Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə51/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   47   48   49   50   51   52   53   54   ...   113

 164 
lar yeni Musanın dənizi qurutmaqla və möcüzənin köməkliyi ilə on-
ları vədə verilmiş torpaqlara aparmaq üçün liderlik etməyə hazır ol-
duğuna inandılar. Bəni-İsrail onun xilaskar və qüdrət sahibi olmasına 
elə dərəcədə inannırdılar ki, bütün var-dövlətlərini ona təqdim etdilər 
və hamı, istər kişi, istərsə  də qadın onun ardınca dənizə  tərəf yola 
düşdülər. O, dənizə  tərəf dayanmış böyük bir daşın üzərinə  çıxaraq 
arxasınca gələn insanları  dənizin quruyacağına inandıraraq onlara 
suya tullanmalarını əmr etdi. Bu hadisənin nəticəsini təsəvvür etmək 
o qədər də çətin deyil. Bir dəstə insan suda boğuldu və bir qismini də 
dənizçilər sudan çıxartdılar.  
Sonrakı əsrlərdə də yalançı Məsihalar Yəhudi xalqı üçün böyük 
problemlər yaratdılar və bəzən də bizim dövrümüzə qədər gəlib çat-
mış bəzi firqələr yaratdılar. Məsələn; Şabatay Sevi ən məşhur yalançı 
Məsiha Türkiyədə “Dönmə” firqəsini yaratdı  və bu firqə bizim döv-
rümüzə qədər gəlib çatmışdır.  
Bu arada Həzrət İsa ibn Məryəm (ə) zühur etdi və böyük şəxsiy-
yətə, ilahi ruhiyyəyə malik olduğu üçün böyük bir dinin təməlini 
qoydu. Qeyd etmək lazımdır ki, Yəhudilərin əksəriyyəti onu qəbul et-
mirdilər.  
 
14-2. Məsihanın intizarı məsələsinin hal-hazırki vəziyyəti 
Bizim dövrümüzdə də Yəhudilərin bir qismi ayağa qalxaraq Fə-
ləstini işğal etməklə  Yəhudi qövmünün tarix boyu yaşadığı  zəlaləti 
aradan qaldırmaq niyyətindədirlər. Onların qəlblərindəki son xilaska-
ra olan ümid məsələsi zəifləməmişdir və onlar Məsihanın gəlməsi 
üçün günləri sayırlar. Təxminən yüz il öncə  Yəhudi mütəfəkkirləri 
dedilər: “Bizim qövmümüz tarix boyu Məsihanın gəlməsi ümidilə ya-
şamışlar, amma ondan xəbər çıxmamışdır. Artıq bu intizarın sonu 
çatmışdır və səbr kasamız dolub daşmışdır. Artıq bu vəziyyəti yaxşı-
laşdırmaq üçün özümüz ayağa qalxmalıyıq.” Onlar Sionizm məktəbi-
ni yaradaraq Fələstini işğal etmək qərarına gəldilər. Yəhudilərin bö-
yük  əksəriyyəti bunun düzgün iş olmamasını vurğulayırdılar, çünki 
dini inanclara əsasən yalnız Məsiha özü bu işlə məşğul ola bilər. Sio-


 
165
nistlər dedilər ki, Məsihanın qiyamı üçün Fələstin torpaqlarında mər-
kəz hazırlamalıyıq. Əsrlər boyu öz xəyallarında  Məsihanın gələcəyi 
günü yaşadan qövmü belə bir işə razı salmaq çətin idi. Amma, onlar 
səbrlə bu məsələ sahəsində geniş təbliğat aparmağa başladılar, Fələs-
tinin işğal edilmiş ərazilərinə köçkün Yəhudiləri aparmaqla İsrail hö-
kumətini yaratdılar. Qeyd etmək lazımdır ki, hal-hazırda da Yəhudi-
lərin olduqca az qismi Sionist hökumətin yaranmasının Məsiha amalı 
ilə uyğun gəlməməsini vurğulayırlar və onlara qarşı  çıxaraq intizar 
ənənəsinin davam etdirilməsinə təkid edirlər.  
Bir məsələni qeyd etməkliyik ki, hal-hazırda sionistlərin ən ifrat-
çı  dəstəsi olan “Quşemunem” və  ən ifratçı anti-sionist qruplaşmalar 
olan “Netvari Karta” eyni dərəcəd Məsihanın zühur edəcəkləri günün 
intizarındadırlar.  
 
Mənbə 
1.  Müqəddəs kitabların təfsirli tərcüməsi, İngiltərə, 1995 
2.  Hikmət, Əli Əsğər, “Dinlər tarixi”, Tehran 1966 
3.  Ramyar, Mahmud, “İsrail və xristyan peyğəmbərliyinin bir hissəsi”, 
Tehran 
4.  Zərrinkub, Əbdülhüseyn, “Vicdan barəsində”, Tehran 1996 
5.  Müqəddəs kitab, London, 1904 
6.  Kohen.A, “Təlmuddan bir xəzinə”, Tehran 1971 
7.  Qrinstoun. Culyos, “Yəhdilikdə mövcud olan Məsihanın intizarı 
məfhumu”, tərcüməçi: Hüseyn Tofiqi, Qum 1998 
8.  Mustəfəvi, Əli Əsğər, “Qurbanlıq əfsanəsi”, Tehran 1990 
9.  Nas. Con.B, “Dinlərin ümumi tarixi”, tərcüməçi:  Əli  əsğər Hikmət, 
Tehran 1991 
10.  Haks Amerikalı, “Müqəddəs kitabın lüğəti”, tehran 1998 
11.  Hyum. Robert. A, “Dünyanın diri dinləri”, tərcüməçi:  Əbdürrəhim 
Qovahi, Tehran 1994 
12.  Arberry, A.J.(ed), “Religion in the Middle East”,Cambridge, 1969 
13.  Epstein, I. (tr), “The Babylonian Talmud”, London  
14.  Epstein, I. “Judaism: A Historical Representation”, England 1974 
15.  Peters, F.F, “Judaism, Christianity and Islam”, New Jersey 1990 


 166 
 
9. Xristyanlıq 
   
1. Həzrət İsanın (ə) zühuru dövrü 
Həzrət İsa Məsih (ə) Romalılar tərəfindən yenicə zəbt olunmuş 
torpaqlarda, yəni Romalıların ən gec işğal etdikləri Fələstin torpaqla-
rında dünyaya gəlmişdir. Həmin dövrdə Yəhudilər olduqca arzuolun-
maz bir şəkildə yadellilərin hücumları və istilası altında yaşayırdılar. 
Roma imperiyasının onlara göstərdikləri təzyiqləri olduqca kəskin 
idi. Fələstinin müxtəlif bölgələrində heç bir nəticə verməyən qiyam-
lar və  hərəkatlar baş qaldırdı. Həzrət  İsanın (ə) hərəkatı da ilk il-
lərində mərkəzi hökumət tərəfindən əzildi, amma O Həzrətin şagird-
ləri dəmir iradə və qorxmazlıq nümayiş etdirərək bu dinin yayılması 
yolunda böyük səy göstərdilər. Bu hərəkatdan öncə olan digər hə-
rəkatların pərakəndə qüvvələri bu dinin içərisində əridilər.  
 
2. Həzrət İsanın (ə) zühuru barəsində verilmiş 
xəbərlər 
Kitabın başlanğıcında qeyd etdiyimiz kimi dünyada bir neçə din 
qrupu vardır:  İbrahimi dinlər, Hind və Çin dinləri və s. Yəhudilik, 
Xristyanlıq və  İslam  İbrahimi dinlərin  ən tanınmışıdır. Digər dinlər 


 
167
də zühur olmalarının onların meydana çıxmalarından öncə  xəbər 
verilməsini iddia etmişlər. Xristiyanlar da lap qədim zamanlardan 
Həzrət İsanın (ə) zühur etməsi barəsindəki xəbərin öncədən verilmə-
sini Yəhudilərin müqəddəs kitabı sayılan Əhdi-Ətiqdə tapmağa çalış-
mışlar.  Əhdi-Ətiqin heç bir yerində  İsa ibn Məryəmin adının qeyd 
olunmamasına görə Xristyanlar öz məqsədlərinə çatmaq üçün bəzi 
dəyişikliklər aparmışlar və başqalarına aid olan öncədən verilən xə-
bərləri O Həzrətə aid etməyə çalışmışlar. Bu metod Matta İncilində 
çox gözə çarpır və  bəzi iddialara əsasən Matta bu incili Yəhudiləri 
dəvət üçün yazmışdır.  
Xristianlar bu qeybi xəbərlərin  əksəriyyətini Həzrəti  İsanın (ə) 
çarmıxa çəkilməsi ilə əlaqələndirməyə çalışırlar və onların bu iddiası 
Qurani-Kərim tərəfində səhv məlumat kimi dəyərləndirilmiş  və tək-
zib edilmişdir.  
“(Onların lənətə düçar olmalarının bir səbəbi də:) ”Biz, Allahın 
elçisi Məryəm oğlu  İsa  əl-Məsihi öldürdük”, - demələridir. Halbuki 
onlar İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlarda yalnız be-
lə bir təsəvvür yarandı. Bu haqlı ixtilafda olanlar onun (şəxsən öldü-
rülməsi) barəsində, əlbəttə, şəkk-şübhə içərisindədirlər. Onların bu-
na dair heç bir məlumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Hə-
qiqətdə onu (İsanı) öldürməmişdilər” (Nisa surəsi, 157) 
 
3. Tarixdə mövcud olan İsa barəsində araşdırma 
İlahi dinlərə baş  əyənlər öz dini etiqadlarına  əsasən Allah elçi-
lərinin tarixdə mövcud olmasına tam yəqinliklə inanırlar. Amma, dini 
etiqadı olmayan bəzi alimlərin problemlərindən biri də peyğəmbərlərin 
tarixdə mövcud olması barədədir. Artıq iki yüz ildir ki, alimlər Həzrət 
İsanın (ə) tarixdə mövcud olub olmaması barəsində mübahisələr apa-
rırlar və bu məsələyə tərəddüdlə yanaşırlar: “Doğurdanmı İsa mövcud 
olub? Xristiyanlığın banisinin həyatı insanların üzləşdikləri qəm-qüs-


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə