Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə50/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   46   47   48   49   50   51   52   53   ...   113

 
161
dünyanın qoruyucu mələklərinə tərəf qanadlanmağı xatırladırdı. Elə-
cə  də,  ən son dövr Dəmir  əsri adlandırılırdı. Dəmir  əsrində dünya 
çaxnaşma içərisində idi və bu iki qəsidə yazan həmin dövürdə, yəni 
dəmir əsrində yaşayırdılar.  
Yəhudilər dünyanın kamil varlıq tərəfindən yaradılmasını nəzərə 
alaraq kamilliyi yaranışın lap yuxarı  təbəqəsində yerləşdirirdilər və 
Allah tərəfindən yaradılan ilk insanın kamil insan olduğunu bildirir-
dilər. Elə bu səbəbdən də, Yəhudilər fəzilət və xoşbəxtliyi Qızıl əsrdə 
yox gələcəkdə, “Sonuncu gündə” axtarırlar. Müqəddəs kitabdan gö-
türülmüş bu ifadə  Yəhudilər arasında geniş yayılmışdı: “Sənin  əv-
vəlin kiçik olsa belə sonun çox əzəmətli olacaq!” (Əyyub 8:7) 
Yəhudilər Qüds şəhərinin birinci dəfə dağıdılmasından sonra hə-
mişə ilahi rəhbərin intizarında olmuşlar və onun qüdrət və əzəmətlə 
Allahın qövmünü Davud və Süleymanın (ə) zamanında olan parlaq 
əsrə aparacaqlarına inanmışlar.  İntizarında olduqları  şəxs  Maşiyəh 
(Məsih, Məsh edilmiş) adlanırdı. Maşiyəh Bəni-İsrailin qədim pad-
şahlarının ləqəbi idi. Çünki, öncə də qeyd etdiyimiz kimi peyğəmbər-
lər hamının gözü önündə padşahların başına zeytun yağı sürtərək, 
yəni məhs edərək onları müqəddəsləşdirirdilər. Sonralar bu ad Yəhu-
dilərin intizarında olduqları və onlara nicat verəcək sonuncu padşaha 
aid edildi. Maşiyəh ifadəsi Təlmudda dəfələrlə qeyd olunmuşdur, am-
ma Əhdi-Ətiqdə yalnız Daniyalın kitabında (9:25-26) rast gələ bilər-
siniz.
1
 
Məsih (Christ)
2
 sözünün  Həzrət  İsaya (ə) aid edilməsi səbəbin-
dən alimlər Yəhudilərə nicat verəcək şəxs üçün “Məsiha” (Messiah) 
sözündən istifadə etməyə başladılar. Məsiha barəsinə verilmiş ən bö-
yük müjdə Eşəya peyğəmbər kitabında qeyd olunmuşdur:  
                                                 
1
 Klassik  tarixçilər Daniyal kitabının eradan əvvəl altıncı  əsrdə yazılması iddiasını 
qəbul etmirlər və bu kitabın qələmə alındığı il eradan əvvəl 165-ci olmasını bil-
dirirlər.  
2
 Yunan dilindəki “Christos”, yəni yağ sürtülmüş sözü Avropa dillərində bəzi dəyi-
şikliklərə uğrayaraq “Christ” formasına düşmüşdür. 


 162 
“Yəssanın (Davudun atası) nəslindən yeni tumurcuq pöhrələyə-
cək, bu tumurcuqlar (ağaclara çevrilərək) qol-budaq atacaq və kök 
salacaq və Allahın ruhu onda yerləşəcək. Yəni, onda hikmət və dərra-
kə ruhu, məşvərət və güc ruhu, ilahi mərifət və Allahdan qorxu ruhu 
qərar tutacaq. Onun ən xoş anları Allahın qorxusunu gördüyü zaman 
olacaq, yalnız gözləri ilə gördüyünə görə mühakimə etməyəcək və qu-
laqları ilə  eşitdiyinə  əsasən tənbeh etməyəcəkdir.  Əksinə miskinlər 
üzərində  ədalətlə hakimlik edəcək və  məzlumların haqqını müdafiə 
üçün bütün lazımi işləri görəcəkdir. Öz əsası ilə dünyanın ağzından 
vuracaq və pis insanları dodaqlarının arasından çıxan üfürməsi ilə 
öldürəcəkdir. Belinə bağladığı qurşağı  ədalət və  əmanət olacaqdır. 
Qurdla quzu bir yerdə yaşayacaq, bəbirlə keçi bir yerdə yatacaq və 
şir ilə dana bir yerdə oynayacaq və balaca uşaq belə onları qova bi-
ləcək. İnək ayı ilə otlayacaq, onların balaları bir yerdə yatacaq və şir 
inək kimi saman yeyəcək və südəmər uşaq ilan yuvası ilə oynayacaq. 
Süddən təzə kəsilmiş uşaq əlini rahat şəkildə əfi ilanın yuvasına qo-
yacaq.
1
 Mənim müqəddəsdağımın hər yerində  zərər, ziyan və  fəsad 
işlər etməyəcəklər. Çünki, dünya İlahi mərifətlə dolacaq, dənizin hər 
yerini örtən su kimi. (Eşeya 11:1-9) 
Bəni-İsarilin hamısının qəlbi Məsihaya olan sevgi ilə dolu idi, 
amma onlardan fərqli olaraq zalım hökümdarlar belə nicat verici rəh-
bərlər üçün tələlər quraraq pusquda oturmuşlar. Matta İncilinin ikinci 
fəslində oxuyuruq ki, Fələstinin hökümdarı olan Böyük Hirodis Həz-
rət İsanın (ə) dünyaya gəlməsindən sonra onu qətlə yetirmək qərarına 
gəlir. Amma, İlahi əmrə əsasən onu Misirə apardıqları üçün bu hadisə 
baş tutmadı.  
Yəhudilər məsihanın amallarını genişləndirərək ona digər məsə-
lələri də əlavə etdilər və Məsihanın dövründə təbiətin daha da bərə-
                                                 
1
 Bəzi insanlar bu sözləri birbaşa olaraq qəbul edirlər və  Məsihanın zühur edəcəyi 
dövürdə  ədalətin hər tərəfdə  bərqərar olacağı üçün sadaladığımız bu hadisələrin 
hamısı baş verəcəkdir. Bəziləri isə bunları məcazi olaraq qəbul edərək bunların hə-
min dövürdə ədalətin nə dərəcədə güclü olacağına işarə kimi qəbul edirlər. Bəziləri 
isə canavar, quzu və digər heyvanları yaxşı və pis insanlara işarə kimi qəbul edirlər. 
Qeyd etdiyimiz bu üç nəzər müxtəlif dinlərdən götürülmüşdür.  


 
163
kətli olacağı iddiasını irəli sürdülər. Onlar Həzrət Davud və Süleyma-
nın (ə) parlaq hakimiyyət dövründə olmayan bəzi şeylərin belə Məsi-
hanın zamanında olacağını bildirdilər. Məsələn; onların iddialarına 
əsasən Məsihanın zühur edəcəyi zamanda günəş, ay, külək, bulud və 
fələk Bəni-İsrailin xeyrinə hərəkət edəcək, yerdən bişmiş çörəklər və 
hazır tikilmiş paltarlar çıxacaq. Bu utopik amallar bir çox kitablarda 
qeyd olunmuşdur və bununla da “Apokaliptik ədəbiyyat” meydana 
çıxmışdır.  Əhdi-Ətiqdə olan Daniyalın kitabında (bir çox alimlərin 
nəzərincə Daniyalın kitabı eradan əvvəl 165-ci ildə qələmə alınmış-
dır) belə nümunələr gözə çarpır. Bir çox alimlər və tədqiqatçılar bu 
düşüncənin zərdüştlükdən mənşə aldığını bildirirlər. Onların nəzərin-
cə  Zərdüştlərin bu sahədə olan düşüncə  tərzi Yəhudiliyə  təsir etmiş 
və Maşiyəhin qiyam edəcəyinə inamın əsasını qoymuşdur.
1
  
 
14-1. Məsiha iddiasında olanlar 
Yəhudilərin və xristyanların enişli-yoxuşlu tarixində sonuncu xi-
laskarın intizarı məsələsi özünəməxsus yerə malik olmuşdur. Yəhudi-
lər möhnət və çətinliklərlə dolu tarixləri boyu bu qədər məşəqqətlərə 
dözmələrinin yeganə səbəbi Məsihanın gəlməsi və onları zillət, dərd, 
əzabdan qurtarması  və onların dünyanın hökümdarına çevirəcəkləri 
ümidi olmuşdur. Lap qədim dövürlərdən indiyədək yüzlərlə adam 
xilaskar olmalarını iddia etmişlər, bir müddət sadə  Bəni-İsrailliləri 
arxalarınca apararaq bu qövmün başına müxtəlif bəlalar açmışlar. 
Məsələn, eranın başladığı vaxtdan bir neçə əsr sonra “Kert” adasında 
Musa adlı bir İlahi aşiq meydana çıxdı və özünü Məsiha adlandırma-
ğa başladı. Musa o zamanın ən mühim Yəhudi mərkəzlərindən olan 
Kert adasının bütün icmalarını özünə cəzb etdi.O, dedi: “Bir gün sizi 
Aralıq dənizindən keçirərərk Fələstinə aparmaq və orada Məsiha 
dövlətini qurmaq istəyirəm.” Yəhudilər bütün işlərini və gündəlik hə-
yatlarını başlı-başına buraxaraq bulanlıq ümid arxasınca getdilər. On-
                                                 
1
 Yəhudi dininin minillikləri fəslində  aşağıdakı  mənbələrə müraciət edə bilərsiniz: 
CulyusQrinstoun, “Yəhdilikdə Məsihanın intizarı”. 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə