Microsoft Word Design Cihan doc



Yüklə 4,67 Kb.
Pdf görüntüsü
səhifə54/64
tarix23.01.2018
ölçüsü4,67 Kb.
#22085
1   ...   50   51   52   53   54   55   56   57   ...   64

Đnflyasiya, faiz, valyuta məzənnəsi                         Dr. Cihan Bulut, Nəsimi Kamalov  
arasındakı münasibət və Azərbaycan                                           
 
187 
tərəfindən  başlatılan  faizə-faiz  tətbiqatı  olmuşdur.  Bu  tətbiqata  görə, 
aylıq əmanət faizi 30-35% olan əmanət, müddət sonunda ilkin qoyulan 
məbləğin bir neçə qatı kimi bir nəticəni doğurmaqdadır. Bu tətbiqatın 
bir  nəticəsi  olaraq,  xüsusilə  əhali  tərəfindən  əmanətlərin  qoyulması 
üçün özəl banklara üstünlük verilməkdə idi. Sözü gedən dövr bankla-
rını  bu  tətbiqata  yönəldən  əsas  səbəb  isə,  artıq  vurğulandığı  kimi 
ölkədəki yüksək inflyasiya dərəcəsi idi. 
 
Ümumiyyətlə iqtisadiyyatda baş verən dəyişikliklər və yüksək 
inflyasiya  səbəbiylə,  dövlət  banklarının  da  əmanət  sahiblərinə  təklif 
etdikləri  faiz  dərəcələrində  ilbəil  artımlar  müşahidə  edilmişdir. 
Məsələn, Aqrar Sənaye Bankı tərəfindən 1992-ci ildə müddəti bir ilə 
qədər olan fərdi yığımlar üçün təklif edilən əmanət faiz dərəcəsi 15% 
ikən, 1993-cü ildə bu rəqəm 50%, 1994-cü ildə isə 150% olmuşdur. 
Đki  ilə  qədər  olan  əmanətlər  üçün  isə  faiz  dərəcələri  uyğun  olaraq 
20%, 50% və 200% təşkil etmişdir
326

 
1995-ci  ildən  etibarən  ölkədə  həyata  keçirilən  irimiqyaslı 
iqtisadi  islahatların  məntiqi  nəticəsi  olaraq  makroiqtisadi  səviyyədə 
stabillik əldə edilməyə başlanıldı. Đstər bank fəaliyyətlərinin tənzim-
lənməsi,  pul-kredit  siyasəti,  inflyasiyanın  tənzimlənməsi,  valyuta 
siyasəti kimi faiz dərəcələrinin  müəyyənləşdirilməsində birbaşa təsir 
göstərən, istərsə də gömrük xidmətlərinin təşkili, investisiya, özəlləş-
dirmə və s. yönümlü dolayılı olaraq təsir göstərəcək iqtisadi islahatlar 
böyük əhəmiyyət kəsb etmişdir.  
 
Belə  ki,  Mili  Bank  və  Banklar  haqqında  qanunun  tətbiqi  ilə 
struktur dəyişikliklərinin aparılması (əvvəlki bölmələrdə bu mövzuya 
yer  verilmişdir)  və  Milli  bankın  həqiqi  mənada  öz  səlahiyyətləri 
daxilində  maliyyə  bazarına  lazımi  nəzarəti  həyata  keçirməyə  başla-
ması  ilə  bəzi  banklar  bir-birinin  ardınca  öz  fəaliyyətlərini  dayan-
dırmağa başladılar və əgər belə demək mümkünsə “bank spekulyasi-
yası”  dayandırıldı.  Bu    əhəmiyyətli  dərəcədə  bazarın  rahatlamasına 
səbəb  oldu.  Eyni  zamanda  həmin  dövr  üçün  xarakterik  olan  metro 
stansiyaları və kolxoz bazarları önündə “ayaqüstü” fəaliyyət göstərən 
bəzi  spekulyantların  qanunla  fəaliyyətlərinin  qadağan  edilməsi  də 
əhəmiyyətli bir addım idi.  
                                                 
326
   Economic Review, IMF, September-94, s. 66-67 
Dr. Cihan Bulut, Nəsimi Kamalov                         Đnflyasiya, faiz, valyuta məzənnəsi 
arasındakı münasibət və Azərbaycan 
                                         
 
 
188 
Ölkədə  Manatın  davamlı  dəyər  itirməsinin  qarşısının  alınma-
sında izlənən sərt pul siyasətinin danılmaz xidməti olmuşdur. Belə ki, 
zamanla əhalidə milli valyutaya olan inamın artması təmin edilməyə 
başlanmış,  ölkədə  inflyasiyanın  əhəmiyyətli  dərəcədə  azalmasına 
gətirib çıxarmışdır.  
 
Valyuta siyasətinin müəyyənləşdirilərək tətbiq edilməyə başla-
nılması,  manatın  dəyərinin  dollar  qarşılığında  davamlı  dəyər  itirmə-
sinin  qarşısının  alınmasında  əhəmiyyətli  rola  sahib  olmuşdur.  Bu 
mövzuda  ölkəyə  xarici  sərmayənin  cəlb  edilməsinin  də  rolu  çox 
yüksək  olmuşdur.  Bu  vurğulananların  bir  nəticəsidir  ki,  artıq  1995-
1996-cı  illərdə  faizə-faiz  yürüdülməsinin,  dolayılı  olaraq  inflyasiya 
üzərində  oynayaraq  pul  qazanma  fəaliyyətinin  qarşısı  alındı.  Bunun 
bir təsiri olaraq faiz dərəcələrində azalmalar meydana gəldi. Belə ki, 
istər 1995, istərsə də 1996-cı ildə 6 ay müddətinə qədər olan əmanət-
lər üçün tətbiq edilən faiz dərəcələri 50% səviyyəsində olmuşdur
327
.  
 
Aparılan  struktur  və  iqtisadi  islahatların  davam  etdirilməsi 
sonrakı  illərdə  əhəmiyyətli  uğurların  əldə  edilməsi  təmin  etmişdir. 
Qiymətli  kağızlar  bazarı,  özəlləşdirmə  prosesləri  ilə  əlaqədar  olaraq 
korporativ  qiymətli  kağızlar  bazarının  formalaşması,  ümumi  daxili 
məhsulun həcmində 1996-cı ilə nisbətən 5,8% artımın əldə edilməsi, 
dövlət büdcəsinin kəsirinin 1997-ci ildə ümumi daxili məhsulun 4%-
nə  enməsi
328
,  özəl  sektorun  təşviqi,  qiymətlərin  liberallaşdırılması, 
dövlətin  rəsmi  valyuta  ehtiyatlarının  gedərək  artması,  ölkəyə  istər 
neft kontrakları, istərsə də digər sahələrə xarici sərmayənin gəlişi və 
s. kimi xüsuslar, ümumi həyata müəyyən canlanma gətirmişdir.  
 
Ölkədə iş həcminin artması fərdlərin gəlirinin artmasına səbəb 
olarkən, digər tərəfdən ölkədə əldə edilən stabillik ilə banklara itmiş 
inamın geri qazanılmağa başlanılması əhalini öz yığımlarını banklara 
əmanət  şəklində  saxlamalarına  gətirib  çıxarmışdır.  Belə  ki,  1999-cu 
ildə əmanət və depozitlərin həcmi (xarici valyuta ilə əmanət və depo-
zitlər  daxil  olmaqla)  21,6%,  2000-ci  ildə  isə  44.3%  yaxud,  423.8 
mlrd.  M  artmışdır.  Yeri  gəlmişkən  onu  da  qeyd  etmək  lazımdır  ki, 
2000-ci il ərzində fiziki şəxslərin banklarda olan əmanətlərinin (xarici 
                                                 
327
   Annual Report 1995, The International Bank of Azerbaijan, Baku, p. 23; Annual 
Report 1996, The International Bank of Azerbaijan, Baku, p. 35; 
328
   Annual Report 1997, The International Bank of Azerbaijan, Baku, p. 12 


Đnflyasiya, faiz, valyuta məzənnəsi                         Dr. Cihan Bulut, Nəsimi Kamalov  
arasındakı münasibət və Azərbaycan                                           
 
189 
valyuta  ilə  əmanət  və  depozitlər  daxil  olmaqla)  52.8% artaraq, 396.4 
mlrd. M təşkil etmişdir. Bu əmanətlərin 67,2%-ni müddətli, 32,8%-ni 
isə tələb olunanadək əmanətlər təşkil edir
329
.   
 
Ümumiyyətlə mart 2001-ci il etibariylə banklar tərəfindən cəlb 
olunmuş depozit və əmanətlərin həcmi 1360.9 mlrd. M, bunun 31.6% 
yaxud,  430.5  mlrd.  manatı  fiziki  şəxslərdən  cəlb  olunmuş  (xarici 
valyuta daxil olmaqla) əmanətlərdir. Mart 2002 tarixində isə cəlb olun-
muş  ümumi  əmanət  və  depozitlərin  həcmi  1911.5  mlrd.  M  təşkil 
etmişdir ki,  bunun da 33.6% yaxud, 641.9 mlrd. manatı xarici valyuta 
da daxil olmaqla fiziki şəxslərdən cəlb olunmuş əmanətlərdir
330
.  
 
Əmanətlərin  cəlb  olunmasında  diqqəti  çəkən  bir  başqa  xüsus, 
son dövrlərdə özəl bankların əmanət cəlb olunması mövzusunda xüsusi 
çəkisinin dövlət banklarına görə daha yüksək olmasıdır. Belə ki, mart 
2001  tarixinə  olan  məlumatlara  görə,  əhalidən  cəlb  olunmuş  əmanət-
lərin  55.5%,  mart  2002  tarixində  isə  54.6%  özəl  bankların  payına 
düşür
331
.  
 
Bütün  bu  vurğulanan  dəyişikliklərdən  sonra  qeyd  etmək 
lazımdır ki, 1999-2001-ci illər arasında faiz dərəcələri demək olar ki, 
sabit qalmış,  dəyişməmişdir. Məsələn, 3 aylıq əmanətlər üçün bank-
lar tərəfindən illik təxminən 8%, 6 aylıq əmanətlər üçün illik təxmi-
nən 10%, 12 aylıq əmanətlər üçün isə, illik təxminən 12% həcmində 
əmanət  faizi  təyin  edilmişdir
332
.  Ancaq  onu  da  qeyd  etmək  lazımdır 
ki,  bu  faiz  “səviyyəsi  əvvəlki  ilərdə  tətbiq  edilən  faiz  dərəcələrinə 
görə əhəmiyyətli dərəcədə aşağıdır.  
 
Ümumiyyətlə,  1992-2002-ci  illər  arasında  ölkədəki  maliyyə 
bazarında faiz dərəcələri ilə əlaqədar baş verən dəyişiklikləri, həmin 
illərə  aid  aşağıdakı  tabloda  verilmiş  illik  faiz  dərəcələrinə  baxaraq 
anlamaq mümkündür:  
                                                 
329
   Đllik Hesabat 2000, Azərbaycan Respublikası Milli Bankı, s. 34 
330
   Bank  Statistikası  Bülleteni  No:  2  (24),  Azərbaycan  Respublikası  Milli  Bankı, 
2/2000, s. 17 
331
   Bank  Statistikası  Bülleteni  No:  2  (24),  Azərbaycan  Respublikası  Milli  Bankı, 
2/2000, s. 17 
332
   Annual  Report  1999,  The  International  Bank  of  Azerbaijan,  Baku,  p.  32;  Đllik 
Hesabat  2000,  Azərbaycan  Beynəlxalq  Bankı,  s.  32;  Đllik  Hesabat  2001, 
Azərbaycan Beynəlxalq Bankı, s. 37 
Dr. Cihan Bulut, Nəsimi Kamalov                         Đnflyasiya, faiz, valyuta məzənnəsi 
arasındakı münasibət və Azərbaycan 
                                         
 
 
190 
Tablo: 7.  1992-2002-ci Đllər Arasında Azərbaycan Maliyyə Bazarında 
Faiz Dərəcələri 
 
Đl 
1992  1993  1994  1995 
1996 
1997 
1998 
1999 
2000 
2001  2002 
Faiz 
Dərə-
cəsi 
15 
50 
150 
50 
29.2 
25.3 
20.3 
19.8 
19.5 
19.74  15.59 
Qaynaq:  Tablo, Azərbaycan Banklararası Assosiasiyasından əldə 
edilmiş məlumatlar əsasında tərtib edilmişdir. 
 
3. Azərbaycanda Valyuta Siyasəti 
 
Hər bir ölkə iqtisadiyyatının analizində əsas ölçü vahidi kimi 
ələ alınan  makroiqtisadi  göstəricilərdən  biri  də  valyuta  məzənnələri 
və onların dəyişmə tendensiyasıdır. Valyuta məzənnələri bir ölkənin 
sahib olduğu iqtisadi dəyərlərin başqa bir ölkənin iqtisadi dəyərləri-
nə  görə  fərqlilik  dərəcəsini  göstərməklə,  ölkələr  arasında  iqtisadi 
tarazlığı ortaya çıxaran bir göstəricidir.  
 
Dünya təcrübəsində valyuta məzənnələri ilə əlaqədar müxtəlif 
və bir-birindən fərqli siyasətlərin tətbiq olunduğu görülməkdədir. Bu 
fərqlilik XX əsrdə xüsusilə xarakterik olmuşdur. Belə ki, keçən əsrdə 
dünyanın bəzi ölkələrində iqtisadi qorumaçılıq (proteksianizm) siya-
sətləri  yürüdülürkən,  bəzilərində  açıq  sistem  anlayışı  hakim  olmuş-
dur. Sovet Đttifaqı kimi tamamilə xaricə qapalı olan bir ölkə iqtisadi 
sisteminin  var olduğu bir  dövrdə ABŞ-nın liberal iqtisadiyyat siste-
minə  sahib  olması  bu  müxtəlifliyin  nümunələrindəndir.  Həmin 
dövrdə bəzi ölkələrdə bu iki sistemin qarışığı şəklindəki tətbiqatların 
da yer aldığı görülmüşdür.  
 
Əsrin sonlarına doğru, 1990-cı illərdə dünyanın siyasi və inzi-
bati  arenasında  baş  verən  dəyişikliklərin  iqtisadiyyatlara  da  təsiri, 
milli şüur, düşüncə və təfəkkür dəyişiklikləri, demokratiya anlayışı-
nın dünya səviyyəsində hakim statusa gəlməsi  və s. kimi səbəblərlə 
sərbəst bazar iqtisadiyyatı anlayışı yayılmış və dünyanın demək olar 
ki, bütün ölkələri tərəfindən qəbul edilmişdir.  
 


Yüklə 4,67 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə