Microsoft Word Design Glo Kongre doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə59/77
tarix12.10.2018
ölçüsü1,5 Mb.
#73681
1   ...   55   56   57   58   59   60   61   62   ...   77

Caucasus and Central Asia in the Globalization Process
 
 
364 
•  Azərbaycanın Xəzər sahillərindən başlayan və 
Rusiayanın  Novorosiysk  və  Gürcüstanın  Supsa 
limanına kimi uzanan, gündəlik ötürmə gücü 100 
min və 115 min barel olan “Şimal” (Bakı-Novoro-
siysk) və “Qərb” (Bakı-Supsa) Đlkin Neft Kəmər-
ləri. 
•  Qazaxstan  və  Azərbaycan  arasında  ildə  733 
milyon  barel  Qazaxstan  neftinin  BTC-yə  daşın-
masını nəzərdə tutan barja müqaviləsi. 
•  Qazaxsatanın  Atyrau  şəhərindən  Rusiyanın 
Samara  şəhərinədək  uzanan    Rusiyaya  məxsus, 
gücü  gündə  300  min  barel  olan  Atyrau-Samara 
kəməri. 
•  Đkinci mərhələsində Çinə qədər üzadılması və 
gündəlik  gücü  400  min  barelədək  artırılması 
nəzərdə tutulan Qazaxstan-Çin boru xətti. 
•  Qazaxstan neft yataqlarını Rusiyanın Novoro-
siysk  limanına  daşıyan  və  gündəlik  daşıma  qabi-
liyyəti  560  min  barel  olan  Xəzər  Boru  Xətti 
Konsorsiumu. 
•  Qazaxstan və Türkmənistan arasında boru xətti. 
•  Đran  və  Türkmənistan  arasında  neft  mübadi-
ləsini nəzərdə tutan razılaşma. 
•  Rusiayanın  nəzarətində  olmayan  əsas  enerji 
layihələrindən biri olan Bakı-Tbilisi-Ərzurum qaz 
kəməri. 
•  Türkmənistan  və  Đran  arasında  mövcud  olan 
Korpedze-Kurt-Kui  kəməri.  Bu  kəmər  Mərkəzi 
Asiyada  Rusiyaya  məxsus  olmayan  ilk  qaz  kə-
məridir  və  kəmərin  illik  gücü  8.5  milyard  kub 
metrdir.   
•  Türkmənistan qazını Qazaxstan vasitəsilə Ru-
siyanın  Qazprom  şirkətinin  sisteminə  daşıyan 
Mərkəzi Asiya-Mərkəz Boru Xətti. Kəmərin Şərq 
və  Qərb  bölmələrinin  illik  gücü  100  milyard  kub 
metr təşkil edir.  
•  Özbəkistan  qazının  şimali  Qazaxstana  daşın-
masında əhəmiyyətli rola malik olan və illik daşı-
ma  gücü    22  milyard  kub  metr  təşkil  edən 
Daşkənd-Bişkek-Almatı qaz kəməri. 
Xalqımızın  Ümummilli  Lideri  Heydər  Əliye-
vin  yeni  neft  strategiyasının  ən  mühüm  tərkib 
hissələrindən biri olan Bakı-Tbilisi-Ceyhan regio-
nun  eləcədə  dünyanın  ən  böyük  enerji  meqala-
yihələrindən biridir və Şərq-Qərb enerji dəhlizinin  
əsaını təşkil edir. Qazaxstanın bu kəmər vasitəsilə 
ildə  20-25  milyon  ton  neft  nəql  etmək  barədə 
planları layihənin miqyası barədə təsəvvür yaradır.  
Bakı-Tbilisi-Ceyhan  əsas  ixrac  nef  kəməri 
Avropa  üçün  durmadan  artan  enerji  tələbatlarını 
ödəməyə geniş imkanlar yaradan ən mühüm layi-
hələrdən  biri  sayıla  bilər.  Avropa  Đttifaqında  bu 
layihə,  Qazaxstan  neftinin  gələcəkdə  bu  kəmər 
vasitəsilə ixrac olunması ilə daha ucuz neft almaq 
imkanı kimi nəzərdən keçirilir.  Bu prosesin uğur-
la  həyata  keçirilməsi  öz  növbəsində  Avropanın 
enerji  təhlükəsizliyində  Azərbaycan  önəmli  möv-
qe tutmasına səbəb olmaqla yanaşı Avropa Birliyi 
və  Azərbaycanın  daha  da  yaxınlaşmasına  gətirib 
çıxaracaq. 
Qazaxstan  neftinin  BTC  ilə  nəqlinə  dair  razı-
laşma əldə olunduqdan sonra kəmərin bölgə üçün 
əhəmiyyəti  dəfələrlə  artmışdır.  Qazax  neftinin 
BTC-yə çatdırılmasını həyata keçirəcək 3 milyard 
ABŞ dolları dəyərində Aktau-Bakı sisteminin (700 
km) tikintisi istiqamətində danışıqlar 2002-ci ildən 
başlamışdır..  Qazax  neftinin  BTC  ilə  nəqlinin 
2010-cu  ildə  həyata  keçirilməsi  nəzərdə  tutulur. 
Bu prosesi həyata keçirmək üçün BTC-nin daşıma 
potensialı gündə 1.7 milyon barelədək artırılacaq-
dır. 
BTC  yalnız  Azərbaycan  deyil  Orta  Asiya  və 
Đranın da enerji resurslarını Gürcüstan və Türkiyə 
üzərindən Avropa bazarlarına daşıma potensialına 
malikdir. Bu Orta Asiyadan Avropaya yeniden hər 
hansı bir boru xəttinin çəkilməsi zərurətini aradan 
qaldırmaqla  enerji  şirkətlərini  artıq  xərclərdən 
xilas edir və beləliklə Azərbaycanın Avropa enerji 
təhlükəsizliyi  məsələsində  əhəmiyyətini  ikiqat 
artırmış  olur.  Gələcəkdə  Azərbaycan  üzərindən 
Gürcüstana təbii qaz ixrac edən Đranın da BTC ilə 
neft  ixrac  etməsi  perspektivlərinin  tərəflər  ara-
sında müzakirə predmeti olacağı istisna edilmir 
BTC və reallaşmaqda olan Bakı-Tbilisi-Ərzu-
rum təbii qaz boru xətti Cənubi Qafqazda strateji 
reallığı Azərbaycanın xeyrinə dəyişmişdir. Nəticə-
də Türkiyə  Gürcüstan  və  Azərbaycanın enerji  şə-
bəkələri daha da mərkəzləşmiş sistemə çevrilərək 
Şərq-Qərb  Nəqliyyat  Dəhlizinin  əhəmiyyətinin 
artmasına səbəb olmuşdur. 
Qafqaz  və  Mərkəzi  Asiya  enerji  layihələrinin 
həyata keçirilməsində əsas maneələr regionda Ru-
siyanın nəzarətində olmayan kifayət qədər nəqliy-
yat  infrastrukturunun  olmaması,  Rusiyanın  qərb 
şirkətlərinin  ona  məxsus  boru  xətləri  şəbəkəsinə 
qoşulmasına maneçilik törətməsi və onun ərazisin-
dən keçməyən layihələrin reallaşmasına maneçilik 
törətməsidir.  Bu  maneələrin  aradan  qaldırılması 
Qafqaz  və  Mərkəzi  Asiya  regionunda  yataqların 
işlənməsində  xarici  investisiyaların  cəlb  olunma-
sına  səbəb  olmaqla  bölgənin  inkişafına  öz  töh-
fəsini vermiş olar. Hal-hazırda isə Rusiaya inhisar 
mövqeyindən  istifadə  edərək  regionda  istehsal 
olunan  qazı  bazar  qiymətlərindən  3-4  dəfə  ucuz 
qiymətə (hər min kub metr üçün 44 ABŞ dolları) 
alaraq  Avropa  bazarlarında  mövcud  yüksək  qiy-
mətlərə  (hər  min  kub  metr  üçün  220-250  ABŞ 
dolları)  satır.  Təkcə  bunu  qeyd  etmək  kifayətdir 


II International Congress
 
 
365 
ki,  2003-cü  ildə  Rusia  və  Türkmənistan  arasında 
demək  olar  ki,  bütün  Türkmən  qazının  2009-cu 
ilədək  Rusiya  tərəfindən  alınması  ilə  bağlı  saziş 
imzalanmışdır.  Eyni  problem  Özbəkistan  qazı  ilə 
də  mövcuddur.  Belə  ki,  Özbəkistanın  qaz  yataq-
larına  giriş  xarici  ölkələrdən  yalnız  Rusiyaya 
məxsusdur. 
Lakin  2006-cı  ildə  2009-cu  ildən  sonra  30  il 
ərzində  ildə  təqribən  30  milyard  kub  metr  qazın 
Çin tərəfindən alınmasını nəzərədə tutan Türkmə-
nistan və Çin arasında bağlanan müqavilə regiona 
xarici  investisiyaların  axını  üçün  münbit  şəraitin 
yaradıldğı  barədə  optimal  fikirlər  söyləməyə 
imkan yaradır.  
Gələcəkdə  bu  bölgədə  həyata  keçirilən  enerji 
layihələri sırasına Hindistanın da qoşulması nəzər-
də  tutulduğu  Trans-Əfqanıstan  Kəməri,  Türkmə-
nistan  qazının  Əfqanıstana  nəqlini  həyata  keçi-
rəcək. 
Bölgənin enerji layihələrinin həyata keçirilmə-
sində  qabaqcıl  yer  tutan  ölkələr  Qazaxstan  və 
Azərbaycandır. Belə ki, hər iki ölkə bu layihələrdə 
xarici investisiyaların iştirakına əlverişli şərait ya-
ratmaqla  adambaşına  ÜDM-in  və  enerji  sektorla-
rında  beynəlxalq  səviyyədə  rəqabət  qabiliyyətlə-
rinin  kəskin  artımına  nail  olmuşlar.  Regionda 
həyata  keçirilən  enerji  layihələri  hesabına  Azər-
baycan  iqtisadiyyatına  qoyulmuş  investisiyaların 
həcmi  təkcə  2003-2004-cü  illərdə  30%-dən  çox 
artmışdır. Bu layihələrdə yaxından və aktiv iştirak 
etməklə  hər  iki  ölkə  digər  region  ölkələrinə  nis-
bətən Rusiyanın nəzarətində olmayan hidrokarbon 
ixrac marşrutlarına daha geniş çıxış əldə etmişlər. 
Đnşası  hələdə  davam  edən  Bakı-Tbilisi-Ərzu-
rum  (BTƏ)  qaz  kəməri  isə  Xəzər  qazının  Yuna-
nıstana kimi daşınmasında əhəmiyyətli rola malik 
olacaqdır.  Gələcəkdə  isə  kəmərin  Orta  Asiya  və 
Xəzər  hövzəsi  qazını  Yunanıstan,  Đtaliya  və 
Avstriyaya çatdıracaq Nabucco qaz kəmərinə bir-
ləşdirilməsi  ilə  geniş  bir  şəbəkənin  yaradılması 
nəzərdə tutulur.  BTƏ  qaz  kəmərinin ilkin  ötürmə 
qabiliyyəti  7-8  milyard,  sonradan  isə  20  milyard 
kub  metrə  olması  planlaşdırılır.  Bu  kəmər  Azər-
baycan qazını Avropa bazarlarına daşımaqla yana-
şı  qardaş  Türkiyənin  təbii  qaza  olan  tələbatının 
böyük  bir  hissəsinin  Azərbaycan  qazı  hesabına 
ödənilməsində  əhəmiyyətli  rola  malik  olacaqdır. 
Avropada  bir  çox  mütəxəssislər  Bakı-Tbilisi-
Ərzurum  qaz  xəttinin  reallaşmasına    Rusiyanın 
qaz  asılılığından  azad  olmaqda  əhəmiyyətli  rola 
malik faktor kimi nəzərdən keçirirlər. Eyni zaman-
da  Transxəzər  sistemi  və  Cənubi  Qafqaz  boru 
kəməri  layihələri  də  uğurla  həyata  keçirilmək-
dədir.   
Azərbaycanın  qaz  kəmərlərinin  hazırki 
potensialı, 2012-ci ildə Azərbaycanın özünün qaz 
ixracının  7-9 milyard kub metrə çatacağını nəzərə 
alsaq, əlavə 11 milyard kub metr qaz tranzit etmək 
imkanı yaradacaqdır. Türkmənistan qazının Avro-
pa  bazarlarına  çıxarılması  üçün  Türkmənistanın 
qaz kəmərlərini sadəcə Sangaçala çatdırması tələb 
olunur. Və bunula da Türkmənistan qazının Avro-
pa bazarlarına çatdırılması təmin olunmuş olar. 
Rusiya  və  Ukrayna  arasında  qaz  tranziti  ilə 
əlaqədar baş verən konfliktən sonra Azərbaycanın 
Avropa bazarları üçün tranzit ölkəsi kimi əhəmiy-
yəti  daha  da  artmışdır.  Avropa  enerji  təhlükəsiz-
liyində  Azərbaycanın  daha  önəmli  tranzit  ölkə 
mövqeyi tutması Azərbaycan-Qazaxstan və Azər-
baycan-Türkmənistan  arasında  Trans  Xəzər  Boru 
Xətti  Layihələrinin  reallaşması  nəticəsində  ger-
çəkləşə bilər. Lakin hələlik Türkmənistan və Azər-
baycan  arasında  Xəzərin  bölgüsü  ilə  bağlı  prob-
lemlər  həllini  tapmadan  bu  layihələrin  həyata 
keçirilməsi  ləngiyir.  Bundan  başqa  Đran  və  Tür-
kiyə Xəzərin dibi ilə hər boru xətlərinin çəkilmə-
sinə  süni  əngəllər  yaradaraq  bu  layihəlırin  real-
laşmasına mane olurlar.  
Đqtisadi  əhəmiyyətindən  başqa  həyata  keçiri-
lən  və  gələcəkdə  həyata  keçirilməsi  nəzərdə  tu-
tulan  enerji  layihələrinin  siyasi  əhəmiyyəti  də 
danılmaz  faktdır.  Belə  ki,  bu  layilərdə  iştirak  et-
mək  istəyi  işğalçı  Ermənistan  Respublikasının 
Qarabağ  probleminin  həllində  daha  konstruktiv 
mövqe tutmasına, eləcə də regionda demokratiya, 
vətəndaş  cəmiyyətlərinin  sürətli  inkişafına  güclü 
təkan  verə  bilər.  BTC-nin  Azərbaycan  üçün 
Moskva-Yerevan-Tehran  üçlüyünün  təsirini  neyt-
rallaşdırmaq  istiqamətində  necə  güclü  silah 
olduğunu nəzərə alsaq,  Orta Asiya və Azərbaycan 
qazının  Xəzər  dənizindən  keçməklə  Avropaya 
nəqlini  nəzərdə  tutan  Transxəzər  qaz  kəmərinin 
Qarabağ  probleminin  həllində  nə  dərəcədə  təsirli 
vasitə olacağını təsəvvür etmək çətin deyil. Trans-
xəzər qaz kəməri vasitəsilə Türkmənistan qazının 
Avropaya  nəqlinin  reallaşması  Azərbaycana  tran-
zit haqqı olaraq böyük gəlirlər gətirməklə yanaşı, 
Avropanın  Rusiayanın  qaz  asılılığından  azad  ol-
masına səbəb olacaq. Bu layihə həm də ona görə 
əhəmiyyətlidir ki, Azərbaycan tranzit haqqını təbii 
qazla almaqla Rusiyadan qaz idxal etməkdən yaxa 
qurtarmış olar. 
Azərbaycan,  Đran, Türkmənistan arasında Xə-
zər  dənizinin  bölgüsü  üzrə  aparılan  danışıqlar 
uğurla  başa  çatdıqdan  sonra  bölgədə  enerji  layi-
hələrinin  həyata  keçirilməsi  daha  da  sürətlənə 
bilər.  Ümumiyyətlə  Qafqaz  və  Mərkəzi  Asiya 
regionunda  enerji  layihələrinin  miqyasının  geniş-
ləndirilməsi Rusiyanın region ölkələrinə siyası və 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə