Microsoft Word Design Cihan doc



Yüklə 4,67 Kb.
Pdf görüntüsü
səhifə45/64
tarix23.01.2018
ölçüsü4,67 Kb.
#22085
1   ...   41   42   43   44   45   46   47   48   ...   64

Đnflyasiya, faiz, valyuta məzənnəsi                         Dr. Cihan Bulut, Nəsimi Kamalov  
arasındakı münasibət və Azərbaycan                                           
 
149 
müvəffəqiyyətə  nail  olmamışdır.  Amma,  BVF-nun  bu  mövzudakı 
tətbiqatları davam etməkdədir. Belə ki, may 1999 etibariylə 53 üzvi 
ilə  56  monetar  proqram  həyata  keçirən  BVF,  65  milyard  dollarlıq 
yardım  öhdəçiliyi  altına  girmişdir.  Bu  pullar  kredit  riskinə 
baxılmadan aşağı faizlərlə əlaqədar ölkələrə verilməkdədir. Bu da bir 
çox Amerikalı və Avropalı vergi ödəyicilərinin rifahının bu ölkələrə 
transferti anlamına gəlməkdədir. Bu  səbəblə böhran öncəsi bəzi fəal 
tədbirlər əlaqədar ölkələrə israrla təklif edilməkdədir.
275
 
  
 
 
 
 
 
 
                                                 
275
  Lawrence  J.  McQuillan,  “The  Case  Against  the  International  Monetary  Fund” 
http://www-hoover.stanford.edu/publications/epp/98/98b.html, 23 Ekim 2001. 
Dr. Cihan Bulut, Nəsimi Kamalov                         Đnflyasiya, faiz, valyuta məzənnəsi 
arasındakı münasibət və Azərbaycan 
                                         
 
 
150 
 
 
 
 
 


 
 
 
 
ĐKĐNCĐ FӘSĐL 
 
AZӘRBAYCAN 
ĐQTĐSADĐYYATI VӘ 
AZӘRBAYCANDA 
ĐNFLYASĐYA, FAĐZ 
HӘDDĐ VӘ VALYUTA 
MӘZӘNNӘSĐ 
ARASINDAKI 
MÜNASĐBӘT 
 


Đnflyasiya, faiz, valyuta məzənnəsi                         Dr. Cihan Bulut, Nəsimi Kamalov  
arasındakı münasibət və Azərbaycan                                           
 
153 
I. AZƏRBAYCAN RESPUBLĐKASININ COĞRAFĐ VƏ 
DEMOQRAFĐK XÜSUSĐYYƏTLƏRĐ 
 
1. Azərbaycan Respublikasının Coğrafi Xüsusiyyətləri 
 
1.1. Azərbaycan Respublikasının Coğrafi Mövqeyi və 
Sərhədləri 
 
Azərbaycan  Respublikası,  şimalda  Rusiya  Federasiyasının 
Dağıstan  MR  (289  km),  şimali  qərbdə  Gürcüstan  (340  km),  qərbdə 
Ermənistan (766 km), cənubi-qərbdə Türkiyə (11 km), cəbunda Đran 
(618  km)  ilə  sərhəddir.  Şərq  tərəfdən  onu  Xəzər  dənizi  (825  km) 
əhatə edir. Respublikasnın sərhədlərinin ümumi  uzunluğu 2849  km-
dir. Sərhədlərinin əksər hissəsini təbii sərhədlər təşkil edir.  
 
Azərbaycan bütövlükdə şimal və şərq yarımkürəsində yerləşir. 
Hazırda  ümumi  sahəsi  86.6  min  km
2
  olan  Respublika  topraqları, 
Böyük  Qafqazın  cənub-şərq  hissəsini,  Kiçik  Qafqazın  böyük  hissə-
sini,  onlar  arasında  yerləşən  Kür-Araz  ovalığını,  Talış,  Savalan, 
Qaradağ, Bozquş silsilələri və Đran Yaylasının bir hissəsini əhatə edir. 
Ərazinin  coğrafi  koordinatları  38
0
50’-41
0
55’  şimal  enlikləri  və 
44
0
50’-50
0
51’  şərq  uzunluqlarındadır.  Ərazi  şimaldan  cənuba  400 
km, qərbdən şərqə isə 500 km məsafədə uzanır.  
 
Azərbaycan  Respublikasında  Naxçıvan  MR,  65  kənd  rayonu, 
69 şəhər (onun 11-i respublika, 3-ü muxtar respubka tabeliyindədir), 
130  şəhərtipli  qəsəbə  vardır.  Ölkə  ərazisi,  ərazi  istehsal  kompleks-
lərinin  yaradılması  məqsədi  ilə  təbii  şərait  və  təsərrüfatın  ixtisas-
laşdırılması nəzərə alınaraq 10 iqtisadi-coğrafi rayona ayrılmışdır
276

 
1-Abşeron;  2-  Quba-Xaçmaz;  3-Dağlıq  Şirvan;  4-Şəki-
Zaqatala; 5-Kür-Araz (Aran); 6-Gəncə-Qazax; 7-Yuxarı Qarabağ; 8-
Kəlbəcər-Laçın; 9-Lənkəran-Astara; 10-Naxçıvan. 
 
Azərbaycanın Qafqazda yerləşməsi, qədim Đpək Yolu üzərində 
olması,  Xəzər  dənizindən  və  Gürcüstan  Respublikası  ərazisindən 
                                                 
276
   Qurbanov Eldar, Coğrafiya, Zirvə Yayınları, Bakı 2000, s. 160 
Dr. Cihan Bulut, Nəsimi Kamalov                         Đnflyasiya, faiz, valyuta məzənnəsi 
arasındakı münasibət və Azərbaycan 
                                         
 
 
154 
Qara dənizə və dünya okeanına çıxmaq imkanının olması, Türk res-
publikaları  arasında  tranzit  rolu  oynaması  baxımından  çox  əlverişli 
iqtisadi-coğrafi mövqeyə sahibdir.  
 
1.2. Azərbaycanın Đqlimi 
 
Azərbaycan ərazisinin mülayim və subtropik iqlim qurşaqlarının 
kəsişdiyi  yerdə  yerləşməsi  səbəbi  ilə,  iqlim  şəraiti  çox  müxtəlifdir. 
Düzənliklər, dağətəyi zonalar, alçaq və orta dağlıq ərazilər, yüksək dağ 
zirvələri  iqlimin  bütün  göstəricilərinə  görə  bir-birindən  fərqlənirlər. 
Ölkə ərazisi yarımsəhra və quru çöl iqlimindən dağ-tundra iqliminədək 
bir-birindən fərqlənən 4 iqlim rayonu, 8 iqlim tipinə ayrılır. Bu iqlim 
tipləri və onların səciyyəvi xüsusiyyətləri aşağıdakılardır
277

 
1.  Yarımsəhra və quru çöl iqlimi. Bu iqlim, Kür-Araz və Samur–
Dəvəçi  ovalıqları  ilə  Arazboyu  düzənlikləri  olmaqla  ölkə  ərazisinin 
50%-dən çoxunu əhatə edir. Kür-Araz ovalığında qışı mülayim, yayı 
quraq isti keçən yarımsəhra və quru çöl iqlimi, Arazboyu düzənliyin-
də isə, qışı soyuq,  yayı quraq isti yarımsəhra və quru çöl iqlimi  ya-
ranmışdır.  Kür-Araz  ovalığı  pambıq,  üzüm,  meyvə-tərəvəz,  quru 
subtropik  bitkilərin  yetişdirilməsi  üçün  əlverişli  ikən  kəskin  rütubət 
çatışmazlığı  olan  Arazboyu  düzənliklərinin  suvarmaya  böyük  ehti-
yacı vardır. 
 
2.  Mülayim-isti  iqlim.  Bu  iqlim,  Böyük  və  Kiçik  Qafqaz  dağları, 
Talış dağları, Naxçıvanın alçaq və orta dağlıq zonaları olmaqla, ölkə 
ərazisinin  30%-dən  çoxunu  əhatə  edir.  Səciyyəvi  xüsusiyyətləri 
yumşaq  qış,  mülayim-isti  yay  və  kifayət  qədər  rütubətlilik  olan  bu 
iqlimin,  respublikanın  müxtəlif  ərazilərində  bir-birindən  fərqlənən 
tipləri mövcuddur. Bunlar, a) qışı quraq keçən, b) yayı quraq keçən, 
c) yağıntıları bərabər paylanan mülayim isti iqlimlərdir. 
 
3.  Soyuq iqlim. Böyük və Kiçik Qafqaz dağlarını, Naxçıvanın orta 
və  qismən  yüksək  dağlıq  hissələrini  tutan  bu  iqlim,  ölkə  ərazisinin 
20%-ni əhatə edir. Respublikanın müxtəlif ərazilərində bu iqlimin də, 
a)  yayı  quraq  keçən,  b)  qışı  quraq  keçən,  c)  bütün  fəsillərdə  bol 
yağıntılı soyuq iqlim kimi üç tipi mövcuddur. 
                                                 
277
   Budaqov  Budaq  və  Qəribli  Yaqub,  Azərbaycan  Respublikasının  Fiziki 
Coğrafiyası, Öyrətmən Nəşriyyatı, Bakı 1996, ss. 46-49 


Yüklə 4,67 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə