Microsoft Word Design Cihan doc



Yüklə 4,67 Kb.
Pdf görüntüsü
səhifə48/64
tarix23.01.2018
ölçüsü4,67 Kb.
#22085
1   ...   44   45   46   47   48   49   50   51   ...   64

Đnflyasiya, faiz, valyuta məzənnəsi                         Dr. Cihan Bulut, Nəsimi Kamalov  
arasındakı münasibət və Azərbaycan                                           
 
163 
şün,  1997-ci  ildən  etibarən  isə  artışın  olduğunu  göstərməkdədir. 
Buradan, illər etibariylə tabloda verilən fərd başına ÜDM-a baxarsaq, 
1990  və  1991-ci  illərdə  rəqəmin  nə  şəkildə  reallaşdığı  haqqında 
məlumat əldə edilmədiyindən bir şey söyləmək mümkün deyil, 1992-
dən 1993-ə qədər isə bir azalma olduğu  görülməkdədir.  Fərd başına 
düşən ÜDM rəqəmi 1994-cü ildən etibarən artım göstərməkdədir.  
 
ÜDM-dakı bu konyekturanı açıqlamaq üçün sözü gedən dövrdə 
meydana  gələn  iqtisadi-siyasi-sosial  duruma  nəzər  salmaq  lazımdır. 
1980-lı  illərin  sonlarında  köhnə  Sovet  Đttifaqını  bürüyən  xalqların 
müstəqillik  alovu,  1991-ci  ildə  bu  ittifaqın  tamamən  çökməsi  ilə 
nəticələndi.  Azərbaycanı  ələ  aldığımızda  bir  tərəfdən  müstəqillik 
mücadiləsi,  digər  tərəfdən  hələ  də  bitməmiş  olan  Ermənistan-Azər-
baycan savaşı iqtisadiyyatda çox pis izlər buraxmışdır. Siyasi və hərbi 
tələblərin daha önə çıxdığı bu dönəmlərdə, iqtisadiyyat tamamilə diq-
qətdən kənarda qalmış və müəssisələrin çalışmaması istehsalın azalma-
sına bu da nəticə etibariylə ÜDM rəqəminin getdikcə azalmasına səbəb 
olmuşdur. 
 
Sonrakı  dövrlərdə  isə,  ümumilikdə  iqtisadiyyatda  az  da  olsa 
müəyyən artımlar  meydana  gəlmişdir. 1993-cü ildən sonra meydana 
gələn  bu  artım  isə,  ölkədə  təmin  edilən  siyasi  istiqrar,  Ermənistanla 
əldə  edilən  atəşkəs  rejimi,  yeni  iqtisadi  və  siyasi  sistemin  qurulma-
sında  əldə  edilən  nailiyyətlərlə  bağlıdır.  Bu  dövrdə,  öncəki  illərin 
əksinə  iqtisadi  sahəyə  verilən  önəm  və  bazara  dövlət  müdaxiləsinin 
gedərək  artması  və  müxtəlif  islahatların  tətbiqi  bu  yüksəlişin 
təməllərindən sayıla bilər
283
.  
 
Hər  hansı  bir  ölkənin  inkişaf  dərəcəsini  ÜDM  və  ya  fərd 
başına ÜDM rəqəmi ilə ölçmənin bəzi yetərsizlikləri vardır. Belə ki, 
fərd  başına  ÜDM  bir  cəbri  ortalamadır.  Ölkə  zənginliyinin    90%-i 
ölkə əhalisinin 10%-nə getdiyi zaman, sözü gedən cəbri ortalama heç 
bir şey ifadə etməməkdədir. Hələ bu gün inkişaf etməkdə olan ölkə-
lərin  gəlir  bölüşdürülməsində  həddindən  artıq  ədalətsizlik  olduğuna 
diqqəti çəkərsək
284
,  mövzunun  daha  da aydın  olması üçün  iqtisadiy-
                                                 
283
   Azərbaycan Respublikası Milli Bankı, Đllik Hesabat 2000, s. 8 
284
   Başkaya Fikret; Azgelişmişliğin Sürekliliği, 3. Baskı, Đmge Kitabevi, Ankara 1994, 
s. 35 
Dr. Cihan Bulut, Nəsimi Kamalov                         Đnflyasiya, faiz, valyuta məzənnəsi 
arasındakı münasibət və Azərbaycan 
                                         
 
 
164 
yatın  ən  önəmli  sektorlarında  meydana  gələn  dəyişikliklərə  qısaca 
toxunmanın faydası vardır. 
 
2. Sənaye 
 
ÜDM-un formalaşmasında əsasən sənaye sektoru həlledici rol 
oynayır. Analiz edilən illər etibariylə sənaye sektorundakı dəyişmələr 
(istehsal miqdarı) aşağıdakı kimidir: 
 
Tablo: 4. Sənaye Malları Đstehsalı 
 
Đllər 
Mln. Manat 
Əvvəlki ilə nisbətən% 
1990 
1220 

1991 
2560 
91.1 
1992 
22520 
69.6 
1993 
123013 
80.3 
1994 
1137755 
75.3 
1995 
8855950 
78.6 
1996 
11315428 
93.3 
1997 
12568618 
100.3 
1998 
11619738 
102.2 
1999 
11756610 
103.6 
2000 
15949700 
106.9 
2001 
17626800 
105,1 
2002 
10330400 
58,6 
 
Qaynaq:   DSK 1999, DSK 2000; Respublika qəzeti, 27 iyul, 2000, s. 
5, www.nba.az/az/statistics/makroeconomic_indicators/ 
macroeconomic.shtml 
 
Sənaye  sektorunda,  tablodan  da  göründüyü  kimi,  1997-ci  ilə 
qədər bir düşüş yaşanmışdır. Bilindiyi kimi Azərbaycanda aqrar-səna-
ye önəmli yer tutmaqdadır. Dolayısı ilə, aqrar sektorda yaşanan düşüş 
bu  sektora  da  təsir  etməkdədir.  Aqrar  sahəyə  əsaslanan  sənaye  xari-
cindəki  digər  sənaye  sahələrində  də  yaşanan  olaylar  o  qədər  də  ürək 
açan  olmamışdır.  Sovet  Đttifaqından  qalma  müəssisələr  bir-birləriylə 
sıx əlaqəli olduqlarından (burada nəzərdə tutulan köhnə Sovet Đttifaqını 
təşkil  edən  ölkələrdəki  müəssisələrlə  olan  əlaqələrdir),  siyasi  səbəb-
lərdən  yeni  cumhuriyyətlərin  bir-birlərindən  uzaqlaşmaları  və  bu 


Đnflyasiya, faiz, valyuta məzənnəsi                         Dr. Cihan Bulut, Nəsimi Kamalov  
arasındakı münasibət və Azərbaycan                                           
 
165 
uzaqlaşma  meylinin  iqtisadiyyata  da  yayılması  respublikaların  hamı-
sında sənaye böhranını ortaya çıxarmışdır. 
 
Sovet  Đttifaqı  dövründə  qurulmuş  müəssisələrin  geriləməsinin 
bir  səbəbi  onların  əlaqələrinin  kəsilməsi  idisə,  digər  bir  səbəbi  də 
sahib  olduqları  texnologiyadır.  1960-1970-ci  illərdə  qurulmuş  bu 
müəssisə-lərdə  sonralar  lazımi  modernizasiya  aparılmamış  (yeri 
gəlmişkən Sovet Đttifaqının dağılmasına səbəb olan iqtisadi geriləmə-
nin  təməlini  bu  xüsus  təşkil  etmişdir),  müstəqilliyin  əldə  edilməsin-
dən  sonra  isə  əvvəlki  mərkəzi-planlı  iqtisadiyyatın  bazar  iqtisadiy-
yatına  yerini  buraxması  bu  müəssisələrin  rəqabət  gücünü  sıfıra 
endirmişdir. 
 
Əlavə olaraq, istər müəssisələrin bir-birlərinə, istərsə də dövlə-
tə  olan  yığılmış  borcları  bu  müəssisələrin  fəaliyyətlərini  durdurma-
larına səbəb olmuşdur. 
 
Müstəqillikdən  sonra  atılan  önəmli  addımlardan  biri  olaraq 
dəyərləndirilə  biləcək  özəlləşdirmə  proqramı  da  bu  mövzuda  çox 
uğurlu  olmamışdır.  Öncəliklə,  Azərbaycanda  özəlləşdirmə  digər  post 
sosialist ölkələri ilə müqayisədə gec başlamışdır. Bu gecikmə, ölkədəki 
siyasi istiqrarsızlıq və qarışıq geopolitik durumla izah edilə bilər
285
.  I 
özəlləşdirmə  proqramı  çərçivəsində,  1  yanvar  2001  tarixinə  qədər 
31226  kiçik,  1169  səhmdar  cəmiyyətə  çevrilən  dövlət  müəssisəsi 
özəlləşdirilmişdir
286
. Digər bir ifadəylə kiçik müəssisələrin 80%,, orta 
və  böyük  müəssisələrin  20%-i  özəl  sektora  dövr  edilmişdir  və  bu 
özəlləşdirmədən  dövlət  büdcəsinə  72  milyon  dollar  daxil  olmuşdur. 
Vurğulanan  xüsuslar,  potensial  ehtiyatların  səmərəli  istifadə  edildiyi 
anlamını  verməməkdədir.  Özəlləşdirilən  kiçik  müəssisələrdə  120  min 
vətəndaşın  çalışması,  hələ  satılmamış  hissələrin  500  milyard  manat 
potensial  büdcə  gəliri  olması  da  faydalılıq  nümunələri  deyil.  1992-
1996-cı  illərdə  öz-özünə  xaotik  inkişaf  edən  bazarın  kiçik  ticarət  və 
xidmətə  qeyri-rəsmi  şəkildə  iqtisadi  fəaliyyətə  450  min  işçini  və  ya 
əmək gücünün 10%-dən çoxunu cəlb etməsi ilə yanaşı, dövlət özəlləş-
dirmə  proqramı  nəticəsində  əmək  gücünün  sadəcə  3%-nin  iş  imkanı 
                                                 
285
   Hüseynov Azər, “Özəlləşdirmə: Nticələrə Müqayisəli Baxış”, Məşvərət jurnalı, No 
19-21 Đyun-Avgust 1999, s. 25  
286
   Đllik Hesabat 2000, Azərbaycan Respublikası Milli Bankı, s. 10 
Dr. Cihan Bulut, Nəsimi Kamalov                         Đnflyasiya, faiz, valyuta məzənnəsi 
arasındakı münasibət və Azərbaycan 
                                         
 
 
166 
əldə  etməsi,  müqayisədə  özəlləşdirmənin  uğurlarını  əslində  uğursuz-
luğa çevirməkdədir
287

 
Azərbaycanda ÜDM-da özəl sektorun payı 52%-ə ancaq 1998-
ci ildə çatmışdır. Ölkədə özəl sektor sadəcə dövlət mülkiyyətinin dövri 
ilə deyil, həm də əlavə olaraq və hələ 1991-ci ildən etibarən təşəkkül 
etməktəydi.  1995-1997-ci  illərdə  hər  il  ortalama  7-8  min  yeni  kiçik 
müəssisə, firma, şirkət və s. təsis olunmaqda idi. Özəlləşdirmənin startı 
verilərkən  özəl  sektorun  ÜDM-dakı  payı  10%-dən  arıq  idi
288
.  Digər 
yandan,  bu  günə  qədər  səhmdar  cəmiyyətə  çevrilərək  özəlləşdirilən 
müəssisələrin  böyük  bir  qisminin  hələki  fəaliyyət  göstəməməsi  kimi 
faktorları da göz önündə tutarsaq, özəlləşdirmədə çox da müvəffəqiy-
yətli olunmadığı anlaşılmaqdadır
289

 
Ümumilikdə  2001-ci  ildə  sənaye  məhsulu  istehsalı  17626,8 
mlrd. M olmaqla, ÜDM-un 35,5%-ni təşkil etmişdir
290
. 2002–ci ildə 
ÜDM-un  34,9%-nə  bərabər  olan  sənaye  məhsulu  istehsalının
291

2003-cü  ildə  ÜDM-un  ümumi  həcmində  33,5%-lik  paya  sahib 
olacağı gözlənil-məkdədir
292
.    
 
Yuxarıda  verilən  tablodan  da  göründüyü  kimi,  sənaye  sekto-
runun yüksəlişi 1997-ci ildən sonraya təsadüf etməkdədir. Azərbay-
canda  müstəqillikdən  sonra  sənaye  sektorunun  inkişafında  neft 
sənayesi  önəmli  yer  tutmuşdur.  Mövzuya  ifadə  etdiyi  əhəmiyyətə 
görə ayrıca toxunmaqda fayda vardır. 
 
Neft  sənayesi:  Artıq  neçə  əsrdir  nəft  sənayesi  Azərbaycanın 
əsas maye-yanacaq bazası və əsas istehsal sahəsidir. Hələ VIII əsrdə 
Bakıda  çıxarılan  neftin  satılmaq  üçün  başqa  ölkələrə  aparıldığını 
təsdiq  edən  tarixi  materiallar  mövcuddur.  Yerin  təkindəki  netfin 
çıxarılması  xüsusilə  Sovet  Đttifaqı  dövründə  baş  vermişdir.  Đkinci 
dünya müharibəsi ərəfəsində 23 milyon ton neft hasil edilməkdə idi. 
1949-cu  ildən  etibarən  dəniz  yataqlarının  istismarına  başlanması 
                                                 
287
   Hüseynov, a.k.m., s.25 
288
   Hüseynov, a.k.m., s. 26 
289
   Zaman qəzeti, 12-13 oktyabr, 1999, s. 5 
290
   http://www.azstat.org/publications/yearbook/2002/az/001_1.shtml#t1_1 
291
   Zaman qəzeti, 18-22 yanvar, 2003, s. 2 
292
   Bülten, Tüsiab Cemiyeti, No: 01/89 14 Yanvar 2003 


Yüklə 4,67 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə