130
qanlarına daxil olmaq istəyən şəxslər ilk olaraq sionistlərin itaət kən-
dirini öz boyunlarına salmalıdır. Yalnız bundan sonra o vəzifəyə qal-
xa bilirlər. Elə buna görə də, Amerika Prezidenti və digər rəsmiləri
İsrailin təcavüzkar hərəkətlərini müdafiə edirlər. Fələstinin istila edil-
məsi yəhudilərlə müsəlmanlar arasında münasibətləri pisləşdirir.
6-8. Sionizmin yaranması
Avropa Yəhudiləri onlara qarşı tətbiq olunan təzyiqlərə görə
xristiyanlar arasında yaşaya bilmirdilər və mütəmadi olaraq onlara
qarşı həyata keçirilən sürgün siyasətləri Yəhudilərdə müstəqil vətən
ideologiyasını gücləndirməyə başladı.
19-cu əsrin sonlarında Rusiya Yəhudilərinin böyük bir dəstəsi
bu ölkədən çıxarıldı. Onların bir hissəsi qərbi Avropada məskunlaşdı,
başqa bir hissəsi isə Fələstin torpaqlarına gedərək Aralıq dənizinin
sahilllərində məskunlaşdılar və həmən əraziyə “Sehyon”
1
adını qoy-
dular. Fələstin o zamanlar hələ Osmanlı xilafətinin tabeliyində idi.
Elə o zamanlar Avropa Yəhudiləri özlərinə xas olan intizar adət-
ənənəsini pozaraq istiqlaliyyət qazanmaq üçün səy göstərməyə başla-
dılar. Avstriyalı jurnalist “Theodor Herzel” Sionizmin əsasını qoydu
və bu niyyətinin həyata keçməsi üçün böyük səy göstərdi. Yəhudi-
lərin iki dəstəsi onun bu işinə qarşı çıxmağa başladılar. Birinci dəstə
onun bu düşüncələrinin xristiyan ideologiyası ilə zidd olduğunu bildi-
rənlər, ikincisi isə millətlərin parçalanmasını qəbul etməyən assimil-
yanistlər idilər. İkinci dəstəyə daxil olan şəxslər hal-hazırkı dövrdə
Yəhudilərin digər millətlərlə birlikdə sülh və əmin-amanlıq içərisində
yaşaya biləcəklərini bildirirdilər. Amma Sionistlər sonda din qardaş-
larını müstəqil ölkə yaratmaq barədə razı sala bildilər və bundan son-
ra Yəhudilərin Fələstin torpaqların geniş mühacirəti başladı. Müsəl-
1
Sehyon əslində Qüds şəhərində bir təpənin adıdır və Bəni-İsrail dövlətinin çiçək-
ləndiyi zamanda, yəni Həzrət Davud (ə) ilə Həzrət Süleymanın (ə) hakimiyyəti
illərində hərbi mərkəz idi. Bu ad tarix boyu Yəhudi qövmünün gücünü xatırladan
məfhum kimi qəbul edilmişdir. Sonrakı peyğəmbərlərin kitablarında, Əhdi-ətiqdə bu
yerin adı dəfələrlə qeyd olunmuşdur.
131
man mütəfəkkirlər bu böyük hiylə və məkirli siyasət kimi dəyər-
ləndirərək müsəlmanların köçkün yəhudilərlə əməkdaşlıq etməkdən
uzaqlaşmağa səslədilər.
1
Amma müsəlmanlar bu məsələnin nə də-
rəcədə faciyəvi olmasından xəbər tutuanda artıq bütün çıxış yolları
bağlanmışdı.
Digər tərəfdən Sionizmin əsası qoyulmamışdan öncə bəzi xristi-
yanlar belə bir ideologiya irəli sürmüşdülər ki, Həzrət İsanın (ə) dün-
yanın sonunda geri qayıtması üçün Yəhudilər Fələstin ərazilərinə get-
məlidirlər. Sionistlər bu düşüncəni daha da gücləndirərək sadə düşün-
cəli xristiyanlar arasında özləri üçün ifratçı müdafiəçilər qazandılar.
6-9. İsrailin yaradılması
Çox keçmədi ki, Sionistlər güclü qəsbkarlıq siyasətini yürütmək-
lə ərazilərini işğal etdilər. Bunun nəticəsi olaraq 1948-ci
2
ildə Fələs-
tinin işğal olunmuş torpaqlarında “İsrail” adlı dünyəvi yəhudi dövləti
meydana çıxdı. İsrail silahlı qüvvələri 1967-ci ildə baş vermiş müha-
ribə zamanı da qonşu ölkələrin bəzi hissələrini işğal edərək öz ərazi-
lərinə qatdılar. Qeyd etmək lazımdır ki, İordaniyada yerləşə Məsci-
dül-Əqsanın da yerləşdiyi Beytül-Müqəddəsin şərq hissəsi də işğal
edilmiş ərazilərə daxil idi.
3
Müstəqil ölkə yaratmaq Yəhudi qövmünün həmişəki arzusu ol-
muşdur. Amma qeyri-yəhudi millətləri arasında yaşamaq iqtisadi ba-
xımdan yəhudilər üçün daha əlverişli idi və elə buna görə də, İsrail
ölkəsinin yaradılmasından sonra bir çox Yəhudilər həmin ölkəyə get-
məkdən boyun qaçırırdılar. Bu səbəbdən də, onları köçməyə həvəs-
ləndirmək məqsədilə dünyanın yəhudilər yaşayan ölkələrində müxtə-
lif təşkilatlar yaradıldı. İsrailə köçmək İbri dilində “Elya” adlandırılır.
1
Belə məzmunlu xəbərdarlıqlara nümunə olaraq “Təfsir Əl-Minar” kitabında Nisa
surəsinin 45-ci ayəsi barəsində verdiyi açıqlamarı misal çəkmək olar.
2
1947-ci ildə sionistlər tərəfindən israil dövlətinin yaranması işğalçı İngilis qüvvələ-
rinin Fələstindən çıxmaları ilə eyni zamana təsadüf edir.
3
Tövrat Yəhudilərə qonşunun mal və mülkünə tamahkarlıq etməyi qadağan etmişdir.
(Xuruc 17:20 və Təsniyə 21:5) Eləcə də: “Öz qonşusunun torpaq sərhədini dəyişdi-
rənlərə lənət olsun!” (Təsniyə 17:27)
132
Hal-hazırda dünyada on dörd milyon yəhudi var və onların iyirmi
faizi İsraildə və səksən faizi müxtəlif ölkələrdə (diaspora) yaşayırlar.
İlk illərdə bir dəstə Yəhudi İsrailə köçdükdən sonra oranı tərk etdilər
və başqa millətlərin arasında yaşamağa üstünlük verdilər.
İngiltərə və Amerika Sionizmi hərtərəfli olaraq dəstəkləməyə
başladılar.
Qeyd etmək lazımdır ki, bəzi klassik düşüncəli yəhudilər, o cüm-
lədən İsrail, Amerika və İngiltərədə olan “Neturei Karta”
1
dəstəsi dai-
ma İsrail adlı dövlətin yaradılması ilə müxalif olublar və bunu şəriy-
yətlə zidd addım kimi dəyərləndiriblər. Onlar İsrailin yarandığı ilk il-
lərdə həmin ölkədə öz dəstələri üçün xüsusi kağız əskinaslar çap et-
dirdilər. Çünki, onlar bəyənmədikləri dövlətin pul əskinaslarından
istifadə etmək istəmirdilər. Onlar Amerikada və İsraildə İsrailə qarşı
etiraz aksiyaları keçirirlər.
7. Tənəx (Əhdi-Ətiq)
Yəhudilər öz müqəddəs kitablarını Tənəx
2
adlandırırlar və bu
xristiyanların Əhdi-Ətiqidir. Buna görə də, tam əminliklə deyə bilərik
ki, Əhdi-Ətiq xristiyanların öz müqəddəs kitablarının müqabilində
yəhudilərin kitablarına verdikləri addır. Xristiyanlar bu Əhdlərin hər
ikisinə inanırlar, amma Əhdi-Ətiqdə olan bəzi hökmlərin Əhdi-Cə-
diddə dəyişdirilməsini qəbul edirlər. Məsələn Tövratda (Levilər 11:7)
donuz ətinə bənzər ətlər haram buyurulurdusa və yəhudilər bu ətləri
1
Netueri Karta 1935-ci ildə yaradılmışdır və bu ad (Şəhərin qoruqçusu) 1938-ci ildə
həmin dəstəyə şamil edilmişdir. Qeyd olunmuş ad Təlmuddan götürülmüşdür (He-
qiqa 3:76) və burada alimlər şəhərin qoruqçuları kimi qələmə verilmişdir. Bu Barədə
daha ətraflı məlumat toplamaq üçün (www.nkusa.org) internet saytına müraciət edə
bilərsiniz.
2
Bu söz üç sözün baş həriflərindən T-Tövrat (İbri dilində Tura), N-peyğəmbərlər
(İbri dilində Nevyeim) və X-məktublar (İbri dilində Ketubim. Bu dilin qaydasına
uyğun olaraq K hərfi X hərfinə çevrilmişdir) əmələ gəlmişdir. Xristiyanların istifadə
etdikləri Əhdi-Ətiq yəhudilikdə qəbul edilmir.
Dostları ilə paylaş: |