Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə43/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   39   40   41   42   43   44   45   46   ...   113

 
139
3.  Kahin və keşiş mənbəsi (P): Kahin və keşişlərin (Priests) öh-
dəliklərinə aid hissələr işarə. 
4.  Təsniyə  və yaxud İkinci qanun bölümü mənbəsi (D): Bütün 
“İkinci qanun” (Deuteronomy) bölümünə şamil edilən məxsusi mən-
bəyə işarə. 
Bu bölümlərin hər birisinin özünəməxsus üslubu vardır və onları 
müqayisə edərkən tam şəkildə anlamaq olar ki, hal-hazırda mövcud 
olan beş bölüm qədim zamanlarda (təxminən 2500 il bundan öncə) 
dörd müxtəlif mənəyə istiandən bir yerə toplanılmışdır.  
Tövratın və digər müqəddəs kitabların  ən qədimi və tanınmış 
tənqidi Hollandiyalı filosof Spinoza tərəfindən (1632-1677) “İlahiy-
yat və siyasət barəsində traktat” kitabında qeyd olunmuşdur.  
Spinoza öz kitabında müxtəlif dəlillərdən istifadə etməklə isbat 
edir ki, müqəddəs kitabın mötəbərliyini araşdırmaqdan ötrü onun ta-
rixi və tənqidi aspektlərinə diqqət yetirmək lazımdır. Təəssüflə bildir-
mək lazımdır ki, bizdən öncə bu işlə məşğul olanlar bu məsələləri kə-
nara qoymuşlar və yaxud nəsə qələmə almışlarsa da bizə qədər gəlib 
çatmamışdır. O əlavə edir ki, hal-hazırki dövürdə təəssübkeşliklər din 
adı ilə tanınır və insanar öz etiqadlarında ağıl məfhumundan istifadə 
etmirlər. Elə bu səbəbdən də, mən nisbi psimistliklə bu sahəyə daxil 
oluram və ilk addım olaraq müqəddəs kitabların (ilk öncə Tövratın 
beş bölümünün müəllifini) müəlliflərini araşdırmağa başlayıram: 
Demək olar ki kitab əhlinin hamısı Tövratın Musa tərəfindən 
yazılmasına inanırlar, belə ki Yəhudilərin Ferisilər firqəsi bu əqidəyə 
təkid olaraq qeyd olunmuş düşəncəyə müxalifət etməyi kafirlik kimi 
qəbul edirlər. Elə bu səbəbdən də, daha azad düşüncəyə malik olan 
alim  İbn  Əzra bu barədə fikir söyləməyə cürət etmədi və yalnız biz 
neçə qaranlıq işarələrlə bu düşüncənin səhv və yalnış olmasını bil-
dirdi. Amma mən heç bir qorxu hissi keçirmədən İbn Əzranın qaran-
lıq düşüncələri üzərindəki pərdəni götürəcəyəm və  həqiqəti hamının 
diqqətinə çatdıracağam.”
1
 
                                                 
1
 Spinoza, Bendict de, A Theologico-Political Treatise, ch VIII. 


 140 
Sonra Spinoza Tövratın beş bölümünün elmi araşdırmasına baş-
layır və bu kitabın müəllifinin Həzrət Musa (ə) olmadığını və O Həz-
rətdən əsrlər sonra yaşamış bir şəxsin olduğunu sübut edir. Məsələn 
Yaranış 14:14-də “Dan” adlı yeri adı qeyd olunur, amma Yuşə Kita-
bında 19:47-də  Həzrət Musanın (ə) zamanında həmən yerin adının 
“Leşem” olması göstərilir və O Həzrətdən  əsrlər sonra həmən yer 
“Dan” adlandırılır. Onda əgər Tövrat doğurdan da Həzrət Musanın 
(ə) yazısıdırsa onda nəyə görə bu məkan Leşem yox Dan olaraq qeyd 
olunmuşdur? Qeyd etmək lazımdır ki, yəhudi və xristyan alimləri bu 
sualı özünəməxsus tərzdə cavablandırmışlar.  
Spinoza hal-hazırkı Tövratın bəzi bölümlərində istifadə olunan 
fikirlərə istinadən (Xuruc 17:14 və  Ədədlər 21:14) yazır ki, Həzrət 
Musanın (ə) başqa yazıları da mövcud olub, amma hal-hazırda möv-
cud olan Tövrat onun qələmə aldığı kitab ola bilməz.  
 
7-6. Əhdi-Ətiqin Epokrifaları 
İndi də Əhdi-Ətiqin epokrifaları ilə tanışlıq məqsədilə həmin ki-
tabların adlarını qeyd edəcəyik. Bunu da qeyd etməyi özümüzə borc 
bilirik ki, epokrifaları olan müqəddəs kitabların nüsxələri istər epok-
rifa kitabların sayı, istərsə də tərtibatı baxımından fərqlənirlər. Epok-
rifanın fars dilinə tərcüməsi (on qədimi və mötəbər nüsxəyə əsasən) 
aşağıdakı on kitabdır:  
Tubiyyət, Yəhudiyyət, Ester (Yunanca) Süleyman peyğəmbərin 
hikmətləri, Yəşu ibn Siraxın hikmətləri, Baruk, Ermiya, Danial pey-
ğəmbər (Yunaca), Mekabilərin birinci kitabı  və Mekabilərin ikinci 
kitabı.  
8. Təlmud 
Təlmud sözü İbrani dilindəki “Ləmədə” (yəni öyrətmək) feli kö-
kündən  əmələ  gələrək təhsil və  təlim mənasını  kəsb edir və  Ərəb 
dilindəki “Tilmiz” (yəni  şagird) sözü ilə eyni kökə qayıdır. Təlmud 


 
141
içərisində  Yəhudi hədisləri və  əhkamları olan böyük kitabdır. Daha 
dəqiq desək Tövratın təfsiri və açıqlamasıdır və onu “Şifahi Tövrat” 
adlandırırlar.  
Yəhudilər Babilistana köçürüləndə onların arasında “Suferim” 
(katiblər və yazarlar) adlı bir dəstə meydana çıxdı. Katiblər Tövratı 
və digər dini mətləbləri kağız üzərinə köçürən insanlar idilər. Ən bö-
yük Sufer Ezra (Üzeyr) idi və o eradan əvvəl beşinci əsrdə yaşamış-
dır. Ezra Musanın (ə) şəriətini daha da genişləndirmək qərarına gəldi 
və Əhdi-Ətiqin köməkliyi ilə Yəhudi cəmiyyətinin ehtiyaclarını ödə-
mək istədi. Onun bu addımı ilə Yəhudilərin şifahi adətləri meydana 
çıxdı.  
Ezradan sonra dini mətnlərdə  təfsir və açıqlama metodu mey-
dana çıxdı  və ixtiraçısı Ezra olan bu metod “Midraş” adlandırıldı. 
Midraş sözünün mənası “axtarış”-dır, çünki alimlər midraşın kömək-
liyi ilə Tövratın gizli mənalarını axtarırdılar və bütün gündəlik məsə-
lələrinin mənasını öz səmavi kitablarından çıxarmağa çalışırdılar. 
Dinin məsələlərin həlli sahəsində Baş  Məclisin (Senehdrin) təsis 
olunmasından sonra Həzrət Musadan (ə) sonra Tövratın təfsirinin 
nəsildən nəsilə keçərək Baş Məclis üzvlərinə çatması fikiri formalaş-
dırıldı. Bu məsələlər Ferisilər tərəfindən həyata keçirilirdi və Səduqi-
lər bununla müxalif olduqlarını bildirərək yalnız Tövratın zahiri mə-
nası ilə kifayətlənirdilər.  
Bir çox alimlərin nəzərincə  Yəhuda Hənnasi  şifahi dini məlu-
matları yazaraq sonralar Təlmud adlanacaq kitab formasına salan 
şəxsdir. O, 135-ci ildə dünyaya göz açmışdır və əlli ildən çox Nasi, 
yəni Yəhudi qövmünün dini rəhbəri olmuşdur.  
Yəhuda Hənnasi bu şifahi  ənənəni Mişna adlandırdı  və bu da 
tərcümədə Tövratın təkrarı  və  mənası deməkdir. Miqra isə Tövratın 
mətni və oxunuşu mənasını kəsb edir.  
Mişnanın  şərhi “Qemara” adlanır və  tərcümədə  təfsir mənasını 
verir. Qemaranın yazıçıları bu kitabda istifadə olunan mətləblərin 
qədim zamanlarda yaşamış alimlərin sözləri olduğunu bildirirdilər. 
Qemara Mişna kitabını təkmilləşdirmişdir.  


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə