– 1066) ali təhsilini Əbu Əli Sinanın yanında təkmilləşdirib filosof 
məqamına çatmışdır. 
X əsrin ikinci yarısından başlayaraq bütün islam ölkələrindən, 
o cümlədən Azərbaycandan ziyalılar mədrəsə  təhsili almaq üçün 
Əzhər mədrəsəsinə gedirdilər. 962-ci ildə Qahirə şəhərinin «Əzhər» 
adlı məscidində təşkil olunmuş Əzhər mədrəsəsi o zaman ümumis-
lam ölkələri miqyasında mədrəsə tipli yeganə tədris ocağı idi. Bura-
da fiqh, hədis, təfsir, nəhv, məntiq tədris olunurdu. 
IX əsrin axırları, X əsrin əvvəllərində Yaxın və Orta Asiyada 
yeni sufizm məktəbinin mərkəzi kimi
 
Nişapur şəhəri də bir çox sufi 
alimlərə, ədib və müdərrislərə, eləcə də mədrəsə və xanegahlara ma-
lik idi. Bəzi məxəzlərdə XI əsr Nişapur mədrəsələrinin adı çəkilmiş-
dir. O cümlədən, həmin  əsrdə  fəaliyyət göstərən “İbn Furk” və 
“Beyhəqiyyə”
 
mədrəsələrini də islam aləminin ilk ali məktəbləri sı-
rasına aid etmək olar. Bunlardan 1065-ci ildə Bağdad  şəhərində 


 
30
açılmış «Nizamiyyə» mədrəsəsi Yaxın və Orta Şərqdə XI əsrin ən 
mötəbər mədrəsəsi kimi daha çox məşhur olmuşdur. Bağdad şəhəri-
nin tədris dairələri, eləcə  də “Nizamiyyə” mədrəsəsi uzun müddət 
Azərbaycan və Yaxın Şərq ölkələri ziyalıları üçün ən mühüm təhsil 
mərkəzinə çevrilmişdir. Bağdad tədris dairələrində  və Nizamiyyə 
mədrəsəsinin pedaqoji fəaliyyətində azərbaycanlılar özləri də bila-
vasitə iştirak etmişlər. Məsələn, Nizamiyyə mədrəsəsinin kitabxana-
sını təşkil edən Xətib Təbrizi sonralar həmin mədrəsənin görkəmli 
müəllimlərindən biri olmuşdur. 
 
XII əsrdə məktəb və tədris 
 
Səyyah İbn Cəbirin məlumatından və sair məxəzlərdən də mə-
lum olur ki, XI əsrin ikinci yarısında islam ölkələrində mədrəsələrin 
təşkili və sayı sürətlə artmışdır. Bununla əlaqədar, ali təhsil imkan-
ları da genişlənmişdir. Bu vəziyyət, ümumiyyətlə Yaxın və Orta 
Şərqdə, eləcə də Azərbaycanda məktəb şəbəkəsinin genişlənməsinə 
müsbət təsir göstərmişdir. Təəssüf ki, mənbələrdə Azərbaycanın VII 
– XI əsr məktəb və  mədrəsələri haqqında hər hansı  məlumata rast 
gəlmirik. Ancaq XI əsrdə Azərbaycanda bir çox xanegahların möv-
cud olduğu məlumdur ki, onların da çoxunu tədris ocaqları kimi 
qiymətləndirməyə əsas vardır. Çünki vaxtilə xanegahlarda da tədris 
təşkil edilmişdir. Bu cəhətdən, islam maarif tarixində xanegahların 
müəyyən əhəmiyyəti olmuşdur. İslam mədəniyyəti tarixinə dair ilk 
ərəb məxəzlərinə yaxşı bələd olan Corci Zeydan yazır: «Təkcə məs-
ciddə deyil, xanegahlarda, təkyələrdə, evlərdə də dərslər təşkil edi-
lirdi». 
Qeyd edək ki, keçmişdə müəyyən nüfuz qazanmış şeyxlər, din 
xadimləri tərəfdar olduqları  əqidəni çox zaman açdıqları  mədrə-
sələr, xüsusilə, xanegahlar və  təkyələr vasitəsi ilə  təbliğ edirdilər. 
Belə ki, onlar təhsillərini davam etdirmək istəyən elm həvəskarları-
nı xanegahlara cəlb edərək tədris məşğələlərini mənsub olduqları di-
ni cərəyanlara aid yazılmış ədəbiyyat üzərində aparırdılar. Bu məş-
ğələlərdə ilahiyyat, fiqh, məntiq, fəlsəfə,  ənsab sahələri  əhatə olu-


 
31
nurdu. Belə təlim və təbliğ mərkəzləri nəzdində əksər hallarda ibti-
dai savad verən məktəblər də  təşkil edilirdi. Corci Zeydan islam 
mədəniyyət tarixini araşdıraraq yazır: «Müəyyən din və məsləkə tə-
rəfdar olmaq da çox zaman mədrəsələrin təsis edilməsinə  səbəb 
olurdu». 
Əbu Nəsr Şirvani tərəfindən Şamaxıda təşkil edilmiş xanegah 
ilə  əlaqədar olaraq Məhəmməd ibn Monəvvərin «Əsrar  əl-touhid» 
adlı  əsərində verilən bir məlumatdan aydın olur ki, həmin dövrdə 
Şirvanda 400-dən çox xanegah fəaliyyət göstərirmiş. Bu zaman 
Azərbaycan xanegahlarının başında Pir Hüseyn Şirvani (? – 1074) 
və Əbu Nəsr Şirvani kimi dövrün ən məşhur alim və filosoflarının 
durduğunu xüsusilə qeyd etmək lazımdır. «Batiniyyə» cərəyanının 
tərəfdarları olan bu alimlərin məslək və əqidələri, əslində, xanegah-
larda təbliğ edilirdi ki, bu da əsasən, orta və ali təhsil sahəsində təd-
ris işinin müşayiəti ilə  həyata keçirilirdi. Buna görə  də XI əsrdə 
Azərbaycanda xanegahların yayılması müəyyən din və  məsləkin 
təbliği məqsədini daşımışsa da, nəticə etibarilə savad və biliyin ya-
yılması işinə də az təsir etməmişdir. 
XI  əsrdə Azərbaycanda  Əbu-Ömər Naxçıvani, Ekmiləddin 
Naxçıvani, Qətran Təbrizi kimi böyük alimlərin sayı daha çox art-
mışdır. 
Azərbaycanda məktəb və maarifin sürətlə çiçəklənməsi XII 
əsrdə daha bariz şəkildə  nəzərə çarpır. Azərbaycanda formalaşmış 
məktəb və mədrəsə sisteminin fəaliyyət tarixinə aid ilk konkret fakt-
lar da məhz XII əsrə aiddir. Bunları tarixi sənədlərə əsasən müəy-
yənləşdirmək mümkündür. XII əsrin görkəmli filosofu Şühabəddin 
Sührəverdinin (1155 – 1191) on yaşında Marağa şəhərində məktəbə 
getməsi haqqındakı məlumat dediklərimizə misal ola bilər. 
Məhsəti Gəncəvinin ibtidai təhsili haqqındakı məlumat da bu 
dövrdə Azərbaycanda məktəblərin mövcud olmasını göstərən fakt-
lardandır. Məlum olduğu kimi, Məhsəti beş yaşında Gəncə şəhərində 
məktəbə getmiş və on yaşında ikən orada orta təhsilini bitirmişdir. 
İlk məxəzlərdəki bir sıra tarixi hadisələrin təhlilindən aydın 
olur ki, Azərbaycan Atabəyləri Eldəgizlər zamanında ali təhsil siste-


Yüklə 12,87 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə