Microsoft Word Design Cihan doc



Yüklə 4,67 Kb.
Pdf görüntüsü
səhifə55/64
tarix23.01.2018
ölçüsü4,67 Kb.
#22085
1   ...   51   52   53   54   55   56   57   58   ...   64

Đnflyasiya, faiz, valyuta məzənnəsi                         Dr. Cihan Bulut, Nəsimi Kamalov  
arasındakı münasibət və Azərbaycan                                           
 
191 
XX əsrin sonlarında Sovet Đttifaqının dağılması ilə yenidən öz 
müstəqilliyini əldə edən Azərbaycan Respublikasında, keçən bu on il 
ərzində  valyuta  məzənnələri  və  valyuta  siyasətinin  analizi  bu 
baxımdan aktual bir məsələdir. Xüsusilə, müstəqilliyin əldə edilməsi 
ilə Azərbaycanın bir iqtisadi formasiyadan (qapalı sistemdən) başqa 
bir  iqtisadi  formasiyaya  (bazar  iqtisadiyyatına)  keçdiyini  nəzərə 
alsaq, məsələnin aktuallığı bir az da artmaqdadır.  
 
Statistik  məlumatlara  görə,  ümumilikdə  Azərbaycanda  keçən 
bu on il ərzində valyuta məzənnələrinin dəyişmə şəkli aşağıdakı kimi 
olmuşdur: 
 
Tablo: 8.   Azərbaycan Respublikası Milli Bankında manatın məzənnəsi 
(ilin axırına; milli valyutaya düşən manat) 
 
Xarici  
valyuta 
1992  1993  1994  1995  1996  1997  1998  1999  2000  2001  2002 
1 ABŞ  
dolları 
14 
93 
930  4418  4098  3986  3869  4373  4565  4774  4893 
1 EKÜ 



5682  5089 4 337 4573  4404  4238
1)
  4211  5080 
1 Rus  
rublu 
0,1 



0,7  0,7  188  162 
162 
158  154 
Qaynaq:   http://www.azstat.org/publications/yearbook/2002 /az/024 
25shtml#t24_25, DSK 2003, s. 8  
 
Yuxarıda verilən tablodan göründüyü kimi, 1992-ci ildən 1995-
ci ilə qədər valyuta məzənnələrində çox sürətli artımlar meydana gəl-
mişdir.  Bu  artışların  səbəbini  anlamaq  üçün  həmin  dövrdə  Azərbay-
canda  milli  valyuta  siyasəti,  sosial-iqtisadi-hüquqi  şətaiti  araşdırmaq 
lazımdır. 
 
Ümumiyyətlə,  valyuta,  valyuta  siyasəti,  valyuta  məzənnələri 
kimi  anlayışlar  Azərbaycanda  müstəqilliyin  əldə  edilərək,  mərkəzi 
Dr. Cihan Bulut, Nəsimi Kamalov                         Đnflyasiya, faiz, valyuta məzənnəsi 
arasındakı münasibət və Azərbaycan 
                                         
 
 
192 
planlı  iqtisadiyyatdan  bazar  iqtisadiyyatına  keçid  ərəfəsində  ortaya 
çıxmışdır. 
 
Köhnə Sovet Đttifaqının pulu olan Rubl, beynəlxalq dönərliliyi 
olan bir  valyuta  deyildi.  Ancaq ittifaq ölkələri tərəfindən bu  valyuta 
istifadə  edilməkdə  idi.  1991-ci  ildə  Đttifaqın  dağılması  ilə  birlikdə 
müttəfiq respublikalarının hamısında xarici ticarət məsələsi ön plana 
çıxdı
333
.  Dünya  səviyyəsində  dönərliliyi  olan  bir  pul  vahidinə  sahib 
olmamaları,  bu  ölkələri  ilk  etapda  xarici  ticarət  fəaliyyətində  barter 
üsulundan  istifadə  etməyə  məcbur  etmişdir.
334
  Ancaq,  barter  üsulu-
nun çətinlikləri və bu sistemin  uzun  müddət davam  etdirilə bilinmə-
məsi, ölkələri öz milli pullarını çıxardaraq dövriyyəyə buraxmalarını 
bir zərurət olaraq ortaya çıxarmışdır.  
 
Həm  bu,  həm  də  o  dövrki  dövlət  siyasətçilərinin  mərkəzdən 
(Moskvadan) asılılığı bir dəfəlik üzmək məqsədilə Azərbaycan müstə-
qilliyini  əldə  edər-etməz,  milli  pul  olan  Manatın  tədavülə  çıxarılması 
barəsindəki fəaliyyətlərə başladıldı. 1992-ci ilin birinci yarısına qədər 
nisbətən kiçik həcmlərdə bazara Rubl sürülməyə başlanılmışdı. Rusiya 
Mərkəzi  Bankından  21%  xidmət  qarşılığı  ödənərək  alınmış
335
  bu 
pulların,  bazarın  ehtiyaclarını  qarşılayacaq  səviyyədə  olmaması,  nəti-
cədə  miqdarı 4  milyard  Rubla çatan  maaş  və aylıqların  ödənə bilmə-
məsinə və bazarda böyük bir pul yetərsizliyinin hiss edilməsinə gətirib 
çıxardı
336
. Bu problemlərin həll edilməsi üçün Azərbaycanın o dövrki 
dövlət  səlahiyyətliləri,  Azərbaycanın  pul  və  valyuta  məzənnələrinə 
nəzarət sisteminə sahib olmamasına baxmayaraq
337
, 15 Avqust 1992-ci 
ildə milli pul vahidi olan “Manat”ı Fransada 1-lik, 5-lik, 10-luq və 250-
lıq  banknotlar  halında  çap  etdirərək
338
  bazarda  tədavülə  buraxdı. 
Beləcə, ilk milli pul vahidi olan Manat, Rubl ilə birlikdə ölkə daxilində 
ödəmə vasitəsi olaraq istifadə olunmağa başladı.    
                                                 
333
   Eyüp  Zengin  ve  Nesimi  Kamalov,  “Azerbaycan  Dış  Ticareti“,  Azərbaycan-
Müstəqillikdən Sonra Beynəlxalq Konfransın Materialları, Bakı 3-4 mart 2003, s. 
98 
334
   Kathleen  J.  Woody,  Soviet  Banking  and  Finance,  New  York,  A  Woodhead-
Faulkner Special Report, 1990, s.171 
335
   Economic Review, IMF, May-1992, s.28 
336
   Economic Review, IMF, April-1993, s.25 
337
   Economic Review, IMF, May-1992, s.11 
338
   Economic Review, IMF, September-1994, s.84 


Đnflyasiya, faiz, valyuta məzənnəsi                         Dr. Cihan Bulut, Nəsimi Kamalov  
arasındakı münasibət və Azərbaycan                                           
 
193 
Đnflyasiya hadisəsinin analizi zamanı vurğulandığı kimi, Manat 
bazara çıxardılarkən, 1 Manat=10 Rubl şəklində qəbul edilmişdi. Təbii 
olaraq  Rublun  Azərbaycan  bazarından  yavaş-yavaş  tədavüldən 
çıxarılması ilə ilk başlanğıcda müəyyən edilən Rubl-Manat arasındakı 
münasibət  getdikcə  pozulmağa başladı.  1992-ci  ilin  sonunda  tədavül-
dəki ümumi pul miqdarının ancaq 7%-ni təşkil edən Manat (ümumiy-
yətlə bu dövrdə bazardakı pul kütləsinin miqdarı 1.854 milyon Manat, 
ondan 1.657 milyon Rubl şəklində), 1993-cü ilin ortalarına doğru, 70% 
həcmində idi. Rusiya Federasiyasının 1993-cü ilin iyun ayında 1993-cü 
ildən  əvvəl  çap  edilmiş  və  tədavüldə  olan  Rublun  tədavüldən  qaldır-
ması  haqqındakı  qərarı,  Azərbaycanda Manatın  tək  pul  vahidi  olması 
prosesini sürətləndirdi. Xatırladaq ki, 1993-cü ildə tədavüldə olan pul 
kütləsinin ümumi  həcmi 38.817 milyon Manat (ondan –3.799 milyon 
Rubl şəklində) olmuşdur. 
 
Müstəqilliyin  ilk  illərində  milli  valyutanın  dövlət  tərəfindən 
obyektiv və subyektiv səbəblərlə yetərli dəstək almaması mövzusuna 
yuxarıdakı  bölmələrdə  yer  verilmişdi.  1995-ci  ilə  qədər  Manatın 
dəyərini qoruya bilməməsində bu faktorun çox böyük təsiri olmaqla 
yanaşı,  həmin  dövr  üçün  xarakterik  olan  başqa  məsələlər  də    vardır 
ki, bunlara aşağıda yer verilmişdir. 
 
Araşdırmalar  nəticəsində,  Azərbaycanın  1993-cü  ildə  valyuta 
məzənnəsi  sisteminin  olduqca  dağınıq  bir  gündəmə  sahib  olduğu 
ortaya çıxmışdır. Đlin əvvəllərində Dollar və digər valyutaların dəyəri 
Moskova  Đnterbankının  çarpaz  məzənnələrinə  görə  müəyyənləşdiril-
məkdə  idi.  Rəsmi  məzənnə  belə  müəyyənləşməklə  bərabər,  bazar 
məzənnələri  də  Azərbaycan  Beynəlxalq  Bankı  və  yaxud  digər 
banklar tərəfindən təsbit edilməkdə idi. Beləliklə, bazarda iki valyuta 
məzənnəsi  mövcud idi. Buna əlavə olaraq, ticarət firmaları qarşılıqlı 
müqavilələrlə  müəyyənləşdirdikləri  valyuta  məzənnələri  üzərindən 
fəaliyyətlərini yerinə yetirirdilər, bu da üçüncü bir valyuta məzənnəsi 
demək  idi.  Dördüncü  bir  valyuta  məzənnəsi  də  var  idi  ki,    bu  da 
sərbəst bazardakı valyuta alış və satışlarıyla meydana gəlmişdi.
339
 
 
Ölkənin 1992-ci ildən sonra xarici ticarətinin analizində ortaya 
çıxan  xüsus,  1992  və  1993-cü  illərdə  xarici  ticarətin  ölkəyə  valyuta 
                                                 
339
   Muhammed Akdiş, Azerbaycan’da Bankacılık ve Mali Kurumlar, Bakü,1995, s. 
25 
Dr. Cihan Bulut, Nəsimi Kamalov                         Đnflyasiya, faiz, valyuta məzənnəsi 
arasındakı münasibət və Azərbaycan 
                                         
 
 
194 
qazandırıcı xüsusiyyətdə olduğu  halda(ixracat idxalat), 1994-cü ildən 
sonra  bu  hal  tərsinə  dəyişmişdir.  Đstər  sektorlar  haqqında,  istərsə  də 
inflyasiya  ilə  əlaqədar  verilən  məlumatlarda  vurğulandığı  kimi,  bu 
dəyişikliyin əsasını ölkə daxilində istehsalın kəskin şəkildə aşağı düş-
məsi və yerli təklifin tələbin çox-çox altında olması təşkil etməkdə idi. 
Təbii ki, belə bir halda idxalat miqdarı kəskin şəkildə artmaqda, bu isə 
öz növbəsində xarici valyutaya olan tələbin artması demək idi. 
 
Digər  tərəfdən  bu  dörv  üçün  xarakterik  olan  bir  başqa  xüsus, 
xalqın milli valyutaya (Manata) olan inamının aşağı səviyyədə olması 
idi. Milli pula olan inamın aşağı səviyyədə olması pulun dövriyyəyə 
hələ təzə buraxılmış olması, ölkədə tüğyan edən inflyasiya, müstəqil-
liyin  qorunub  qorunmayacağı  kimi  faktorlar  rol  oynamaqda  idi.  Bu 
vurğu-lanan səbəblərlə, xalq içərisində yığım fəaliyyətlərində istifadə 
olunan  tək  vasitənin  xarici  valyuta  (əsasən  ABŞ  Dolları)  olmasını 
şərtləndirməkdə idi.  
 
Onsuz  da, xarici valyuta rezervlərinin çox olmadığı  Azərbay-
can  iqtisadiyyatında  bir  tərəfdən  də  xarici  ticarət,  digər  tərəfdən 
yığım  məqsədilə  artan  valyuta  tələbi,  ölkədə  ciddi  valyuta  yətərsiz-
liyinin hiss olunmasına, bu da dolayılı olaraq, valyuta məzənnələrinin 
artmasına səbəb olmaqda idi.  
 
Vurğulanan səbəbləri diqqətə alaraq xatırladaq ki, 1992-ci ildə 
1  $=14  M  ikən,  1993-cü  ildə  1  $=93  M,  1994-cü  ildə  isə,  artıq  1 
$=930 M təşkil etmişdir. 
 
Azərbaycanda valyuta  məzənnələrinin  dəyişmə tendensiyasını 
göstərən  yuxarıdakı  tabloda,  1995-ci  ildən  1999-cu  ilədək  valyuta 
məzənnələrinin gedərək azaldığı, daha doğrusu, manatın xarici valyu-
talar qarşısında dəyər qazanmağa başladığı  görülməkdədir. Bu  dəyi-
şikliyə gətirən xüsusiyyətlər aşağıda izah edilməyə çalışılmışdır. 
 
Ölkədə  siyasi  istiqrar  təmin  edildikdən  (1995-ci  ildən)  sonra, 
iqtisadiyyatda  aparılan  iqtisadi  reformalar  bu  məsələdən  də  yan 
keçmədi.  Belə  ki,  valyuta  sistemini  tənzimlənməsi  ilə  əlaqədar  bəzi 
reformalar hazırlanaraq tətbiq edilməyə başlandı. 
 


Yüklə 4,67 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə