Microsoft Word Design Cihan doc



Yüklə 4,67 Kb.
Pdf görüntüsü
səhifə47/64
tarix23.01.2018
ölçüsü4,67 Kb.
#22085
1   ...   43   44   45   46   47   48   49   50   ...   64

Đnflyasiya, faiz, valyuta məzənnəsi                         Dr. Cihan Bulut, Nəsimi Kamalov  
arasındakı münasibət və Azərbaycan                                           
 
159 
kişi-qadın  nisbətində demək  olar ki, ciddi bir dəyişiklik  olmamışdır. 
Müqayisə üçün qeyd edək ki, 1990- cı ildə kişilər əhalinin 48,8%-ni, 
qadınlar  isə  51,2%-ni  təşkil  edirdi.  1995-  ci  ildə  isə  bu  rəqəmlər 
uyğun olaraq 49,1% və 50,9% idi. 
 
Bütün  əhalinin  29  faizini  15  yaşınadək  uşaqlar,  6  faizini  isə, 
yaşı 65-dən yuxarı olan şəxslər təşkil edir. Ayrılıqda kişilər arasında 
15  yaşınadək  uşaqlar  30%,  65  yaş  üzərindəki  şəxslər  isə  5%  təşkil 
edir. Qadınlar arasında isə bu rəqəmlər uyğun olaraq 27% və 7%-dir. 
 
Azərbaycan ərazisinin kiçik olmasına baxmayaraq, həmişədən 
çoxmilli bir ölkə olaraq bilinməkdədir. Ölkə bu gün də həmin xüsu-
siyyətini  eyni şəkildə qorumaqda və  davam  etdirməkdədir. Əhalinin 
son  siyahıyaalınmasının  nəticələrinə  görə,  hal-hazırda  ölkənin  milli 
tərkibi aşağıdakı kimidir: 
 
Azərbaycanlılar  90,6%  (7953,4  min  nəfər),  ləzgilər  2,2% 
(178,0  min  nəfər),  ruslar  1,8%  (141,7  min  nəfər),  ermənilər  1,5% 
(120,7 min nəfər), talışlar 1,0% (76,8 min nəfər), avarlar 0,6% (50,9 
min  nəfər),  türklər  0,5%  (43,4  min  nəfər),  tatarlar  0,4%  (30,0  min 
nəfər), ukraynalılar 0,4% (29,0  min  nəfər), saxurlar 0,2% (15,9 min 
nəfər),  gürcülər  0,2%  (14,9  min  nəfər),  kürdlər  0,2%  (13,1  min 
nəfər), tatlar 0,13% (10,9 min nəfər), yəhudilər 0,1% (8,9 min nəfər), 
udinlər  0,05%  (4,2  min  nəfər)  və  digər  millətlər  0,12%  (9,5  min 
nəfər). 
 
Öz  millətinin  dilində  sərbəst  danışa  bilən  əhalinin  bütövlükdə 
ölkə  üzrə  xüsusi  çəkisi  99,2%-dir.  Bu  göstərici  azərbaycanlılar  ara-
sında ən yüksək 99,8%, ukraynalılar arasında ən az 32,4% təşkil edir.    
 
2.3. Əmək Ehtiyatları 
 
Statistik  məlumatlara  əsasən  Azərbaycanda  əmək  qabiliyyətli 
əhalinin sayı 1990-cı ildən 2002-ci ilə qədər əhalinin sayına müvafiq 
olaraq  artım  göstərmişdir.  Belə  ki,  1990-cı  ildə  ümumilikdə  ölkədə 
əmək qabiliyyətli əhali əgər 3941,0 min nəfər yaxud ümumi əhalinin 
55,3%-ni  təşkil  edirdisə,  2002-ci  ildə  bu  rəqəm  4892,9  min  nəfər 
yaxud 60,1% təşkil  etmişdir. Əmək qabiliyyətli əhali arasında artım 
xüsusilə qadınlar ararsında görülməkdədir. Belə ki, 1990-cı ildə 1000 
Dr. Cihan Bulut, Nəsimi Kamalov                         Đnflyasiya, faiz, valyuta məzənnəsi 
arasındakı münasibət və Azərbaycan 
                                         
 
 
160 
kişiyə düşən əmək qabiliyyətli qadınların sayı 982,3 nəfər təşkil edir-
disə, artıq 2002-ci ildə bu rəqəm 1020,8 nəfərə yüksəlmişdir.  
 
1990-cı ildən ölkənin iqtisadi həyatında yaşanan ciddi dəyişik-
liklər  ki,  bunların  başında  bazar  iqtisadiyyatına  keçidlə  əlaqədar 
yaşanan  problemlər  durmaqdadır, əmək ehtiyatları  və onların iqtisa-
diyyata  cəlbi  ilə  əlaqədar  bəzi  problemlərin  ortaya  çıxmasına  səbəb 
olmuşdur. Bu problemlərdən ən mühüm olanı məşğulluq məsələsidir. 
 
Köhnə  Sovetlər  Đttifaqı  ərazisində  ortaya  çıxan  yeni  müstəqil 
dövlətlər,  bəzi  obyektiv  və  subyektiv  səbəblərdən  1990-cı  illərin 
ortalarına qədər bir-birindən uzaqlaşma siyasəti yürütməyə başlamış-
lar. Bunun da nəticəsi olaraq, Sovetlər Đttifaqından qalma müəssisələr 
fəaliyyət göstərmə şanslarını tamamilə itirmişlər. Digər tərəfdən köh-
nə  texnologiyaya  əsaslanan  bu  müəssisələrin  yeni  bazar  şərtlərində 
rəqabət  gücünün  olmaması,  demək  olar  ki,  bütün  müəssisələrin 
fəaliyyətinin  dayanmasına  gətirib  çıxarmışdır.  Bu  da  təbii  olaraq 
ölkədə işsizlər ordusunun yaranmasına səbəb olmuşdur. 
 
Ermənistanın Azərbaycana elan olunmamış müharibəyə başla-
ması,  həm  Ermənistan,  həm  də  müharibənin  getdiyi  Azərbaycan 
ərazilərində  məskunlaşmış  əhalinin  köçməsi,  dolayısı  ilə,  ölkədə 
qaçqınlar  və  köçkünlər  ordusunun  yaranmasına  səbəb  olmuşdur.  Bu 
da öz növbəsində işsiz əhalinin artması deməkdir. 
 
Müstəqilliyin ilk illərində, bir tərəfdən elan olunmamış müha-
ribə, digər tərəfdən  daxili çəkişmələrin baş alıb getməsi  həmin dövr 
iqtidarının  diqqətini  iqtisadiyyatdan  yayındırmışdır.  Bu  da  ölkədə 
bütün  makroiqtisadi  tarazlığın  pozulmasına,  işsizlik  probleminin 
daha da dərinləşməsinə səbəb olmuşdur. 
 
Problemin  həllinə  yönəlmiş  tədbirlər,  ancaq  1990-cı  illərin 
ikinci  yarısından  etibarən  alınmağa  başlamışdır.  Ölkədə  lazımi 
struktur dəyişiklikləri ilə başlanan bu proses, sonradan ölkəyə xarici 
investorların  müxtəlif  layihələr  üzrə  fəaliyyətə  cəlbi,  eyni  zamanda 
yerli  sərmayə  sahiblərini  ölkə  iqtisadiyyatına  kapital  qoyuluşuna 
təşviqi ilə davam etdirilməkdədir.  
 


Đnflyasiya, faiz, valyuta məzənnəsi                         Dr. Cihan Bulut, Nəsimi Kamalov  
arasındakı münasibət və Azərbaycan                                           
 
161 
Son dövrlərdə işsizlik probleminin həllinə yönəlmiş hökumətin 
atdığı  adımlar  da  diqqəti  cəlb  etməkdədir.  Belə  ki,  işsizlərə  müavi-
nətlərin  verilməyə  başlanması,  ölkənin  müxtəlif  ərazilərində  “əmək 
bazarları”nın təşkili yalnız təqdirə layiq hal kimi alqışlana bilər. Lakin 
bunu da qeyd etmək lazımdır ki, işsizlik məsələsi bugünün Azərbaycan 
iqtisadiyyatının ən ağrılı tərəflərindən biridir. 
 
Rəsmi statistik göstəricilərə görə, 2001-ci ildə ölkə ərazisində 
işsizlərin sayı 48446  nəfər, yaxud  iqtisadi fəal əhalinin  1,3% qədər-
dir. Đşsizliyə görə müavinət alan işsizlərin sayı isə 3117 nəfər, yaxud 
iqtisadi fəal əhalinin 0,1% qədərdir.  
 
Unutmamaq  lazımdır  ki,  bu  rəqəmlər,  yalnız  məşğulluq  xid-
mətində rəsmi status alan şəxslərin sayını göstərməkdədir. Yəni ölkə 
ərazisindəki  işsizlərin  sayının  real  göstəricisi  deyildir.  1999-cu  ildə 
keçirilmiş  əhalinin  qeydə  alınması  zamanı  əhalinin  11,6  faizi  işsiz 
kimi  qeydə  alınmışdır.  Ölkənin  müxtəlif  yerlərində,  ilk  növbədə 
Bakıda və digər şəhərlərdə müşahidə olunan fəhlə bazarları işsizliyin 
daha da yüksək səviyyədə olmasından xəbər verir
282

 
Statistik  məlumatlara  istinadən,  2001-ci  ildə  Azərbaycanda 
məşğul olan əhalinin 1240 min nəfəri, yaxud məşğul əhalinin 33,4%-i 
dövlət,  2475  min  nəfəri,  yaxud  66,6%-i  qeyri  dövlət  sektorunda 
çalışmaqdadır.  Məşğul  olanların  sahələr  üzrə  bölgüsü  2001-ci  ildə 
onların 39,9 faizinin kənd təsərrüfatı, 17,8 faizinin emal sənayesi, 8,6 
faizinin təhsil, 7,2 faizinin dövlət idarəetməsi və müdafiə, 4,6 faizinin 
səhiyyə  və  sosial  xidmətlər,  4,5  faizinin  nəqliyyat  və  rabitə,  4,5 
faizinin emal sənayesi, 4,2 faizinin tikinti və qalanlarının iqtisadiyyatın 
digər sahələrində çalışdıqlarını göstərməkdədir. 
 
                                                 
282
   UNDP, Azərb. Respublikasında Đnsan Đnkişafı Haqqında Hesabat 2002, s. 32  
Dr. Cihan Bulut, Nəsimi Kamalov                         Đnflyasiya, faiz, valyuta məzənnəsi 
arasındakı münasibət və Azərbaycan 
                                         
 
 
162 
II. AZƏRBAYCAN ĐQTĐSADĐYYATININ SAHƏLƏR 
ÜZRƏ VƏZĐYYƏTĐ 
 
1. ÜDM 
 
Bir  ölkənin  iqtisadi  durumunu  dəyərləndirərkən  ilk  öncə  o 
ölkənin  ümumi  daxili  məhsulu  ələ  alınmaqdadır.  Mövzunun  daha 
yaxşı  anlaşılması  üçün  ələ  alınan  1990-2000-ci  illər  arasındakı  10 
illik bir dövrdə illər etibariylə Azərbaycanda ÜDM rəqəmi aşağıdakı 
şəkildə reallaşmışdır: 
 
Tablo: 3. Azərbaycanda ÜDM və Adam Başına ÜDM 
 
ÜDM 
Fərd Başına ÜDM 
Đllər 
Mln. Manat 
Əvvəlki ilə 
görə% 
Manat 

1990 
1466 

207.8 

1991 
2672 
99.3 
373,6 

1992 
24100 
77.4 
3318,6 
237 
1993 
157082 
76.9 
21302 
230 
1994 
1873387 
80.3 
250568.4 
270 
1995 
10668800 
88.2 
1410329,3 
319 
1996 
13663200 
101.3 
1787651,6 
416 
1997 
15791400 
105.8 
2045968,7 
513 
1998 
17203100 
110.0 
2207506,7 
571 
1999 
16489000 
107.4 
2097090,1 
573,7 
2000 
23591000 
111.1 
2767765,5 
618 
2001 
26619800 
109.9 
3331100 
689 
2002 
29600000 
110,6 
3700000 
756 
2003* 
32800000 
109,5 
4000000 
800 
*- Təxmin edilir 
Qaynaq: 
 Dövlət Statistika Komitəsi (DSK)1999, 2000; 
http://www.azstat.org/publications/yearbook/2002/az/0011.shtml#t11;
 
Zaman qəzeti 18-22 yanvar 2003 s.2; 
Bülten, Tüsiab Cemiyeti,  No: 01/89 14 Yanvar 2003 
 
1990-2002-ci  illər  arasında  Azərbaycanda  tabloda  verilən 
məlumatlara görə, nominal  olaraq ÜDM-da artım göründüyü halda, 
onun  real  dəyərlərlə  ifadəsi,  sözü  gedən  illərin  ilk  başlarında  düşü-


Yüklə 4,67 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə