Microsoft Word Design Cihan doc



Yüklə 4,67 Kb.
Pdf görüntüsü
səhifə46/64
tarix23.01.2018
ölçüsü4,67 Kb.
#22085
1   ...   42   43   44   45   46   47   48   49   ...   64

Đnflyasiya, faiz, valyuta məzənnəsi                         Dr. Cihan Bulut, Nəsimi Kamalov  
arasındakı münasibət və Azərbaycan                                           
 
155 
4.  Dağ  tundra  iqlimi.  Mütləq  yüksəkliyi  2700  m-dən  artıq  olan 
Böyük və Kiçik Qafqaz, qismən də Zəngəzur silsiləsini əhatə edən bu 
iqlim, əsasən quraq qışı və yayı, həmçinin yağıntıların əksəriyyətinin 
qar  şəklində  düşməsi  ilə  səciyyələnir.  Dağ  tundra  iqlim  tipi,  ölkə 
ərazisinin çox az (2-3%) hissəsini əhatə edir.  
 
1.3.Azərbaycanın Təbii Sərvətləri 
  
Azərbaycanın  relyefi:  Respublika  ərazisində  Böyük  Qafqaz, 
Kiçik  Qafqaz,  Talış  dağları  və  Kür-Araz  ovalığı  yerləşir.  Ərazinin 
18%-ni  dəniz  səviyyəsindən  aşağıda  olan  ərazilər,  24%-  ni  0-200  m 
hündürlükdə  olan  sahələr,  15,5%-ni  201-500  m  arasında  yerləşən 
sahələr və 15%-ni 501-1000 m hündürlük zolağı,12%-ni 1001-1500 m 
hündürlükdə  olan  sahələr,  7,5%-ni  1501-2000  m  hündürlüyü  olan 
ərazilər,  7,5%-ni  2000  m-dən  yüksək  ərazilər  tutur.  Ölkənin  dəniz 
səviyyəsindən  ən  yüksəkdə  yerləşən  nöqtəsi  Bazardüzü zirvəsi (4466 
m),ən  aşağı  olan  ərazisi  isə,  Xəzər  dənizi  sahilləridir  (-28  m)
278

Göründüyü kimi ölkə ərazisinin 500 m hündürlüyə qədər olan sahələri 
ümumi  ərazinin  57,5%-ni  təşkil  edir.  Əlavə  olaraq  respublika  ərazi-
sinin 42%-ə qədərini ovalıqlar təşkil etdiyindən, ölkənin relyef şəraiti 
təsərrüfatların  inkişaf  etdirilməsi,  istənilən  şəkildə  məskunlaşma,  tor-
paqların  becərilməsi,  suvarılması  və  yüklərin  daşınması,  bir  sözlə 
iqtisadi  qüdrətin  artması  və  qüvvətləndirilməsinə  imkan  yaratmaq-
dadır
279

 
 
 
Faydalı qazıntılar
280
: Filiz, qeyri-filiz, yanacaq faydalı qazıntı-
ları ilə zəngin olan respublika ərazisi, əsasən neft və qaz yataqları ilə 
məşhurdur.  Neft  və  qaz  yataqları  Respublika  ərazilərindən  Abşeron 
yarımadası, Xəzər dənizinin şelf zonası, Bakı və Abşeron arxipelaqları, 
Cənub-Şərqi  Şirvan,  Mərkəzi  Aran,  Qobustan,  Ceyrançöl,  Acınohur, 
Siyəzən zonasında mövcuddur.  
 
Yel və dəri xəstəliklərinin müalicəsində istifadə olunan Nafta-
lan nefti, Azərbaycanın dünyada məşhur olan sərvətlərindəndir.  
 
                                                 
278
   Eminov Z. N., Coğrafiya, AzĐMU-nun t.h. mətbəəsi, Bakı 2000, s. 10  
279
   Qurbanov, a.k.ə., s. 142 
280
   Budaqov və Qəribli, a.k.ə., ss. 31-34 
Dr. Cihan Bulut, Nəsimi Kamalov                         Đnflyasiya, faiz, valyuta məzənnəsi 
arasındakı münasibət və Azərbaycan 
                                         
 
 
156 
Republika ərazisində neft və qazdan başqa xüsusillə Qobustan 
və Đsmayıllı rayonları ərazisində yanar şistlər də vardır.  
 
Azərbaycanın xüsusilə, Kiçik Qafqaz hissəsi, filiz yataqları ilə 
zəngindir.  Bunlar,  dəmir,  manqan,  titan,  xromit,  mis,  kobalt,  poli-
metal,  sürmə,  qızıl,  gümüş,  molibden,  kükürd  kolçedanı,  bentonit 
gillər, daş duz, barıt, civə və s. yataqlardır. 
 
Qeyri-filiz  faydalı  qazıntılarına  gəlincə,  Azərbaycan  ərazisi 
əhəng daşları, travertin daşları, mərmər, gips, kvars, dolomit, təbaşir, 
tikinti gilləri, çaydaşı, qum və s. ehtiyatları mövcuddur.   
 
Su  ehtiyatları
281
:  Zənginliyinə  görə  “mineral  sular  muzeyi” 
adlandırılan Azərbaycanda, kimyəvi tərkibi bir-birindən fərqlənən və 
müxtəlif  müalicəvi  əhəmiyyətə  sahib  ondan  artıq  mineral  su  tipi 
mövcuddur. Kəlbəcərdəki Đstisu, Naxçıvan MR-dəki Badamlı, Sirab, 
Vayxir, Abşeron yarımadasındakı Suraxanı və Şıx, Dəvəçi rayonun-
dakı Qalaaltı, Culfa rayonundakı Darıdağ, Quba rayonundakı Xaltan, 
Şuşa  rayonundakı  Turşsu  və  Şırlan,  Qax  rayonundakı  Süsgən  suyu 
müalicəvi əhəmiyyətinə görə xüsusilə böyük əhəmiyyət kəsb edir. 
 
Respublika ərazisi termal sularla da zəngindir. Termal bulaqlar 
xüsusilə Talış dağları, Böyük və Kiçik Qafqazın cənub və şimal-şərq 
yamaclarında daha çoxdur.  
 
Ümimilikdə ölkə ərazisində irili-xırdalı 8400-ə qədər çay vardır. 
Onlardan  850-nin  uzunluğu  5  km-dən,  21-nin  uzunluğu  isə,  100  km-
dən  artıqdır.    Orta  illik  su  axını  31  km
3
  və  bunun  yalnız  8  km
3
 
Respulika daxilində olan çayların axını əsasən dağlarda yaranır. Çaylar 
ya  Kür  və  Araz  çaylarına,  ya  da  bir  başa  Xəzər  dənizinə  tökül-
düyündən,  qapalı  hövzəyə aiddir.  Şirin  su  ehtiyatlarının  əsasını  təşkil 
edən çaylar, xüsusilə Kürmük, Tərtər, Katex, Vəlvələ çayları üzərində 
gur şəlalələr mövcuddur.    
 
Ölkə ərazisində tektonik, buzlaq, uçqun, sürüşmə, relikt, çay-
dərə,  laqun  və  s.  mənşəli  700-ə  yaxın  göl  vardır.  Sahəsi  1  km
2
-dən 
çox  olan  və  böyük  əhəmiyyətə  malik  olan  göllərin  sayı  isə  25-dir. 
                                                 
281
   Budaqov və Qəribli, a.k.ə., ss. 53-63 


Đnflyasiya, faiz, valyuta məzənnəsi                         Dr. Cihan Bulut, Nəsimi Kamalov  
arasındakı münasibət və Azərbaycan                                           
 
157 
Suyunun  tərkibinə  görə,  bir  qayda  olaraq  Dağlıq  ərazilərdəki  göllər 
şirin, dağətəyi və düzənlik zonalarındakı göllər isə, həm şirin, həm də 
şorsuludur. Ölkə ərazisindəki göllərin həm təsərrüfat, həm də məişət 
əhəmiyyəti  böyükdür.  Belə  ki,  onlardan  yaşayış  yerlərinə  su 
çəkilməsi, suvarma və balıqçılıq məqsədi ilə istifadə olunur. 
 
Azərbaycanda  ümumi  sahəsi  87  min  hektar  olan  140-a  qədər 
müxtəlif ölçüdə süni göllər də mövcuddur. Bunlardan 34-ü təsərrüfat 
və  ya  həm  təsərrüfat,  həm  də  enerji  məqsədli  yaradılan  su 
anbarlarıdır ki, onlardan da ən böyüyü sahəsi 605 km
2
, orta dərinliyi 
27 m olan Kür çayı üzərində yaradılan Mingəçevir su anbarıdır.  
 
Suvarma,  şəhər  və  kəndlərin  su  təchizatı  məqsədi  ilə  ölkə 
ərazisində  yaradılan  sıx  kanallar  şəbəkəsi,  1,3  mln.  hektar  quraq 
ərazinin 
təsərrüfat 
əhəmiyyətini 
artırmışdır. 
Ümumilikdə 
Azərbaycanda  yaradılan,  uzunluğu  70  min  km-dən  artıq  olan 
suvarma sistemlərinin uzunluğu ekvatorun uzunluğundan da çoxdur. 
 
Xəzər  dənizi  respublikanın  iqtisadi  həyatında  xüsusilə  böyük 
rol  oynayır.  Ölkədə  neft  və  qaz  sənayeləri,  balıq  istehsalı,  su 
nəqliyyatının inkişafı bilavasitə Xəzər ilə bağlıdır. Xüsusilə, 1993-cü 
ildən  etibarən  ölkə  iqtisadiyyatının  əsasını  təşkil  edən  nəft 
strategiyası, məhz Xəzər dənizinin 3000 m dərinliyində yerləşən neft 
və qaz ehtiyatlarının işlənməsinə yönəlmişdir.  
 
2. Azərbaycan Respublikasının Demoqrafik 
Xüsusiyyətləri 
 
2.1. Əhalinin Sayının Dinamikası Və Təbii Artımı 
 
2002-ci  ilin  əvvəlinə  Azərbaycan  Respublikasının  əhalisi  8 
milyon  141  min  nəfər  təşkil  etmişdir.  Azərbaycan  əhalisinin  artımı 
əhalinin təbii artımı hesabına baş verir. Belə ki, son 5 il ərzində hər il 
ölkədə 120 min (orta hesabla hər gün 329) körpə dünyaya gəlir. 2001- 
ci  ildə,  ölkədə  doğum  əhalinin  hər  1000  nəfərinə  hesabı  ilə  14  nəfər 
təşkil edir.  
 
Ermənistanın  təcavüzkar  siyasəti  nəticəsində  1992-1994-cü 
illərdə  əhalinin  ölüm  səviyyəsi  kəskin  artmışdır.  Lakin  əldə  edilən 
Dr. Cihan Bulut, Nəsimi Kamalov                         Đnflyasiya, faiz, valyuta məzənnəsi 
arasındakı münasibət və Azərbaycan 
                                         
 
 
158 
atəşkəs rejimi ilə ölümüm səviyyəsi xeyli azalmış və ölümün səviyyəsi 
əhalinin hər 1000 nəfərinə hesabı ilə 6 nəfər təşkil edir. Eyni zamanda 
köprə ölümünün səviyyəsində nəzərə çarpan azalmalar, ölüm səviyyə-
sinin  azalmasında  əhəmiyyətli  rol  oynamışdır.  2001-ci  ildə  əhalinin 
1000  nəfərinə  hesabı  ilə  bir  yaşınadək  13  körpə  ölümü  qeydə 
alınmışdır ki, bu da əvvəlki illərdəkindən aşağıdır. 
 
Hal  hazırda  Azərbaycanda  ömür  uzunluğu  qadınlarda  75  yaş, 
kişilərdə 69 yaş olmaqla, orta hesabla 72 yaş təşkil edir.  
 
Ölkə  əhalisinin  artışının  dolayılı  olaraq  göstəricilərindən  biri 
də bağlanan nikahların və boşanmaların sayıdır. Statistik məlumatlara 
əsasən 1997 –ci il istisna olmaqla, nikah sayında daimi azalma qeydə 
alındığı halda, 2000-ci ildən etibarən artım görünməkdə və son 4 ildə 
ən çox nikah məhz 2001-ci ildə (41861) bağlanmışdır. Yenə statistik 
məlumatlara  görə,  2000-ci  ildə  1999-cu  ilə  görə  boşanmaların 
sayında  artım  qeydə  alınsa  da,  ümumilikdə  boşanmaların  ilbəil 
azaldığı görünməkdədir.  
 
Respublikada  əhali  artımına  mane  olan  faktorlardan  biri  də 
əhalinin  miqrasiyasıdır.  1990-cı  ildən  sonra  əhalinin  miqrasiyası 
mənfi  saldo  ilə  nəticələnmişdir:  yəni  ölkəni  tərk  edənlərin  sayı, 
ölkəyə gələnlərin sayından aşağı olmuşdur. Əgər 1990-cı ildə bu fərq 
–56.4 min nəfər təşkil edirdisə, bu rəqəm son illərdə ölkədə yaşanan 
müsbət  yönlü  dəyişikliklər sayəsində azalmışdır. 2001-ci ildə isə bu 
rəqəm –4.7 min nəfər təşkil etmişdir. 
 
Statistika  komitəsinin  2002-ci  ilə  dair  məlumatlarında, 
Respublika  əhalisinin  4130,1  min  nəfəri  yaxud  50,7%  şəhərlərdə, 
4011,3  min  yaxud  49,3%  kəndlərdə  məskunlaşmışdır.  1990-cı  illə 
müqayisədə bu rəqəmlərdə çox da ciddi bir dəyişiklik görülmür. Belə 
ki,  sözü  edilən  ildə  şəhər  əhalisi  ümumi  əhalinin  53,9%-ni,  kənd 
əhalisi isə, 46,1%-ni təşkil etməkdə idi. 
 
2.2. Əhalinin Cins-Yaş Quruluşu Və Milli Tərkibi 
 
Statistik  məlumatlara  görə,  2002-ci  ilin  əvvəlinə  ölkə  əhalisi-
nin 49%-ni yaxud 3 milyon 989 min nəfəri kişi, 51% və ya 4 milyon 
152  min  nəfərini  qadınlar  təşkil  etmişdir.  1990-cı  ildən  etibarən  bu 


Yüklə 4,67 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə