Microsoft Word Design Cihan doc



Yüklə 4,67 Kb.
Pdf görüntüsü
səhifə51/64
tarix23.01.2018
ölçüsü4,67 Kb.
#22085
1   ...   47   48   49   50   51   52   53   54   ...   64

Đnflyasiya, faiz, valyuta məzənnəsi                         Dr. Cihan Bulut, Nəsimi Kamalov  
arasındakı münasibət və Azərbaycan                                           
 
175 
Hökumətlər  davamlı  olaraq  qiymət  artışlarını  durdurmaqdan 
söz edərlər, başqa bir ifadəylə inflyasiya ilə mücadilə edərlər. Bunun 
səbəbləri, inflyasiyanın var olduğu hallarda, ölkədə pula olan etimad 
azalır,  ölkədə  gəlir  və  qaynaq  bölgüsü  pozulur,  fərdlərin  yığım 
istəkləri    yox  olur,  ölkənin  tədiyyə  balansı,  xarici  ticarəti  pozulur, 
faiz hədləri yüksəlir, real  maaşlar azalır, borclu tərəf qazanclı çıxar, 
inflyasiyaya  qədər  vergi  ödəməyənlər  diferensiallaşdırılmış  vergi 
tətbiqində nominal bir artışa görə vergiyə tabe tutulurlar. Dolayısı ilə, 
sosial ədalət pozulur. Sosial ədaləti təmin etmək dövlətin vəzifələrin-
dən birisi olduğundan inflyasiyayla mücadilə aparılmaqdadır. 
 
Hər  bir  iqtisadiyyatda,  inflasiya  rəqəmlərinə  baxıldığında  ilk 
baxışda müəyyən bir təsəvvür ortaya çıxmaqdadır. Amma nə üçün və 
niyə?  kimi  suallara  cavab  verilərkən  bu  rəqəmlər  tək  başına  aciz 
qalmaqda  və  heç  bir  məna  ifadə  etməməkdədir.  Bu  suallara  cavab 
verə bilmək üçün isə, sözü edilən dövrdəki bəzi makroiqtisadi göstəri-
ciləri də analiz və şərh etmək lazımdır. Yuxarıdakı vurğulanan əhəmiy-
yəti baxımından Azərbaycanda on illik müddət içərisində inflyasiyanın 
səbəbləri və dəyişmə şəkli aşağıdakı kimi analiz edilə bilər. 
 
Đnflyasiya  anlayışı  ilə  Azərbaycan  xalqının  tanışlığı  1980-cı 
illərin  sonu  və  1990-cı  illərin  əvvəllərində  olmuşdur.  Bu  dövrlərdə 
Azərbaycan  köhnə  Sovet  Sosialist  Respublikaları  Đttifaqı  tərkibindəki 
müttəfiq  respublikalardan  biri  idi  və  müstəqilliyi  uğrunda  savaşmaq-
daydı. Digər bir tərəfdən də, Qarabağ uğrunda Ermənistan-Azərbaycan 
savaşı tam mənasıyla başlamış və ən yüksək səviyyəsinə varmışdı. 
 
Siyasi və hərbi savaşlar xalqı işləmək həvəsindən kənarlaşdır-
mış  və iqtisadiyyat tamamilə  diqqətdən  kənarda qalmışdı. Müstəqil-
lik arzusunun Sovetlər Đttifaqına tərs düşməsi hər kəsdə “mərkəzdən 
qaçmaq”, “Moskvadan  mümkün  mərtəbə uzaqlaşmaq” düşüncələrini 
aşılamaqdaydı. Belə bir şəraitdə iqtisadiyyatın maraq xaricinə çıxma-
sı isə ölkə üçün böyük və önəmli problemlərin gəlməsinə səbəb oldu.  
 
Ölkənin uğradığı iqtisadi böhranı ÜDM rəqəmi açıqca göstər-
məkdədir.  1990-cı  ildə  2500  Milyon  $  olan  Azərbaycanın  ÜDM-u 
1991-ci ildə 703 Mln. $-a enmişdi. Bunun səbəbi isə, ölkədə sənaye, 
kənd  təsərrüfatı  və  xidmət  sektorlarındakı  istehsalın  azalması  idi. 
1990-cı ildə 2033 Mln.$ sənaye malları, 844.5 Mln.$ kənd təsərrüfatı 
Dr. Cihan Bulut, Nəsimi Kamalov                         Đnflyasiya, faiz, valyuta məzənnəsi 
arasındakı münasibət və Azərbaycan 
                                         
 
 
176 
malları,  180  Mln.  $  xidmət  istehsal  edildiyi  halda,  1991-ci  ildə  bu 
sektorlardakı  rəqəmlər  bu  şəkildə  reallaşmışdır:  Sənaye  malları- 
673.684  Mln.$;  Kənd  təsərrüfatı  malları-  260.658  Mln.$;  Xidmət- 
40.789 Mln.$.
312
  
 
Rəqəmlərdən  də  anlaşıldığı  kimi,  1991-ci  ildə  ölkə  iqtisadiy-
yatı  böyük  ölçüdə  geriləməyə  məruz  qalmışdır  ki,  bunun  da 
təməlində  yuxarıda  vurğulanan  Sovet  Đttifaqından  tam  anlamıyla 
uzaq durması idi. 
 
Sovet  Đttifaqı  qurulduğunda,  V.  Đ.  Lenin  1918-ci  ildə  “Bütün 
ölkənin  Eyni  Şəkildə  Đnkişafını  Təmin  Etmək”  məqsədiylə  verdiyi 
deklarasiya ilə Sovet Đttifaqını təşkil  edən ölkələr iqtisadi olaraq sıx 
bir  şəkildə  bir  birinə  bağlandı.  Bu  deklarasiyanın  üzdə  görünən 
məqsədi  altında  yatan  əsas  hədəf  isə,  sabah  və  ya  o  biri  gün  ittifaq 
ölkələrdən  müstəqillik  iddiasına  düşə  biləcək  hər  hansı  bir  ölkənin 
tək başına sərbəstcə yaşaya bilməmələrini təmin  etmək idi. Bu necə 
baş verirdi? Məsələn, Azərbaycanda çıxarılan dəmir filizi Gürcüstana 
aparılıb  orada  emal  edilməkdə  və  hər  hansı  bir  malın  hazırlanması 
üçün Rusiyaya göndərilməkdəydi. Yuxarıda, Sovetlər Đttifaqından üz 
çevirmənin  Azərbaycana  gətirdiyi  problemlər  deyildiyində  tam 
olaraq bu xüsus nəzərdə tutulmaqda idi. Belə ki, 1991-ci ildə  Azər-
baycan  müstəqilliyini  elan  etdiyində  köhnə  Sovet  Đttifaqını  təşkil 
edən    bütün  respublikalar  ilə  həm  siyasi,  həm  də  iqtisadi  əlaqələr 
pozuldu. Bu isə, yuxarıda dəmir filizi misalında verilən Azərbaycan, 
Gürcüstan  və  Rusyadakı  bu  sahədə  fəaliyyət  göstərən  müəssisələrin 
fəaliyyətlərini  dayandırmasına səbəb oldu. Bu isə, özlüyündə sadəcə 
Azərbaycan  üçün  deyil,  bütün  köhnə  Đttifaq  respublikaları  üçün 
makroiqtisadi sahədə geriləmələrə səbəb oldu. Ölkədə istehsal edilən 
mal  və  xidmət  miqdarlarındakı  önəmli  azalmalar  sayəsində  məcmu 
tələb,  məcmu  təklifdən  daha  çox  oldu  və  iqtisad  nəzəriyəsində  də 
bilindiyi  kimi  qiymətlərin  gedərək  artması  və  inflasiya  hadisəsinin 
açığa  çıxmasına  səbəb  oldu.  Niyə  açığa  çıxması,  çünki  Sovet 
dövründə də qiymət artışları görülməkdə idi. Fəqət, mərkəzi idarə və 
qapalı  iqtisadiyyatda  bu  hadisələr  xalqa  açıqlanmamaqda,  səbəbləri 
izah  edilməməkdə  və  xalq  da  bunun  inflasiya  olduğunu  bilməmək-
dəydi.  Digər  tərəfdən  bu  artımlar  da  böyük  ölçüdə,  yıxıcı,  dağıdıcı 
                                                 
312
   D.S.K.,1998, s. 7 


Đnflyasiya, faiz, valyuta məzənnəsi                         Dr. Cihan Bulut, Nəsimi Kamalov  
arasındakı münasibət və Azərbaycan                                           
 
177 
deyildi.  Ona  görə  də,  yuxarıda  xalqın  inflyasiyayla  tanış  olmasının 
1990-cı illərin əvvəllərində olduğu söylənmişdi.  
Tablo 6: 1990-2000-ci Đllər Arasında Azərbaycanda Đnflasiya Həddi 
Đllər 
1990 
1991 
1992 
1993 
1994 
1995 
1996 
Đnf% 
23.1 
329.7 
1672.4  1129.1  1663.5 
411.8 
19.9 
 
Đllər 
1997 
1998 
1999 
2000 
2001 
2002 
Đnf% 
3.7 
-7,6 
- 8,5 
1,8 
1,5 
2,8 
 
Qaynaq:  Azərbaycan Respublikasının Milli Bankı, Đllik Hesabat, 1999; 
Azərbaycan Respublikasının Milli Bankı, Đllik Hesabat, 2000, 
s. 28, DSK, Azərbaycan Rəqəmlərdə, 2003, s. 24  
 
Fəqət, inflasiya rəqəmlərinə baxıldığında, 1991-ci ildən sonrakı 
illərə görə inflasiya böyük ölçüdə olmadığı söylənə bilər. Bunun səbəbi 
isə,  öncəki  illərdən  xalqın  əlində  qalan  yığımların  bəzi  mal  reservlə-
rinin bazara sürülməsi və məcmu tələbin müəyyən bir ölçüdə qarşılan-
ması  idi.  Xalqın əldə  etdikləri  mali  gəlir  və  xərclərində  də  baş  verən 
dəyişikliklərə diqqəti çəkərsək 1991 və hətta 1992-ci illərdə söylədiyi-
mizdə haqlı olduğumuz görüləcəkdir. Belə ki, əgər 1990-cı ildə xalqın 
gəlirləri  1625  Mln.$  idisə,  1991-də  530.789  Mln.$,  1992-də  516.868 
Mln.$  oldu.  Eyni  şəkildə  xərcləmələrdə  də  1550  Mln.$  dən  1991-də 
493.682 Mln.$, 1992-də 412.120 Mln.$ azalmalar görülməkdədir.
313
  
 
Yuxarıda yazılanları qısaca bir cümlə ilə ifadə edərsək, Azər-
baycanda  inflyasiyanın  ortaya  çıxmasının  təməl  səbəbi  məcmu 
tələbin məcmu təklifi aşması olmuşdur.  
 
Đlk  başda  tələb  inflyasiyası  olaraq  ortaya  çıxan  inflyasiyanın 
Azərbaycanda sonradan gedərək şiddətlənməsi və hətta 1994-cü ildə 
hiper  inflyasiyaya  çevrilməsinin  təməlində  yatan  səbəblər  aşağıdakı 
kimi açıqlana bilər: 
 
Yuxarıda  ifadə  edildiyi  kimi,  bir  tərəfdən  Ermənistanla  savaş, 
digər  tərəfdən  “mərkəzdən  qaçma”  düşüncələrinin  hələ  də  davam 
                                                 
313
   D.S.K., 1998, s.7 
Dr. Cihan Bulut, Nəsimi Kamalov                         Đnflyasiya, faiz, valyuta məzənnəsi 
arasındakı münasibət və Azərbaycan 
                                         
 
 
178 
etməsi, ölkə içində siyasi istiqrarsızlıq, iqtisadiyyatın nəzarət xaricində 
buraxılması  ümumi  etibariylə  bu  olayın  təməl  səbəblərindən  sayıla 
bilər. 1992-ci ildə 1M=10R məzənnəsinə görə bazara sürülən ilk milli 
pul  vahidi  olan  Manat,  Rusiya  höküməti  tərəfindən  Rublun  bazardan 
çəkilməsi nəticəsində real pul vahidi olaraq tədavüldə qaldı. 
 
“Manatın bazara sürüldüyü gündən onun dəyərinin qorunması 
haqqında kimsə maraqlanmamışdır və Manatın dəyəri tam mənasıyla 
bazarda  müəyyənləşməkdədir”  şəklində  həmin  dövrün  Maliyyə 
nazirinin açıqlaması çox maraqlıdır. 
 
Bu  açıqlama,  inflyasiyanın  sonrakı  həyat  seyrini  anlamada 
böyük  asanlıq  təmin  etməkdədir.  Belə  ki,  bu  açıqlama,  dövlətin 
iqtisadiyyata maraqsızlığını da ortaya qoymaqdadır. 
 
Bu dövrlərdə, 1994-cü ilə qədər bazara sürülən pul miqdarının 
ÜDM-a baxılmadan bir tərəfdən eləcə basılaraq bazara sürülməsi, pul 
dəyərinin davamlı düşməsinə səbəb olmuşdur.
314
 Qeyri rasional olan 
bu  pul  emissiyası  da  büdcənin  verdiyi  kəsirlə  əlaqədardır.  1991-ci 
ildə  21  Mln.$,  1992-də  20  Mln.$  müsbət  saldo  verən  Azərbaycan 
büdcəsi, 1993-cü ildə 94.586 Mln.$, 1994-də 167.550 Mln.$  kəsirlə 
müşayət  olunmuşdur.
315
  Pratiktikada,  hökumətin  yerinə  yetirməli 
olduğu  fəaliyyətlərini  reallaşdırmada  qaynaq  tapmadığı  təqdirdə 
emissiyaya  getdiyi  görülməkdədir.  Azərbaycan  da  bu  baxımdan 
istisna deyildir. Gedərək zəifləməkdə olan iqtisadiyyat, bir yandan da 
davamlı aparılan emissiya
316
 təbii bir nəticə ortaya çıxardı. Bu da pul 
dəyərinin düşməsidir. 
 
Tələbin  hələ  də  təklifdən  böyük  olduğu  bu  dövrlərdə,  dövlət 
investisiyaları  müxtəlif  metodlarla  təşviq  etməli  olduğu  halda,  digər 
respublikalarla əvvəlki iqtisadi münasibətləri qurmağa çalışmaq yerinə, 
siyasi məqsədləri gerçəkləşdirməyi, iqtisadi islahatlardan üstün tutmuş-
dur.  Yaxşı  bəs,  tələbin  ödənməyən  qismi  nə  olurdu  sualına  veriləcək 
cavab,  idxalatın  durmadan  və  davamlı  artmasıdır.  Xarici  ticarətin 
1992-2000-ci illər arasındakı dəyişmə şəkli belə açıqlana bilər: 
                                                 
314
 Zaman qəzeti, 26 fevral 996, s. 3 
315
 D.S.K., 1997, s. 201 
316
 D.S.K.,1997, s. 203 


Yüklə 4,67 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə