Caucasus and Central Asia in the Globalization Process
366
iqtisadi təzyiqinin qarşısının alınmasında təsirli
vasitə ola bilər.
Azərbaycanın inkişaf prioritetlərindən biri
elan edilmiş rabitə və informasiya texnologiyaları
sahəsində iqtisadi-struktur islahatlarının aparılma-
sı, modernləşdirmə və yeni texnologiyaların tətbi-
qinin reallaşmasında həyata keçirilən enerji layi-
hələrinin rolu danılmazdır. Regionda reallaşan
enerji layihələri Azərbaycanın ĐKT sektorunda in-
novasiya yönümlü sahibkarlığın inkişaf etdirilməsi
istiqamətində aparılan işlərə güclü təkan verə
biləcək amillərdən biri sayıla bilər.
Azərbaycanın informasiya tranzit imkanların-
dan səmərəli istifadənin təşkilində enerji layihə-
lərinin böyük potensialından yararlanmaq çox va-
cib məsələdir. Belə ki, enerji layihələrinin region-
da inkişafı rabitə və ĐT sahəsinə investorların cəlb
olunmasına, yerli istehsalın və xidmətlərin inkişa-
fına və bu sahədə ixrac potensialının güclənmə-
sinə müsbət təsiri artıq heç kimdə şübhə do-
ğurmur.
Ali və orta məktəblərin Đnternet şəbəkəsinə
qoşulmasına geniş imkanlar yaradan NATO-nun
Elmi Programının “Virtual Đpək Yolu” layihəsi,
Qafqaz ölkələrinin dəmir yolları üçün fiber-optik
kabel sistemi (TRACECA layihəsi), BP-nin Bakı-
Tibilisi-Ceyhan neft kəməri boyunca fiber-optik
kabel və “AzNet” layihələri regionda həyata ke-
çirilən enerji layihələri ilə birlikdə Azərbaycanın
Avrasiyada siyasi və iqtisadi çəkisinin nəzərə-
çarpacaq dərəcədə artmasına səbəb olmuşdur.
Azərbaycan Respublikasının ərazisinin əksər
hissəsini əhatə edən və uzunluğu 1161 km olan
Trans-Asiya-Avropa (TAE) fiber-optik kabel
majistralı respublikanın bölgələrini vahid şəbə-
kədə birləşdirməyə şərait yaratmaqla Qafqaz və
Transxəzər regionunda ĐKT məhsullarının ixracatı
üzrə Azərbaycanın regional mərkəzə çevrilməsinə
geniş imkanlar açmışdır.
Đnformasiya texnologiyaları üzrə azad iqtisadi
zonanın-ĐT Texnoparkın yaradılması ideyası da
məhz ölkədə iri enerji layihələrinin uğurla həyata
keçirilməsindən sonra gündəmə gəlmişdir və bu
istiqamətdə ciddi işlər aparılır.
367
BAKI –TBĐLĐSĐ - QARS DƏMĐR YOLU QLOBAL ENERJĐ
LAYĐHƏLƏRĐNĐN DAVAMI KĐMĐ
Dos. Məleykə Hacı qızı HƏSƏNOVA
Azərbaycan Dövlət Mədəniyyət və Đncəsənət Universiteti
“Đqtisadiyyat və informatika” kafedrasının müdiri
Bakı / AZƏRBAYCAN
XÜLASƏ
Məqalədə müstəqil Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının təməlində ilkin mərhələ kimi neft strategiyasının
durduğu göstərilir.
Qlobal enerji layihələrinin ölkəmiz üçün yaratdığı böyük maliyyə imkanları hesabına, qeyri-neft sektorunun inkişafı ilə
bərabər Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi region ölkələrinin çoxsahəli əlaqələrinin genişləndirilməsinə
və iqtisadi inkişafa səbəb olacağı əsaslandırılır.
SUMMARY
In the article an oil strategy is indicated standing as a first step in the basis of social economic development of the
independent Azerbaijan Republic.
It is as well as grounded in the article that on the account of huge financial resources that comes to our republic from global
energy projects the development of non-oil sector alongside with the realization of Baku-Tbilisi-Gars railway project will make a
cause to the expansion of diversified relations of regional countries and economic development.
Özünün siyası və iqtisadi müstəqilliyini əldə
edən Azərbaycan Respublikasının sosial-iqtisadi
inkişafının təməli ümummilli lider Heydər Əliyev
tərəfindən qoyulmuşdur. Bu təməlin əsasında mü-
hüm amil kimi Azərbaycanın neft strategiyası
dururdu.
1994-cü ildən-2005-ci ilədək neft sektorunun
bütün sahələri-geofizikadan və “Əsrin müqavi-
ləsi”ndən başlamış neft, qaz kəmərlərinin tikin-
tisinə qədər xarici kapitala çox böyük ehtiyac hiss
olunurdu. Elə buna görədə ötən on il ərzində
Azərbaycanın neft sahəsindəki siyasətinin əsas
prinsipi xarici kapitalın cəlb edilməsi idi. Bu
təkcə iqtisadi deyil, həm də vacib siyasi, ölüm-
dirim məsələsi kimi qarşıda dururdu. Qarşıya
qoyduğu məqsədə doğru inamla irəliləyən Azər-
baycan Respublikası son on il ərzində iqtisadiy-
yata 30 milyard, o cümlədən neft sektoruna 17
milyard dollar sərmayənin qoyulmasına nail oldu.
Ötən ildən başlayaraq “Böyük neft” çıxarılmağa
başladı. 2006-cı ildə isə Bakı-Tbilisi-Ceyhan neft
və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri işə salınır.
Qəbul edilmiş siyasi kurs öz bəhrəsini vermişdir.
Azərbaycan nefti 90-cı illərin əvvəlində düş-
düyü böhran vəziyyətindən çıxa bildi. Đndi neft
sektorunun xarici sərmayəyə ehtiyacı yoxdur.
Artıq ölkənin özünün neft sektoruna yatırmaq
üçün böyük maliyyə ehtiyatları yaranıb. Bu yerli
və xarici şirkətlər arasında rəqabət mühitin for-
malaşmasına əlverişli şərait yaranmışdır. ARDNŞ
özünün sərmayəsi, yerli mütəxəssisləri və müasir
avadanlıqları hesabına yeni yataqların işlənməsi
üzrə istənilən tenderdən qalib çıxa bilər.
Yeni neft strategiyasının ikinci mərhələsinin
başlaması 14 fevral 2005-cı ildə Prezident Đlham
Əliyevin “2005-20015 illərdə yanacaq energetika
kompleksinin inkişafı üzrə Dövlət Proqramı”nın
imzalanması ilə yadda qaldı. “Yeni proqram”a
görə növbəti on ildə yeni yataqların axtarılması,
kəşfiyyat işləri və s.məsələlərdə yerli kompa-
niyalara və ARDNŞ-nə üstünlük veriləcək.
Azərbaycanın neft kompaniyası müstəqil olaraq
“Əşrəfi”, “Qarabağ” kimi yataqları işləyəcək,
“Ümüd” və “Babək” yataqlarında kəşfiyyat-
axtarış işləri aparacaqdır.
Prezident Đlham Əliyevin məqsədi aydındır:
milli neft şirkətlərinin Xəzərdəki, eyni zamanda
beynəlxalq enerji bazarında mövqelərini möh-
kəmləndirmək, müasir şəraitə uyğun yeni neft
kompaniyaları yaratmaqdır.
Enerji resurslarının ölkəmiz üçün yaratdığı
böyük maliyyə imkanları hesabına qeyri-neft sek-
torunun inkişaf etdirilməsi müasir iqtisadi stra-
tegiyanın əsasını təşkil edir.
“Azərbaycan
Respublikası
regionlarının
sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət
Proqramı”-nın qəbul edilməsinin əsas məqsədi
ölkə iqtisadiyyatının neftdən asılılıq dərəcəsinin
azaldılması, neft gəlirlərinin regionların sosial-
iqtisadi inkişafına yönəldilməsi, iqtisadiyyatın bir
tipli inkişafının qarşısının alınması idi.
Dostları ilə paylaş: |