Microsoft Word Design Cihan doc



Yüklə 4,67 Kb.
Pdf görüntüsü
səhifə50/64
tarix23.01.2018
ölçüsü4,67 Kb.
#22085
1   ...   46   47   48   49   50   51   52   53   ...   64

Đnflyasiya, faiz, valyuta məzənnəsi                         Dr. Cihan Bulut, Nəsimi Kamalov  
arasındakı münasibət və Azərbaycan                                           
 
171 
Đqtisadiyyatı  ümumilikdə  sənaye,  kənd  təsərrüfatı  və  xidmət 
sektoru olaraq üç sektora ayırdığımızda, xidmət sektorunun 2002-ci 
il  etibariylə  digər  sektorlara  görə  ÜDM-da  ən  çox  paya  sahib 
(50,9%) olduğu görülməkdədir
304
. Bu tendensiyanın 2003-cü ildə də 
eyni şəkildə davam  edəcəyi ehtimal edilməkdədir. Belə ki, 2003-cü 
ildə  ÜDM-da  xidmət  sektorunun  payının  51,8%  olacağı  gözlənil-
məkdədir
305

 
Müstəqilliyin  əldə  edilməsindən  sonra  yeni  iqtisadi  sistemə 
kəçidlə  əlaqədar  xidmət  sektorunun  bəzi  sahələrində  gözə çarpacaq 
əhəmiyyətli  dəyişikliklər  baş  vermişdir.  Bu  sahələrin  bəzilərində 
Azərbaycan  demək  olar  ki,  inkişaf  etmiş  ölkələrə  çox  yaxınlaşmış-
dır.  Məsələnin  əhəmiyyəti  nəzərə  alınaraq,  burada  xidmət  sektoru-
nun aparıcı sahələrinə ayrılıqda baxmaqda fayda vardır: 
 
Nəqliyyat:  Azərbaycanda  quru,  su,  hava  və  boru  nəqliyyat 
vasitələri olmaqla nəqliyyat sahələrinin demək olar ki, bütün forma-
ları mövcuddur. 
 
Müstəqilliyin  əldə  edilməsindən  sonra  dünyaya  açılan  Azər-
baycanda  nəqliyyat  sahəsi  bir  sıra  dəyişikliklərlə  xarakterizə  olun-
maqdadır.  Belə  ki,  köhnə  Đttifaq  dövründə  bütünlüklə  nəqliyyat 
xidmətlərinin  dövlətin  əlində  cəmləşdiyi  halda,  hal-hazırda  bu 
sahədə  özəl  sektorun  payı  durmadan  artmaqdadır.  Belə  ki,  01.01. 
2002–ci il tarixinə qədər şəxs qismində qeydiyyatdan keçmiş nəqliy-
yat müəssisələrinin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,2% 
artaraq  1473,  hüquqi  şəxs  yaratmadan  avtomobil  nəqliyyatı  ilə 
fəaliyyət  göstərən  fərdi  sahibkarların  sayı  isə  8,8%  artaraq  9444 
təşkil etmişdir. Respublikada avtonəqliyyat vasitələrinin sayı da hər 
il artmaqdadır.  Bu tendensiya 2001-ci ildə  eyni ilə  davam  etmiş və 
onların sayı əvvəlki illə müqayisədə 10,4 min ədəd artaraq 451 min 
təşkil etmişdir. 2001-ci ildə nəqliyyat sektorunda fəaliyyət göstərən 
hüquqi  və  fiziki  şəxslər  tərəfindən  yük  daşınması  93,0  milyon  ton, 
əvvəlki ilə nisbətən 15,6% çox olmuş, yük dövriyyəsi də əvvəlki ilə 
görə 15,7% artmışdır.  
 
                                                 
304
   Zaman qəzeti, 18-22 yanvar, 2003, s. 2 
305
   Bülten, Tüsiab Cemiyeti, No: 01/89 14 Yanvar 2003 
Dr. Cihan Bulut, Nəsimi Kamalov                         Đnflyasiya, faiz, valyuta məzənnəsi 
arasındakı münasibət və Azərbaycan 
                                         
 
 
172 
Ümumilikdə  Azərbaycanda  nəqliyyat  sahəsinin  inkişafında 
TRASEKA  proqramı,  Qədim  Đpək  Yolunun  bərpası  mühüm  rol 
oynamaqdadır
306
.  
 
Rabitə:  Sərbəst  bazar  iqtisadiyyatı  yolunu  tutmuş  Azərbay-
canda keçən 10 il ərzində inkişafı ən bariz görünən sahə məhz rabitə 
sahəsidir.  Xüsusilə  1990-cı  illərin  ikinci  yarısından  etibarən  bu 
sahədə  dövlət  müəssisələri  ilə  yanaşı  qeyri-dövlət  sektorunun  da 
inkişafı  açıq-aydın  görünməkdədir.  2001-ci  ildə  rabitə  xidmətlə-
rindən  əldə  edilən  854,6  milyard  manatlıq  gəlirin  62,8%-i  qeyri-
dövlət  sektorunun  payına  düşür.  Müqayisə  üçün  qeyd  edək  ki,  bu 
göstərici  1997-ci  ildə  31,3%  təşkil  etməkdə  idi.  Rabitə  sahəsində 
xüsusi  uğurlu  sayıla  biləcək  olanı  mobil  telefonlarının  istifadəsidir. 
Đlbəil  artmaqda  olan  mobil  telefon  abunəçilərinin  sayı  2002-ci  ilin 
əvvəlinə 870,7 minə çatmışdır ki, bu da əvvəlki illə müqayisədə 63,5 
min çoxdur
307

 
Təhsil:  Ümumilikdə  inkişaf  etməkdə  olan  ölkələr  siyahısına 
daxil  olan  Azərbaycan,  təhsil  sahəsində  demək  olar  ki,  dünyanın 
inkişaf  etmiş  ölkələri  ilə bərabər  səviyyədədir.  1999-cu  il  siyahıya-
alınma zamanı əsasən 15 və yuxarı yaşda əhalinin hər 1000 nəfərinə 
758  nəfər  ali  və  tam  orta  təhsilli  şəxs  düşür.  Azərbaycanda  2001-
2002-ci  tədris  ili  üzrə  111.4  min  uşağın  tərbiyə  aldığı  1794  məktə-
bəqədər  müəssisə,  1  milyon  686  min  şagirdin  təhsil  aldığı  4551 
ümumtəhsil  məktəbi,  48  min  tələbəsi  olan  66  dövlət  orta  ixtisas 
məktəbi, 99  min tələbənin təhsil aldığı 40-dan çox  dövlət və qeyri-
dövlət  ali  məktəbləri  fəaliyyət  göstərməkdədir.  Bunlardan  başqa 
ölkə ərazisində təxnikumlar, internat məktəbləri, şikəst uşaqlar üçün 
xüsusi  məktəblər,  çox  sayda  elmi  tədqiqat  institutları  da  fəaliyyət 
göstərməkdədir
308

 
Təhsil  sahəsində  çalışanların  sayı  376,9  min  nəfər,  umumi 
məşğul əhalinin 10,2%-ni təşkil edir. Ümumiyyətlə respublikada elm, 
elmi  xidmət,  təhsil,  mədəniyyət  və  incəsənət  sahəsində  məşğul 
əhalinin 11%-i çalışmaqdadır
309
.   
                                                 
306
   DSK 2002, s. 592 
307
   DSK 2002, s. 592 
308
   DSK 2002, ss. 183-185 
309
   DSK 2002, s. 75 


Đnflyasiya, faiz, valyuta məzənnəsi                         Dr. Cihan Bulut, Nəsimi Kamalov  
arasındakı münasibət və Azərbaycan                                           
 
173 
Səhiyyə: Müstəqilliyin əldə edilməsindən sonra səhiyyə sahəsin-
də qeyri-dövlət səhiyyə xidməti verən müəssisələrinin ortaya çıxmasın-
dan  başqa    rəqəmlərlə  ifadə  ediləcək  elə  də  ciddi  dəyişikliklər  baş 
verməmişdir.  2001-ci  ildə  Azərbaycanda  735  xəstəxana,  1618 
ambulatoriya-poliklinika  müəssisəsi,  917  qadın,  uşaq  poliklinika  və 
ambulatoriyası fəaliyyət göstərmişdir. Səhiyyə sahəsində görülən ciddi 
inkişaf  meylləri  səhiyyə  xidmət  keyfiyyətinin  artırılması  və  müasir 
təchiz  və  əməliyyat  cihazlarının  alınıb-quraşdırılması  ilə  səciyyələn-
məkdədir.  
 
Səhiyyə  sahəsində  çalışanlar  ümumilikdə  məşğul  əhalinin 
4,9%-ni  təşkil  etməkdədir.  2001-ci  ildə  bütün  ixtisaslardan  olan 
həkimlərin  sayı  29,1  min  nəfər,  orta  tibb  işçilərinin  sayı  59,9  min 
nəfər olmuşdur.   
III. 1990-2002-CĐ ĐLLƏR ARASINDA 
AZƏRBAYCANDA ĐNFLYASĐYA, FAĐZ VƏ 
VALYUTA MƏZƏNNƏSĐ 
 
1. Azərbaycanda Đnflyasiya 
 
Müasir iqtisad elmində xüsusi bir yerə sahib olması səbəbiylə, 
iqtisadçıların  önəmlə  üzərində  durduqları  inflasiya  anlayışı  müxtəlif 
şəkillərdə  ələ  alınmaqda  və  ifadə  edilməkdədir.  Verilən  təriflər  ilk 
baxışda  hər  nə  qədər  fərqli  kimi  görünsə  də  hamısında  ortaq  bir 
xüsusiyyət vardır ki, bu da qiymətlərin ümumi səviyyəsində əhəmiy-
yətli və davamlı artışın olmasıdır. Bu davamlı və əhəmiyyətli artışın 
səbəbi  də  pul  miqdarında  meydana  gələn  artışdır.  Əgər,  pul  miqda-
rında  ortaya  çıxan  artış,  iqtisadiyyatda  mal  və  xidmət  istehsalının 
artmasına yol açır və ya bunu təmin edə bilirsə, bu halda qiymətlərin 
ümumi  səviyyəsində  bir  artım  ortaya  çıxmayacaqdır.  Araşdırmalar 
nəticəsində iqtisadiyyatlarda qiymətlərin ümumi səviyyəsinin davam-
lı bir artım içərisində olduğu  ortaya çıxmışdır. Xalq dilində qiymət-
lərdə  ortaya  çıxan  hər  artım  inflyasiya  olaraq  adlandırılmaqdadır. 
Halbuki,  bu  artışların  hamısını  enflyasionist  bir  artım  olaraq  qəbul 
etmək  doğru  deyil.  Məsələn,  inkişaf  etmiş  bir  iqtisadiyyatda  2-3% 
səviyyəsindəki  qiymət  artışları,  az  inkişaf  etmiş  ölkələrdə  isə  5-6% 
və hətta bəzi iqtisadçılara görə 10%-ə varan qiymət artışları təhlükəli 
sayılmamaqdadır.  O  halda  bir  iqtisadiyyatda  inflyasiyanın  varlığın-
Dr. Cihan Bulut, Nəsimi Kamalov                         Đnflyasiya, faiz, valyuta məzənnəsi 
arasındakı münasibət və Azərbaycan 
                                         
 
 
174 
dan  söz  edilməsi  üçün,  qiymətlərin  ümumi  səviyyəsində  meydana 
gələn  artışın  önəmli  olması,  yəni  yuxarıda  verdiyimiz  səviyyələrin 
üzərində təşəkkül tapması lazımdır.
310
 
 
Bir  iqtisadiyyatda  dövlət  büdcəsinin  davamlı  kəsir  verməsi, 
emissiya  həcminin  ÜDM-dakı  artışın  üzərində  olması,  bank  kredit-
lərinin  artması,  maaşların  yüksəlməsi,  dövlətin  müxtəlif  təşviq 
məqsədli  fəaliyyətləri  (məsələn,  kənd  təsərrüfatı  məhsullarının  yük-
sək  qiymətlərlə  dövlət  tərəfindən  satın  alınmasıyla  bu  pulun  əlavə 
satın alma gücü olaraq bazara çıxması), fərdlərin yığımları-nın bazara 
axışı kimi səbəblər bazardakı pul miqdarının artmasına və dolayısıyla 
inflyasiyaya yol açan faktorlar olaraq sayıla bilər.  
 
Bəzən,  ilk  mərhələdə  pul  miqdarında  hər  hansı  bir  artım 
olmadan  da  qiymətlər  ümumi  səviyyəsinin  yüksəlməsinə  və  iqtisa-
diyyatda inflyasionist bir gedişin ortaya çıxmasına yol açan faktorlar 
vardır. Bunların başında çeşidli səbəblərlə ortaya çıxan mal təklifin-
dəki yetərsizliklər gəlməkdədir. Yəni məcmu təklifin məcmu tələbin 
altına düşdüyü hallar inflasiya üçün zəmin hazırlamaqdadır. Bunu  da 
vurğulamaq  lazımdır  ki,  pul  miqdarının  artmasıyla  deyil,  digər 
faktorlar səbəbiylə ortaya çıxan inflasiya da, nəticədə pul miqdarının 
artmasına yol açmaqdadır.  
 
Đqtisadçılar,  inflyasiyanın  bir  çox  növündən  bəhs  edirlər. 
Bunlardan  ən  çox  duyulanı,  Məsrəf  inflyasiyası  (xammallardan 
birinin  və  ya  bir  neçəsinin  qiymətlərində  meydana  gələn  artımlar 
səbəbiylə ortaya çıxan), Tələb inflyasiyası (bir iqtisadiyyatda nomi-
nal  gəlirin  yenə  o  iqtisadiyyatdakı  real  gəlirdən  daha  çox  artması 
səbəbiylə  ortaya  çıxan),  Maaş  inflyasiyası  (istehsalda  həqiqi  bir 
məhsuldarlıq artışı olmadan maaş artışları səbəbiylə ortaya çıxan) və 
Xarici Aləmdən Qaynaqlanan inflasiyadır (başqa ölkələrdə qiymət 
artışlarının təsiriylə ortaya çıxan).
311
  
 
Yuxarıda  verilənlərin  xaricində  Sinsi  inflasiya  (qiymət  yük-
səlişlərinin xəfif  olduğu,  yavaş və özünü  hiss etdirməyən)  və Hiper 
inflasiya  (pulun  çox  sürətli  bir  şəkildə  dəyərini  itirdiyi)  çeşidləri 
mövcuddur.  
                                                 
310
   Tevfik Pekin, Makro Đktisat, Đzmir, 1996, s. 55 
311
   Pekin, ss. 55-56 


Yüklə 4,67 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə