Caucasus and Central Asia in the Globalization Process
362
diyyatlarının strukturunda keyfiyyət dəyşikliyi
edəcək strategiyalar işləməli və reallaşdırılmalıdır
ki, strategiya həmin ölkələrin iqtisadiyyatının sabit
yüksəlişinə nail olmaqla insan, istehsal və təbii
ehtiyatlardan səmərəli istifadə edilməsi və ümumi-
likdə bu regionlarda ictimai əməyin məhsuldar-
lığının yüksəldilməsi və bir nəfərə UMM isteh-
salının artırılması ilə nəticələnəcəkdir.
Bu gün həyata keçirilməkdə olan enerji layi-
hələrinin ABŞ Avropa və dünyanın başqa inkişaf
etməkdə olan ölkələri ilə Azərbaycanın və «Mər-
kəzi Asiya ölkələrinin iqrtisadi əlaqələrinin necə
möhkəmlənəcəyinə xüsusi diqqət ayrılmalıdır.
Azərbaycan, «Mərkəzi Asiya» ölkələri və
Türkiyə arasında çox saylı ikitərəfli müqavilələr
bağlanması ilə yanaşı, bu gün artıq bəhs region-
ların iqtisadi cəhətdən daha da yaxınlaşdırılması
üçün vahid iqtisadi ittifaqın, azad ticarət ərazi-
lərinin, «Mərkəzi Asiya» və Azərbaycan iqtisadi
ittifaqının, «Amu-Dərya-Xəzər» iqtisadi ərazisi
ittifaqının yaradılması vaxtı ölkələrimizin qapısını
döyməkdədir. Bu isə adı çəkilən ölkələr arasında
yeni iqtisadi və siyasi «məfkurə» birliyinin
yaradılmasını tələb edir.
XXI əsrin ikinci onilliyindən başlayaraq Azər-
baycan və «Mərkəzi Asiya» ölkələrinin elektrik
stansiyalarının avadanlıqlarla təchizində, texniki
və texnologiyanın elmi əsaslarla yenidən qurulma-
sında və yeni müasir ağır sənaye obyektlərinin
tikilməsində Yaponiya, Almaniya, Đsveç, Norveç
və ABŞ kimi ölkələrlə geniş iqtisadi əlaqələr ya-
ratmalı və enerji layihələrinin daha ucuz başa
gəlməsinə çalışmalıdır.
Müasir anqlo-saks və alman xalqları Azərbay-
can və mərkəzi Asiyanın türk xalqlarının da onlar
kimi, Kəyumərs evladı deyil, Yafəs oğlu olduqla-
rını unutmamalıdırlar.
Həyata keçirilən layihələr əmək ehtiyatların-
dan istifadə səmərəsinin yaxşılaşdırılmasında, bir
nəfərə ÜMM artırılmasında və bu region xalq-
larının vahid ailə sükanlarının özlərinə qaytarıl-
masında mühüm əhəmiyyətə malik olacaqdır.
ĐSTIFADƏ EDILMIŞ ƏDƏBIYYAT
1. Xacə Nəsrəddin Tusi. Əxlaqi Nasiri. Bakı, Elm, 1989.
2. Abbasqulu Ağa Bakıxanov. Gülustanı Đrəm. 1991-ci il.
Bakı, Elm.
3. Rəşid bəy Đsmayılov. Azərbaycan tarixi. Bakı, Azərnəşr,
1993.
4. Əliyev H.Ə. «Nitqləri» görüşləri və qəbulları. Azərbay-
can. 1990-2003.
5. Azərbaycan qəzeti. 2000-2006.
6. Azərbaycanın statistika göstəriciləri. Azərbaycan Dövlət
Statistika Komitəsi. Bakı, 2001, 20002, 2003, 2004,
2005, 2006.
7. Əmək bazarı. Azərbaycan Respublikası Dövlət Statistika
Komitəsi. Bakı, 2000.
8. Alaev G.B. i. dr. Qlobalğnoe soobhestva, novaə sistemı,
kooridnatı (podxodı problemı), M., 2000.
9. «Mmejdunarodnıe gkonomiçeskie otnoşeniə» Pod red.
prof. R.Rıbalkina V.E.M.2004
10. Qlobal economic prospects and the devolopin countries
Washington. World Bonk. 2000.
11. Yusif Shahid and Evenett S.j. «can East Asian compete.
Đnnovation for Qlobal Markets. Washington. World
Bank. 2002.
12. Barr N. Labour markets and Sosial policy in central and
Easter Europe: The transition an beyond. New York,
Oxford Univ. pres. 1997
363
QAFQAZ VƏ MƏRKƏZĐ ASĐYA ENERJĐ LAYĐHƏLƏRĐ
Rasim MEHBALĐYEV
Rabitə və Đnformasiya Texnologiyaları Nazirliyi,
Maliyyə, uçot və iqtisadi təhlil şöbəsi
Bakı / AZƏRBAYCAN
mrasim@mincom.gov.az
SUMMARY
XXI century is characterized with the implementation of the biggest energy projects. Constant increase of GDP of most of
the world countries boosted the demand for energy supplies. Political events in regions rich in energy reserves, especially Middle
East, forced USA and EU countries to look for new energy sources.
After the collapse of the Soviet Union Western investment flowing to the Caucasus and Middle Asia played a crucial role in
converting this region into one of the biggest energy suppliers of the world.
Today in this region very big energy projects are being implemented. The presence of these projects and the appropriate
investment climate created by the countries situated in the region , especially Azerbaijan and Kazakhstan give us strong reasons to
believe that this region will be one of the strongest political and economic centers of the world.
Besides it should be noted that the successful implementation of the above mentioned projects acted as a catalyst for the projects
in transport, communications and other sectors of the economy, thus boosting the development in these sectors. Enormous foreign
currency reserves coming from these energy projects is the financial guarantee of the success of any regional project.
XÜLASƏ
XXI əsrin başlanğıcı iri enerji layihələrinin həyata keçirilməsi ilə xarakterikdir. Belə ki, Dünya ölklərinin Ümumi Daxil
Məhsulunun artan templərlə artması sabit enerji təchizatlarına tələbi kəskin artırmışdır. Zəngin eneji mənbələrinə malik ölkələrdə,
xüsusilə də Yaxın Şərqdə baş verən siyasi hadisələr ABŞ və Avropa Birliyi Ölkələrini yüksək səviyyədə inkişaf etmiş
iqtiadiyyatlartının enerjiyə tələbatlarını ödəmək üçün alternativ enerji mənbləri axtarmağa məcbur etmişdir.
Sovet Đttifaqının dağılmasından sonra Qərb kapitalı karbohidrojen ehtiyatları ilə zəngin olan Qafqaz və Mərkəzi Asiya
regionuna axaraq bu regionun Dünyanın iri enerji mərkəzlərindən birinə çevrilməsinə səbəb olmuşdur.
Hazırada bu bölgədə iri enerji layihələri həyata keçirilməkdədir. Regionda iri enerji ehtiyatlarının mövcudluğu, burada
yerləşən ölkələrin xüsusilə də Azərbaycan və Qazaxstanın xarici investisiyaları üçün yaratdıqları əlverişli şərait Qafqaz və
Mərkəzi Asiya regionunun gələcəkdə iqtisadi və siyası cəhətdən dünyanın ən inkişaf etmiş mərkəzlərindən birinə çevriləcəyini
söyləməyə imkan verir.
Eyni zamanda qeyd etmək lazımdır ki, regionda uğurla reallaşmaqda olan enerji layihələri digər sektorlarda da, xüsusən də
nəqliyyat, rabitə və ĐKT sektorunda analoji layihələrin həyata keçirilməsində katalizator rolu oynayaraq onların sürətlə inkişafına
güclü təkan vermişdir. Belə ki, bu enerji layihələrinin region ölkələrinə gətirdiyi iri həcmdə valyuta ehtiyatları istənilən regional
layihənin uğurla həyata keçirməsinin maliyyə qarantı kimi çıxış edir.
Qafqaz və Mərkəzi Asiya regionunun ən vacib
xüsusiyyətlərindən biri burada hələ də işlənməmiş
iri neft-qaz yataqlarının mövcud olmasıdır. Orta
Şərq, Venesuela və Nigeriya kimi iri enerji ehti-
yatlarına malik bölgələrin siyası cəhətdən qeyri
sabit olması, Rusiyada isə iqtisadi millətçiliyin baş
qaldırdığı kontekstdə sözügedən bölgənin xarici
investorlar üçün əhəmiyyəti daha da artırmış olur.
ABŞ və Avropa Birliyi bu bölgədə həyata keçi-
rilən enerji layihələrinə dəstək verməklə qeyri
stabil Orta Şərq faktorunu müəyyən qədər neyt-
rallaşdırmağa çalışır. Belə ki, bölgənin neft isteh-
salının 2015-ci ilədək gündə 4 milyon barelə
çatacağı proqnozlaşdırılır. Müqayisə üçün qeyd
etmək lazımdır ki, hal-hazırda OPEC ölkələri üçün
müvafiq göstərici 45 milyon barel təşkil edir.
Hazırda Rüsiyanın sözügedən regionda möv-
cud karbohidrogen ehtiyatlarının dünya bazarla-
rına çıxarılması üçün əsas marşrutlara nəzarət et-
məsinə baxmayaraq, Qərb neft şirkətlərinin həyata
keçirdıkləri layihələr, xüsusilə Bakı-Tbilisi-Cey-
han layihəsi, eləcədə Hindistan və Çinin bu böl-
gədə həyata keçirməyi planlaşdırdıqları digər
enerji layihələri Rusiya ixrac marşrutlarına kifayət
qədər alternativ variantın yaranmasına və Rusiya-
nın enerji tranziti-inhisarını aradan qaldırmağa
hesablanmışdır.
Đri neft və qaz ehtiyatlarına malik olan Azər-
baycan bölgədə Rusiyanın nəzarət etmədiyi enerji
tranziti layihələrinin həyata keçirilməsində mər-
kəzi rol oynayır. Regionda mövcud ən iri neft ya-
taqları və mühüm regional enerji layihələri də
məhz Azərbaycan və Qazaxstanda yerləşir.
Ümumiyyətlə regionun əsas iri enerji layi-
hələri aşağıdakılardır.
• Gündəlik ötürmə qabiliyyəti 1 milyon barel
olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri.
Bu kəmərin uzunluğu 1760 km təşkil edir.
Dostları ilə paylaş: |