Microsoft Word Design Cihan doc



Yüklə 4,67 Kb.
Pdf görüntüsü
səhifə49/64
tarix23.01.2018
ölçüsü4,67 Kb.
#22085
1   ...   45   46   47   48   49   50   51   52   ...   64

Đnflyasiya, faiz, valyuta məzənnəsi                         Dr. Cihan Bulut, Nəsimi Kamalov  
arasındakı münasibət və Azərbaycan                                           
 
167 
çıxarılan  neftin  həcmini  artırsa  da,  ümumilikdə  1960-cı  illərdən 
etibarən ölkədə çıxardılan neftin həcmində ilbəil azalmalar müşahidə 
edilməkdə idi. Müqayisə üçün qeyd edək ki, 1998-ci ildə neft hasilatı 
11,4 milyon ton olmuşdur
293

 
Müstəqilliyin  əldə  edilməsindən  sonra,  bu  sahədə  mövcud 
texnologiyanın yeni tələblərə cavab verməməsi, onun modernizasiya-
sı  üçün  ölkədə  sərmayə  yetərsizliyinin  olması  və  s.  kimi  səbəblərlə 
sahənin  ölkə  iqtisadiyyatı  üçün  strateji  əhəmiyyəti  də  diqqətə 
alınaraq, xarici kapitalın  neft sektoruna cəlb edilməsi  yoluyla yataq-
ların  istismarına  başlanıldı.  Bu  məqsədlə  1994-cü  ilin  sentyabr 
ayında  25-30  il  müddətində  “Azəri”,  “Çıraq”  və  “Günəşli”  dəniz 
yataqlarından ümumi ehtiyatları 1,7  milyard tondan çox  neft  və 900 
milyard kubmetrdən çox təbii qaz olan xarici neft şirkətləri ilə “Əsrin 
müqaviləsi”  adlı  ilk  kontrakt  imzalandı.  Bu  kontrakt  həm  ölkənin 
iqtisadi  strategiyasının,  həm  də  neft  sektorunun  inkişafında  yeni  bir 
mərhələnin başlanğıcı idi.  
 
Sonradan  bu  tipdəki  müqavilələrin  sayı  gedərək  artmağa 
başladı  və  2001-ci  il  sonu  etibariylə  quru  və  dənizdəki  yataqların 
istismarına yönəlmiş investisiyaların ümumi həcmi 60  milyard  ABŞ 
Dollarından çox olan 15 ölkənin 32 şirkəti ilə 21 beynəlxalq kontrakt 
imzalanmışdır
294
.  Bu  kontraktlar  üzrə  hasil  olunacaq  neftin  həcmi 
təxminən 4 milyard tondur
295
.  
 
Həyata keçirilən neft strategiyası  nəticəsində indiyədək  Azər-
baycan  iqtisadiyyatına  6  milyard  ABŞ  dolları  həcmində  investisiya 
cəlb edilmişdir
296

 
Neft  strategiyasının  ölkə  iqtisadiyyatındakı  əhəmiyyəti  xarici 
ticarətdə də özünü biruzə verməkdədir. Belə ki, Azərbaycanın 2000-
ci  il  xarici  ticarəti  1993-cü  ildən  sonra  ilk  dəfə  ölkəyə  valyuta 
qazandırıcı şəkildə gerçəkləşmişdir
297
. Yəni, xarici ticarət balansında  
                                                 
293
   Əhmədov Ə. və Hacıyev M., Azərbaycan Đqtisadiyyatı, Səda, Bakı 2000, s. 37 
294
   UNDP, Azərb. Respublikasında Đnsan Đnkişafı Haqqında Hesabat 2002, s. 29 
295
   Aras  Osman  Nuri,  Azerbaycan’ın  Hazar  Ekonomisi  ve  Stratejisi,  DER 
Yayınları, Đstanbul 2001, s. 57;  
296
   UNDP, a.k. ə., s. 29 
297
   http://www.statcom.baku-az.com/index_az.com 
Dr. Cihan Bulut, Nəsimi Kamalov                         Đnflyasiya, faiz, valyuta məzənnəsi 
arasındakı münasibət və Azərbaycan 
                                         
 
 
168 
ixracatın  həcmi  idxalat  həcmindən  çox  olmuşdur  ki,  bu  da  birbaşa 
Azərbaycandan ilkin neft ixracatına başlanılması ilə əlaqədardır. 
 
Ölkədə  başlanan  neft  strategiyasının  bir  digər  əhəmiyyətli 
nəticəsi, ümumi uzunluğu 1730 km olan Bakı-Tbilisi-Ceyhan neft əsas 
ixrac  kəməri  layihəsinin  ortaya  çıxması  olmuşdıur.  Đnşasına  artıq 
başlanılmış  olan  bu  kəmərin  Azərbaycan  ərazisindəki  uzunluğu  468 
km  təşkil  etməkdədir.  Azərbaycan  neftinin  dünya  bazarlarına 
çıxarılması məqsədi ilə reallaşdırılan kəmərin ölkə iqtisadiyyatına həm 
birbaşa,  həm  də  dolayılı  olaraq  müsbət  təsirləri  vardır.  Əlavə  olaraq 
gələcəkdə Qazaxıstan, Özbəkistan  və  Türkmənistanda  istehsal  olunan 
neftin  dünya  bazarlarına  realizasiyasına  da  imkan  yaratması 
baxımından, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin regional əhəmiyyəti 
də ortaya çıxmaqdadır.   
 
Ölkədə  neft  sənayesinin  sürətli  inkişafı  və  onun  respublika 
iqtisadiyyatındaki  əhəmiyyəti 
nəzərə  alınmaqla,  Azərbaycan 
Respublikası  Prezidentinin  29  Dekabr  1999-cu  il  tarixli  240  saylı 
“Azərbaycan  Respublikası  Dövlət  Neft  Fondunun  Yaradılması 
haqqında” Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Dövlət 
Neft  Fondu  (ARDNF)  yaradılmışdır.  Fond  neft  sazişlərinin  həyata 
keçirilməsi  ilə  bağlı  əldə  edilən  gəlirlərin  toplanması  və  səmərəli 
idarə  edilməsi  mexanizmidir.  Fondun  yaradılmasının  səbəbi  Azər-
baycan dövlətinin neft-qaz ehtiyatlarının işlənməsindən əldə ediləcək 
gəlirlərin  yüksək  artımı  dövründə  bu  gəlirlərin  istifadəsində  israfçı-
lığın  və  makroiqtisadi əyintilərə səbəb ola biləcək risklərin qarşısını 
almaq, neft və qaz hasilatından əldə olunan gəlirlərin ölkənin və onun 
gələcək  nəsillərinin  mənafeyi  naminə  peşəkarlıqla  və  səmərəli  idarə 
edilməsi  təşkil  etmişdir.  Azərbaycan  Respublikası  Dövlət  Neft 
Fondunun  Əsasnaməsi  Azərbaycan  Respublikası  Prezidentinin  29 
Dekabr 2000-ci il tarixli 434 saylı Fərmanı ilə təsdiq edilmişdir
298

 
31  dekabr  2002-cü  il  tarixinə  olan  məlumata  görə  Fondun 
Cəmi  Xalis  Aktivlərin  həcmi  2,349,966  milyon  manat  təşkil 
etməkdədir
299

                                                 
298
   http://www.oilfund.az/html/about_az.html 
299
   Azərbaycan  Respublikası  Dövlət  Neft  Fondunun  Maliyyə  Vəziyyəti  haqqında 
Hesabat, http://www.oilfund.az/html/reports_az.html 


Đnflyasiya, faiz, valyuta məzənnəsi                         Dr. Cihan Bulut, Nəsimi Kamalov  
arasındakı münasibət və Azərbaycan                                           
 
169 
3. Kənd təsərrüfatı 
 
Azərbaycan  yüksək  səmərəli  və  çoxsahəli  kənd  təsərrüfatını 
inkişaf etdirməyə imkan verən əlverişli torpaq, iqlim şəraitinə sahib-
dir.  Ümumi  torpaq  sahəsindən  48,7%-ni  kənd  təsərrüfatına  yararlı 
sahələr təşkil edir. Adam başına düşən  kənd təsərrüfatı torpaq sahə-
sinin həcmi 0.65 hektardır. 
 
Məşğul  əhalinin  2001-ci  ilə  görə  39,9%-nin  çalışdığı
300
  bu 
sektorda da, iqtisadiyyatın bir bölümü olaraq, yaşanan geriləmələrdən 
təsirlənərək  bəzi  dalğalanmalar  müşahidə  edilmişdir.  1996-cı  ilə 
qədər  yaşanan  davamlı  azalışdan  sonra,  ölkədə  izlənən  iqtisadi  və 
sosial siyasətlər nəticəsində az da olsa bəzi artımlar qeydə alınmışdır: 
 
Kənd  təsərrüffatı  sektorunda  tətbiq  edilən  siyasətlərdə,  Sovet 
dövründən qalma kolxoz və sovxozların mülkiyyətinin çalışanlar ara-
sında paylaşdırılması və özəl təşəbbüsün təşviqi hədəflənməkdə idi. 
 
Tablo: 5. Kənd Təsərrüfatı Malları Đstehsalı 
 
Đllər 
Mln. Manat 
Əvvəlki ilə nisbətən% 
1990 
506.7 

1991 
990.5 
100.3 
1992 
7691 
76 
1993 
52292.4 
585 
1994 
705368.6 
87 
1995 
3566914.1 
93 
1996 
4518260 
103 
1997 
4122370 
93.9 
1998 
4421737 
106.2 
1999 
4730945 
107.1 
2000 
5303400 
112.1 
2001 
5893600 
111,1 
 
Qaynaq:  DSK 1999, DSK 2000; Respublika qəzeti, 27 iyul, 2000, s. 5, 
http://www.statcom.baku-az.com/index_.htm  
 
                                                 
300
   DSK 2002, s. 76 
Dr. Cihan Bulut, Nəsimi Kamalov                         Đnflyasiya, faiz, valyuta məzənnəsi 
arasındakı münasibət və Azərbaycan 
                                         
 
 
170 
Keçən  müddətdə  ölkədə  kənd  təsərrüffatı  islahatlarını  həyata 
keçirmək üçün uyğun hüquqi bazanın hazırlanması ilə bərabər, əmlak 
və  torpaq  üzərində  yeni  mülkiyyət  növlərinin  formalaşdırılmasına 
başlanılmış,  müxtəlif  kənd  təsərrüffatı  müəssisələri  formalarının  inki-
şaf istiqamətləri ilə əlaqədar müəyyən hazırlıqlar aparılmışdır. 2000-ci 
il  iyun  ayına  qədər,  ölkədə  özəlləşdirilməsi  düşünülən  torpaqların 
98.6%-i özəlləşdirilmiş
301
, əsasən kəndli-fermer təsərrüffatları olmaqla, 
kollektiv müəssisələr, kiçik müəssisələr təşkil olunmuşdur.  
 
Bundan  başqa,  kənd  təsərrüffatı  ilə  məşğul  olanlara  aşağı 
qiymətlə  yanacaq  satışı  və  5  illik  (1998-2003-cü  illər  arasında) 
onların vergidən azad olunmaları həmin siyasəti dəstəkləyici tətbiqat-
lardan  sayıla  bilər.  Bu  səbəblərdən  kənd  təsərrüffatı  sektorunun 
yüksəlişi 1996-cı ildən sonra mümkün olmuşdur. 
 
Ancaq,  aparılan  araşdırmalar,  mövcud  qanunvericilikdə  olan 
yetərsizliklər,  islahatların  tətbiqindəki  nöqsanlar,  ucqar  ərazilərdə 
yaşayanların maliyyə problemləri, idarəetmə strukturlarında və bank-
maliyyə  sistemində  islahatların  yetərsizliyi,  yeni  təşkil  edilən  müəs-
sisələrə  xidmət  verən  infrastrukturanın  yetərsizliyi,  əlavə  olaraq, 
ucqar  ərazilərdə  idarəçilər  və  məmurlardan  qaynaqlanan  problemlər 
və  başqa  faktorların  bu  yeni  müəssisələrin  normal  fəaliyyəti  və 
inkişafına mənfi təsir etməkdədir.
302
.  
 
Statistik  məlumatlara  əsasən  2002-ci  ildə  ÜDM-da  14,2% 
təşkil  edən  kənd  təsərrüfatı  məhsulları  istehsalının,  2003-cü  ildə 
ÜDM-un 14,7%-nə bərabər olacağı ehtimal edilməkdədir
303

 
4.Xidmət  
 
Azərbaycanda  xidmət  sektoru  adı  altında  bir  neçə  alt  sahələr 
mövcuddur. Bu sahələrin bəziləri respublikanın ümumi iqtisadi-sosial 
həyatında həlledici rol oynayarkən, bəziləri isə bir o qədər də inkişaf 
etməmişdir.  
                                                 
301
   Vəliyev  Akif,  “Yeni  Təsərrüfatların  Yaradılmasının  Əsasları”,  Məşvərət  jurnalı, 
No 7 (31), Sentyabr 2000, ss. 3-4 
302
   Vəliyev, a.k.m., s. 5 
303
   Bülten, Tüsiab Cemiyeti, No: 01/89 14 Yanvar 2003 


Yüklə 4,67 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə