Microsoft Word Design Cihan doc



Yüklə 4,67 Kb.
Pdf görüntüsü
səhifə53/64
tarix23.01.2018
ölçüsü4,67 Kb.
#22085
1   ...   49   50   51   52   53   54   55   56   ...   64

Đnflyasiya, faiz, valyuta məzənnəsi                         Dr. Cihan Bulut, Nəsimi Kamalov  
arasındakı münasibət və Azərbaycan                                           
 
183 
Planlı  iqtisadiyyatdan  bazar  iqtisadiyyatına  keçən  Azərbay-
canda özəl sektorun inkişafı, dəstəklənməsi və güclənməsi böyük məna 
ifadə  etməkdədir.  Sırf  bu  məqsədlədir  ki,  1993-cü  ildən  başlayan 
özəlləşdirmə  düşüncələrinin  ışığı  altında,  1995-ci  ildə  “1995-1998-ci 
illər  arasında  Azərbaycanda  Özəlləşdirmə  Proqramı”  işlənərək 
hazırlandı və tətbiq olunmağa başlandı.
321
 
 
1999-cu ilin ikinci  yarısında  dövlətin 1995-ci ildən bu tərə-fə 
tətbiq  etməkdə  olduğu  sərt  pul  siyasətini  tərk  etdiyini  bəyan  etməsi 
ilə,  iqtisadiyyatda  nisbi  dəyişikliklər  yaşanmağa  başlandı.  Đlk  başda 
valyuta  məzənnələrində  ortaya  çıxan  artımlar  zamanla  idxal  mal-
larına  və  gedərək  bütün  bazar  qiymətlərinə  təsir  etməyə  başladı. 
Amma,  bütün  bunlar  sonrakı  illərdə  öz  təsirini  göstərdi.  Belə  ki, 
1998-ci ildə 7.6% həddində yaşanmış deflyasiya 1999-cu ildə  8.5% 
olaraq qeydə alındı
322

 
Dəyişikliklər  2000-ci  ildə  də  eyni  şəkildə  davam  etdi.  Əlavə 
olaraq ölkədə 1 yanvar 2001 tarixindən etibarən yeni vergi sistemi və 
yeni  gömrük  sisteminin  tətbiq  olunacağı  barədə  xəbər,  bazardakı 
dəyişikliklərə daha da sürət qazandırdı. Yeni vergi tətbiqatlarına görə 
vergi  dərəcələrinin  azaldılacağı  ümid  edilərkən,  yeni  gömrük  tətbi-
qatlarında  da  ölkədə  istehsal  imkanları  olduğu  halda  idxal  edilən 
mallara  daha  yüksək  (10%,  15%  və  daha  çox)  gömrük  tarifələrinin 
tətbiq olunacağı gözlənilməkdə idi.  
 
Ehtimalların  bazara  təsiri  isə,  bazar  qiymətlərindəki  artışlarla 
xarakterizə  olunmaqdadır.  Belə  ki,  2000-ci  ilin  birinci  yarısında 
ölkədə istehlak  malları və xidmətlərinin qiymətlərində (dekabr 1998 
rəqəmlərinə görə) 1.8%-lik bir artım yaşanmışdır.
323
 
 
Đstər  dövlət  rəsmiləri,  istərsə  də  iqtisad  biliciləri  2000-ci  il 
etibariylə  müxtəlif  proqnozlar  verdiyi  halda,  bu  dövrdə  inflyasiya 
həddi 1.8% olaraq reallaşdı. Sonrakı iki ildə (2001 və 2002-ci illərdə) 
isə,  yuxarıda  verilən  tablodan  da  göründüyü  kimi,  inflyasiya  həddi, 
müvafiq olaraq, 1.5% və 2.8% olmuşdur.  
 
                                                 
321
   Mülkiyyət qəzeti, 23 Fevral 1997 
322
   DSK, Azərbaycan Rəqəmlərdə, Bakı 2003, s. 24  
323
   Respublika qəzeti, 27 Eylül, 2000, s. 6 
Dr. Cihan Bulut, Nəsimi Kamalov                         Đnflyasiya, faiz, valyuta məzənnəsi 
arasındakı münasibət və Azərbaycan 
                                         
 
 
184 
Bu  gün  də  gələcəkdə  inflyasiya  həddi  ilə  əlaqədar  bəzi  ehti-
mallara rastlanılmaqdadır. Đqtisadiyyatın ümumi inkişaf tendensiyası 
diqqətə alınaraq irəli sürülən bu ehtimallara görə, inflyasiya səviyyəsi 
2003-cü  ildə  2002-ci  ildə  olduğu  kimi,    2.8%,  2004-cü  ildə  3.3%, 
2005-ci ildə isə 3.5% olacaqdır
324

 
1994-cü  ildən  sonra  ümumiyyətlə  iqtisadiyyatda,  o  cümlədən 
inflyasiya  ilə  mübarizədə  əldə  edilən  müvəffəqiyyətlərdən  bəhs 
edərkən, hələ də bəzi yetərsizliklərin olduğu unudulmamalıdır. Məsə-
lən, ölkədə hələ də böyük ölçüdə işsizlər ordusu mövcuddur, hələ də 
işləyən insanın aldığı maaş ehtiyaclarını ödəyəcək səviyyədə deyildir, 
hələ də idxalata bağlı ölkə şəraitindəyik, iqtisadiyyata istənilən səviy-
yədə  kapital  cəlb  edilməmişdir,  səhmdar  cəmiyyətə  çevrilərək  özəl-
ləşdirilən  müəssisələrin  yarısı  işləmir
325
  və  s.    Bütün  bu  yetərsizlik-
lərə  baxmayaraq,  iqtisadiyyatda  müəyyən  dərəcədə  müvəffəqiyyətin 
əldə edildiyi qəbul edilə bilər. 
 
Đnflyasiya  ilə  mücadilədə  təklif  edilə  biləcək  bir  tək  məsələ 
ölkədə  məcmu  təklifin  artırılmasıdır.  Bu  əsnada,  1998-ci  ilə  qədər 
mücadilə vasitəsi olaraq istifadə edilən sərt pul siyasətinin həqiqətən 
və  tam  mənada  tərk  edilməsi  və  iqtisadiyyatı  sağaldacaq,  birbaşa 
iqtisadi  inkişafı  hədəfləyən  paket  proqramlar  şəklində  tətbiqatlara 
gedilməsi  vacibdir.  Bunun  həyata  keçirilməsi  üçün  aşağıdakıların 
reallaşdırılması əsas şərtlərdəndir: 
 
1.  Đttifaq  dövründən  qalma  müəssisələrin  fəaliyyətlərinin  bərpa 
edilməsi.  Bu  həm  digər  ölkələrlə  ikili  əlaqələr  qurularaq,  həm  də 
lazımsa, downsizing (dounsayzinq-kiçilmə) kimi strategiyalar izlənə-
rək reallaşdırıla bilər; 
2.  Mövcud  olan  müəssisələrin  fəaliyyətlərini  əngəlləyən  əvvəlki 
vaxtlardan qalma qarşılıqlı borcların dondurulması;  
3.  Yerli investorlara daha uyğun investisiya imkanı verəcək vergi 
və faiz dərəcələrinin müəyyən edilərək tətbiqi; 
4.  Özəlləşdirilmiş  müəssisələrin  fəaliyyət  göstərmələrini  təmin 
edəcək iqtisadi və hüquqi mühitin yaradılması; 
                                                 
324
   USACC Investment Guide to Azerbaijan 2001, s. 24 
325
   Zaman qəzeti, 12-13 oktyabr 1999, s. 5 


Đnflyasiya, faiz, valyuta məzənnəsi                         Dr. Cihan Bulut, Nəsimi Kamalov  
arasındakı münasibət və Azərbaycan                                           
 
185 
5.  Özəl sektorun tək başına cəsarət etmədiyi, fəqət ölkə üçün əhə-
miyyət  kəsb  edən  sahələrdə  dövlətin  sərmayə  qoyaraq  müəssisələr 
təşkil  etməsi  və  sonradan  bu  müəssisələri  uyğun  bir  şəkildə  özəl 
sektora dövr etməsi; 
6.  Daha  çox  xarici  investorun  gəlişini  təmin  edəcək  mühitin 
hazırlanması və xarici sərmayənin dəstəklənməsi; 
7.  Ölkədə ümumi etibariylə idxalata rəqib malların xüsusilə, qida 
məhsullarının, təşviq edilməsi; 
8.  Müəssisələrin ixracata yönləndirilmələri. 
 
Yalnız və yalnız ölkədə həqiqi iqtisadi inkişaf təmin edilərsə, 
inflyasiya nəzarət altına alınar və o yıxıcı və dağıtıcı bir şəkil almaz, 
tam  tərsinə,  gələcək  inkişafları  stimullaşdırıcı  amil  kimi  iqtisadiy-
yatda rol oynaya bilər.  
 
2. Azərbaycanda Faiz Dərəcələri 
 
Müstəqilliyin  əldə  edilməsindən  sonra  keçən  dövr  ərzində 
ölkədə faiz dərəcələrinin nə şəkildə dəyişməsi barəsində indiyə qədər 
verilən, istər makroiqtisadi dəyişikliklər, istərsə də inflyasiya və val-
yuta  məzənnələrindəki  dəyişikliklərə  baxaraq  müəyyən  bir  təsəvvür 
yaranmaqdadır. 
 
1990-cı illərin əvvəllərində ölkədə sürətli bir şəkildə başlayan 
iqtisadi  geriləmələrin  təsiri  nəticəsində  maliyyə  sferasında  tələbin 
gedərək  təklifi  üstələməsi,  bu  iki  faktoru  tənzimləyən  faiz  dərəcə-
lərində artışlara səbəb olmuşdur. 
 
Əvvəlki  bölmələrdə  verilən  məlumatlardan  da  aydın  olduğu 
kimi,  1990-cı  illərin  əvvəllərində  ölkədə  istehsalın  ilbəil  aşağı  düş-
məsi,  əhalinin  gəlir  səviyyəsinin  daimi  olaraq  azalmasına  gətirib 
çıxarmışdır. Đqtisadi nəzəriyyədən də bəlli olduğu kimi, faiz qarşılığı 
verilən  pullar  əsasən  gəlirin  yığım  xarakterli  saxlanılan  hissəsini 
təşkil  etməkdədir.  Başqa  bir  sözlə,  əhali  gəlirindən  ilk  əvvəl  cari 
(yemək, içmək, tibbi və s. kimi) ehtiyaclarını ödəməkdə, gəlirin geri 
qalan  hissəsini  ya  iqtisadi,  ya  spekulyativ,  ya  da  ehtiyat  məqsədilə 
yığım  şəklində  saxlamaqdadır.  Banklara  əmanət  olaraq  qoyulan 
pullar  da  gəlirin  məhz  bu  hissəsidir.  Əhalinin  gəlirlərində  ortaya 
Dr. Cihan Bulut, Nəsimi Kamalov                         Đnflyasiya, faiz, valyuta məzənnəsi 
arasındakı münasibət və Azərbaycan 
                                         
 
 
186 
çıxan  azalmalar  isə  yığım  miqdarının  azalmasına  səbəb olmaqdadır. 
Hətta bəzi hallarda (xüsusilə yüksək inflyasiya şəraitində) gəlir ancaq 
cari  xərcləri  ödəyəcək  səviyyədə  olur.  Belə  şəraitdə,  fərdlər  cari 
xərclərini  azaltmaq  yoluyla  yığıma  getməkdə  və  bu  yığımlarını 
əsasən  dayanıqlı  malların  satın  alınmasına  yönəltməkdədirlər.  Belə 
bir  imkan  olmadığı  təqdirdə  isə  yığımlarını  əllərində  pul  şəklində 
deyil, banklarda əmanət şəklində saxlamaqdadırlar. Amma məlumdur 
ki, bu proses yalnız və yalnız bankların əmanət qarşılığı çox yüksək 
faiz  təklif  etməsi  ilə  mümkündür.  1990-cı  illərin  əvvəllərində 
Azərbaycanda  faiz  dərəcələrinin  sürətli  artışında  bu  faktorun  da 
danılmaz təsiri olmuşdur.      
 
Digər  tərəfdən,  mal  və  xidmətlərin  tələbində  bir  azalma 
olmadığı  halda  onların təklifində  ortaya çıxan azalmalar, normal bir 
hal kimi inflyasiya hadisəsinin özünü  göstərməsiylə nəticələnmişdir. 
Bu halın gedərək dərinləşməsi inflyasiyanın daha da şiddətlənməsinə, 
bu isə öz növbəsində maliyyə sferasında faiz dərəcələrinin böyük bir 
sürətlə  artmasına  səbəb  olmuşdur  (qeyd:  bilindiyi  kimi,  inflyasiya 
şəraitində nominal faiz=real faiz+inflyasiya həddi. Đqtisadi nəzəriyyə-
də  bu  hal  “Fisher  təsiri”  adı  ilə  yer  almaqdadır).  Azərbaycanda 
inflayasiya  hadisəsinin  ortaya  çıxışı  və  inkişaf  dinamikası  haqqında 
yuxarıda verilən məlumatlardan da aydın olduğu kimi, 1990-cı illərin 
əvvəllərində  ortaya  çıxan  inflyasiya,  1992-1994-cü  illər  arasında 
xüsusilə  yüksək  səviyyələrə  çatmışdır.  Bu  da  öz  növbəsində  həmin 
dövrlərdə faiz dərəcələrinin yüksəlməsinə rəvac vermişdir. 
 
Faiz dərəcələrinin artmasında o dövrdə bir-birinin ardınca sayı-
ları artmağa başlayan və inflyasiyadan pul qazanmaq məqsədi daşıyan 
bankların  da  xüsusi  rolu  olmuşdur  (qeyd:  bu  barədə  inflyasiya 
bölməsində izahat verilmişdir). Onsuz da azalan əmanətləri cəlb etmək 
üçün həmin dövrün banklarının “əmanətçilərə ən yüksək faiz vəd edən 
bank” imici yaratmaq məqsədilə başlatdıqları rəqabət, təbii olaraq faiz 
dərəcələrinin artmasında xüsusi “rola” sahib olmuşdur.  
 
Bütün  bu  faktorların  kompleks  təsirinin  nəticəsidir  ki,  Sovet 
Azərbaycanında təxminən 0.1% həddində olan əmanət faizləri çox qısa 
zaman  ərzində  (3-4  il  ərzində)  30-35%  həddinə  yüksəldi.  Bu  dövrü 
xarakterik edən və əvvəlki (Sovet dövrü) bank əmanət siyasətlərindən 
fərqləndirən  ən  əhəmiyyətli  xüsusiyyətlərdən  biri  də  özəl  banklar 


Yüklə 4,67 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə