Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə40/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   36   37   38   39   40   41   42   43   ...   113

 130 
qanlarına daxil olmaq istəyən şəxslər ilk olaraq sionistlərin itaət kən-
dirini öz boyunlarına salmalıdır. Yalnız bundan sonra o vəzifəyə qal-
xa bilirlər. Elə buna görə  də, Amerika Prezidenti və digər rəsmiləri 
İsrailin təcavüzkar hərəkətlərini müdafiə edirlər. Fələstinin istila edil-
məsi yəhudilərlə müsəlmanlar arasında münasibətləri pisləşdirir.  
 
6-8. Sionizmin yaranması 
Avropa Yəhudiləri onlara qarşı  tətbiq olunan təzyiqlərə görə 
xristiyanlar arasında yaşaya bilmirdilər və mütəmadi olaraq onlara 
qarşı  həyata keçirilən sürgün siyasətləri Yəhudilərdə müstəqil vətən 
ideologiyasını gücləndirməyə başladı.  
19-cu  əsrin sonlarında Rusiya Yəhudilərinin böyük bir dəstəsi 
bu ölkədən çıxarıldı. Onların bir hissəsi qərbi Avropada məskunlaşdı,  
başqa bir hissəsi isə  Fələstin torpaqlarına gedərək Aralıq dənizinin 
sahilllərində  məskunlaşdılar və  həmən  əraziyə “Sehyon”
1
 adını qoy-
dular. Fələstin o zamanlar hələ Osmanlı xilafətinin tabeliyində idi.  
Elə o zamanlar Avropa Yəhudiləri özlərinə xas olan intizar adət-
ənənəsini pozaraq istiqlaliyyət qazanmaq üçün səy göstərməyə başla-
dılar. Avstriyalı jurnalist “Theodor Herzel” Sionizmin əsasını qoydu 
və bu niyyətinin həyata keçməsi üçün böyük səy göstərdi. Yəhudi-
lərin iki dəstəsi onun bu işinə qarşı çıxmağa başladılar. Birinci dəstə 
onun bu düşüncələrinin xristiyan ideologiyası ilə zidd olduğunu bildi-
rənlər, ikincisi isə millətlərin parçalanmasını qəbul etməyən assimil-
yanistlər idilər.  İkinci dəstəyə daxil olan şəxslər hal-hazırkı dövrdə 
Yəhudilərin digər millətlərlə birlikdə sülh və əmin-amanlıq içərisində 
yaşaya biləcəklərini bildirirdilər. Amma Sionistlər sonda din qardaş-
larını müstəqil ölkə yaratmaq barədə razı sala bildilər və bundan son-
ra Yəhudilərin Fələstin torpaqların geniş mühacirəti başladı. Müsəl-
                                                 
1
 Sehyon  əslində Qüds şəhərində bir təpənin adıdır və  Bəni-İsrail dövlətinin çiçək-
ləndiyi zamanda, yəni Həzrət Davud (ə) ilə  Həzrət Süleymanın (ə) hakimiyyəti 
illərində  hərbi mərkəz idi. Bu ad tarix boyu Yəhudi qövmünün gücünü xatırladan 
məfhum kimi qəbul edilmişdir. Sonrakı peyğəmbərlərin kitablarında, Əhdi-ətiqdə bu 
yerin adı dəfələrlə qeyd olunmuşdur.  


 
131
man mütəfəkkirlər bu böyük hiylə  və  məkirli siyasət kimi dəyər-
ləndirərək müsəlmanların köçkün yəhudilərlə  əməkdaşlıq etməkdən 
uzaqlaşmağa səslədilər.
1
 Amma  müsəlmanlar bu məsələnin nə  də-
rəcədə faciyəvi olmasından xəbər tutuanda artıq bütün çıxış yolları 
bağlanmışdı.  
Digər tərəfdən Sionizmin əsası qoyulmamışdan öncə bəzi xristi-
yanlar belə bir ideologiya irəli sürmüşdülər ki, Həzrət İsanın (ə) dün-
yanın sonunda geri qayıtması üçün Yəhudilər Fələstin ərazilərinə get-
məlidirlər. Sionistlər bu düşüncəni daha da gücləndirərək sadə düşün-
cəli xristiyanlar arasında özləri üçün ifratçı müdafiəçilər qazandılar.  
 
6-9. İsrailin yaradılması 
Çox keçmədi ki, Sionistlər güclü qəsbkarlıq siyasətini yürütmək-
lə ərazilərini işğal etdilər. Bunun nəticəsi olaraq 1948-ci
2
 ildə Fələs-
tinin işğal olunmuş torpaqlarında “İsrail” adlı dünyəvi yəhudi dövləti 
meydana çıxdı. İsrail silahlı qüvvələri 1967-ci ildə baş vermiş müha-
ribə zamanı da qonşu ölkələrin bəzi hissələrini işğal edərək öz ərazi-
lərinə qatdılar. Qeyd etmək lazımdır ki, İordaniyada yerləşə  Məsci-
dül-Əqsanın da yerləşdiyi Beytül-Müqəddəsin  şərq hissəsi də  işğal 
edilmiş ərazilərə daxil idi.
3
  
Müstəqil ölkə yaratmaq Yəhudi qövmünün həmişəki arzusu ol-
muşdur. Amma qeyri-yəhudi millətləri arasında yaşamaq  iqtisadi ba-
xımdan yəhudilər üçün daha əlverişli idi və elə buna görə  də,  İsrail 
ölkəsinin yaradılmasından sonra bir çox Yəhudilər həmin ölkəyə get-
məkdən boyun qaçırırdılar. Bu səbəbdən də, onları köçməyə  həvəs-
ləndirmək məqsədilə dünyanın yəhudilər yaşayan ölkələrində müxtə-
lif təşkilatlar yaradıldı. İsrailə köçmək İbri dilində “Elya” adlandırılır. 
                                                 
1
 Belə  məzmunlu xəbərdarlıqlara nümunə olaraq “Təfsir  Əl-Minar” kitabında Nisa 
surəsinin 45-ci ayəsi barəsində verdiyi açıqlamarı misal çəkmək olar.  
2
 1947-ci ildə sionistlər tərəfindən israil dövlətinin yaranması işğalçı İngilis qüvvələ-
rinin Fələstindən çıxmaları ilə eyni zamana təsadüf edir.  
3
 Tövrat Yəhudilərə qonşunun mal və mülkünə tamahkarlıq etməyi qadağan etmişdir. 
(Xuruc 17:20 və Təsniyə 21:5) Eləcə də: “Öz qonşusunun torpaq sərhədini dəyişdi-
rənlərə lənət olsun!” (Təsniyə 17:27) 


 132 
Hal-hazırda dünyada on dörd milyon yəhudi var və onların iyirmi 
faizi İsraildə və səksən faizi müxtəlif ölkələrdə (diaspora) yaşayırlar. 
İlk illərdə bir dəstə Yəhudi İsrailə köçdükdən sonra oranı tərk etdilər 
və başqa millətlərin arasında yaşamağa üstünlük verdilər.  
İngiltərə  və Amerika Sionizmi hərtərəfli olaraq dəstəkləməyə 
başladılar.  
Qeyd etmək lazımdır ki, bəzi klassik düşüncəli yəhudilər, o cüm-
lədən İsrail, Amerika və İngiltərədə olan “Neturei Karta”
1
 dəstəsi dai-
ma  İsrail adlı dövlətin yaradılması ilə müxalif olublar və bunu şəriy-
yətlə zidd addım kimi dəyərləndiriblər. Onlar İsrailin yarandığı ilk il-
lərdə həmin ölkədə öz dəstələri üçün xüsusi kağız əskinaslar çap et-
dirdilər. Çünki, onlar bəyənmədikləri dövlətin pul əskinaslarından 
istifadə etmək istəmirdilər. Onlar Amerikada və İsraildə İsrailə qarşı 
etiraz aksiyaları keçirirlər.  
 
7. Tənəx (Əhdi-Ətiq) 
Yəhudilər öz müqəddəs kitablarını  Tənəx
2
 adlandırırlar və bu 
xristiyanların Əhdi-Ətiqidir. Buna görə də, tam əminliklə deyə bilərik 
ki,  Əhdi-Ətiq xristiyanların öz müqəddəs kitablarının müqabilində 
yəhudilərin kitablarına verdikləri addır. Xristiyanlar bu Əhdlərin hər 
ikisinə inanırlar, amma Əhdi-Ətiqdə olan bəzi hökmlərin  Əhdi-Cə-
diddə dəyişdirilməsini qəbul edirlər. Məsələn Tövratda (Levilər 11:7) 
donuz ətinə bənzər ətlər haram buyurulurdusa və yəhudilər bu ətləri 
                                                 
1
 Netueri Karta 1935-ci ildə yaradılmışdır və bu ad (Şəhərin qoruqçusu) 1938-ci ildə 
həmin dəstəyə  şamil edilmişdir. Qeyd olunmuş ad Təlmuddan götürülmüşdür (He-
qiqa 3:76) və burada alimlər şəhərin qoruqçuları kimi qələmə verilmişdir. Bu Barədə 
daha ətraflı məlumat toplamaq üçün (www.nkusa.org) internet saytına müraciət edə 
bilərsiniz.  
2
 Bu söz üç sözün baş  həriflərindən T-Tövrat (İbri dilində Tura), N-peyğəmbərlər 
(İbri dilində Nevyeim) və X-məktublar (İbri dilində Ketubim. Bu dilin qaydasına 
uyğun olaraq K hərfi X hərfinə çevrilmişdir) əmələ gəlmişdir. Xristiyanların istifadə 
etdikləri Əhdi-Ətiq yəhudilikdə qəbul edilmir.  


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə