Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə42/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   38   39   40   41   42   43   44   45   ...   113

 136 
10. Samuelin ikinci kitabı; (Həzrət Davudun (ə) şahlığı) 
11. Padşahların birinci kitabı; (Həzrət Davudun (ə)  şahlığının 
davamı, Həzrət Süleymanın (ə) padşahlığı və onun canişinləri) 
12. Padşahların ikinci kitabı; (Buxtənnəsrin hücumuna qədər 
Bəni-İsrail padşalarının tarixinin davamı və Babilistanın tərki) 
13. Birinci günlər tarixi kitabı; (Bəni-İsrail nəslinin tarixi və 
Həzrət Davudun (ə) vəfatına qədər Bəni-İsrail tarixinin təkrarı) 
14.  İkinci günlər tarixi kitabı; (Həzrət Süleymanın (ə) və digər 
padşahların “Babil sürgününə” qədər padşahlıq tarixi) 
15. Esranın tarixi; (Urşəlimin yenidən qurulması  və  Yəhudiləri 
Üzeyrlə birlikdə azad edilməsi) 
16. Nehemya kitabı; (Urşəlimin yenidən qurulması, Nahamya 
Saqinin dilindən Yəhudilərin  Əhəməni  şahı Birinci Ərdəşir tərəfin-
dən qaytarılması) 
17. Ester kitabı; (Xəşayarşahın Yəhudi həyat yoldaşı Esterin 
vasitəçiliyi ilə Yəhudilərin məhvi probleminin həll olunması)
1
 
 
7-2. Hikmət, münacat, dua və şeir 
Bu bölüm beş kitabdan təşkil olunmuşdur: 
1.  Əyyub kitabı; (Xəstəliyə düçar olması, səbirsizliyi və sonda 
dostlarının öyüd-nəsihətilə səbirli olması) 
2.  Məzamir, yəni Davudun Zəbur kitabı; (150 hissədən ibarət 
düa və münacat toplusu) 
3.  Həzrət Süleymanın (ə) kitabı; (Hikmətli sözlər toplusu) 
4.  Camiə
2
 kitabı; (Dünyaya pessimist yanaşmaya aid) 
5.  Süleymanın qızıl kitabı; (Aşiqanə şeirlər toplusu) 
 
7-3. Peyğəmbərlərin gələcəkdən xəbər verməsi 
Peyğəmbərlərin gələcəkdən xəbər vermələri bölümünə  Bəni-İs-
railin Allaha itaət etməyəcəkləri təqdirdə onları gözləyəcək pis aqibət 
                                                 
1
 Esterin və Yəhudilərin məhvi probleminin həllindən böyük rol oynamış əmisi oğlu 
Mordexayın qəbirləri Həmədan şəhərindədir.  
2
 Bu kitabda istifadə oluanan Camiə sözü Həzrət Süleymanı (ə) nəzərdə tutur.  


 
137
barəsindəki xəbərdarlıqlardan və  hədə-qorxulardan ibarətdir. Gələ-
cəkdən verilən bu xəbərləri anlamaq üçün oxucu o zamanlar baş ver-
miş hadisələr barəsində  məlumatlı olmalıdır. Bu bölüm 17 kitabdan 
ibarətdir:  
1.  İşəya kitabı; (Əhdi-Ətiqdə gələcəkdən verilmiş xəbərlər ba-
rəsində mövcud olan ən uzun və məşhur kitab) 
2.  Ermiya kitabı; (Gələcəkdən verilən xəbərlər) 
3.  Ermiya mirası kitabı; (O Həzrətin Urşəlimin xarabalıqlarına 
həsr etdiyi mərsiyyələr) 
4.  Hezqiyal kitabı; (Gələcəkdən verilən xəbərlər) 
5.  Daniyalın kitabı; (Həzrət Daniyal peyğəmbərin cihadları və 
gələcəkdən verdiyi xəbərlər barəsində)
1
 
6.  Huşə kitabı (Gələcəkdən verilən xəbərlər) 
7.  Yueyl kitabı; (Gələcəkdən verilən xəbərlər) 
8.  Amus kitabı; (Gələcəkdən verilən xəbərlər) 
9.  Əvbədya kitabı; (Gələcəkdən verilən xəbərlər) 
10.  Yunisin kitabı; (O Həzrətin balığın qarnında həbs olunması 
hekayəsi) 
11.  Mikah kitabı; (Gələcəkdən verilən xəbərlər) 
12.  Nahum kitabı; (Gələcəkdən verilən xəbərlər) 
13.  Həbəqquq kitabı; (Həzrət Həbəqququn gələcəkdən xəbər 
verməsi)
2
 
14.  Sefenya kitbı; (Gələcəkdən verilən xəbərlər) 
15.  Həcca kitabı; (Gələcəkdən verilən xəbərlər) 
16.  Zəkəriyya kitabı; (Gələcəkdən verilən xəbərlər) 
17.  Məlaki kitabı; (Gələcəkdən verilən xəbərlər) 
Bu kitabların müxtəlif baxımdan mötəbərliklərinin araşdırılması 
ilə xristiyanlıq bölümündə tanış ola bilərsiniz.  
 
7-4. Müqəddəs kitaba müraciət metodu 
                                                 
1
 Bir  çox  tarixçilər Daniyal kitabının eradan əvvəl altıncı  əsrdə yazılmasını  qəbul 
etmirlər və bu kitabın eradan əvvəl 165-ci ilə aid olduğunu bildirirlər.  
2
 İslami mətnlərdə bu ad Həyquq formasında qeyd olunmuşdur. 


 138 
Bizim hamımız Qurani-Kərimə müraciət metodu ilə tanışıq. Be-
lə ki, Qurani-Kərimdə surə və ayə bölgülərindən istifadə olunur. Yüz-
lərlə antik və  məşhur kitabın özünəməxsus səhifə bölgüsü vardır. 
Belə tanınmış kitablara nümunə olaraq Platonun, Aristotelin, Home-
rin, Herodotun, Şekspirin və başqalarının kitablarını misal çəkə bilə-
rik. (Qanun kitablarına və  məcəllələrinə  də müraciət edərkən səhifə 
anlayışının  əvəzinə maddələrin sıralanmasını müşahidə edirik) Belə 
kitablara müraciət etmək üçün özünəməxsus bablar, bölümlər, his-
sələr, fəsllər və  sıralamalar müəyyən edilmişdir.  İbri dilində olan 
Tövrat kitabında bu fəsllərdən və bölgülərdən  əlavə özünəməxsus 
fəsllər də mövcuddur.
1
 
Onlar müqəddəs kitablarına müraciət edərkən ilk olaraq kitabın 
və yaxud bölümün adını, sonra fəslin nömrəsini və sonda fəqərənin 
nömrəsini qeyd edirlər. Məsələn; “Yaranış 1:27”, yəni Yaranış bölü-
mü, 1-ci fəsil, 27-ci fəqərə. 
 
7-5. Tövratın tənqidi 
Tövrat  İbrani dilində “Qanun” və  “Şəriət” mənasını  kəsb edir, 
çünki Tövrat kitabında çoxlu qanun və əhkamlar mövcuddur. Yəhudi 
alimləri tövratdan 613 höküm çıxara bilmişlər. 
Müqəddəs kitab sahəsində araşdırmalar aparan alimlər  İbrani 
dilində  qələmə alınmış Tövrat kitabının mətninin üslubuna əsasla-
naraq beş bölüm üçün dörd fərziyyə edilən mənbə təyin etdilər və bu 
mənbələrin hər birisinə xüsusi ad qoydular:  
1.  Elohim mənbəsi (E): Allahın Elohim
2
 adlandırıldığı bəzi his-
sələrə işarə məqsədilə belə adlandırılmışdır. 
2.  Yəhvə  mənbəsi (J): Allahın Yəhvə (Jehovah)
3
 adlandırıldığı 
bəzi hissələrə işarə məqsədilə belə adlandırılmışdır 
                                                 
1
 Xristiyanlar  İslami dillərdən istifadə edərkən öz müqəddəs kitablarının bəndlərini 
“Ayə” adlandırırlar.  Əslində bu xristiyan termini deyildir, çünki onlar öz səmavi 
kitablarının ibarətlərini və sözlərini möcüzə kimi qəbul etmirlər.  
2
 Eloh Allah mənasını verir və Elohim hörmət əlaməti kimi cəm formasıdır. 
3
 Allahın xüsusi adı. 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə