Caucasus and Central Asia in the Globalization Process
360
Ərəbistanı), AcĐP (Đtaliya), Luk- Acip (SP Rusiya
–Đtaliya), Elfa-Agiten (Fransa,) Total (Fransa),
Demineks (Almaniya), OPES (Đran), Finna (Bel-
çika), Şevron (ABŞ), Mobil (ABŞ) dünya kompa-
niyaları iştirak etmiş və investisiyalar qoymuşlar.
Layihələrin işlənilməsi gedişində «BP» və
«Amoko» kompaniyaları öz paylarını birləşdirərək
dənizdə neft layihələrinin 34,2%-nə yiyələnmiş,
BTc neft boru kəmərinin çəkilişində həlledici sözə
malik olmuşlar. Müasir inkişaf etmiş sənaye
ölkələrində bu hal adi inhasarçılıq amilidir.
Bunun nəticəsidir ki, bu gün bu kompaniya
rəhbərliyi öz istədiklərini diktə edir, Azərbaycan
qanunvericiliyi xilafına Həmkar Đttifaqları təşkilat-
ları tələblərini nəzər almır, ixtisaslı və təcrübəli
neft sahələrində işlə əmək bacarığı olan yerli mü-
həndis və fəhlələr əvəzinə neft sahələrində işləmə
təcrübəsi olmayan xariciləri işə cəlb edir və onlara
azərbaycanlı işləyənlərdən 6-10 dəfə çox əmək
haqqı verirlər.
Azərbaycan Respublikası hökumətinin bütün
ölkələrə bərabər və demokratik yanaşması, 1993-
1996-cı illərdə Azərbaycanın ağır maliyyə çətin-
liyi qərb neft kompaniyalarının bu vəziffətdən öz
xeyrlərinə istifadə etməsinə səbəb olmuşdur.
Bu gün müasir enerji layihələrindən olan qaz
enerji axını layihələri Türkiyənin də diqqətini cəlb
etmiş və Türkiyə Azərbaycanla qərbə qaz axının
təşkili sferasında əməkdaşlığı genişləndirmək ma-
rağındadır. Məhz artıq çəkilib başa çatmaqda olan
Bakı Ərzurum Şahdəniz yatağından istifadə qaz
kəməri bu maraqlara xidmət edir və hər iki trans
neft və qaz kəməri çəkilişində Gürcüstan və Tür-
kiyə trans nəqliyyat xidmətini həyata keçirirlər.
Artıq beynəlxalq kompaniyaları tərəfindən
neft və qaz enerji layihələrinin həyata keçirilmə-
sinə 18,8 mlrd ABŞ dolları sərf edilmiş və onlar
tərəfindən nəzərdə tutulan başqa Xəzərdəniz enerji
layihələrinin həyata keçirilməsi daha 22 mlrd.
ABŞ dolları məbləğində kapital qoyuluşu tələb
edir. Enerji layihələrində 2010-cu ildə Azərbay-
canda neft hasilatının 46 mln. tona çatdırılması
nəzərdə tutulmuşdur.
Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə enerji
layihələri həyata keçirilməzdən əvvəl Azərbaycan
və Gürcustanda əsasən yüngül və yeyinti sənayesi;
Özbəkistan, Türkmənistan, Qırğızıstan və Taciks-
tanda isə yüngül Sənaye yüksək səviyyədə inkişaf
etdirilmişdi. Enerji layihələrinin həyata keçiril-
məsi mərhələsində Azərbaycan, Türkmənistan,
Özbəkistan və Qazaxıstan neft-qaz hasilatı səna-
yesi bəhs etdiyimiz Azərbaycan və Mərkəzi Asiya
ölkələrinin enerji bazasını təşkil edirdi. Qazaxstan
Respublikasında kömür hasilatı sənayesində inki-
şaf etdirilmişdi.
Artıq XXI əsrdə Azərbaycan və Mərkəzi
Asiya ölkələri əhalisinin bütün dünya əhalisinin
1,0%-ni, Türkiyə əhalisini və bu region ölkələrinin
bütün dünyaya yayılmış iş axtarma məqsədi ilə
vaxtı ilə emmiqrasiya etmiş əhalisini və müxtəlif
ölkələrdə yaxın ətrafda nəzərə alınmayan türk
əhalisini də nəzərə alsaq dünya əhalisinin 4,0%-ni
təşkil etdiyi və bu regionda enerji layihələrinin
həyata keçirilməsi zərurəti diqqəti cəlb edmək-
dədir. Müasir zamanda iqtisadi artım bu ölkələrdə
əhəmiyyətli dərəcədə xarici maliyyələşmə mənbə-
lərinə dəstəklənməli və əvvəllərdə xammal əlavəsi
kimi fəaliyyət göstərməkdən imtina edilməlidir.
Əsas enerji layihələrinin həyata keçirildiyi
Qazaxıstanın iqtisadiyyatı «Mərkəzi Asiya» regio-
nunda, Azərbaycanın iqtisadiyyatının isə Qafqaz
regionunda ən inkişaf etmiş iqtisadiyyata malik
olduğundan bu regionların ölkələri üçün onlar
inkişaf istiqamətinə çevrilməlidir. Bazar iqtisadiy-
yatına keçid dövründə bu 2 ölkədə emal sənayesi
kəskin ixtisar edilmiş, hasilat sənayesi isə dəfələr-
lə artırılmışdır. Post Sovet erasında milli iqtisadiy-
yat əsasən xammal istehsalına yönəldildiyindən
türk-müsəlman respublikalarında (müstəmləkələ-
rində) bilərəkdən ağır sənaye sahələrinin təşkil
edilməsi arxa plana keçirilmişdi.
Artıq keçən əsrin sonlarında müstəqillik əldə
etmiş bu xalqlar enerji layihələrinin həyata keçiril-
məsindən əldə edilən maliyyə gəlirləri hesabına
ölkələrində ağır sənaye sahələri, o cümlədən ma-
şınqayırma, metallurgiya, hərbi sənaye təyyarəçi-
lik və raket texnologiyasının istehsalını təşkil
etməlidirlər. Fikrimizcə təşkil ediləcək bu sənaye
sahələrində 9,5 milyon yeni işçi yerləri yaradıla
bilər ki, nəticədə ixtisaslı işçi qüvvəsinin xaricə
miqrasiyası qarşısı alınardı. Bu isə həmin ölkələrin
qarşıdakı 20 il ərzində ixtisaslı işçi qüvvəsi hazır-
lanmasında 900 milyard dollara qənaət etmələri ilə
nəticələnərdi, çünki hər ildə Qafqaz və «Mərkəzi
Asiya ölkələrindən» Avropa və Amerikanın əmək
bazarlarına 75 min nəfər mühəndis və başqa mü-
təxəssislər əməyi ucuz qiymətə cəlb edilir və bu
işçi qüvvəsinin immiqrasiya edildiyi ölkələr tərə-
findən «Qafqaz» və «Mərkəzi Asiya ölkələrinə
heç bir kompensasiya ödənilmir.
Qazaxıstan, Türkmənistan və Özbəkistan
xalqları keçmiş müstəmləkə rejimləri tərəfindən
aralarına atılmış nifaq toxumlarını «öz vüqarlı
keçmişlərinə» nəzər salıb «böyük Alp-Ər Tunqa-
ları», «Əmr Teymurları», «Bilgə-Xaqanları»,
«Səbuktəkinləri», Alp-Arslanları, M.Fatehləri,
«Səttar xanları» xatırlayaraq məhv etməli, enerji
layihələrindən gələn gəlirlər hesabına vahid «Ağü-
zün Bərpası fondunu» təşki etmələri və bu fond-
dan kapital qoyuluşlarını XIII əsrin onuncu illə-
Dostları ilə paylaş: |